Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-297/2021 03.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlundan və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi barədə ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçınə qarşı borcun silinməsi barədə qarşılıqlı iddia tələblərinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1911/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı ilk iddia üzrə Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh KM-dən 7181,55 manat borc və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda ilk iddia üzrə Cavabdeh KM ilk iddia üzrə cavabdeh İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı İB-nin iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək İddiaçı tərəfindən Cavabdehnə əsassız hesablanmış 14019,50 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən “Cavabdeh ” Kiçik Müəssisəsinə məxsus qeyri-yaşayış sahəsinin (obyektin) qaz təchizatının bərpa edilməsinə və qaz təchizatının dayandırılmasına yönələn bütün hərəkətlərin İddiaçınə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1911/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh nümayəndəsi məhkəməyə şikayət ərizəsi ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın təmin tədbirinin tətbiqi barədə ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ilk iddia üzrə İddiaçı İB-yi ilk iddia üzrə Cavabdeh KM-yə qarşı 7181,55 manat məbləğində borcun tutulması tələbi ilə məhkəməyə müraciət etmişdir. Eyni zamanda ilk iddia üzrə Cavabdeh KM qarşılıqlı iddia ərizəsi ilə İddiaçı İBnə qarşı məhkəməyə müraciət edərək 14019,50 manat məbləğində hesablanmış əsassız borcun silinməsini xahiş etmişdir. Qarşılıqlı iddia ərizəsi ilə birlikdə iddianın təmin etmə tədbiri barədə ərizə verilərək işə mahiyyəti üzrə məhkəmədə baxılıb qurtarana qədər qarşılıqlı iddia üzrə iddiaçıya məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsinin bərpa edilməsi və qaz təchizatının dayandırılmasının cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Ərizənin təmin edilməməsini məhkəmə belə əsaslandırmışdır ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən mübahisələndirilən borc məbləği artıq mövcud deyil. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hazırda KM-yə məxsus qaz hesabında 7181,55 manat borc mövcuddur. Mübahisələndirilən borc məbləğinin bir hissəsi məcburiyyət qarşısında ödənilmişdir. İddiaçı İB təbii inhisarçı olduğundan başqa çıxış yolları yox idi. Digər tərəfdən İddiaçı İB inhisarçı vəziyyətindən istifadə edərək mövcud borcun məhkəmə qaydasında mübahisələndirilməsinə baxmayaraq, KM-yə məxsus qeyri-yaşayış sahəsinə təbii qazın verilməsini dayandırmışdır. Digər tərəfdən həm ilkin iddia üzrə iddiaçı, həm də qarşılıqlı iddia üzrə iddiaçının iddia tələbləri üzrə məhkəmə mübahisəsi var və davam edir. Hazırda mübahisə predmeti olan borc məbləğinə görə Cavabdeh KM-yə məxsus qeyri-yaşayış sahəsinə qazın verilməsi dayandırılmışdır. Bu isə Cavabdeh KM-nin digər şəxslər qarşısında öhdəliklərini yerinə yetirməməsinə səbəb olacaqdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-1911/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, işdə iştirak edən şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1911/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Qeyd edilən normanın tələbindən göründüyü kimi, iddianı təmin etmə tədbiri yalnız qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülür. İş materiallarından görünür ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh KM-nin İddiaçınə qarşı 14019,50 manat borcun silinməsi barədə qarşılıqlı iddia tələbi silinməsi tələb olunan borcun ödənildiyi və mövcud olmadığı müəyyən edildiyindən rədd edilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, Cavabdeh KM-nin İddiaçınə mübahisələndirilən 14019,50 manat borcu mövcud olmadığından qarşılıqlı iddia tələbi üzrə iddianı təmin etmə tədbiri görülərək iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək qaz təchizatının dayandırılmasının İddiaçınə qadağan edilməsinə hər hansı zərurət yoxdur. Şikayət ərizəsində cavabdeh qeyd etmişdir ki, onun hal- hazırda İddiaçınə 7181,55 manat borcu olduğu uçun ərizəsinin təmin edilməməsi barədə məhkəmənin mövqeyi düzgün deyil. Məhkəmə kollegiyası şikayətin qeyd edilən dəlili ilə bağlı bildirir ki, abonent saldosuna əsasən İddiaçı tərəfindən tələb edilən 7181,55 manat borc 2019-cu ilin aprel ayından sonra yaranmış borc məbləğidir. Qarşılıqlı iddia ərizəsində mübahisələndirilən 14019,50 manat borcun isə 2016-cı il tarixədək yaranmış borc olduğu qeyd edildiyindən hazırda qalıq 7181,55 manat borcla bağlı işə mahiyyəti üzrə yekun məhkəmə qərarı qəbul edilənədək qaz təchizatının dayandırılmasının İddiaçınə qadağan edilməsi növündə iddianı təmin etmə tədbiri görülə bilməz. Məhkəmə göstərilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1911/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 369, 400 və 405ci maddələrini rəhbər tutaraq, qərаrа аldı: Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1911/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-297/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-297/2021
03.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver