Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-485/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Rüstəmova Vüsalə Dadaş qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı «xxxxxxx» ASC-nin Cavabdeh ASC-yə qarşı «borcun silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)- 1281/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «xxxxxxx» ASC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət edərək, su və kanalizasiya xidmətlərinə görə hesablanmış 3174,45 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2iq(82)-469/2012 saylı xx.xx.2012-ci il qtənaməsinə əsasən Cavabdeh ASC-nin «xxxxxxx» ASC-yə qarşı 76075,40 manat məbləğində borcun tutulması tələbinə dair məhkəmədə qaldırdığı iddia qismən təmin edilərək, 598,31 manat borcun «Cavabdeh ASC-nin xeyrinə tutlması qət olunmuş, həmin qətnamə yuxarı instansiya məhkəməsləri tərəfindən dəyişdirilmədən saxlanılmış və həmin məbləğ «xxxxxxx» ASC tərəfindən ödənilmişdir. İddianın təmin edilməyən qalan hissəsi isə Cavabdeh ASC tərəfindən silinmişdir. Lakin bundan sonra 3174, 45 manat yenə də iddiaçının obonent hesabında borc yazılmışdır. Abonent məlumat vərəqinə əsasən borc kimi qeyd olunan həmin məbləğ 2013-cü ilin mart ayında 13861 kub metr çirkli su sərfiyyatına görə hesablanmışdır. Halbuki, həmin ilin aprel ayından, dekabr ayına kimi hər ay su sərfiyatı 518 kub metr təşkil etmişdir. Göründüyü kimi, müəssisənin bir ayda 13861 kub metr su sərfiyyatı mümkün ola bilməz. Bundan əlavə, həmin borc Mülki Məcəllənin 551.2.1-ci maddəsi ilə müəyyən olunan tələbetmə müddəti də keçdiyinə görə qüvvədən düşmüşdür. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1281/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 373.3-cü maddəsi ilə vaxtaşırı öhdəliklər üzrə müəyyən edilən 3 illik iddia müddəti borclunun hüquqlarına şamil edilir. İşə baxan məhkəmə isə iddiaçı ilə cavabdeh arasındakı hüquq və vəzifəlrin yerini qarışdırmışdır. 2013-cü ilin mart ayı üçün 13861 kub m su sərəfiyyatı mövcud olmamış, digər tərəfdən, Mülki Məcəllənin 550, 551.2.1-ci maddələri baxımından tələbeitmə müddəti keçdiyinə görə qüvvəsini itirmişdir. Məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuş iş üçün əhmiyyətli hallar sübut edilməmiş, gəldiyi nəticə iş üçün əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırmamış, heç bir əsas olmadan iddia rədd edilmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin («MPM») 135.8, 184,2 və 376.2-ci maddələrinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə razılaşmamış, silinməsini tələb etdiyi borcun 2013-cü ildə yarandığını bildiyi halda, həmin vaxt bunu tələb etməmiş, üç illik iddia müddətini ötürdüyünü bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır. Belə ki, iddiaçının işdə olan abonent məlumat vərəqindən, cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsindən və onun nümayəndəsinin məhkəməyə verdiyi izahatına əsasən müəyyən olunur ki, iddiaçının silinmsəini tələb etdiyi 3174,45 borc məbləği 2013-cü ilin mart ayında istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borc məbləği olması işin mübahisələndirilməyən halıdır. Belə olan halda, Mülki Məcəllənin 550-ci maddəsindən görünür ki, tələbə, yəni, digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, iddiaçı - 2013-cü ilin mart ayı üçün ona hesablanmış 3174,45 manat məbləğində vaxtaşırı ödənişin 2018-ci ilin aprel ayına qədər ödəməməsi və həmin müddət ərzində su təchizatı müəssisəsi, yəni cavabdeh tərəfindən ödənilməsi məhkəmə qaydasında tələb olunmaması, beləliklə də beş il keçməsi nəticəsində həmin borc öhdəliyi artıq öz qüvvəsini itirmiş olur. Belə olan halda, 2019-cu ilin oktyabr ayında iddiaçı məhkəmə qaydasında həmin borcun silinməsini tələb etməkdə haqlıdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən isə görünür ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmiş, tətbiq edilməli olan maddi hüquq norması tətbiq edilməmiş, iddiaçı ilə cavabdeh arasındakı hüquq və vəzifəlzrin yerini qarışıq salmış, silinməsi tələb olunan pul məbləğinin tələbkarı(kreditoru) cavabdeh olduğu, yəni vaxtaşırı olaraq su sərfiyyatına görə aylıq ödənişi həyata keçirmək öhdəliyi borclu iddiaçının üzərinə düşdüyü təqdirdə, Mülki Məcəllənin 373.3-cü maddəsini səhv təfsir etmiş, vaxtaşırı öhdəliyin icrası üçün qanunla müəyyən edilən tələb etmə müddəti keçdiyi nəzərə alınmaqla, Mülki Məcəllənin 551.2.1-ci maddəsi tətbiq edərək iddia təmin edilməli olduğu halda, əsassız olaraq Mülki Məcəllənin 373.3 və 375.2-ci maddələrini tətbiq edərək iddianı rədd etmiş, bununla da, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. MPM-in 385.1-ci maddəsinin tələbindən isə görünür ki, maddi və prosessual hüquq normalarının pozulması qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bu mənada, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1281/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv olunmalı, iddia təmin edilməli, cavabdeh tərəfindən iddiaçıya su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış 3174,45 manat borcun onun abonent hesabından silinməsi barədə yeni qətnamə çıxarılmalıdır. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı «xxxxxxx» ASC-nin apellyasiya şikayəti təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(81)-1281/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh ASC tərəfindən iddiaçı «xxxxxxx» ASC-yə su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış 3174,45 manat məbləğində borc «xxxxxxx» ASC-nin abonent hesabından silinsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-485/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-485/2020
17.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver