Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-357/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2, Cavabdeh nümayəndəsi X3 iştirakı ilə, iddiaçı “X10 Dış Ticaret Limited Şirkətinin Filialı”nın Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-860/2020 saylı xx xxxxxx 2020-ci il tarixli iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə qərardadından (hakim Aytən Əliyeva) Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “X10 Dış Ticaret Limited Şirkətinin Filialı” cavabdeh Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən **********00020 saylı abonent koduna əsassız olaraq hesablanmış 49.006,60 manat borcun silinməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Cavabdeh tərəfindən iddiaçının istifadəsində olan **********00020 saylı abonent nömrəsi ilə verilən qazın dayandırılması, məhdudlaşdırılması və ya hər hansı bir şəkildə qazın verilməsinə əngəllərin yaradılması cavabdehə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-c il tarixli, e-2-2(113)-860/2020 saylı qərardadı ilə “X10 Dış Ticaret Limited Şirkətinin Filialı”nın iddianı təmin etmə tədbirinin tətbiq edilməsi barədə ərizəsi təmin edilmişdir. Cavabdeh qərardaddan şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-c il tarixli, e-2-2(113)-860/2020 saylı qərardadının ləğv edilərək, iddianın təmini tədbirinin tətbiqinə dair ərizənin rədd olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdi. Şikayət onunla əsaslandırılmışdır ki, qəbul edilmiş qərardad istehlakçılar arasında nizamsızlıq yaradar, hər kəs məhkəmə prosesində ödəniş etməz, bu isə büdcəyə edilən ödənişləri aşağı salar, dövləti maliyyə cəhətdən zəiflədər.Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarfmn 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə istehlakçıya qazın verilməsi dayandırıla bilər. Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e- 2-2(113)-860/2020 nömrəli qərardadı şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçı lazımı qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-860/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus obyektə işə mahiyyəti üzrə baxılanadək qaz verilişinin dayandırılması onun sahibkar kimi kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsinə və yalnız iddiaçının deyil, 3-cü şəxslərin də hüquq və mənafelərinə ziyan vuracağından iş üzrə iddianı təmin etmə tədbiri görülməsi zəruridir. Nəzərə alınmalıdır ki, məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır.İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının qaz təchizatının dayandırılması onun qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-860/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(113)-860/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-357/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-357/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver