Məhkəmə qərarları › İş №2-2(103)-517/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-517/2023

31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-517/2023 31.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair Açar söz: borcun silinməsi Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)- 268/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. 30 avqust 2021-ci il tarixli, 600805 nömrəli Cavabdeh ASC-nin nümayəndələri tərəfindən tərtib olunmuş aktda qeyd olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, ev-1 ünvanında yerləşən fərdi sahibkar İddiaçı məxsus obyektə (kafe) baxış keçirilən zaman müəyyən olunmuşdur ki, obyektdə diametri d=20 mm-lik plasmas boru vasitəsilə sudan, sayğacdan kənar olaraq qeyri-qanuni istifadə olunur.

2. Abonet kodu 011685 olan İddiaçı məxsus abonent haqqında məlumatdan görünür ki, İddiaçı istifadə etdiyi suya görə sayğaca 2020-ci il üzrə sudan istifadəyə görə Cavabdeh ASC tərəfindən sentyabr ayında 2052 manat məbləğində, həmçinin 30 avqust 2021-ci il tarixli akta əsasən də 2052 manat məbləğində borc yazılmışdır.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Acıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi (abonent kodu 011685) ünvanında yerləşən obyektlə bağlı akt əsasında hesablanmış 4000 manat əsassız borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən 30 avqust 2021-ci il tarixli akta görə Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi (abonent kodu 011685) ünvanına 4000 manat əsassız borc hesablanmışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti işçiləri tərəfindən qanunsuzluqlara yol verilmişdir. Belə ki, həmin borcun heç bir əsası yoxdur, borc yaranmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-268/2023 nömrəli qətnaməsi ilə (hakim Emin Əliyev) iddia təmin edilmişdir.

6. Məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlama vahid məlumat reyestrində (yoxlama ilə bağlı) qeydə alınmamış və həmin yoxlama nəticəsində 30 avqust 2021-ci il tarixli akta əsasən 2052 manat məbləğində borc yazılmışdır.

7. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, 2015-2017 və 2019-cu illərdə abonentə müvafiq olaraq illər üzrə 60, 116, 21 və 80 manat məbləğində su satılsa da, həmin borclar İddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Göründüyü kimi həmin dövrdə hər il satılmış suyun dəyəri 120 manatdan artıq olmamış, lakin buna baxmaraq 2020-ci ildə abonentə 2117 manat borc yazılmış, ondan 2052 manat borc məhz sentyabr ayında yazılmışdır, belə ki, 2020-ci il iyun, iyul və avqust aylarında suyun sərfiyyatına görə təxminən 10 manat borc yazılsa da, sentyabr ayında 10 manat borcla yanaşı 2052 manat məbləğində əlavə borc yazılmış, həmin əlavə borcun yazılması səbəbini isə Cavabdeh ASC-nin nümayəndəsi açıqlaya bilməmişdir. 30 avqust 2021-ci il tarixli akta əsasən abonentə 2052 manat məbləğində borcun yazıldığını və 2020-ci ilin sentyabr ayında eyni məbləğdə borcun yazıldığını nəzərə alan məhkəmə hesab edir ki, sonuncu borcda məhz qanunsuz yoxlama zamanı yazılmışdır, belə ki, Cavabdeh ASC 2020- ci ilin sentyabr ayında aylıq satışından təxminən 200 dəfə çox olan 2052 manat məbləğində borcun yoxlama nəticəsində deyil, məhz sayğacın göstəriciləri əsasında yazılması ilə bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-268/2023 nömrəli qətnaməsini ləğv edərək, iddia tələbinin rədd edilməsi və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulma edərək sudan qeyri-qanuni istifadə etmiş, bunun nəticəsində Cavabdeh ASC-yə 4000 manat məbləğində ziyan vurmuşdur. Ziyanın məbləği qaydaların 8.7-ci bəndinə əsasən hesablanmışdır. Qanunsuz qoşulma faktını təsdiq edən akt tərtib edilmişdir. İş üzrə bu kimi sübutların olmasına baxmayaraq, məhkəmətərəfindən göstərilən maddi hüquq normaları tətbiq edilməmiş, nəticədəəsassız qətnamə qəbuledilmişdir. Məhkəmə qətnamə çıxararkən iş üzrə qeyd olunan maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin Cavabdeh ASC-nin əməkdaşlarının iddiaçı tərəfindən sudan sayğacdankənar qoşulmaqla haqqı ödənilmədən qanunsuz istifadəsini aşkarlaması faktınısahibkarlıq fəaliyyəti sahəsində aparılan yoxlamalarla eyniləşdirməsi, bunun Ədliyyə Nazirliyi tərəfindən aparılan reyestrə daxil edilmədən həyata keçirildiyinə görə qeyri-qanuni hesab etməsi barədə gəldiyi nəticə tamamilə qanunsuz və əsassızdır. Belə ki, CavabdehSC-nin əməkdaşlarının iddiaçı tərəfin səlahiyyətli şəxslərinin razılığı ilə həyata keçirdikləri su təchizatısisteminə cari baxış sahibkarlıq fəaliyyətinin yoxlanılması kimi qiymətləndirilə bilməz. Bu baxış “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etməklə həyata keçirilmişdir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

11. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

12. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin: 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ılə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

13. Qətnamə cavabdeh tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

14. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-268/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir.

16. Belə ki, mübahisəli borcun sayğaca müdaxilə ilə bağlı hesablanması iddia edilsə də, həmin müdaxilə halının müəyyən edilməsi ilə bağlı keçirilmiş yoxlama Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmadığından nəticəsi etibarsız olduğu üçün həmin yoxlam nəticəsində iddiaçıya hesablanmış borc qanunsuz olduğundan silinməsi barədə iddiaçının tələbi əsaslıdır.

17. İşə baxmış məhkəmə tərəfindən hər hansı maddi və prosessual hüquq pozuntusuna yol verilməmişdir.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 268/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-268/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar