Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-357/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı “Bakı Dövlət Universiteti” X7 Cavabdeh ASC-yə qarşı “borc məbləği üzrə öhdəliyə xitam verilməsi və borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)-6096/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Bakı Dövlət Universiteti və Cavabdeh ASC arasında 30 dekabr 2013-cü il tarixli 070137 nömrəli su təchizatı və kanalizasiya xidmətlərinə dair qeyri-əhali istehlakçıları üçün müqavilə imzalanmışdır.
2. Bakı Dövlət Universitetinə məxsus abonent hesabından çıxarışdan məlum olur ki, Bakı Dövlət Universitetinin 147.032,18 manat su, 112.611,17 manat çirkli su, cəmi 259.643,35 manat qalıq borcu mövcuddur.
3. Bakı Dövlət Universiteti və Cavabdeh ASC arasında tərtib edilmiş, 14 yanvar 2010-cu il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2010-cu il tarixə cəmi 223.362,81 manat, 14 yanvar 2011-ci il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2011-ci il tarixə cəmi 232.212,77 manat, 11 yanvar 2012-ci il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2012-ci il tarixə cəmi 232.212,79 manat, 11 yanvar 2013-cü il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2013-cü il tarixə cəmi 222.531,43 manat, 12 yanvar 2014-cü il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2010-cu il tarixə cəmi 222.531,42 manat, 9 yanvar 2015-ci il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2015-ci il tarixə cəmi 222.531,41 manat, 21 yanvar 2016-cı il tarixli 070137 nömrəli hesablaşmaların qarşılıqlı üzləşməsi aktında 01 yanvar 2016-cı il tarixə cəmi 216.906,84 manat, 13 yanvar 2018-ci il tarixli 070137 nömrəli protokolda 231.533,14 manat, 13 yanvar 2020-ci il tarixli 070137 nömrəli üzləşmə aktında 231.034,1 manat, 23 yanvar 2021 tarixli 070137 nömrəli üzləşmə aktında 230.948,99 manat məbləğində borc qeyd olunmuşdur.
4. Bakı Dövlət Universieti tərəfindən Cavabdeh ASC-yə ünvanlanan müraciətə verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh ASC-nin Yasamal rayon Sukanal İdarəsi ilə Bakı Dövlət Universiteti arasında “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” bağlanmış 070137 saylı müqaviləyə əsasən tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı dövlət standartlarının tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılması təmin etmişdir. Təqdim olunan hesab fakturalara və elektron vergi hesab fakturalara Bakı Dövlət Universiteti tərəfindən etiraz edilməmişdir. Bunun müqabilində istehlakçı istifadə etdiyi suyun və kanalizasiya xidmətlərinin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür. Lakin istifadə olunan suyun və göstərilmiş kanalizasiya xidmətlərinin dəyəri Bakı Dövlət Universiteti tərəfindən tam ödənilməmişdir. Bakı Dövlət Universiteti tərəfindən istifadə olunan su təchizatı və tullantı sularının həcmi 28 oktyabr 1999-cu il tarixli, 723-İQ nömrəli Azərbaycan Respublikasının “Su təchizatı və tullantı suları haqqında qanunu”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”na və qüvvədə olan digər normativ hüquqi aktlara əsasən hesablanmışdır. Göstərilən xidmətlərin dəyərinin tam ödənilməməsi Cavabdeh ASC-nin maliyyə vəziyyətinə öz təsirini göstərməklə, büdcəyə olan vergi borclarının, elektrik enerjisi haqqının, sosial müdafiə fonduna ayırmaların ödənilməsində, suyun istehsalına, nəqlinə çəkilən və digər xərclərin ödənilməsində problemlər yaradır. Hal-hazırda Bakı Dövlət Universitetinin abonent hesabında 01 aprel 2022-ci il tarixinə 239975,82 (iki yüz otuz doqquz min doqquz yüz yetmiş beş manat səksən iki qəpik) manat debitor borc vardır. İstifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə hesablar təqdim olunmuş və Bakı Dövlət Universiteti tərəfindən ödənişlər qismən aparılmışdır. Bu səbəbdən də əvvəlki dövrdə istifadə olunan içməli su və çirkab sularının axıdılması xidmətinin dəyərinin tam ödənilməməsi qeyd edilən borcun silinməsinə (ləğv olunmasına) əsas vermir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı “Bakı Dövlət Universiteti” X10 Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, BDU-nun istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2012 ci ilə qədər yaranmış 232.212,79 manat (iki yüz otuz iki min iki yüz on iki manat yetmiş doqquz qəpik) borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə BDU-nun həmin borc məbləği üzrə öhdəliyinə xitam verilərək borcun BDU-nun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin Yasamal rayon Sukanal İdarəsi tərəfindən “Bakı Dövlət Universiteti” X9 (BDU) xx.xx.2022ci ildə “Su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlı” xəbərdarlıq göndərilərək BDU-nun istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh) xx.xx.2022-ci il tarixinə 247.296,82 manat (iki yüz qırx yeddi min iki yüz doxsan altı manat, 82 qəpik) məbləğində son ödəmə tarixi keçmiş, ödənilməmiş borcun olduğu qeyd edilmişdir. Həmçinin xəbərdarlıqda həmin borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə göstərilən xidmətlərin dayanadırılacağı, yaranmış borc və xidmətlərin dayandırılmasına çəkilmiş xərclərin məhkəmə qaydasında tutulmasının təmin ediləcəyi bildirilmişdir. Bundan sonra Cavabdeh ASC-nin nümayəndələri tərəfindən BDUya göstərilən su təchizatı və kanalizasiya xidmətləri müxtəlif vaxtlarda müvəqqəti olaraq dayandırılmışdır. Bununla əlaqədar olaraq “BDU” tərəfindən Cavabdeh ASC-yə (həmçinin Yasamal rayon Sukanal İdarəsinə) xx.xx.2022-ci il tarixli məktub göndərilərək BDU-nun istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə ümumi və illik borc məbləğlərinin dəqiqləşdirilməsi ilə bağlı araşdırma aparıldığı və araşdırmanın nəticəsinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəyi, bu səbəblə Cavabdeh tərəfindən BDU-ya göstərilən su təchizatı və kanalizasiya xidmətlərinin dayanadırılması ilə bağlı tətbiq edilən məhdudiyyətlərin ən qısa vaxtda aradan qaldırılması xahiş edilmişdir. Həmçinin daha sonra “BDU” tərəfindən Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu da göndərilərək 01.12.12-ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə BDU-nun həmin borc məbləği üzrə öhdəliyinə xitam verilərək BDU-nun abonent hesabından silinməsi və bu məsələ barədə 10 iş günü ərzində məlumat verilməsi xahiş olunmuşdur. Həmin müraciətlərə cavab olaraq Cavabdeh ASC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli 07/01-7/6/4947 nömrəli və xx.xx.2022-ci il tarixli 01/04-06-52 nömrəli cavab məktublarında qeyd edilir ki, “hal-hazırda BDU-nun abonent hesabında 01 aprel 2022-ci il tarixinə 239975,82 manat debitor borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 56.1-ci maddəsinə əsasən hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Mövcud borcun ümidsiz hesab edilməsi və ya iddia müddətinin ötməsi o halda mümkün olar ki, təchizatçı ilə istehlakçı təşkilatlar arasında Mülki Məcəllədə qeyd olunan müddət ərzində hər hansı dövriyyə, xidmətlərdən istifadə olunmasın. Lakin istifadə olunmuş və BDU tərəfindən ödənişlər qismən aparılmışdır. Bu səbəbdən də əvvəlki dövrdə istifadə olunan içməli su və çirkab suların axıdılması xidmətinin dəyərinin tam ödənilməməsi qeyd edilən borcun silinməsinə əsas vermir”. Halbuki cavabdehin imtinası qanunsuz və əsassızdır. Öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyinə görə BDU-nun xx.xx.2012-ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği üzrə öhdəliyinə xitam verilərək borcu BDU-nun abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməlidir. “Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 3020 nömrəli Sərəncamına əsasən Bakı Dövlət Universiteti Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusuna malik olan Bakı Dövlət Universitetinə çevrilmə yolu ilə yenidən təşkili nəticəsində yaradılmışdır. Buna uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli 172 nömrəli Qərarı ilə BDU-nun Nizamnaməsi təsdiq edilmiş və həmin vaxtdan BDU müvafiq olaraq hüquqi şəxslərin dövlət qeydiyyatından keçərək öz fəaliyətini publik hüquqi şəxs kimi davam etdirmişdir. BDU-nun Nizamnaməsinə əsasən Universitet ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, “Elm haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fundamental, nəzərimetodoloji, pedaqoji-metodiki və tətbiqi elmitədqiqatlar aparan publik hüquqi şəxsdir. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının Mülki Məcəlləsini, Azərbaycan Respublikasının “Publik hüquqi şəxslər haqqında”, “Təhsil haqqında”, “Elm haqqında” qanunlarını və digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmr və sərəncamlarını və öz Nizamnaməsini rəhbər tutur. Universitetin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, bank hesabı, üzərində Azərbaycan Respublikası Təhsil Nazirliyinin və özadı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları vardır. Cavabdeh tərəfindən göndərilən xəbərdarlıqda qeyd edilən borc məbləğinin araşdırılması zamanı həmin məbləğin əsas hissəsinin, yəni 232.212,79 manatının 10 (on) ildən artıq müddət keçmiş əvvəlki dövrə aid olduğu müəyyən edilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilən Cavabdeh ASC-nin Yasamal rayon Sukanal Departamenti ilə abonent “BDU” arasında tərtib edilmiş xx.xx.2012-ci il tarixli 070137 nömrəli “Müəssisə üzrə debitor və kreditor hesablaşmaların qarşılıqlı üzləşməsi haqqında Protokol”dan görünür ki, sudan istifadəyə və kanalizasiya xidmətinə görə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2012-ci il tarixinə qədər BDU-nun sudan istifadəyə görə 109.742,49 manat, çirkab suya görə 122.470,30 manat, ümumilikdə isə 232.212,79 manat debitor borcu yaranmışdır. Həmin ildən əvvəlki və sonrakı tarixlərə tərtib edilmiş üzləşmə aktlarından görünür ki, bu borc məbləği əvvəlki illərdən etibarən hissə-hissə toplanıb qalmış borcları ehtiva edir və həmin borc məbləği sonrakı dövrlərdə də ödənilməmişdir. Belə ki, xx.xx.2011-ci il tarixli üzləşmə protokolundan görünür ki, xx.xx.2010-cu il tarixinə BDU-nun sudan istifadəyə görə 139.328,88 manat, çirkab suya görə 84.033,94 manat, cəmi 223.362,82 manat debitor borcu olmuşdur. Halbuki 2010-cu il üzrə 89.730,71 manat su, 21.778,56 manat kanalizasiya xidməti, cəmi 111.509,27 manat satış həyata keçirilmiş və BDU tərəfindən həmin il üzrə 108.093,37 manat ödəniş həyata keçirilmişdir. Nəticədə xx.xx.2011-ci il tarixinə sudan istifadəyə görə 120.966,22 manat, çirkab suya görə 111.246,55 manat, cəmi 232.212,77 manat borcu yaranmışdır. Göründüyü kimi xx.xx.2011-ci ilə olan qalıq borcla xx.xx.2012-ci ilə olan qalıq borc tamamilə eyni məbləğ təşkil edir. Həmçinin iddia ərizəsinə əlavə edilən xx.xx.2013-cü il tarixli üzləşmə protokolundan görünür ki, xx.xx.2011-ci il tarixinə sudan istifadəyə görə 120.966,22 manat, çirkab suya görə 111.246,55 manat, cəmi 232.212,79 manat debitor borcu olmuşdur. 2012-ci il üzrə 127.224 manat su, 32.443,19 manat kanalizasiya xidməti, cəmi 111.509,27 manat satış həyata keçirilmiş və BDU tərəfindən həmin il üzrə sudan istifadəyə görə 129.515,19 manat, cirkab suya görə 39.833,36 manat, cəmi 169.348,55 manat ödəniş həyata keçirilmişdir. Nəticədə xx.xx.2013-cü il tarixinə sudan istifadəyə görə 107.451,30 manat, çirkab suya görə 115.080,13 manat,cəmi 232.212,77 manat borcu yaranmışdır. Eləcə də iddia ərizəsinə əlavə edilən sonrakı illərə dair üzləşmə protokollarından görünür ki, növbəti illər üzrə sudan istifadəyə və kanalizasiya xidmətinə görə həyata keçirlən satış məbləği ilə ödəniş məbləğləri təxminən eynilik təşkil etmiş (başqa sözlə, həmin illər üzrə həyata keçirilən satış üzrə ödənişlər həyata keçirilmiş) və nəticədə əvvəlki illər üzrə (xx.xx.2012-ci il tarixinə qədər) toplanmış borc məbləği ödənilmədən qalmışdır. Bunun da səbəbi həmin dövrdə BDU-nun dövlət büdcəsindən maliyyələşən ali təhsil müəssisəsi kimi fəaliyyət göstərməsi və hesablar üzrə kassa xərclərinin icrası Maliyyə Nazirliyi yanında X1 tərəfindən xidmət göstərilməklə, “Büdcə sistemi haqqında” və hər il üçün təsdiq edilmiş “Dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanunlarına, eləcə də Xəzinədarlığın tətbiqi ilə bağlı normativ hüquqi aktlara, təlimatlara əsasən həyata keçirilməsidir. Məlum olduğu kimi, “Azərbaycan Respublikasında Dövlət Xəzinədarlığının tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 may 1997-ci il tarixli 568 saylı Sərəncamına əsasən ölkədə 1997-ci ildən Xəzinədarlıq sisteminin tətbiqinə başlanılmış və sonrakı illər ərzində xəzinədarlığın müxtəlif mərhələlərinin tətbiqi uğurla həyata keçirilmiş, büdcə vəsaitlərinin daha səmərəli istifadə edilməsi, milli iqtisadiyyatımıza mənfi təsir göstərən lüzumsuz borcların yaranmasının qarşısının alınması təmin edilmişdir. Müvafiq Sərəncamdan irəli gələn tapşırıqların yerinə yetirilməsini təmin etmək məqsədilə hazırlanmış və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2001-ci il 05 yanvar tarixli 2516 qeydiyyat nömrəsi ilə təsdiq edilmiş “Dövlət büdcəsinin xərcləri üzrə öhdəliklərin qəbul olunması haqqında” Təlimatın 4-cü bəndinə əsasən öhdəliklərin tətbiqi gününə qədər (xx.xx.1999-cu ilə qədər) büdcə təşkilatları tərəfindən yaradılmış kreditor borcları köhnə borclar adlanır və köhnə borclar üzrə yeni öhdəliklər qəbul edilə bilməz, köhnə borcların ödənişi yalnız istisna hallarda hökumətin qərarına əsasən xəzinədarlıq tərəfindən həyata keçirilə bilər, öhdəlikdən artıq yaranan borclar isə qanunsuz borclar adlanır və onların büdcədən ödənilməsi yolverilməzdir. Digər tərəfdən də “Büdcə sistemi haqqında” Qanunun 19.3-cü maddəsinə əsasən büdcə təşkilatlarının satın aldığı mallara, qəbul etdiyi iş və xidmətlərə görə dövlət xəzinədarlığı tərəfindən qabaqcadan öhdəliklər götürülür və bu öhdəliklər çərçivəsində yaranan kreditor borcları xəzinədarlıq tərəfindən ödənilir. Eyni zamanda qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının 2001-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 422 nömrəli Fərmanının 18-ci maddəsində göstərilmişdir ki, dövlət büdcəsindən maliyyələşən müəssisə və təşkilatlar elektrik və istilik enerjisi, təbii qaz, su təchizatı və rabitə xidmətləri üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilmiş limitlərə ciddi riayət etsinlər, Azərbaycan Respublikasının Rabitə Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Tikinti və Arxitektura Komitəsi, “Azərenerji” Səhmdar Cəmiyyəti, “Azəriqaz” Səhmdar Cəmiyyəti və X4 Su Cəmiyyəti büdcə təşkilatları üçün yalnız müəyyən olunmuş limitlər əsasında məhsulların buraxılmasını və xidmətlərin göstərilməsini təmin etsinlər. Digər tərəfdən, BDU yenidən təşkil edildiməklə publik hüquqi şəxsə çevrildikdən sonra fəaliyyət göstərdiyi dövr ərzində yaranan bütün məsrəflər üzrə, o cümlədən su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların tam və vaxtlıvaxtında ödənilməsi təmin edilmişdir. Belə ki, müvafiq dövrə dair (2019-2022-ci illər üzrə) BDU-ya təqdim edilən su təchizatı və kanalizasiya xidmətlərinin satış məbləğləri ilə BDU tərəfindən həyata keçirilən ödəniş məbləğlərinin eynilik təşkil etdiyi, hətta daha artıq ödəniş edildiyi müəyyən edilir. Belə ki, su təchizatı və kanalizasiya xidmətlərinin 2019-cu il üzrə satış məbləği 236.162,50 manat, ödəniş məbləği 236.681,51 manat, 2020-ci il üzrə satış məbləği 202.547,50 manat, ödəniş məbləği 202.632,61 manat, 2021-ci il üzrə satış məbləği 205.666,16 manat, ödəniş məbləği 212.320,69 manat təşkil etmişdir. Lakin 2012ci ilə qədər yaranmış 232.212,79 manat borc məbləği sonrakı dövrlərdə, o cümlədən hazırda da qalıq borc məbləği kimi BDU-nun abonent hesabında görünməyə davam edir. Halbuki həmin borc məbləği üzrə öhdəliyin icrası müddətindən 10 ildən artıq vaxt keçdiyindən BDU-nun həmin borc məbləği üzrə öhdəliyinə xitam verilməli və 232.212,79 manat məbləğində borc BDU-nun abonent hesabından silinməlidir.
7. Cavabdeh tərəfindən iddia tələbinə qarşı etiraz təqdim edilməmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)-6096/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “Bakı Dövlət Universiteti” X7 istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2012-ci ilə qədər yaranmış 222.531,42 manat borc məbləği üzrə öhdəliyə xitam verilməsi, 222.531,42 manatın “Bakı Dövlət Universiteti” X7 Cavabdeh ASC-də olan abonent hesabından silinməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddianın rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 261.11 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. xx.xx.2012-ci il tarixə və ardıcıl olaraq hər il üçün xx.xx.2022-ci il tarix də daxil olmaqla Bakı Dövlət Universiteti” X10 ilə Cavabdeh ASC-nin Yasamal Rayon Su kanal İdarəsi arasında mövcud borcun qəbul edilməsi ilə bağlı üzləşmə protokolları imzalanmış bununla da cavabdeh əsaslı borcu öz iradəsi ilə qəbul etmişdir. Həmçinin cavabdeh göstərilmiş xidmətlərin dəyəri olaraq 2012-ci il üzrə 159667.2 manat, 2013-cü il üzrə 159667.2 manat, 2014-cü il üzrə 159687.2 manat, 2015-ci il üzrə 161551.79 manat, 2016cı il üzrə 198458.87 manat, 2017-ci il üzrə 276897.03 manat, 2018-ci il üzrə 260760.03 manat, 2019-cu il üzrə 236681.51 manat, 2020-ci il üzrə 202632.61 manat, 2021-ci il üzrə isə 212320.69 manat ödənişlər həyata keçirməklə iddia müddətinin axımını kəsən hərəkətlər etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən bunlara qiymət verməyərək maddi hüquq normalarını pozmuşdur. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbindən göründüyü kimi iddiaçı tərəf öz tələblərini əsaslandırdığı halları sübut etməli olduğu halda, bununla bağlı məhkəməyə sübut qismində heç bir sənəd təqdim etməmişdir. Buna baxmayaraq işə baxan məhkəmə bu fakta düzgün qiymət verməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, yaranmış borcun hesablanması qaydası haqqında məlumatı özündə əks etdirən abonent məlumat vərəqəsi və üzləşmə aktları sübut qismində məhkəməyə təqdim edilmişdir. Tərəfimizdən məhkəməyə təqdim edilən sübutlar düzgün qiymətləndirilməmiş və nəticədə prosessual hüquq normalarının pozulmasına səbəb olmuşdur. Bəndə əsasən STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək istehlakçının vəzifəsidir Bəndə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçının vəzifəsidir. İddiaçının iddia tələbi əsassızdır və ləğv edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixə və ardıcıl olaraq hər il üçün xx.xx.2022-ci il tarix də daxil olmaqla Bakı Dövlət Universiteti” X10 ilə Cavabdeh ASC-nin Yasamal Rayon Sukanal İdarəsi arasında mövcud borcun qəbul edilməsi ilə bağlı üzləşmə protokolları imzalanmış bununla da cavabdeh əsaslı borcu öz iradəsi ilə qəbul etmişdir. Həmçinin cavabdeh göstərilmiş xidmətlərin dəyəri olaraq 2012-ci il üzrə 159667.2 manat, 2013-cü il üzrə 159667.2 manat, 2014-cü il üzrə 159687.2 manat, 2015-ci il üzrə 161551.79 manat, 2016-ci il üzrə 198458.87 manat, 2017ci il üzrə 276897.03 manat, 2018-ci il üzrə 260760.03 manat, 2019-cu il üzrə 236681.51 manat, 2020-ci il üzrə 202632.61 manat, 2021-ci il üzrə isə 212320.69 manat ödənişlər həyata keçirməklə iddia müddətinin axımını kəsən hərəkətlər etmişdir ki, məhkəmə qətnamə qəbul edərkən bunlara qiymət verməyərək maddi hüquq normalarını pozmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
13. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Mülki Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.
15. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.
16. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
17. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Hazırda qətnamənin qanuniliyinin və əsaslılığının iddia tələbinin qismən təmin edilən hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddia rədd edilməlidir.
20. Belə ki, iddiaçının istinad etdiyi hallara əsasən onun iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələri təşkil edir. Həmin maddələrin tələblərinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.
21. İşin halları ondan ibarətdir ki, iddiaçının silinməsini tələb etdiyi borc 2012-ci ilədək olan dövrdə yaranmış, vaxtaşırı ödənişlər haqqında tələbdən irəli gələn borcdur.
22. Lakin kollegiya hesab edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur.
23. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.
24. Göründüyü kimi Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələrində göstərilən müddətlər öhdəliyin xitamına səbəb olan müddət deyil, iddia müddətidir.
25. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
26. Lakin hazırki işdə “Bakı Dövlət Universiteti” X6 qarşı heç bir tələb irəli sürülmədən iddia müddətinin keçməsinə istinad edərək, öhdəliyinə xitam verilməsini xahiş etmişdir.
27. Halbuki, iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi, yalnız kreditor, yəni hazırki halda Cavabdeh ASC tərəfindən müvafiq olaraq borcun tutulması barədə “Bakı Dövlət Universiteti” X5rşı iddia qaldırıldığı halda sonuncunun həmin iddiaya etiraz kimi iddia müddətinin tətbiqi barədə ərizə verəcəyi halda məhkəmə tərəfindən müzakirə oluna və həmin məsələyə hüquqi qiymət verilə bilər.
28. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq “Bakı Dövlət Universiteti” X2 qarşı heç bir tələb olmadığı halda öz təşəbbüsü ilə iddia müddətinin keçməsinə istinad edərək, hazırki iddianı qaldırması yolverilməzdir.
29. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbi mübahisələndirilən hissədə sübutlar araşdırılmadan rədd edilməlidir.
30. Həmçinin Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş 261.11 manat iddiaçı tərəfindən cavabdehə ödənilməlidir.
31. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə- iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli və həmin hissədə iddia rədd edilməlidir.
32. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 14 dekabr tarixli e-2-2(113)-6096/2022 saylı qətnaməsi iddia tələbinin təmin edilən- “Bakı Dövlət Universiteti” X7 istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə xx.xx.2012-ci ilə qədər yaranmış 222.531,42 manat borc məbləği üzrə öhdəliyə xitam verilməsi, 222.531,42 manatın “Bakı Dövlət Universiteti” X7 Cavabdeh ASC-də olan abonent hesabından silinməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 261.11 manat dövlət rüsumu iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova