Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-456/2025 02.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair (Açar sözlər: müddətin bərpası) X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-853/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq qərara aldılar. Birinci instansiya məhkəməsindəki icraat və qəbul olunmuş məhkəmə akt(lar)ı
1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 8750 manat borc, vəkilə ödənilmiş 1000 manat və 118 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-853/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.
3. Cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti, xx.xx.2025-ci il tarixdə isə apellyasiya şikayəti verilməsi müddətinin bərpası barədə ərizə verərək, apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsini xahiş etmişdir.
4. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-853/2025 nömrəli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti verilmiş, lakin qanunla apellyasiya şikayət verilməsi üçün nəzərdə tutulan müddət 1 gün gecikmiş və bu Məcəllənin tələbləri pozulmuşdur. Buna səbəb olan hallara əsasən, bildirilir ki, birinci instansiya məhkəməsinin qərarı cavabdehin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə əlavə edilsə də, nümayəndə olaraq elektron kabineti olmadığı üçün məhkəmənin qətnaməsi rəsmi şəkildə məktubla xx.xx.2025-ci il tarixdə ona daxil olmuş və məhkəməninn qətnaməsi ilə həmin gün tanış olmuşdur. Həmçinin, o da qeyd edilir ki, Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə nəzər yetirdikdə şikayət vermək müəyyən edilən müddətin məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsinin mümkünlüyü görülür. Yəni qanunvericilik şikayət vermə müddəti olan 1 ayı günlərə bölərək deyil, ümumi qaydada 1 ay olaraq ifadə etmişdir. Beləliklə, Bakı Kommersiya Məhkəməsinin yekun qətnaməsinin xx.xx.2025-ci il tarixdə daxil olması, eləcə də icraatda olan iş yükünün çoxluğu ilə əlaqədar göstərdiyi səbəbləri nəzərə alaraq ötürülmüş prosessual müddətin bərpa edilməsi xahiş edilir.
5. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-853/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmişdir.
6. Hazırda iddiaçı Bakı Kommersiya Məhkəməsinin sözügedən qərardadından şikayət verərək Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-853/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsini xahiş edir.
7. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Kommersiya Məhkəməsi xx.xx.2025-ci il tarixdə e-2-2(113)-853/2025 saylı qətnamə çıxarmış, xx.xx.2025-ci il tarixdə qətnamə elektron kabinet vasitəsilə sistemə yüklənmişdir. xx.xx.2025-ci il tarixdə qətnamə qanuni qüvvəyə minmiş, xx.xx.2025-ci ildəiş üzrə icra vərəqəsi çıxarılmışdır. Lakin, cavabdeh xx.xx.2025-ci il tarixdə apellyasiya şikayəti vermiş, xx.xx.2025-ci il tarixdə isə apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizə verilmişdir. Müddətin bərpasını onunla əsaslandırmışdır ki, nümayəndə olaraq elektron kabineti olmadığı üçün məhkəmənin qətnaməsini xx.xx.2025-ci il tarixdə almışdır. Bakı Kommersiya Məhkəməsi də buraxılmış prosessual müddəti üzrlü hesab edərək bərpa etmişdir. Hesab edir ki, məhkəmənin xx.xx.2025-ci iltarixli, e-2-2(113)-853/2025 saylı qərardadı qanunsuz olduğundan ləğv olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 360-cı maddəsində göstərilmişdir ki,apellyasiya şikayəti vermək üçün bir ay müddət müəyyən etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-853/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Apellyasiya instansiya məhkəməsindəki icraat
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.2-ci maddəsinə əsasən, buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.
Apellyasiya baxışının həddi
10. Mülki Prosessual Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
11. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
12. Belə ki, qanunvericilikdə müddətin bərpa edilməsi üçün üzürlü səbəblərin nədən ibarət olması konkret olaraq göstərilməmişdir. Bu səbəblərin dairəsini müəyyən etmək üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Könül Namidar qızı Qəribovаnın şikаyəti ilə əlаqədаr Azərbаycаn Respublikаsı Ali Məhkəməsi MİÜMK-nın 16 аvqust 2006-cı il tаrixli qərаrının Azərbаycаn Respublikаsı Konstitusiyаsınа və qаnunlаrınа uyğunluğunun yoxlаnılmаsınа dаir Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 mаy 2008-ci il tаrixli qərаrındа göstərilmişdir ki, qаnunlа nəzərdə tutulmuş prosessuаl müddətin bərpаsı üçün yаlnız elə səbəblər üzrlü hesаb edilə bilər ki, onlаrın mövcudluğu prosessuаl hüquqlаrа və vəzifələrə mаlik şəxsin irаdəsindən аsılı olmаsın, özü tərəfindən onlаrın dəf edilməsi imkаnlаrındаn kənаrа çıxsın, müvаfiq hərəkətin yerinə yetirilməsinə mаneə törətsin və yа məhdudiyyət yаrаtsın. Müddətin burаxılmаsı ilə nəticələnmiş səbəbin üzrlü hesаb edilməsi bilаvаsitə məhkəmənin öz mülаhizələrindən аsılıdır. Bu mənаdа üzrlülük göstərilən meyаrlаrın sərhədində dаyаnаn elə inkаrolunmаz səbəblər bаrəsində qəbul olunmаlıdır ki, belə məsələ ilə əlаqədаr Mülki Prosessual Məcəllənin tələblərinə riаyət edilməklə çıxаrılmış məhkəmə аktı qаnunilik, obyektivlik və qərəzsizlik bаxımındаn şübhə аltınа аlınmаsın. Göründüyü kimi, müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi məhkəmənin mülahizəsindən asılıdır. Bu cür mülahizələr təqdim olunmuş sübutların məcmusuna verilən obyektiv qiymətdən irəli gələ bilər.
13. Məhkəmə kollegiyası cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün bir günlük müddəti üzürlü səbəbdən ötürdüyünü nəzərə alaraq hesab edir ki, məhkəmə haqlı olaraq hesab etmişdir ki, ərizə təmin edilməli və buraxılmış prosessual müddət bərpa edilməlidir.
14. Beləliklə, məhkəmə hesab edir ki, şikayət əsassızdır və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır.
15. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz.
16. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-853/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.