Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-361/2020 17.06.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X3 və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə iddiaçı “xxxx” ASC-nin cavabdeh “xxxx” ASC-yə qarşı əsassız hesablanmış borc məbləğinin şəxsi hesab vərəqəsindən silinməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı xx xxxxx 2020-ci il tarixli qərardadından (hakim Leyla Əliyeva) cavabdeh “xxxx” ASC-nin şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-yə əsassız hesablanmış 19.980 manat məbləğində borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı məhkəməyə ərizə təqdim edərək, Bakı şəhəri, Xətai prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-yə verilən elektrik enerjisi təchizatının dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilmişdir. Cavabdeh “xxxx” ASC qərardaddan şikayət verərək, qərardadın ləğv edilərək ərizənin rədd olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerjitəchizatı müəssisəsi tərəfindən təqdim edildikdən sonra bir ay müddətinə tam məbləğ ödənilmədikdə enerjitəchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Konkret halda Xətai prospekti 15 ünvanında yerləşən “xxxx” ASC-yə verilən elektrik enerjisinin verilişinin dayandırılmasının “xxxx” ASC-yə qadağan edilməsi enerjitəchizatı müəssisəsinin həmin hüququnu məhdudlaşdırır. “xxxx” ASC-nin nəinki hazırkı borcunu, hətta işə baxılıb qurtaranadək aylarla istifadə edəcəyi elektrik enerjisinin dəyərini də ödəməməyə şərait yaradır. Qərardad qəbul edilərkən işə baxılıb qurtaranadək “xxxx” ASC-yə istehlak olunacaq elektrik enerjisinin dəyərini enerjitəchizatı müəssisəsi olan “xxxx” ASC tərəfindən enerji istehsalçısı olan “xxxx” ASC-yə hansı vəsait hesabına ödəniləcəyi də nəzərə alınmamışdır. İddiaçının tələbi borcun silinməsi ilə bağlı olduğu halda, “xxxx” ASC-yə elektrik enerjisinin verilməsinin dayandırılmasının qadağan olunmasının gələcəkdə qəbul ediləcək qətnamənin icrasının təmin edilməsi ilə əlaqəsi nədən ibarət olduğu da məhkəmə tərəfindən əsaslandırılmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayatə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, tərəflər lazımı qaydada xəbərdar edilsələr də məhkəmə iclasında iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinine-2-2(113)-1371/2020 saylı xx.xx.2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus obyektə işə mahiyyəti üzrə baxılanadək elektrik enerjisi verilişinin dayandırılması onun sahibkar kimi kreditorları qarşısında öhdəliklərinin yerinə yetirilməsinə və yalnız iddiaçının deyil, 3-cü şəxslərin də hüquq və mənafelərinə ziyan vurcağından iş üzrə iddianı təmin etmə tədbiri görülməsi zəruridir. Nəzərə alınmalıdır ki, məhkəmə iddianı təmin etmə tədbiri görülməsi ərizəyə qiymət verərkən bu tədbir görülmədikdə iş üzrə yekun qərar qəbul edilənədək iddiaçının qanunu mənafeyinin pozulma ehtimalını, işdə iştirak edən şəxslərin qanuni mənafeləri arasında tarazlığın təmin edilməsini nəzərə almalı, hər bir ərizə həmin mübahisə kontekstində qiymətləndirilməlidir. Belə dəyərləndirmə zamanı məhkəmə tərəfindən iddianı təmin etmə tədbiri görülərkən əsas götürülməli olan məqsəd işdə iştirak edən, eləcə də belə statusa malik olmayan digər şəxslərin də mənafeləri və onların müdafiəsindəki mütənasibliyin qorunmasıdır.İddiaçıya cavabdeh tərəfindən hesablanmış borc mübahisələndirildiyindən iş üzrə yekun məhkəmə qərarı qəbul edilənədək həmin borcla əlaqədar iddiaçının elektrik enerjisi təchizatının dayandırılması onun qanuni mənafelərinin səmərəli məhkəmə müdafiəsinin təmin edilməsi baxımından məqsədəuyğun olmadığından ərizənin təmin edilməsinə dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157, 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Cavabdeh “Azərışıq” Açıq Səhmdar Cəmiyyətininşikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1371/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadıdəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-361/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-361/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver