Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-275/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsinə Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(113)-5971/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. Elekton məhkəmə informasiya sistemindən çıxarışa əsasən iddiaçı xx.xx.2014-cü ildə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır.
2. İddiaçı ilə cavabdeh arasında 01 dekabr 2010-cu il tarixli 092612 nömrəli Cavabdeh ASC-nin su təchizatı sistemindən su buraxılması və kanalizasiya xidmətlərinə dair müqavilə imzalanmışdır.
3. Cavabdeh tərəfindən tərtib olunmuş 19 iyun 2013-cü il tarixli 003766 nömrəli aktda qeyd edilmişdir ki, iddiaçıya məxsus H.Əliyev-103 ünvanında sayğaca baxış keçirilməsi zamanı məlum olmuşdur ki, abonent quraşdırılmış su sayğacından əlavə d=20 mm su xəttindən qeyri-qanuni istifadə edir. Tərəflərindən su xəttləri kəsilərək ləğv olundu.
4. İddiaçı tərəfindən tərtib olunmuş 003766 nömrəli akta əlavəyə əsasən qeyriqanuni qoşulmuş, d=20 mm-lik borunun su buraxma qabiliyyəti bir saatda 1,14 m3 təşkil edir. Avtoyuyucu qeyri-qanuni birləşmə ilə sudan orta hesabla sutkada 8 saat istifadə edilərək, 2189 m3 miqdarında su itkisinə yol verilmiş, nəticədə cavabdehə 2845,44 manat məbləğində maddi ziyan vurulmuşdur. xx.xx.2011-ci il tarixinə kimi 1 m3 su 0,70 manat, 1 m3 ç/su 0,20 manat, xx.xx.2011-ci il tarixdən sonar isə su 1 manat, ç/su 0,30 manat ƏDV daxil nəzərə alınıb.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən tərtib olunmuş aktla hesablanmış və onun 092612 saylı abonent hesabına daxil edilmiş 2239.3 manat məbləğində debitor borcun ləğv olunması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti 103 ünvanda “avtoyuma” məntəqəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi dövrdə heç bir dövlət və qeyri-dövlət qurumları ilə problemi olmamışdır. Lakin 2007-ci ildə cavabdehin əməkdaşları fəaliyyət göstərdiyi obyektə gələrək, guya onun həmin obyektdə qeyri-qanuni su xəttindən istifadə etdiyini əsas gətirərək akt tərtib etmişdir. Həmin akta əsasən ona 2239,30 manat borc yazılmışdır. Lakin həmin borc qanunsuzdur. Akt tərtib edilərkən fotoşəkil çəkilər, su xətti plomblanar, qeyriyaşayış sahəsində olan şəxslərə bu barədə məlumat verilərdi. Cavabdeh ona aktın yazıldığını, ona 2239,30 manat borcunun olmasını şifahi qaydada bildirmişdir. Bundan əlavə, aktın bir nüsxəsinin ona verilməməsinin səbəbi də bəlli deyildir. Belə ki, aktın bir nüsxəsi ona təqdim edilməli, iki hal şahidinin imzası ilə təsdiq edilməli idi. Bununla əlaqədar olaraq dəfələrlə cavabdehə müraciət etmiş, ona bunun anlaşılmazlıq olduğu bildirilmiş, həmin anlaşılmazlıq aradan qaldırılmışdır. Lakin cavabdeh təşkilatda rəhbər dəyişikliyindən sonra ona yenidən borcunun olduğu bildirilmişdir. Borcunun olması səbəbindən sayğacdan istifadə edə, sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilmir. Bundan əlavə, borcun olduğu təqdirdə həmin borc ondan 3 il ərzində tələb edilə bilərdi, lakin həmin müddət ərzində ondan borcun ödənilməsi tələb edilməmiş, bununla da 3 illik iddia müddəti ötürülmüşdür. Bu səbəbdən borcun silinməsini Məhkəmədən xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5971/2022 saylı qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilmişdir. 8.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, cavabdeh mübahisəli borcun hesablanmasını iddiaçı tərəfindən sayğacdan kənar boru vasitəsilə qeyri-qanuni istifadə edilməsi nəticəsində cavabdehə ziyan vurulması ilə əsaslandırsa da, iddiaçı tərəfindən həmin su xəttindən istifadə edildiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.
9. Məhkəməyə təqdim edilmiş cavabdeh tərəfindən tərtib edilmiş 19 iyun 2013- cü il akta münasibətdə məhkəmə hesab etmişdir ki, həmin akt iddiaçı tərəfindən sudan qeyriqanuni istifadə faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli sübut deyildir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5971/2022 saylı qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektə baxış keçirilən zaman sayğacdan kənar bir ədəd d=20 mm-lik boru vasitəsi ilə sudan qeyri-qanuni istifadə faktı aşkar edilmişdir. Bu barədə xx.xx.2013-cü il tarixli 003766 saylı akt tərtib edilmişdir. Ziyanın ödənilməsi iddiaçıya təklif olunmuşdur. İddiaçı həmin məbləği ödəməkdən imtina etmişdir. Məhkəmə qətnamə qəbul edərkən obyektin yerləşdiyi əraziyə baxış keçirmədən, yalnız iddiaçının mülahizələrinə əsaslanaraq qətnamə çıxarmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
13. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları” 3.1.1-ci bənd- STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-in hüququdur.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 77.1-ci maddə- hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 385.2.-ci maddə- birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri 15.Qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5971/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, cavabdeh iddiaçının su xəttinə qeyri qanuni qoşulması barədə 19 iyun 2013-cü il tarixli 003766 nömrəli aktda qeyd edilmiş məlumatların həqiqiliyini təsdiq edən sübutlar təqdim edə bilmədiyindən həmin akt əsasında 2845,44 manat borcun əsaslı olduğunu bildirsə də, cavabdeh bununla bağlı hər hansı mötəbər sübutlar təqdim etməmiş, öz etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir.
22. Məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh iş materiallarında olan 19 iyun 2013-cü il tarixli akt üzrə borcun iddiaçıdan yalnız 2016-cı ildə tələb edildiyini bildirmiş, bununla da borcun tələb edilməsi ilə bağlı 3 illik iddia müddətini də ötürmüşdür.
23. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.
24. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 5971/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
25. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5971/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.