Məhkəmə qərarları › İş №2-2(103)-341/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-341/2024

21.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-341/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(113)-465/2024 nömrəli qərardadından “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin vəkili və nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmaış mənbəyi məlum olmayan 105.567,68 (bir yüz beş min beş yüz altmış yeddi manat 68 qəpik) manat borcun silinməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-465/2024 saylı qərardadı ilə (hakim Günay Namazova) iddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi iddiaçı tərəfin hazırlıq iclaslarına gəlməməsi və iştirak etməməklərinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməməsi səbəbi ilə baxılmamış saxlanılması qərara alınmışdır. İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi xx.xx.2023-cü il tarixli, e-2-2(113)-465/2024 saylı qərardaddan şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-465/2024 saylı qərardadının ləğv edilməsini və iş üzrə icraatın yenilənməsini xahiş etmişdi. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış mənbəyi məlum olmayan 105.567,68 manat borcun silinməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə xx.xx.2024-cü il, e-2-2(113)- 465/2024 saylı qərardadı ilə iddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını qət etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin baxılmamış saxlanılmasına dair xx.xx.2024- cü il, e-2- 2(113)-465/2024 saylı qərardadını iddiaçının iş üzrə xx.xx.2023-cü il tarixinə, saat 11:00-a, xx.xx.2023-cü il tarixinə, saat 11:45-ə və xx.xx.2024-cü il tarixinə, saat 12:40-a təyin edilmiş məhkəmə hazırlıq iclaslarında cavabdehin nümayəndəsinin iştirak ediyi, lakin iddiaçının nümayəndəsinin iştirak etmədiyini, iştirak etməmələrinin üzrlü səbəblərinə dair məhkəməyə heç bir məlumat verilməməsini qeyd etməklə əsaslandırmışdır. Məhkəmə hazırlıq iclasında iştirak etməməyin səbəbi iddiaçının vəkillə hüquqi yardıma dair müqaviləni xx.xx.2024-cü il tarixidə elə məhkəmə hazırlıq iclasının təyin edildiyi saat 12:40-dan təqribən 20-25 dəqiqə əvvəl bağlaması olub. Vəkildə elektron kabinet vasitəsi ilə e-2- 2(113)-6044/2023 saylı iş üzrə məhkəmə iclasının təxirə salınması və elektron kabinetə əlavə edilmək üçün müraciətini etdikdə texniki cəhətdən iş tapılmırdı. Hətta məhkəmənin Elektron ünvan e – mail ünvanına yazılı müraciət edilmişdir. İşin 2024-cü ildəki nömrəsi Bakı Kommersiya Məhkəməsi ilə telefon əlaqəsindən sonra öyrənildikdən sonra müraciətin göndərilməsi mümkün olmuşdur. Vəkil kimi hal-hazırda müqavilə bağladığı və işlə tanış olmadığından məhkəmə iclasının təxirə salınması xahişi ilə yenə telefon vasitəsilə Bakı Kommersiya Məhkəməsində hakimin işçi heyətinə məlumat verilmişdir. Hakimin artıq zalda olduğu bildirilmişdir. Hətta həmin vaxt həmin zalda digər bir işdə iştirak edən vəkil həmkarından da elektron kabinetdə texniki problem səbəbindən müraciətinin yerləşdirilməsinin mümkün olmadığı və iclasın təxirə salınmasına dair xahişi sədrlik edənə çatdırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə iclasında iştirak edilməməsinin səbəbi üzürlü səbəbdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-465/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya instansiyası məhkəməsi tərəfindən yazılı icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(113)- 465/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. İşdən görünür ki, “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin iddiası üzrə 3 dəfə-xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il tarixlərdə hazırlıq iclasları keçirilmiş, iclaslarda yalnız cavabdehin nümayəndəsi iştirak etmiş, iddiaçının nümayəndəsi heç bir iclasa gəlməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən iddianın Azərbaycan Respublikası MPM-nin 259.0.7-cı maddəsinə əsasən baxılmamış saxlanılması barədə məhkəmənin mövqeyi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. İddiaçı şikayət ərizəsində vəkillə müqavilə sonuncu hazırlıq iclasında bağlandığı və elektron kabinetdə problem olduğu üçün həmin iclasda iştirak edə bilmədiklərini və bu barədə məhkəməyə məlumat verə bilmədiklərini göstərmişdir. Məhkəmə şikayətlə bağlı qeyd edir ki, şikayət ərizəsində məhkəmə tərəfindən hər hansı pozuntuya yol verildiyi əsaslandırılmır. Şikayətdə qeyd edilən səbəblərə görə iddiaçı iclasda iştirak edə bilməmişdisə şikayət ərizəsi ilə deyil, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsində nəzərdə tutulmuş qaydada ərizə ilə məhkəməyə müraciət etməli idi. Eyni zamanda, məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır ki, iddiaçının vəkillə müqavilə bağlamaq üçün həm iddia qaldıranadək, həm də iddia qaldırdıqdan sonra kifayət qədər vaxtı olduğu halda yalnız sonuncu hazırlıq iclası günü müqavilə bağlaması halı məhkəmə iclaslarında iştirak etməməsinin üzürlü səbəbi kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçının publik hüquqi şəxs olduğu nəzərə alınarsa iclaslara öz əməkdaşlarını nümayəndə qismində göndərmək imkanı olduğu halda bu imkandan istifadə etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(113)-465/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 11 yanvar 2024-cü il tarixli, e-2-2(113)-465/2024 nömrəli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar