Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-360/2025 03.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: əmlakın qanunsuz sahiblikdən geri qaytarılması, mülkiyyət hüququnun müdafiəsi, neqator iddia) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Hüseynli Adilə Adil qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı “əmlakdan çıxarılma” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən verilmiş 22 may 1997-ci il tarixli 763 nömrəli sərəncama görə, Salyan şossesi, 2-ci Yubiley döngəsinin arasında /48x30/m ölçüdə avtomobillərə texniki xidmət emalatxanasının tikintisi üçün İddiaçınə torpaq sahəsinin ayrılmasına icazə verilmişdir.
2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında “hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 27 may 2021-ci il tarixli 418 nömrəli müqavilə bağlanmışdır.
3. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, icarəyə verənin icarəyə verdiyi Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 622,1 m2 torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Həmin müqavilənin 1.2-ci bəndinə görə, torpaq sahəsinin təyinatı, planı, ölçüləri və sərhədləri müqavilənin ayrılmaz hissəsi hesab edilən müvafiq sərəncam, baş plan, texniki pasport və ya inşaat pasportunda göstərilir. İcarəçi qeyd olunan sənədlərdə göstərilən torpaq sahəsinin sərhədlərini və ölçülərini özbaşına dəyişdirə bilməz.
4. Müqavilənin 1.3-cü bəndinə əsasən, torpaq sahəsinin icarəyə verilməsi onun üzərində mülkiyyət hüquqlarının verilməsinə əsas deyil; 3.1-ci bəndinə görə, bu müqavilə üzrə icarə haqqı aşağıdakı qaydada hesablanır: Torpaq sahəsinin illik icarə haqqı 3384 manat, aylıq icarə haqqı 282 manatdır; 3.2-ci bəndinə əsasən, icarə haqqı üzrə aylıq ödəmə hər cari ayın 10-dan gec olmayaraq İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (VÖEN **********) Azərbaycan Respublikası Mərkəzi Bankının Əməliyyat idarəsindəki AZ53NABZ******************** saylı hesabına (kod 501004, müxbir hesabı AZ74NABZ ********************, VÖEN **********, S.W.İ.F.T., bik: NABZAZ2C) ödənilməlidir; 3.3-cü bəndinə görə, dövlət tərəfindən müəyyən edilmiş icarə haqqının minimum hədləri dəyişdirildikdə icarə haqqının məbləği yeni tariflər tərtib edilməklə hesablanır.
5. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasporta əsasən, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən qeyri-yaşayış binasının hüquq subyekti İddiaçıdir.
6. Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi, 74G ünvanında yerləşən qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına 16 may 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır (qeydiyyat nömrəsi: **********).
7. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən verilmiş 06 aprel 2024-cü il tarixli 14-2-1-3/2-117/2024 nömrəli arayışda qeyd edilmişdir ki, “Bakı şəhəri Sabail rayonu Salyan şossesi 74G ünvanda yerləşən SAP ******* olan “Operator binası” 1960-cı ildən SOCAR Cavabdeh “Bibiheybətneft” Neft və Qazçıxarma idarəsinin balansındadır. Hal-hazırda “Operator binası” “Bibiheybətneft” Neft və Qazçıxarma idarəsinin 3 saylı Neft və qazçıxarma sahəsi tərəfindən istismar olunur. Hər hesabat ilinin sonunda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim edilən daşınmaz dövlət əmlakı haqqında “Dövlət müəssiəsinin balansında olan daşınmaz dövlət əmlakının siyahısı” adlı hesabatda SAP ******* olan Operator binası haqqında müvafiq rekvizitləri ilə birlikdə məlumatlar öz əksini tapmışdır. Həmçinin Operator binası üçün Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 198.2-ci maddəsinə əsasən hər il əmlak vergisi hesablanmış və mərkəzləşdirilmiş qaydada Cavabdeh tərəfindən müvafiq qaydada Dövlət büdcəsinə ödənilmişdir”.
8. Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı ilə Dövlət Neft Şirkəti Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs İddiaçı cəlb edilməklə) “dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi” barədə iddia tələbi mümkün sayılmamışdır.
9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 20 sentyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 21 noyabr 2024-cü il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti mümkün hesab edilməmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. İddiaçı (iddiaçı) Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvandakı 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binasından, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən cavabdehin və onun tabeçiliyindəki qurum olaraq “Bibiheybət” NQÇİ-nin rəbər və işçi heyətinin çıxarılması, həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə köçürülməsi, mediasiyaya ödənilmiş 100 manat pulun cavabdehdən xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvandakı 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası xx.xx.2022-ci ildən İddiaçı KM-nin xüsusi mülkiyətindədir və texniki pasportu da vardır. Həmin bina mülkiyyət hüququ əsasında qeydiyyat nömrəsi ********** olmaqla xx.xx.2022-ci il tarixdə ƏMDX DƏDK və Reyestri Publik Hüquqi şəxsində qeydə alınmışdır. Binanın yerləşdiyi torpağa görə də Əmlak Komitəsinə hər ay icarə haqqı ödənişlərini artıq 3-cü ildir ki, İddiaçı KM ödəyir, lakin nə torpaqdan, nə üzərində olan xüsusi mülkiyyətində olan binadan cavabdeh binanı boşaltmadığı üçün yararlana, gəlir əldə edə və ya istifadə edə, sərəncam verə bilmir. Bu səbəblə iddiaçının hüquqları və qanunla qorunan mənafeləri cavabdeh tərəfindən əhəmiyyətli dərəcədə pozulur.
13. İddia tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13 və 29-cu maddələrinə istinad olunmuşdur.
14. Sonradan iddiaçının nümayəndəsi məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə vermiş, iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu Salyan şossesi 74 G ünvandakı 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binasından, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsindən cavabdeh və onun tabeçiliyindəki qurum olaraq “Bibiheybət” NQÇİ-nin rəbər və işçi heyətinin çıxarılması, həmin qeyri-yaşayış binasına və torpaq sahəsinə köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
15. Cavabdehin nümayəndəsi tərəfindən iddiaya qarşı yazılı etiraz verilmiş, etirazda iddianın əsassız olduğu vurğulanaraq göstərilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanındakı 0,062210 ha torpaq sahəsinin üzərində mövcud olan 116,90 kv.metrdən ibarət qeyri-yaşayış binası, SOCAR-in Cavabdeh, “Bibiheybətneft” Neft və Qazçıxarma İdarəsinin 3 saylı Neft və Qazçıxarma Sahəsinin müvafiq işçi biriqadasının iş otağı və operator otağı olaraq istifadə edilir, həmin bina xx.xx.1960-cı il tarixindən SAP nömrəsi ******* olmaqla “Bibiheybətneft” NQÇİ-nin istismarına verilmişdir. Qeyd edilən bina ilə bağlı iddiaçı tərəfindən xx.xx.2022-ci il qeydiyyat tarixli **********35-06301 reyestr nömrəli, qeydiyyat nömrəsi ********** olan çıxarış qanunvericiliyin tələbləri pozulmaqla əldə edilmişdir.
16. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması, cavabdehin nümayəndəsi (vəkili) isə etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
17. Məhkəmənin təyinatı əsasında tədqiqat aparan Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2024-cü il tarixli rəydə göstərilmişdir ki, “Dövlət Neft Şirkəti Cavabdeh, “Bibiheybət” NQÇİ-nin rəhbər və işçi heyətinin yerləşdiyi qeyd olunan əmlakın (qeyri-yaşayış binası) bütövlüklə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74 G ünvanda 0,062210 ha torpaq sahəsi üzərində yerləşən 116,90 kv.metrdən ibarət qeyriyaşayış binası, eləcə də həmin binanın yerləşdiyi, istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 ha torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilmişdir. Cavabdehin işçilərinin yerləşdiyi deyilən binanın, binanın yerləşdiyi torpaq sahəsinin kordinatlarının iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportda qeyd olunmuş kordinatlarla üst-üstə düşdüyü müəyyən olunmuşdur. Cavabdehin yerləşdiyi mübahisəli binaya, binanın yerləşdiyi torpaq sahəsinə dair cavavdehə məxsus hər hansı mülkiyyət, istifadə və sahiblik hüququnu təsdiq edən dövlət tərəfindən qeydə alınmış hüquqmüəyyənedici sənəd mövcud olub-olmamasının müəyyən edilməsi məsələsi məhkəmə tikniti-texniki obyektlərinin tədqiqi ekspertizasının predmetinə aid deyil”.
18. Birinci instansiya məhkəməsinin 16 dekabr 2024-cü il tarixli qərardadı ilə “iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Salyan şossesi 74G ünvanda yerləşən 0,062210 hektar torpaq sahəsi üzərində yerləşən 116,90 m2 ibarət qeyriyaşayış binası, eləcə də həmin binanın yerləşdiyi istifadə (icarə) hüququnun qeydə alındığı 0,062210 hektar torpaq sahəsinə köçürülmə” hissəsində iş üzrə icraata xitam verilmiş, eyni tarixli qətnamə ilə isə iddia tələbinin təmin edilməsi qət olunmuşdur.
19. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı əmlakın mülkiyyətçisi olsa da, əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilmir. Belə ki, həmin əmlak cavabdehin istifadəsindədir, iddiaçı cavabdehə əmlakından çıxmağı, əmlakı boşaltmağı təklif etsə də, cavabdeh əmlakı təhvil verməmiş, ona görə də iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdehin mübahisəli əmlak üzərində hər hansı əmlak hüquqlarının olması, həmin əmlakdan istifadə etməkdə davam etməsi üçün hər hansı əsasın olması müəyyən olunmamışdır.
20. Gəldiyi nəticənin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, Mülki Məcəllənin 6-cı, 14.1-ci, 152-ci, 157-ci, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci, Mülki Prosessual Məcəllənin 4-cü, 14.2-ci, 77.1-ci, 217.4-cü maddələrinə istinad etmişdir.
21. Qətnamədən cavabdehin nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia tələbinə qarşı yazılı etirazın məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdırmadığını, habelə aidiyyətlə bağlı qaydaları pozduğunu irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
22. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahat
23. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə ərizə göndərərək işə iştirakı olmadan baxılmasını istəmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə 13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.
25. Maddə 29. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolu
26. Maddə 1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin, ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün, yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
27. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
28. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
29. Maddə 140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmununhəqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
30. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır.
31. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
32. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
33. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
36. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsivə başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.
37. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
39. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
42. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
43. Maddə 385. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair
44. Bənd 12. ...Məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.
45. Bənd 13. ... İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir.
46. Bənd 14. Əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə mütləq şərt kimi mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasına diqqət yetirilməlidir. Hər iki tərəfin kommersiya hüquqi şəxs olduğu halda, onların sahibkarlıq fəaliyyətindən kənar fəaliyyətinin olmaması baxımından bu kateqoriya işlərə kommersiya məhkəmələrində baxılması şübhə doğurmasa da, digər subyektlərə münasibətdə mübahisənin hər iki tərəfin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə diqqət yetirilməlidir.
Apellyasiya baxışının həddi
47. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
49. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə, müəyyən etdiyi faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
50. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
51. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
52. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlı olsa da, iddia tələbinin düzgün qanuni əsasını müəyyənləşdirməklə qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.
53. İddiaçı, mülkiyyətində və icarəsində olan əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu bildirir və cavabdehin əmlakından çıxarılmasını tələb edir; cavabdeh isə iddiaya etiraz edərək, həmin əmlakın onun istifadəsinə verildiyini, iddiaçının əmlaka mülkiyyət hüququnu qanunsuz yolla əldə etdiyini irəli sürür.
54. X3 (§ 24, 25), həm də onun davamı olaraq mülki qanunvericilik (§ 31) mülkiyyət hüququnun, o cümlədən mülkiyyətdən sahiblik və istifadə hüquqlarının qorunmasını təsbit etmişdir. Bu hüquq isə digər məsələlərlə yanaşı Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarı).
55. Göründüyü kimi mülkiyyət hüququnun sərbəst şəkildə həyata keçirilməsi, həmçinin üçüncü şəxslərin müdaxiləsini aradan götürmək hüququnu da ehtiva edir və bu baxımdan iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 152.5-ci və 157.4-cü maddələri təşkil edir. Həmin normalar mülkiyyət hüququnun qorunması ilə əlaqəli olan mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi iddiasını, yəni neqator iddia ilə bağlı müddəaları tənzimləyir.
56. Ümumi olaraq əşya-hüquqi iddialara vindikasiya iddiası, neqator iddia və mülkiyyət hüququnun tanınması barədə iddialar daxildir. Hər üç iddia petitor iddiadır; petitor iddia anlayışı mülkiyyət hüququ barədə verilən iddiaları ehtiva edir.1
57. Neqator iddia dedikdə - mülkiyyətçinin ona məxsus olan əmlakdan istifadə və onun üzərində sərəncam səlahiyyətlərinin hayata keçirilməsinə mane olan pozuntuların aradan qaldırılması haqqında üçüncü şəxsə qarşı müqavilədən kənar tələbi başa düşülür. Vindikasiya iddiası kimi neqator iddia da mülkiyyət hüququnun müdafiəsinin əşya-hüquqi vasitələrindəndir. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi əmlaka sahib olduqda, lakin ondan istifadə və onun üzərində sərəncam imkanlarından məhrum olduqda malik olur. Başqa sözlə, neqator
1 Ali Məhkəmə, İş № 2(102)-1444/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1444+27.05.2024.pdf) (§ 26) Ali Məhkəmə, İş № 2(102)-1560/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1560+27.05.2024.pdf) (§ 27) iddianın predmeti sahiblikdən məhrum etmə ilə əlaqədar olmayan pozuntunun aradan qaldırılmasına yönələn iddiaçının tələbidir. Əksər hallarda üçüncü şəxs özünün qanuna zidd hərəkətləri və ya hərəkətsizliyi ilə mülkiyyətçiyə əmlakdan istifadə səlahiyyətlərini həyata keçirməyə maneə törədir. Neqator iddianın əsasını iddiaçının əmlakdan istifadə, onun barəsində sərəncam hüquqlarının əsasları və bu səlahiyyətlərin həyata keçirilməsinə üçüncü şəxsin fəaliyyəti ilə maneə yarandığını təsdiqləyən şərtlər təşkil edir.2
58. Bu iddiadan üç məqsəd güdülür: birincisi, hüququ pozulmuş hərəkətlərin qarşısını almaq; ikincisi, gələcəkdə mülkiyyət hüququnun pozulmasına gətirib çıxara biləcək hərəkətlərin qarşısını qabaqcadan almaq (preventiv məqsəd); üçüncüsü, hüququn pozulması anına kimi mövcud olan vəziyyəti bərpa etmək üçün müəyyən hərəkət etməyi cavabdehə həvalə etmək. neqator iddia təmin edildikdə pozuntu törədən şəxsin üzərinə yaratdığı maneəni aradan qaldırmaq vəzifəsi qoyulur. Bu vəzifənin icra edilməsi nəticəsində mülkiyyətçi əşya barəsində istifadə və sərəncam səlahiyyətlərini həyata keçirmək imkanı əldə edir.3
59. Beləliklə, neqator iddianın təmin edilməsi üçün bir neçə şərt mövcud olmalıdır: 1. mübahisəli əmlak mülkiyyətçinin (iddiaçının) sahibliyində olmalı; 2. cavabdeh həmin əmlakdan istifadə, sahiblik və ya onun barəsində sərəncam vermək səlahiyyətlərinin həyata keçirilməsinə maneə olan hərəkətlər etməli; 3. həmin hərəkətlər hüquqazidd olmalıdır.4
60. İşin faktiki hallarından görünür ki, sözügedən əmlak üzərində mülkiyyət hüququ (torpaq sahəsinə münasibətdə istifadə hüququ) iddiaçıya aiddir. Bu hal iş materiallarında olan yerli icra hakimiyyəti orqanının sərəncamından və Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilən texniki pasportdan, eləcə də çıxarışdan aydın olur. Beləliklə iddiaçı Mülki Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyətçidir (qanuni istifadəçidir).
61. Cavabdeh isə iddiaçının öz əmlakından istifadə etmək hüququna maneə olan hərəkətlər etmişdir. İş materiallarında olan ekspert rəyi ilə, cavabdehin işçilərinin yerləşdiyi iddia olunan binanın və onun yerləşdiyi torpaq sahəsinin kordinatlarının iddiaçı tərəfindən təqdim olunmuş texniki pasportda qeyd olunmuş kordinatlarla üst-üstə düşdüyü müəyyən olunmuşdur.
62. Digər tərəfdən cavabdeh, həmin əmlakdan istifadəsini təkzib etməmiş, əksinə özünün ona hüququnun olmasını iddia etmişdir. Beləliklə, cavabdehin faktiki olaraq iddiaçıya məxsus əmlakdan istifadəsi işin mübahisəsiz halını təşkil edir.
63. Nəhayət qeyd olunmalıdır ki, cavabdehin iddiaçıya məxsus əmlakdan istifadəsi hüquqazidd olmuşdur. Belə ki, cavabdeh çıxarışın qanunsuz olmasını və sözügedən torpaq sahəsi üzərində olan qeyri-yaşayış sahəsinin 1960-cı ildən etibarən onun balansında olmasını irəli sürsə də, iddiaçıya məxsus mülkiyyət sənədinin mübahisələndirilməsi ilə bağlı iddiası məhkəmələr tərəfindən mümkün hesab edilməmişdir.
64. Kollegiya, cavabdehin nümayəndəsinin məhkəmə aidiyyətinin pozulması ilə bağlı dəlilini də əsassız hesab edir.
65. Belə ki, həm iddiaçı, həm də cavabdeh kommersiya fəaliyyəti ilə məşğul olan müəsissələrdir və bununla bağlı vergi ödəyiciləri kimi qeydiyyatdan keçmişlər - iki sahibkarlıq subyekti arasında mülkiyyət hüququnun müdafiəsi ilə bağlı iddialara isə kommersiya məhkəmələri tərəfindən baxılır (§ 44 - 46).
2 Ali Məhkəmə, İş № 2(102)-1541/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_1541+04.06.2024.pdf) (§ 69) 3 Ali Məhkəmə, İş № 2(102)-3317/2024, (https://sc.supremecourt.gov.az/storage/Mulki/2024/2_3317+24.10.2024.pdf) (§ 20, 52) 4 Ali Məhkəmə, İş № 2-1(102)-1573/2024, (https://sc.supremecourt.gov.az/storage/Inzibat/2024/9_1573+12.07.2024.pdf) (§ 40)
66. Beləliklə, apellyasiya şikayətində irəli sürülənlər formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
67. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə xərclərinə dair məsələyə də qiymət verməyin zəruriliyini vurğulayaraq kollegiya qeyd edir ki, apellyasiya şikayətini vermək üçün ödədiyi dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2331/2024 saylı iş üzrə 16 dekabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunsun. Qətnamədən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Ziya Şirinov