Məhkəmə qərarları › İş №2-2(103)-427/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-427/2021

07.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-427/2021 07.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "İddiaçı" firmasının cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyri-yaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçilarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasina nail olma, qanunsuz sahibkarlıqla məşqul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərardadlarından iddiaçı tərəfindən verilmiş şikayətlərə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "İddiaçı" firması cavabdeh "Cavabdeh" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, sonradan iddiaçı “iddianın dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, özəl mühafizə şirkətləri haqqında nizamnamə və lisenziya haqqında əsasnamələri pozmaqla qeyriyaşayış binasının zorakı zəbt ilə mülkü dövriyyə iştirakçilarını sahibçilik və istifadə hüququndan məhrum etmə, iddiaçının işğüzar fəaliyyətinə maneələrlə, məqsədli iflasina nail olma, qanunsuz sahibkarlıqla məşqul olma, zəbt olunmuş obyektdə işçilərə sərəncam və tapşırıqlar vermə, icrasını tələb etmə, direktor və təsisçilərin vəzifə səlahiyyətlərini mənimsəmə, məhkəmə və icra orqanlarının səlahiyyətlərini əvəzləmə nəticəsində iddiaçıya küllü miqdarda dəymiş zərərin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. “Xalq Bank” açıq səhmdar cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-653/2020 saylı qətnaməsi ilə iddia rədd edilmişdir İddiaçı "İddiaçı" firmasının təsisçisi X2 Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2 (113)-653/2020 saylı qətnaməsindən apelyasiya şikayəti vermişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadı ilə iddiaçı "İddiaçı" firmasının qətnamədən verdiyi apelyasiya şikayəti geri qaytarılmışdır. İddiaçı "İddiaçı" firması şikayət verərək Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçının qovluğunda fevral 2020-ci il tarixindən iddia ərizəsinin mahiyyət və tərkibi ilə sadalayacaq ardıcıllıqla mötəbər subutlarla iddia ərizəsinin predmetinə dair bilavasitəçilik ilə subutlarla iş icraati kənar müdaxilələrlə dondurulmuş sayılır. İddiaçının işdə iştirakı, elə cavabdeh tərəfindən müdaxilələrlə əngəllənmişdir, belə ki, cavabdeh CESKO mühafizə şirkəti iş yerinə buraxmadığı təqdirdə sonuncu təhdidlərə dözməyərək işdən çıxmaq ərizəsini iddiaçının hal hazırda həbsdə olan təsisçisinə ünvanlanmiş idi, səbəb isə onu iş yeri ilə təmin etmək təsisçinin vəzifəsi idi. Bu barədə əvvəlki direktor Nümayəndə işdən çıxması barədə ərizəsi olsa da belə, onu əvəz etmək arzusunda kimsə olmamış, hər gələn yeni nümayəndə iş yerinə daxil olmaq imkanının olmaması və ətrafda CESKO şirkətinin yaratdığı “sahibkarları KİV-lərdən bəlli döyülmələri faktları ilə abu-havanı görüb fikrindən daşınmış idi. İşdən qanuni yolla çıxmaq tələbini həyata keçirtmək üçün keçmiş direktor Nümayəndə iddiaçıya qarşı Bakı Kommersiya Məhkəməsində iş qaldırmış idi. Keçmiş direktorun “CESKO” mühafizə şirkəti 2-2(113)-653/2020 saylı baxılan işin yubanmasını görüb, iş yerinə buraxilmaması haqda münaqişəyə görə, iddiaçını cavabdeh qismində Bakı şəhər İnzibati Məhkəməsinə verərək, direktor vəzifəsindən azad olunmasını tələb etmişdir. Belə ki, adı çəkilən “CESKO” şirkəti direktor Nümayəndə “iş yerinə” çıxan gündən zorakı maneələrlə işə buraxmamış, onun əvəzində məhkəmə bildirişlərini qəbul etmiş və yaxud qəsdən qəbul etməmiş və digər qanunsuzluqlar törətmişdir, bu haqda iş materiallarında da, Polisə Prokurorluğuna keçmiş direktorun müraciəti vardır. Keçmiş direktor Nümayəndə yeganə təsisçinin həbs olunması ilə əlaqədar işdən çıxmaq barədə Bakı İnzibati Məhkəməsinə xx xxxxxx 2010-cu il tarixində müraciəti ilə bağlı 2-1(112)- 3405/2020 saylı iş üzrə sərəncam çıxarılmışdır, sərəncama görə Nümayəndə işləri yeni direktora təhvil verməyə borclu olmuşdur. Ərizəsinə Nümayəndə işdən çıxmaq haqqında xx.xx.2020-ci il tarixli ərizəsi ilə, təsisçinin xx.xx.2020- ci il tarixli 93 saylı Əmr əlavə edilir. Bakı İnzibati Məhkəməsinin sərəncamına uyğun, Azərbaycan Respublikası Vergilər Nazirliyinə keçmiş direktorun müraciəti də ərizəyə əlavə olunur. Keçmiş direktorun xx.xx.2020-ci il tarixli məhkəməyə müraciəti və sərəncama uyğun ən nəhayət ağır iş rejimi təhdid şəraitində, direktor olmaq razılığını Qanuni nümayəndə təsisçiyə 2.02.2020-ci il tarixində bildirməklə xx.xx.2020-ci il tarixində təsisçinin 97 saylı xx.xx.2020-ci il tarixli Əmri əsnasında direktor vəzifəsinə təyin olunsa da, qanuni direktor nümayəndə hüquqi, təsisçinin Bakı şəhəri İstintaq təcridxanasında xx.xx.2020-ci il tarixində verdiyi AR-2№ 150 130 saylı etibarnamə əsnasında direktor təyin olunması haqqında iddiaçının qərarı aidiyyəti üzrə dövlət reyestrindən çıxarış Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X4 Qeydiyyatı İdarəsi tərəfindən xx.xx.2020-ci il tarixində təsdiqini tapmışsa da belə hal-hazıra qədər rəsmi qaydada reyestrdən çıxarış ünvana pandemiya ilə əlaqədar göndərilməli idisə, göndərilməmışdir. İddiaçı ümumiyyətlə məhkəmə müdafiəsindən vasitə ilə cavabdehin bir başa təqsiri üzündən məhrum olmuş, belə ki, direktor Nümayəndə təhdid və həbs olunmaq qorxusundan məhkəmə qaydasinda İnzibati Məhkəmə araşdırması ilə, hər hansı cavabdehlikdən prezumpsiyaya malik sayılır. Eyni qayda iddiaçının əmlakını ələ keçirtmək həvəsi ilə ikinci qoçu dəstə iddiaçının Baki şəhəri, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış binasını ələ keçirtmiş sayılırdı. Bakı şəhəri Səbail rayon məhkəməsinin Qərardadında qeyd olunmuşdur ki, “xxxx” Firmasındakı təsisçilərin tərkibi və onların paylarına dair məlumatların dəyişdirilməsi və sair qeydiyyatın aparılması qadağan olunsun. Yəni direktor işdən çıxmışsa hər hansı yeni sair qeydiyyatin direktorun işə qəbulu aparılması qadağan olunur. Bu səbəbdən Bakı Apelyasiya Məhkəməsinin Qətnaməsi ilə adi çəkilən qərardad qanuni qüvvəsini itirmiş, belə ki, hələlik birinci mərhələdə Ləğv olunmuş keçmiş MTN əməkdaşları ilə əlaqəli qoçu dəstə “xxxx” firmasının əmlakını ələ keçirtmək istəyən təşəbbüskar qrup iddiaçının əmlakından qopmuş sayılır. Sonda iddiaçı şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadı ilə məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadından iddiaçı "İddiaçı" firmasının verdiyi şikayət geri qaytarılmışdır. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, qətnamədən şikayət müddətinin ötürülməsi barədə e-2-2(113)-653/2020 saylı Qərardadının ləğv olunması, qətnamədən şikayət vermək haqqında müddətin baxılmasına dair baxış iclasının təyin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhər Komersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-653/2021 saylı Qərardadının ləğv olunmasını, əvəzində işin təzələnməsi haqqında Qərardad qəbul edilməsi, “xxxx” firmasına “Apelyasiya şikayəti vermək haqqında MPM ilə imkan yaradılması haqqında məhkəmə aktının çıxarılmasını, şikayətin qəbul olunmayacağı təqdirdə işin Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına göndərilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki iddiaçı elektron portal vasitəsi ilə məhkəməyə müraciət hüuqu yalnız xx.xx.2021-ci il tarixində iddiaçıdan asılı olmayan səbəblərlə çətinliklə əldə etmişdir. Keçmiş direktor İnzibati Məhkəmə qaydasında işdən xx xxxxxx 2020-ci il tarixindən çıxmış hesab olunursa da belə, yeni direktorun təyin olunması prosseduru qeyri-mümkün sayılırdı. Səbəb isə Bakı şəhəri Səbail rayonu məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərardadından göründüyü kimi “xxxx” firmasındakı təsisçilərin tərkibi və onların paylarına dair məlumatların dəyişdirilməsi və sair qeydiyyatın aparılması qadağan olunmuşdur. Yəni yeni direktorun işə qəbulu mümkünsüz idi. Belə hal xx xxxxxx 2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinə qədər davam etmişdir. Yəni direktor təyin olunmursa, qadağan olunursa, məhkəmə bunu nəzər almali idi . Bu barədə qoşma sənədləri adi poçt vasitəsi ilə məhkəməyə ünvanlanmışdır. Keçmiş direktor şərlənib həbs olmaqdan ehtiyyat edərək “xxxx” firmasının və təsisçinin işdən çıxmaq haqqında Bakı İnzibati məhkəməsində xx xxxxxx 2020-ci il tarixindən iş icraatı açmaqdan qabaq 16 fevral tarixində təsisçinin əmri ilə işdən azad olunmuşdur. “xxxx” firmasının qanunvericinin prezumpsiyası qaydasında nə direktoru olmuş, nə nümayyəndəsi, nə asan imzası, nə də vahid məhkəmə portalında firmaya məxsus “elektron şəxsi kabineti”, yeni direktor Bakı Komersiya Məhkəməsində özünü “xxxx” firmasının direktoru qismində yazılı ərizə ilə xx.xx.2020-ci il tarixində ərizə ilə tanıtdırmışdır . Bu azmış kimi Ali Məhkəmənin qərarı ilə məhkəmələrdə iş icraatı xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2021-ci il tarixinə qədər dayandırılmışdır. Sonda iddiaçı şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadları ilə iddiaçı "İddiaçı" firmasının Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-653/2020 saylı və Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadlarından verilmiş şikayətlər təmin edilməmiş və baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. İşə apelyasiya qaydasında baxılması xx.xx.2021-ci il tarixə təyin edilmiş, iddiaçıya işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkan hesab etmişdir. Məhkəmənin iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 şikayətlərlə razı olmadığını bildirərək təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatı dinləyib, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, hər iki şikayət təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2-2(113)-653/2020 saylı və xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadları dəyişdirilmədən saxlanılmalıdır. İddia ərizəsindən və ona əlavə olunmuş sənədlərdən görünür ki, tərəflər arasında yaranmış mübahisə kommersiya mübahisəsi olduğu üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlər "İddiaçı" firması tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilən normalara əsasən kommersiya mübahisələri üzrə məhkəmə sənədləri, o cümlədən, məhkəmə aktları işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə təqdim edilir və bu halda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. İş materiallarından müəyyən olunur ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(113)-653/2020 saylı qətnaməsi xx xxxxxxxx 2020-ci il tarixdə "İddiaçı" firmasının qanuni nümayəndəsi olmuş Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”ində yerləşdirilmişdir. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.5-ci və 135.8-ci maddələrinin tələblərinə əsasən xx xxxxxxxx 2020-ci il tarixdə "İddiaçı" firmasına rəsmi qaydada verilmiş hesab olunduğundan, apelyasiya şikayətinin verilməsi müddəti həmin tarixdən hesablanmalıdır. Göründüyü kimi "İddiaçı" firmasının həmin qətnamədən şikayət vermə müddəti 2020-ci ilin oktyabr ayının 18-nin qeyri-iş gününə düşməsini nəzərə aldıqda xx xxxxxxx 2020-ci il tarixədək olmuşdur. "İddiaçı" firması isə apelyasiya şikayətini xx xxxxxx 2021ci il tarixdə məhkəməyə vermiş, bununla da iddiaçı məhkəmənin qeyd edilən qətnaməsindən apelyasiya şikayətinin verilməsi müddətini ötürmüşdür. İddiaçı buraxılmış müddətin bərpası barədə məhkəməyə ərizə ilə müraciət etmədiyindən apelyasiya şikayətinin məhkəmə tərəfindən qaytarılması qanuni və əsaslıdır. İddiaçının şikayət ərizəsinə əlavə etdiyi sənədlərlə bağlı məhkəmə bildirir ki, "İddiaçı" firmasının qanuni təmsilçisinin Qanuni nümayəndə olması barədə dövlət reyestrində dəyişiklik xx.xx.2020-ci il tarixdə həyata keçirildiyindən Nümayəndə həmin tarixədək hüquqi şəxsin qanuni təmsilçisi olmuşdur. Bundan əlavə iddiaçı məhkəmə icraatının gedişində digər nümayəndə təyin etmədiyindən və yeni elektron kabinet yaratmadığından məhkəmə sənədlərinin iddiaçının “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilməsi prosessual qanunvericiliyin tələblərinə uyğundur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadının ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qanunun qeyd olunan imperativ tələbindən də göründüyü kimi, kommersiya mübahisələri üzrə bütün sənədlərin, o cümlədən, apelyasiya şikayətinin məhkəməyə göndərilməsi və qəbulu “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. Sözügedən norma kommersiya mübahisələri üzrə sənədlərin, o cümlədən şikayətlərin məhkəməyə göndərilməsinin başqa qaydasını nəzərdə tutmur. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, e-2-2 (113)-653/2020 saylı qərardadından verilmiş şikayət prosessual qanunvericiliyin qeyd olunan tələbinə zidd olaraq elektron kabinet vasitəsilə verilmədiyindən şikayətin qaytarılması barədə məhkəmənin qərardadı qanuni və əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı "İddiaçı" firmasının məhkəmənin xx.xx.2021-ci il tarixli e-2-2(113)-653/2020 saylı qərardadı və həmin qərardaddan verilmiş şikayətin ona geri qaytarılmasına dair məhkəmənin xx.xx.2021-ci il tarixli e-2-2(113)-653/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: İddiaçı "İddiaçı" firmasının Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərardadlarından verdiyi şikayətlər təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-653/2020 saylı, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılsn. Qərardad elan olunduğu vaxtdan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar