Məhkəmə qərarları › İş №2-2(103)-382/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-382/2021

11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-382/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi ilə, İddiaçı cavabdeh "Cavabdeh" MMC-yə qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair” ilkin ərizəsi "Cavabdeh" MMC-nin isə "İddiaçı" İB-yə qarşı “akt üzrə artıq hesablanmış borcun silinməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1898/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, e-2-2(113)-1898/2020 saylı qətnaməsi ilə ilkin iddianın qismən təmin edilməsi, Cavabdehndən təbii qazdan istifadəyə görə yaranmış 48513,29 manat borcun tutularaq İddiaçınə ödənilməsi, ilkin iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 23,91 manat məbləğinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, qalan 6,09 manat məbləğinin isə İddiaçınə aid edilməsi, ilkin iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı tərəfindən Cavabdehnə hesablanmış 12336,2 manat borcun silinməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 4,18 manat məbləğinin İddiaçındən tutularaq Cavabdehnə ödənilməsi, qalan 25,83 manat məbləğinin isə Cavabdehnə aid edilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "İddiaçı" İB ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin buraxılmasını üzürlü hesab edilməsini və müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə göstərilən əsaslara görə ölkə ərazisində cərəyan edən COVİD 19 pandemiya ilə əlaqədar Birliyin işçilərinin sayı 30 faizədək azaldılmış, eyni zamanda, Birliyin xeyli sayda məhkəmə işləri olduğundan “Elektron Məhkəmə Sistemi”nə əlavə edilən sənədlərə nəzarət çətinləşmiş və bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, buraxılmış müddətin bərpasından imtina edilmişdir. İddiaçı "İddiaçı" İB şikayətlə məhkəməyə müraciət edərək, həmin qərardadın ləğv edilməsini və müddətin bərpa edilməsinə dair yeni qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin elektron məhkəmə sistemində yerləşdirilsə də rəsmi qaydada “Birliyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”) 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları məhkəmə tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Həmin məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir, işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Həmin məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi sözügedən qətnamə Birliyə rəsmi qaydada daxil olmamış, qəbul edilmiş qərardad MPM-in tələblərinə ziddir və Birliyin hüquqlarını pozur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılmlası üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəməyə gəlməmiş, MPM-in 135.5, 135.8 və 376.2-ci maddələrinin tələblərini nəzərə alan məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materillarını araşıdırb belə hesab edir ki, iddiaçının şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi xx.xx.2020-ci il tarixində İddiaçı İB-nin nümayəndəsi tərəfindən yaradılmış elektron kabinetdə yerləşdirilmiş, qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizəsi isə məhkəməyə xx.xx.2021-ci il tarixində məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, apellyasiya şikayətinin qanunla müəyyən edilən bir aylıq müddəti xx.xx.2020-ci il tarixində tamamlandığı halda, iki ay yarıma yaxın müddət keçdikdən sonra müddətn bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçının müddətin bərpası barədə ərizəsindən göründüyü kimi, müddəti buraxmasını onunla əsaslandırır ki, ölkə ərazisində cərəyan edən COVİD 19 pandemiya ilə əlaqədar Birliyin işçilərinin sayı 30 faizədək azaldılmış eyni zamanda Birliyin xeyli sayda məhkəmə işləri olduğundan “Elektron Məhkəmə Sistemi”nə əlavə edilən sənədlərə nəzarət çətinləşmiş və bu səbəbdən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmışdır. İddiaçının qeyd etdiyi həmin halların müddətin buraxılmasının üzrlü səbəbləri kimi qiymətləndirilməsi istisna edilir. Ən azından ona görə ki, Birlik hüquqi şəxs statusuna malikdir və onun həm öz əməkdaşları, həm də vəkil statusuna malik digər şəxslərələ bağlanmış müqavilə və onlara verilmiş etibarnamə əsasında qətnamədən qanunla müəyyən olunmuş müddət çərçivəsində şikayət vermək imkanı mövcud olmuşdur. MPM-in 133.1-ci maddəsinin mənasından da göründüyü kimi, məhkəmə o halda işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir ki, qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etsin. Eyni zamanda, məhkəmə kollegiyası qeyd edir ki, «Könül Namidar qızı Qəribovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın xx xxxxxx 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu xx xxx 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası iddiaçının istinad etdiyi halları apellyasiya şikayəti vermə müddətini buraxılmasının üzrlü səbəbləri kimi qəbul edilməsini mümkün hesab etmir və yekunda belə qənaətə gəlir ki, iddiaçının müddətin bərpası barədə ərizəsinin birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə təmin edilməməsi və müddətin bərpasından imtina olunması qanuni və əsaslıdır. Ona görə də onun şikayətinin həmin qərardadın MPM-in tələblərinə zidd olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənatə gəlir ki, şikayət təmin edilmədən, qərardad dəyişdirimədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və MPM-in 263-264, 400 və 402-ci maddələrini rəhbər tutaraq kollegiyası q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1898/2020 saylı xx xxxxxx 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar