Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-447/2021 13.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1992/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İB cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 təbii qazdan istifadəyə görə yaranmış 15219,80 manat borcun və 30 manat məbləğində dövlət rüsumunun məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805153, VÖEN **********, M/H AZ03NABZ**********0000002944, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh X2 təbii qazdan istifadə nəticəsində yaranmış 11019,80 manat borcun və 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1992/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı İB-nin cavabdeh X3 qarşı borcun tutulması tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. İddiaçı İB həmin qətnamədən apellyasiya şikayəti vermiş və ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnaməsindən apelyasiya şikayəti verilmə müddətinin bərpa olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1992/2020 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə qəbul edilmiş qətnamə rəsmi qaydada Birliyə xx.xx.2020-ci il tarixdə daxil olmuşdur. Ölkə ərazisində cərəyan edən COVİD 19 pandemiyası ilə əlaqədar Birliyin işçilərinin sayı 30 faizədək azaldılmış və bundan başqa hazırki iş üzrə apelyasiya şikayətinin verilməsi həvalə edilmiş əməkdaş Covid19 virusuna yoluxduğu üçün apelyasiya şikayətinin verilməsi üçün prosessual müddət buraxılmışdır. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(113)-1992/2020 saylı qərardadı ilə ərizə rədd edilmişdir. İddiaçı İB həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsaslanaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 133.1-ci maddəsinin tələblərinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Lakin kollegiya hesab edir ki, hazırkı işdə həmin maddənin tətbiq edilməsi və prosessual müddətin bərpası üçün əsaslar mövcud deyildir. Belə ki, iddiaçı səhmlərinin 100%-i dövlətə məxsus olan və bu sahədə inhisarçı mövqeyə sahib olan birlikdir, eyni zamanda həmin birliyin hüquq departamenti mövcuddur və kifayət qədər hüquqşünasları vardır. Bu baxımdan kollegiya hesab edir ki, apelyasiya şikayətinin verilməsi həvalə edilmiş əməkdaşın Covid19 virusuna yoluxması, həmin şikayətin verilməsinin qarşısını alan hal kimi qəbul edilə bilməz. Çünki şikayəti digər bir əməkdaş da verə bilərdi. Ona görə də bu hal hüquqi şəxsə münasibətdə heç bir halda apellyasiya şikayətinin üzrlü səbəblərdən ötürülməsi kimi qəbul edilə bilməz. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq prosessual müddətin bərpasından imtina etmişdir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslı şəkildə qəbul edilmiş, şikayət isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1992/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-447/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-447/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver