Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-407/2023 01.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə və cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “pul tələbi”nə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6089/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX- 7520/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-ni keyfiyyətli qazla təmin etməyi, Cavabdeh MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər.
2. İddiaçı xx.xx.2022-ci il tarixə ümumilikdə 90412,11 manat borcun yarandığını, həmin borcun 48513,29 manat hissəsinin xx.xx.2020-ci il tarixə yaranan borc olduğunu və həmin borcun tutulması ilə bağlı Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(113)-1898/2020 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin olduğunu, bu səbəbdən hazırda borc məbləğinin 41898,82 manat təşkil etdiyini bildirir.
3. Cavabdeh isə hesablanmış borc məbləğinin abonent saldosuna əsaslandığını, abonent saldosunun isə əsassız və qəbuledilməz olduğunu, sübut kimi qəbul edilə bilməyəcəyini bildirir.
Birinci instansiya məhkəməsindəki icraat
4. İddiaçı iddia ərizəsi və iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh “Formes.Group.Az“ MMC-dən təbii qazdan istifadəyə görə xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək yaranmış 41898,82 manat borcun və 215,70 manat ödənilmiş dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********99550012b1a2nk hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı bildirir ki, İddiaçı xx.xx.2019-cu il tarixli, AMX-7520/19 saylı müqavilə əsasında “Formes.Group.Az“ MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022ci il tarixə ümumilikdə 90412,11 manat borcu yaranmışdır. 90412,11 manat borcun 48513,29 manat hissəsi xx.xx.2020-ci il tarixə yaranan borcdur. Həmin borcun tutulması tələbi ilə bağlı daha öncə Birlik tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1898/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə 48513,29 manat məbləğində borcun cavabdeh “Formes.Group.Az“ MMC-dən tutularaq İddiaçı İB-nə ödənilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və hazırda icra mərhələsindədir. Göründüyü kimi cavabdehin iddiaçıya olan 90412,11 manat ümumi borcundan 48513,29 manat hissəsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi vardır. Bu səbəbdən iddiaçı tərəfindən hazırda mübahisələndirilən borc məbləği 41898,82 manat təşkil edir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
6. İddia ərizəsinə etiraz daxil olmamışdır.
7. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6089/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən 01 yanvar 2022-ci il tarixə yaranmış 41898,82 manat məbləğində borc və mediasiya xərci kimi ödənilmiş 215,70 manat məbləğində pulun tutularaq İddiaçı (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ72İBAZ**********99550012b1a2nk) bank hesabına ödənilməsi qət edilmişdir.
8. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə tam hərtərəfli, obyektiv araşdırma aparılmadan qətnamə çıxarmışdır. Borcun hesablanmasının qanuni əsası və ya müqavilə əsası olmamışdır. Məhkəmə tərəfindən müqavilə üzrə borcun məbləği barədə araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi tətbiq edilməli olan Qanunun da müddəalarını tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Qanunverici hazırkı halda müqavilə üzrə borc məbləğinin müəyyən edilməsi üçün ekspertiza təyin edilməsi barədə məhkəməyə hüquq vermişdir. Birinci instansiyası məhkəməsi ekspertiza təyin edilməsinin zəruri olmadığını qətnaməsində bildirməmişdir. Yəni məhkəmə ekspertiza təyin etmək əvəzinə iddiaçı tərəfindən təqdim edilmiş sənədlər əsasında müstəqil ekspert tədqiqatı aparmış, bu zaman həmin sənədlər əsasında çıxardığı nəticənin yanlış olmasının, cavabdehə müdafiə olunmaq imkanının yaradılmadığının fərqində olmamışdır. İş materiallarında olan sübutlar da düzgün qiymətləndirilməyib. Halbuki, sübutların düzgün dəyərləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Məhkəmənin qətnaməsi o zaman əsaslı olar ki, o, məhkəmə iclasında mülki məhkəmə icraatının prinsiplərinə və mülki prosessual qaydalara əməl olunmaqla hərtərəfli və tam araşdırılmış iş üçün önəmli olan hallara əsaslansın. Məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq dəyərləndirməlidir. Məhkəmənin qətnaməsində istinad etdiyi abonent saldosu əsassızdır və qəbuledilməzdir. Belə ki, abonent saldosu sübut kimi yolverilməzdir. İş materiallarından da görünür ki, məhkəmə ancaq abonent saldosuna əsaslanmaqla iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş sübuta istinad etməklə qətnamə qəbul etmişdir. Ölkədə yeganə qaz siyasətini həyata keçirən qurum İddiaçı ASCdir, bu qurumun da alternativi olmadığına görə yəni qaz təchizatını başqa qurum yerinə yetirmədiyi üçün onun tərəfindən təqdim edilən sənədlər mötəbər sübutlar ola bilməz və digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Cavabdeh olaraq hazırki borc tələbi əsassızdır və şişirdilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
14. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddələrinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın
17. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir.
18. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
19. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
20. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
21. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə sasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
25. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, AMX- 7520/19 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqaviləyə əsasən İddiaçı Cavabdeh MMC-ni keyfiyyətli qazla təmin etməyi, Cavabdeh MMC isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq İddiaçı hesabına ödəməyi öhdələrinə götürmüşlər.
26. İddiaçı hazırda tələb olunan borc məbləğinin xx.xx.2022-ci il tarixə yaranmış 90412,11 manat borcdan məhkəmə qətnaməsi ilə tutulması qət edilmiş 48513,29 manat çıxıldıqdan sonra qalan 41898,82 manat borc olduğunu bildirir.
27. İş materiallarına əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1898/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MMC-yə qarşı 60849.49 manat borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin Cavabdeh MMC də İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək artıq hesablanmış 27679,50 manat akt üzrə borcun və 60849,49 manat artıq hesablanmış sayğac borcunun silinməsini xahiş etmişdir.
28. Qeyd edilən qətnaməyə əsasən ilkin iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən qazdan istifadəyə görə yaranmış 48513,29 manat borcun tutularaq İddiaçınə ödənilməsi, qarşılıqlı iddianın da qismən təmin edilərək, İddiaçı tərəfindən Cavabdeh MMC-yə hesablanmış 12336,2 manat borcun silinməsi qət edilmişdir.
29. Qeyd edilən qətnamədən görünür ki, ilkin iddia üzrə tələb edilən 60849,49 manat borc xx.xx.2020-ci il tarixə yaranmış borc məbləğidir. Hansı ki, məhkəmə qətnaməsinə əsasən həmin borcun 12336,2 manat hissəsi silinmiş və 48513,29 manat borcun tutulması qət edilmişdir.
30. Yuxarıda qeyd edilənlər iş materiallarına əlavə edilmiş Cavabdeh MMC-nin abonent saldosundan da görünür.
31. Belə ki, xx.xx.2020-ci il tarixə 60849,49 manat borcun olduğu, 12336,2 manat borcun isə silindiyi müəyyən edilir. Həmin tarixdən sonra xx.xx.2020-ci il tarixə 5185,80 manat dəyərində, xx.xx.2020-ci il tarixə 11349,60 manat dəyərində, xx.xx.2020-ci il tarixə 22614,60 manat dəyərində, xx.xx.2021-ci il tarixə 19181,60 manat dəyərində, xx.xx.2021ci il tarixə 2.20 manat dəyərində, xx.xx.2021-ci il tarixə 2.20 manat dəyərində, xx.xx.2021ci il tarixə 3.80 manat dəyərində, xx.xx.2022-ci il tarixə isə 9.02 manat dəyərində, ümumilikdə 58348,82 manat dəyərində təbii qazdan istifadə edildiyi müəyyən edilir.
32. Abonent saldosundan həmçinin görünür ki, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixə 5100 manat, xx.xx.2021-ci il tarixə 11350 manat, ümumilikdə 16450 manat ödəniş edilmişdir.
33. xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istifadə edilmiş təbii qazın dəyəri olan 58348,82 manatdan cavabdeh tərəfindən həyata keçirilmiş 16450 manat ödəniş çıxıldıqdan sonra ödənilməli məbləğ 41898,82 manat təşkil edir.
34. Abonent saldosunda xx.xx.2022-ci il tarixə ödənilməli borc məbləği 90412,11 manat təşkil edir ki, həmin məbləğin 41898,82 manat hissəsi hazırda tələb edilən borc məbləği, qalan 48513,29 manat hissəsi isə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(113)-1898/2020 saylı qətnaməsinə əsasən tutulmalı olan borc məbləğidir.
35. Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində onun müqavilə üzrə iddiaçıya borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 41898,82 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
36. Cavabdeh apellyasiya şikayətində borcun əsasız hesablandığını və iş üzrə ekspertiza təyin edilməli olmasını bildirsə də, iddiaçı daha çox ödəniş etməsinə, borcun əsassız olaraq çox hesablnması ilə bağlı sübutları təqdim edə bilməmişdir. Hazırda iş üzrə ekspertizanın təyini üçün əsas müəyyən edilməmişdir.
37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ödənilmiş mediyasiya xərcinin 215,70 manat hissəsinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə də düzgün nəticəyə gəlmişdir.
38. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir.
39. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
40. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6089/2022 saylı, 20 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova