Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-551/2020 29.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı «qanunsuz hesablanmış cərimənin silinməsi tələbinə dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e- 2-2(113)-1151/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i : İ. İddiaçı cavabdeh «xxxxxxxx» ASC-yə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixli SQUN 000082 nömrəli akt əsasında hesablanmış 1699,74 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı ona məxsus Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən dülgər sexində fərdi sahibkarlılla məşğul olur. Qeyd olunan sexdə “xxxxxxxx” ASC tərəfindən quraşdırılmış sayğac vasitəsi lə X2 edir. Sexin fəaliyyət göstərməyə başladığı vaxtdan hazırki günə qədər dəfələrlə sexdə yoxlamalar aparılmış, lakin heç bir nöqsan aşkar edilməmişdir. Növbəti yoxlama xx.xx.2020-ci il tarixdə aparılmış, yenə də heç bir nöqsan aşkar edilməmiş, lakin 10 gün sonra, xx.xx.2020-ci il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları yenidən gəlib sexdə yoxlama aparmış və sexdə sayğacdan kənar xətt vasitəsi ilə X2 olunduğu adı altında akt tərtib edilmişdir. Həmin akt yoxlama aparılan zaman yerinə tərtib olunmamış, bu barədə ona sonradan məlum olmuş, Aktda elektrik xəttindən axan yükün ölçüldüyü və 8,4 amper olduğu göstərilmişdir. Halbuki, hər hansı bir ölçmə əməliyyatı aparmamışdır. Bundan əlavə aktda abonentin, sexin ərazisindən keçən elektrik xəttini zədələyərək kənar xətt çəkdiyi qeyd olunmuşdur. Həqiqətən də sexin ərazisindən sexə məxsus elektrik xəttindən əlavə başqa bir xətt keçir. Lakin ona məxsus elektrik cihazı sexin özünün elektrik xəttinə qoşulmuş, kənar xəttə aidiyyəti yoxdur. Ona görə də aktda qeyd olunanlar həqiqəti əks etdirmir. Sexə 2 il müddtinə 1699 manat məbləğində borc hesablanması əsassızdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1151/2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən xx.xx.2020-ci il tarixdə tərtib edilmiş SQUN № 000082 saylı akt əsasında hesablanmış 1699,74 qəpik məbləğində borc İddiaçı **********90205 saylı abunə hesabından silinməsi qət olunmuşdur. Cavabdeh “xxxxxxxx” ASC həmin qətnamədən apellyasiya şikayəti verərək ləğv olunması və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmış, qanunsuz və əsassızdır. Belə ki, məhkəmə sahibkarlıla məşğul olan iddiaçıya məxsus obyektdə cavabdeh tərəfindən yoxlama aparılarkən qanuna müvafiq Vahid məlumat reyetrində qeyd alınmadığına əsaslanmışdır. Halbuki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama onun maliyyətəsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və «X2 Qaydaları» nına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılmışdır. Məhkəmə hazırkı mübahisəyə həmin Qaydaların 8.17-ci bəndini tətbiq etməli idi. Qaydaların həmin bəndinə əsasən istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçotcihaz-larından kənar özbaşına yük qoşulduqda enerji təchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. İddiaçıya məxsus obyektdə Qaydalara riayət olunması vəziyyəti yoxlanılarkən məlum olmuşdur ki, abonentin sexin ərazisindən keçən «Sip» xəttini zədələyib kənar xətt çəkdiyi müəyyən edilmiş və Akt komissiyasının xx.xx.2020-ci il tarixli igra vərəqinə əsasən istehlakçı ilə 2 il müddəti üçün yenidən hesablaşma aparılaraq itirilmiş elektrik enerjisinə görə ona 1848 kvt x 14 saat x 365 gün x 2 il =18886 kvts (1699,74 manat) əlavə sərfiyyat hesablanmışdır. Məhkəmə kollegiyasının hazırkı iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8-ci və 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, ona məxsus obyektdə sayğacdan kənar xətdən heç vaxt istifadə etmədiyini, cavabdehin aşkar etdiyi ona məxsus obyektdən keçən xəttin ona məxsus olmadığını, həmin xəttə onun qoşulmadığın və onuun üzərində heç bir zədə və qoşulma izi olmadığını bildirərək, birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düçünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası, aşağıdakılara görə cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarınını pozulması ilə qəbul olunduğunu mübahisələndirən dəlillərini əsassız sayır. İş materiallarına əsasən müəyyən olunan faktiki hallara əsasən müəyyən olunur ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 2 nömrəli sovxoz ərazisində yerləşən dülgər sexində «X2 Qaydaları»na riayət olunması vəziyyəti yoxlanılaraq, xx.xx.2020-ci il trixli SQUN 000082 saylı akt tərtib olunmuş və həmin aktda iddiaçının sex ərazisindən keçən «Sip» xətti zədələyib kənar xətt çəkdiyini təsbit etməklə, Akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqinə əsasən ona 2 il müddəti üçün 1699,74 manat əlavə sərfiyyat hesablanmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, iddianın təmin edilməsi qənaətinə gələrkən məhkəmə onu əsas tutmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus obyektdə aparılan «X2 Qaydaları»ına («EEİQ») riayət olunması vəziyyəti yoxlanılarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi qanuni və əsaslıdır. Belə ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsinə aparılan yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 2-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə, aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3.2-ci maddəsinəəsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən, yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ-hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-13.4-cü maddələrinə əsasən sahibkarlıqda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Sahibkarlıq sahəsinə aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və hər hansı səbəbdən aparılmamış yoxlama barədə məlumatı həmin səbəblər göstərməklə, yoxlamanın aparılması nəzərdə tutulan tarixdən beş iş günü müddətində müvafiq icra hakimiyyəti orqanına verməlidirlər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə görə isə yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Eyni zamanda, cavabdeh enerjitəchizatı müəssisisənin bilavasitə əldə rəhbər tutduğu – Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 №-li qərarı ilə təsdiq edilmiş «X2 Qaydaları»nın 8.34-cü bəndinin tələbində də nəzərdə tutulur ki, enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin hesablaşma elektrik sayğacına baxış keçirmək və göstərişini yazmaq üçün elektrik sayğacı quraşdırılmış yerə maneəsiz buraxılmalıdırlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri istehlakçının, o cümlədən məişət abonentinin tələbi ilə xidməti vəsiqəni təqdim etməyə borcludurlar. Enerjitəchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərində hesablaşma elektrik sayğacına baxış keçirərkən, xidməti vəsiqə ilə yanaşı baxışın keçirilməsi haqqında qərarın surətini və baxışın Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidirlər.” Göründüyü kimi, elektrik enerjisi təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh «xxxxxxxx» ASC - sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus təsərrüfat subyektində EEİQ-na riayət olunma vəziyyətini –Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınmasını təmin etdikdən sonra yalnız həyata keçirmək hüququna malik ola bilərdi. Lakin, işin qeyd olunan hallarından göründüyü kimi, qanunvericiliyin həmin tələblərinə riayət etməmiş, aparılacaq yoxlamanı əvvəlcədən Vahid məlumat reyestrində qeydə aldırınmadan yoxlama aparmışdır. Belə olan halda, həmin yoxlamanın nəticələrinə dair tərtib olunmuş bütün sənədləşmələr, o cümlədən, elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vazəiyyətinin yoxlanılmasına dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli akt və həmin akt əsasında cavabdehin akt komissiyasının xx.xx.2020-ci il tarixli icra vərəqi ilə iddiaçıya 1699,74 manat məbləğində əlavə ödənişə cəlb edilməsi ilə nəticələnin yoxlamanın hüquqi qüvvəsi ola bilməz, etibarsızdır. Göründüyü kimi, cavabdehin yoxlamanın Vahid məlumat reyestrində alınması üçün əsas olmadığını mübahisələndirən dəlilləri əsassızdır. Bundan əlavə iş materiallarından görünür ki, cavabdehin mübahisəlndirilən aktda obyektdən keçən «ZİP» xəttinin zədələndiyini və iddiaçının həmin xəttdən istifadə etdiyini təsdiq edən sübutlar da məhkəməyə təqdim olunmamışdır. Halbuki, yoxlayıcı kimi onun aktda istinad etdiyi həmin halı işıqlandıra bilən, fotoşəkillər və videogbrüntülərlə əhatəli olunan əyani sübutları əldə etmək üçün kifayət qədər imkana malik olmuşdur. Yəni, konkret halda, cavabdehin mübahisələndirilən kənar xətt üzərində zədənin mövcudluğunu və həmin zədənin məhz iddiaçı tərəfindən yetirildiyini və onun həmin xəttə qoşulduğunu əks etdirə bilən mötəbər, əyani sübutetmə vasitələri işdə mövcud deyil. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya məxsus təsərrüfat subyektində elektrik enerjisi uçotu və EEİQ-ə riyayət olunması vaziyyətinin yoxlanılması birincisi hüquqa zidd həyata keçirildiyi, digər tərəfdən iddiaçınin onun sexindən keçən «Zip» kənar xəttini zədələməsi və ondan istifadə etməsinin həqiqliyi də sübuta yetirilmir. Bu isə onu deməyə əsas verir ki, birinci instansiya məhkməsinin qətnaməsi ilə iddianın təmin olunaraq ona hesablanmış əlavə sərfiyyatın silinməsinin cavabdehə həvalə edilməsi qanuni və əsaslıdır. Belə olan halda, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin həmin qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını, qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1151/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsi ilə kommersiya mübahisələrinə dair işlər üzrə qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392 və 393-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh «xxxxxxxx» ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1151/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz, çıxarıldığı andan qüvvəyə minir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-551/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-551/2020
29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver