Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-3/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Yusifov Cahangir Afər oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, cavabdehin nümayəndəsi, Cavabdeh-nın sədri Nümayəndə2 iştirakı ilə, İddiaçı-nin Cavabdeh-ya qarşı borcun tutulmasına dair iddiası üzrə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 23.01.2018-ci il tarixli, 2-2(113)-81/2018 saylı qətnaməsindən (hakim Rüstəm Kərimli) Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh-ya qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinin həcmini artıraraq cavabdehdən elektrik enerjisinin istehlakına görə 24194,14 manat məbləğində borcun və iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-81/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh qətnamədən apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə cavabdehin iştirakı olmadan baxılmışdır. MTK tərəfindən elektrik enerjisindən istifadəyə görə haqq mütəmadi olaraq ödənilmişdir. Borc iddiaçı tərəfindən balans sayğacına görə hesablanmışdır. Həmin sayğac quraşdırılarkən MTK-nın iştirakı təmin edilməmişdir. Tələb edilən 24194,14 manat borc əsassız olduğundan qətnamə ləğv edilərək iddia rədd edilməlidir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 26.11.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinin elektron kabinetinə məhkəmə bildirişi yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakıni təmin etməmiş, məhkəmə MPM-nin 376.-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi, Cavabdeh-nın sədri Nümayəndə2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-2(82)-81/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, İddiaçı-nin iddiası Cavabdeh-dan 18242,13 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Cavabdeh-nın abunə hesabından və İddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışından görünür ki, 05.01.2018-ci il tarixə cavabdehin elektrik enerjisindən istifadəyə görə 24194,14 manat borcu yaranmışdır. İşə apelyasiya qaydasında baxılarkən Cavabdeh İddiaçı-yə qarşı 23611,13 manat məbləğində borcun silinməsi barədə iddia qaldırmış, Bakı Kommersiya Məhkəməsinin e- 2-2 (113)-135/2020 saylı, 21.10.2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14.04.2021-ci il tarixli 2-2(103)-285/2021 saylı qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin e-2-2 (113)- 135/2020 saylı, 21.10.2020-ci il tarixli qətnaməsi qismən ləğv edilərək iddia 5369 manat borcun silinməsinin cavabdehə həvalə edilməsi hissəsində rədd edilmiş, qətnamə qalan hissədə (18242,13 manat borcun silinməsinin cavabdeh İddiaçı-yə həvalə edilməsi və 100 manat ekspertiza xərcinin cavabdehdən tutulması) hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.09.2021-ci il tarixli 2-2(102)-341/2021 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflər arasında qeyd edilən məhkəmə mübahisəsi üzrə müəyyən edilmişdir ki, hazırda tələb olunan borcun bir hissəsi Cavabdeh-ya 2017-ci ilin sentyabr ayında "Azərişıq” ASC tərəfindən ləğv edilmiş balans hesabat sayğacının göstəricilərinə əsasən hesablanmışdır. Həmin sayğacın göstəriciləri əsasında hesablaşma aparılması qanunsuz olduğundan məhkəmə müəyyən etmişdir ki, 2011-ci ildən 01.01.2018-ci il tarixədək Cavabdeh-ya məxsus ünvan 1 ünvanında yerləşən yaşayış binasında liftlər, su nasoslarından istifadə, eləcə də girişlərin və həyətin işıqlandırılması ilə əlaqədar faktiki istifadə etdiyi elektrik enerjisi sərfiyyatı ekspert rəyinə əsasən orta aylıq sərfiyyat əsas götürülməklə müəyyən edilməlidir. Ekspert rəyinə əsasən qeyd edilən dövr üçün Cavabdeh tərəfindən ödənilməli olan məbləğin 21.043,2 manat olduğu, 18242,13 manat borcun isə əsassız hesablandığı müəyyən edilərək 18242,13 manat məbləğdə borcun silinməsinə dair iddiaçının tələbi təmin edilmiş, qalan hissədə rədd edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddiaçının tələb etdiyi borcun 18242,13 manat hissəsinin əsassız olduğu müəyyən edildiyindən mübahisələndirilən qətnamə qeyd edilən həmin borcun tutulması hissəsində ləğv edilərək qeyd edilən hissədə iddia rədd edilməlidir. Borcun qalan hissəsi iddiaçı tərəfindən faktiki istehlak edilmiş elektrik enerjisi sərfiyyatına görə 05.01.2018-ci il tarixədək hesablanmış borc olduğundan həmin hissədə iddianın rədd edilməsi üçün əsaslar müəyyən edilmir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.20-ci bəndinə əsasən yaşayış binasının mülkiyyətçisi və ya mənzil kommunal təşkilatı binanın ümumi ehtiyacları və texniki məqsədlərə (həyətin, küçənin, pilləkənlərin işıqlandırılması, nasosxanalar, liftlər və s.) sərf olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsi ilə elektrik enerjisinin alqısatqı müqaviləsi bağlayır. Həmin Qaydaların 8.14-cü bəndinə əsasən, istehlakçı (məişət abonenti istisna olmaqla) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Tərəflər arasında elektrik enerjisinin alqı-satqısı üzrə bağlanmış müqavilədə istehlak edilmiş elektrik enerjisinə görə ödənişin hər növbəti ayın 30-dək həyata keçirilməli olduğu nəzərdə tutulmuşdur. Cavabdeh apelyasiya şikayətində iddianın tam rədd edilməsini xahiş etsə də, 5952,01 manat faktiki istehlak edilmiş elektrik enerjisinə görə yaranmış borc tələbinin hansı əsasla rədd edilməli olduğu göstərməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-81/2018 saylı, 23 yanvar 2018-ci il tarixli qətnaməsi qismən ləğv edilməli, İddiaçı-nin iddiası Cavabdeh-dan 18242,13 manat borcun tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh-nın apelyasiya şikayəti qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-81/2018 saylı, 23 yanvar 2018ci il tarixli qətnaməsi qismən ləğv edilsin. İddiaçı-nin iddiası Cavabdeh-dan 18242,13 manat borcun tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ödənilmiş dövlət rüsumları tərəflərə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-3/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-3/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver