Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-492/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, Şükürova Ləman Ceyhun qızının katibliyi, ilk iddiaçının nümayəndəsi Nümayəndə Əliyar oğlunun, qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh X3 qarşı «təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması tələbinə dair» ilkin, X4 isə İddiaçınə qarşı «əsassız hesablanmış borcun silinməsi tələbinə dair» qarşılıqlı – iddia ərizələrinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-338/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsindən Q.Salmanova tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı İB cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadə olunmuş təbii qaza görə yaranmış 214.204,20 manat borcunun və 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı tərəflər arasında bağlanmış 23.01.2017-cı il tarixli ***-**-** saylı müqavilə əsasında cavabdehə məxsus müəssisəsin təbii qazla təchiz edir. İstifadə olunan təbii qaz müvafiq ölçü cihazı ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh təbii qazın dəyərini vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də yerinə yetirməmiş, istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş, 16 iyun 2020-ci il tarixinə onun 214.204,20 manat borcu yaranmışdır. Pretenziya qaydasında borcun ödənilməsinə dair məktubla ona müraciət olunsa da, nəticəsiz qalmışdır. Halbuki, tərəflər arasında bağlanmış müqavilənin 3.4-cü bəndinə əsasən hesab tədim edildikdən sonra 1 ay müddətində tam ödənilməlidir. Eyni zamanda, X6 İddiaçınə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən qazdan istifadəyə görə əsassız hesablanmış 214.204,20 manat borcun şəxsi hesabından silinməsini və ilkin iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddianın əsaslarına görə borcun haradan, nə vaxt və necə yaranması barədə heç bir məlumat yoxdur. Ona hesab faktura təqdim olunmayıb. Həmçinin 2019-cu ilin ortalarında Birliyin təkidi ilə mövcud qaz xəttinin olmasına baxmayaraq ona məxsus Zirə tərəvəzçilik-südçülük sovxozu ərazisində yerləşən istixanaya uzaq məsafədə yerləşən və böyük xərc tələb edən qaz xətti çəkilməli olmuş və lazımsız yerə cavabdehin günahı üzündən 142.00 0 manat pul xərclənmişdir. Qaz xətti çəkildikdən sonra isə onlar sayğacı istədikləri yerə qoyduqdan sonra qaz sərfiyyatında iddiaçının sərf etdiyindən xeyli çox sərfiyyat görünməyə başlamış, 2019-cu ilin iki ayı ərzində sayğaca müdaxilə etdikdən sonra 219.192.20 manatlıq 2020-ci ilin dördə ayı ərzində pandemiya dövründə 159.945,00 manatlıq az sərfi göstərilmişdir. Bu da qətiyyən mümkün deyil İstixananı qazla təmin olunması 23 yanvar 2017-ci il tarixli müqavilə ilə tənzimlənir. İddiaçı həmin müqavilənin 2ci və 3-cü bəndlərinə və Mülki Məcəllənin 425 və 439.4, 1091.1-ci maddələrinə istinadən qarşılıqlı iddiaçı tələbinin təmin olunmasını məhkəmədən xahiş edir. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-338/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia təmin olunaraq, 214.204,20 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun X1 tutulub İddiaçınə ödənilməsi, qarşılıqlı iddia tələbinin isə rədd olunması qət edilmişdir. Q.Salmanova apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsini və ilkin iddianın rədd, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Cavabdeh hal-hazırda əsassız olaraq 214204,20 manat borcu əsassız olaraq ödənilməsini ondan tələb edir. hesab edir ki, həmin borc silinməlidir. Məhkəmə tərəfindən həmin borcun müəyyən edilməsi üçün müvafiq ekspertiza təyin edilməmiş, artıq hesablamanın yazılıbyazılmadığını araşdırmamışdır. Qətnamə qanuni qüvvəsini alacağı təqdirdə onun hüquqlarının kobud şəkildə pozulacaq. Külli miqdarda borc tələb olunacaq. Daha sonra qarşılıqlı şikayətçi MPM-in 76.1, 76.3, 9.1, 88. 360 və 384.2-ci və 385-ci maddələrinə istinadən şikayətinin təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən qarşılıqlı iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini müdafiə etdiyini bildirərək, istehlakçının ona verilən hesablar üzrə bütün borclarını ödədiyini və onun borcu qalmadığını qeyd edərək, apellyasiya şikaytinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən ilkin iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etirazını bildirərək, istifadə etdiyi təbii qazın dəyərini ödəmək istehlakçının müqavilə üzrə üzərinə düşən öhdəliyi olduğunu və ona göndərilmiş hesab faktura üzrə 214.204,20 manat məbləğində borcun ödəməməsinin tərəflər arasında bağlnmış müqaviləyə və «Qazdan istifadə qaydalarına zidd olduğunu qeyd edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə qarşılıqlı iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dyişdirilmədən saxlanılmalıdır. İş materiallarına müəyyən olunur ki, qaz paylayıcı "İddiaçı" İB ilə istehlakçı X5 arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə” 23.01.2017-cı il tarixli ***-**-** saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin: -1-ci bəndinə əsasən qaz paylayıcısı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. 3.1-ci bəndinə əsasən qazın qiyməti AR Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən hər 1 kub m üçün 0.20 manat məbləğində müəyyən edilir. 3.4-cü bəndinə əsasən, hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir. 4.4-cü bəndindən isə görünür ki, istielakçıya məxsus istixana üçün 19.06.2015-ci il tarixində üzərinə plomblar vurulmuş və 18.06.2015-ci il tarixində dövlət yoxlamsından keçmiş G-650 markalı qaz sayğacı quraşdırılmışdır. İş materiallarına əlavə olunmuş Q.Salmanovaya məxsus istixanada istehlak etdiyi təbii qazın hesabatını əks etdirən «Abonet saldo»suna əsasən müəyyən olunur ki, 2020-ci ilin may ayının sonuna (iyun ayınının əvvəlinə) təbii qazdan istifadəyə görə 214.204,20 manat məbləğində ödənilməmiş borcu yaranmışdır. Abonentin saldosu üzrə istehlak olunan qaz sərfiyyatı araşdırıldıqda müqavilə üzrə 19.06.2015-ci il tarixdə qaz sayğacı quraşdırıldıqdan sonra aşağıdakılar müəyyən olunur: - 2015-ci ilin iyun ayının əvvəlinə istehlakçının 533,00 manat borcu qeydə alınmış, həmin ayın sonuna həmin borc onun hesabından silinmişdir (sıfırlanmışdır). Həmin ilin növbəti üç – iyul, avqust və sentyabr aylarında qaz sərfiyyatı mövcud olmamış, oktyabr ayında 2658,00 manat məbləğində qeydə alınmış, həmin ayda ödəniş olmamış, noyabr ayında 14554,80 manat sərfiyyat olmuş, həmin ayda da ödəniş edilməmiş, ayın sonuna istehlaçının borcu artaraq 17213,70(2658,00 + 14554,80) manat olmuş, dekabr ayının sərfiyatı 13089,10 manat olmuş, həmin ayda 17215,00 manat məbləğində ödəniş edildikdən sonra ayın sonuna, yəni 2016-cı ilin əvvəlinə olan abonentin cəmi borcu 13087,80(17213,70+13089,10)-17215,00) manat təşkil etmişdir. -2016-cı ildə - sərfiyyat yanvar ayında 15276,50 manat, fevral ayıda 12859,50 manat, mart ayında 12323,40 manat, aprel ayında 5947,70 manat, may ayında 117,10 manat, iyun, iyul, avqust,. sentyabr aylarında «0», oktyabr ayında 5815,70 manat, noyabrda 14288,50 manat, dekabrda 43307 manat, ümumilikdə 109935,80 manat məbləğində olmuşdur. Həmin ilin mart, aprel, may, iyun və dekabr aylarında cəmi 79716,20 manat ödəniş olunmuş və 2015-ci ildən keçən borc məbləği ilə birlikdə 2016-cı ilin sonuna olan borc məbləği 43.307,40 (109935,80 +13087,800)- 79716,20) manat təşkil etmişdir. - 2017-ci ildə də yay ayları istisna olmaqla. qış, yaz və payız aylarında, istehlak olunan qaz sərfiyayatı 202373,00 manat təşkil etmiş, həmin ildə abonentin cəmi, 169.997,00 manat ödənişi olmuş, ilin sonuna (əvvəlki ildən keçən borc məbləği də nəzərə alınmaqla) və 2018-ci ilin əvvəlinə abonentin 75683,00(202373,00+43.307,40)- 169.997,00) manat borcu qeydə alınmışdır. -2018-ci ildə isə qış və yaz aylarındakı istelak hesabına qaz sərfiyayatı 128481,40 manat təşkil etmiş, həmin ildə abonentin cəmi, 204165,00 manat məbləğində ödənişindən sonra, ilin sonuna (əvvəlki ildən keçən 75683.00 borcu da nəzərə alınmaqla) və 2019-cu ilin əvvəlinə olan borcu «0» altına «-0,60» (202373,00+43.307,40)-169.997,00) düşmüşdür. -2019-cu ildə yanvar ayında qaz sərfiyyatı 19.997,20 manat, fevral ayında isə 34262,00 manat qeydə alınmış, həmin ilin sonuna və 2020-ci ilin əvvəlinə (0,60 manata artıq ödəmə nəzərə alınmaqla) borc,ümumilikdə,54259,00 (19997,20+34262,00)-0,60 )manat təşkil etmişdir. Həmin ildə abonentin ödənişləri mövcud olmamışdır. -2020-ci ildə isə istelak olunan qaz sərfiyatı - yanvar 46120,00 manat; fevral 49364,00 manat; mart 31122,40 manat, aprel 33331,20 manat, may 7,40 manat – cəmi 159.945,00 manat təşkil etmişdir. Həmin aylarda da abonentin ödənişi mövcüd olmamış, beləliklə də onun əvvəlki ildən keçən 54259,00 manat məbləğində borcu da nəzərə alınmaqla 2020-ci ilin may ayının sonuna və iyun ayının əvvəlinə olan borcu - yəni konkret halda, ilkin iddiaçının ödənilməsini tələb etdiyi - 214,204,20 manat təşkil etmişdir (Abonent saldosunda iddiaçıya aktlarla əlavə qaz sərfiyyat ının hesablandığı isə müəyyən olunmur). İş materiallarına əlavə olunmuş 16.02.2021-ci il tarixli 210 №-li (habelə hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş 23.06.2021-ci il tarixli 212 №-li hesab-fakturaya əsasən müəyyən olunur ki, qeyd olunan 214,204,20 manat məbləğində qalıq borcun cavabdehdən ödənilməsi tələb olunsa da ödənilməmiş qalmışdır. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydalarının”5.5-ci bəndi isə nəzərədə tutur ki, qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi, abonentin borcunun müəyyən edilməsi üçün heç bir zəruri biliyə ehtiyac tələb olunmur. Çünki, abonent saldosu və hesab fakturanın təsbit olunan məlumatların araşdırlıb onlara hüquqi qiymət verilməsi heç bir çətinlik doğurmur. Ona görə də qarşılıqlı iddiaçının apellyasiya şikayətinin borcun müəyyən edilməsi üçün ekspertiza təyin olunması zərurətini mübahisələndirən dəlilini işin uzadılmasına yönələn mövqeyi kimi qiymətləndirir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, qarşılıqlı iddiaçının borcun haradan, nə vaxt və necə yaranması barədə heç bir məlumat olmadığını, ona hesab faktura təqdim edilmədiyini və borcu olmadığını iddia etməsinin əsassız olduğu öz təsdiqini tapır. Ümumiyyətlə, onun iddia ərizəsində istinad etdiyi hallar sübutlara söykənməyən mülahizələri özündə əks etdirir. MPM-nin 14.2-ci maddəsinin tələbindən isə görünür ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eyni zamanda, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur (§68). Məhkəmə kollegiyası qeyd edilənləri ümumiləşdirərək birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini faktlar-nöqteyi nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun olan, mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir və MPM-in 385.2-ci maddəsinin tələbi baxımından, hesab edir ki, həmin qətnamə iddiaçının yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Ona görə də məhkəmə kollegiyası qarşılıqlı iddiaçı X2 apellyasiya şikayətinin həmin qətnamənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-338/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 385, 392, 393 və 402- 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: X2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-338/2021 saylı 16.02.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-2(103)-492/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-492/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver