Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-472/2023 25.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İB-nin Cavabdeh MMC-yə qarşı “təbii qazdan istifadəyə görə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-561/2023 saylı, 28 fevral 2023-cü il tarixli qiyabi qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. Paylayıcı adlanacaq İddiaçı İB ilə istehlakçı adlanacaq "xxxx" MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Müqavilənin 4.4-cü bəndinə əsasən istehlakçıya G-1000 markalı, 83044882 nömrəli sayğac quraşdırılmışdır.
2. 142 nömrəli hesab-fakturaya əsasən xx.xx.2019-cu il tarixə Cavabdeh MMC-nin borc məbləği 3574.40 manat, 181 nömrəli hesab-fakturaya əsasən xx.xx.2019-cu il tarixə borc məbləği 48505.80 manat, 243 nömrəli hesab-fakturaya əsasən xx.xx.2019-cu il tarixə borc məbləği 56562.40 manat, 192 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 120.629.40 manat 260 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 120.332.00 manat, 204 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 148876.20 manat, 39 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 139929.90 manat, 184 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020ci il tarixə borc məbləği 126033 manat, 219 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 126040.60 manat, 216 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020ci il tarixə borc məbləği 130910.80 manat, 149 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 144717.80 manat, 215 nömrəli hesab-fakturaya əsasən xx.xx.2020-ci il tarixə borc məbləği 125510.60 manat, 219 nömrəli hesabfakturaya əsasən xx.xx.2021-ci il tarixə borc məbləği 181776.40 manat, 254 nömrəli hesab-fakturaya əsasən xx.xx.2021-ci il tarixə borc məbləği 183.473.20 manat, 189 nömrəli hesab-fakturaya əsasən xx.xx.2021-ci il tarixə borc məbləği 166856.40 manat, 251 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixə borc məbləği 131541.20 manat, təşkil etmişdir.
3. Abonent Cavabdeh MMC-nin saldosundan (abonent kodu **********00000) məlum olur ki, MMC-nin qazdan istifadəyə görə ümumi borc məbləği 131541.20 manat təşkil edir.
4. İddiaçı İB tərəfindən Cavabdeh MMC-yə xx.xx.2022-ci il tarixdə pretenziya qaydasında xəbərdarlıq məktubu ünvanlanaraq, 131541.20 manat məbləğinə borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
5. İddiaçı İB Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 manat borcun və 421.54 manat ödənilmiş rüsum xərclərinin tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB-nin VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı bildirir ki, ”Azəriqaz” İB xx.xx.2019-cu il tarixli, AMX7198/19 saylı müqavilə əsasında Cavabdeh MMC-ni təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş, istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2021-ci il tarixə 131541.20 manat borcu yaranmışdır. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfindən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində istehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.
7. İddia ərizəsinə etiraz daxil olmamışdır.
8. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-561/2023 saylı, 28 fevral 2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 (yüz otuz bir min beş yüz qırx bir manat iyirmi qəpik) manat borc məbləği və 421.54 (dörd yüz iyirmi bir manat əlli dörd qəpik) manat ödənilmiş rüsum xərclərinin tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, MH AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, İddiaçı İB-nin VÖEN **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi qət edilmişdir.
9. Cavabdeh MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istixana Bakı şəhəri, Xəzər rayonu, Zirə Təzə sahə ünvanında fəaliyyət göstərir. İddiaçı nümayəndələri müəssisəyə baxış keçirmişlər. Ona bildirmişlər ki, ümumi baxış keçirilir və heç bir problem yoxdur. Bir gün sonra diger nümayəndələr tərəfindən qaz təzhizatı dayandırılarkən ona məlum olmuşdur ki, müəssisədə quraşdırılmış öz hesabına aldığı və mülkiyyətində olan qaz sayğacından düzgün istifadə etmədiyini bildirmişlər. Bununla bağlı həmin günü tərtib olunan akt cərimə aktı imiş. Sonradan aktı ona təqdim etdikdə bilmişdir ki, bu akt qazdan istifadə qaydaları pozulması haqqında aktdır. Sonradan o dəfələrlə şifahi etirazını bildirmişdir. Ona təqdim edilmiş akta görə hesabat aparılaraq 131541.20 manat cərimə yazılmışdır. Onun 131541.20 manat qaz sərf etdiyi heç bir halda sübuta yetirilmir. Qazın verilməsi dayandırılaraq ona təzyiq olunmuşdur. Məcbur etmişlər ki, cəriməni ödəsin, əks halda məhsulu məhv olacaqdır. Qazın dəyəri düzgün hesablanmadığından cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, iddiaçı cavabdehdən düzgün hesablanmamış itirilmiş qazın bərpasına görə ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də itirilmiş qazın bərpasına görə iddiaçıya artıq hesablanmış 131541.20 manat məbləğində borc silinməlidir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
13. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
15. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
17. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qiyabi qətnamənin əsaslığı tam yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
20. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli “qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləyə əsasən cavabdeh aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq iddiaçı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür.
21. 251 nömrəli hesab-fakturaya əsasən xx.xx.2023-cü il tarixə borc məbləği 131541.20 manat, təşkil etmişdir.
22. Hazırda iddiaçı cavabdehin bu öhdəliyini lazımınca icra etmədiyini bildirir, cavabdeh həmin məbləğin akta əsasən qanunsuz hesablanmış cərimə məbləği olduğunu bildirir.
23. Cavabdehin üzərinə götürdüyü öhdəliyi icra etməməsi nəticəsində onun müqavilə üzrə iddiaçıya borcunun yaranması öz təsdiqini tapdığından məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 131541.20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir.
24. Cavabdeh apellyasiya şikayətində həmin məbləğin iddiaçının nümayəndələri tərəfindən tərtib edilmiş akta əsasən hesablandığını bildirsə də, bununla bağlı sübutları təqdim edə bilməmişdir.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qiyabi qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-561/2023 saylı, 28 fevral 2023-cü il tarixli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova