Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-590/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 1013/2024 nömrəli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı Best Kommerse” MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASCyə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi və müqavilənin ləğvi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya (abonent kodu: 072633) əsassız olaraq hesablanmış 13340,28 manat borcun silinməsi və tərəflər arasında su təchizatına dair mövcud olan müqaviləyə xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1013/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, İddiaçı MMC-yə əsassız olaraq hesablanmış 13100 (on üç min bir yüz) manat borcun silinməsi öhdəliyi Cavabdeh ASC-yə həvalə edilməsi, ödənilmiş 200 (iki yüz) manat mediasiya xərci Cavabdeh ASC-dən tutularaq İddiaçı MMC-yə ödənilməsi, tərəflər arasında bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair” müqavilənin ləğv edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(113)-1013/2024 nömrəli qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mübahisələndirilən borc məbləği istehlakçıya quraşdırılmış su sayğacının göstəricisinə əsasən yaranmış borc məbləğidir. İlk olaraq həmən ünvana xx.xx.2004 ci il tarixdə sayğac quraşdırılmış həmin sayğac sökülmüş yerinə xx.xx.2008 ci il tarixndə yeni sayğac quraşdırlmışdır. Həmin sayğac 2013-cü ildə sökülərkən göstəricisi 18576 m3 olmuşdur. Əlavə olaraq bildirir ki, Yasamal 64 MMMC qətnamədən göründüyü kimi, 01 aprel2023-cü il tarixdən sonra yaranan komunal ödənişləri ödəməyi öhdəsinə götürmüşdür. Həmin dövrlər üzrə borc məbləği yaranmasına baxmayaraq məhkəmə həmin dövrdə də yaranmış borcu silmişdir. Qeyd olunanlaradan göründyü kimi məhkəmə əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş üzrə iddiaçınınborcu olduğu üçün müqavilə ləğv edilə bilməz yalnız yaranış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasınnda əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib yeni istehlakçı ilə müqavilə bağlana bilər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı iddiaçının nümayəndəsi və vəkili tərəfindən yazılı etiraz daxil olmuşdur. Etirazda şikayətin təmin edilməməsi xahiş olunmuşdur.
6. Etiraz belə əsaslandırılmışdır ki, cavabdeh tərəf əsassız şikayət verib. Hal-hazırda iş üzrə verilən apellyasiya şikayəti ilə razılaşmırlar və AR MPM-nin 367-ci maddəsində təsbit olunmuş hüquqlarından istifadə edərək apellyasiya şikayətinə qarşı etiraz edərək göstərilən dəlillərin tam əsassız olduğunu bildirirlər. Şikayətdə göstərilən dəlillərin heç biri ağlabatan deyil və əsassızdır. Belə ki, kommersiya mübahisə üzrə Bakı Kommersiya Məhkəməsi məhkəmə baxışı zamanı işin faktiki hallarını obyektiv araşdırmış, iddia üzrə təqdim olunmuş mötəbər sübutlara və digər hallara qanunvericiliyin tam tələbləri əsasında düzgün hüquqi qiymət verərək və müvafiq qanun normalarına düzgün istinad edərək Azərbaycan Respublikası adından ədalətli qətnamə qəbul etmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir.
8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
10. Həmin qanunun 58-ci maddəsinə əsasən ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə və tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir.
11. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği aşağıdakılara əsasən hesablanır: a) suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna; b) müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara.
12. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndində də təsbit olunmuşdur ki, bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifələrinə daxildir.
13. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən axıdılmış tullantı sularının miqdarı təyin edilərkən istifadə olunmuş quyu, yeraltı qrunt və gətirmə sular da nəzərə alınır.
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərinin iddianın təmin olunan hissəsinə yönəldiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı iddianın təmin olunan hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
17. Tərəflər arasında bağlanmış su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqaviləyə əsasən müqavilə müəssisəsinin su təchizatı sistemindən istehlakçının tələbatına uyğun lazımi miqdarda, tərkib və keyfiyyətinə görə dövlət standartlarının tələbinə uyğun suyun təchizatı, tullantı sularının kanalizasiya sisteminə qəbulu, təmizlənməsi və axıdılması ilə əlaqədar tərəflərin hüquq və öhdəliklərini müəyyən edir.
18. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2023-cü il tarixli ********* nömrəli hesabfakturadan görünür ki, iddiaçının xx.xx.2023-cü il tarixinə qalıq borcu 13340,28 manat təşkil edir.
19. İddiaçıya məxsus çoxmərtəbəli yaşayış binasının idarəetməsinin "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilməsinə dair 31 mart 2023-cü il tarixli aktdan görünür ki, iddiaçı yaşayış binasını və onun idarəetməsini "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə təhvil verilməsini həyata keçirmişlər. Təhvil alan öhdəlik götürmüşdür ki, binanın idarə edilməsi ilə bağlı 01 aprel 2023-cü il tarixdən yaranacaq bütün kommunal ödənişləri təhvil alan öz hesabına qarşılayacaqdır. Təhvilverən binanın bütün kommunal borclarını (Azərişıq, Azəriqaz və Azərsu) ödəyərək təhvilini həyata keçirir. Təhvil alan 01 aprel 2023-cü il tarixdən etibarən binanın idarə edilməsi, saxlanılması, binanın yerləşdiyi torpağın icarəsi, kommunal və gələcəkdə yaranacaq hər hansı digər xərclərlə bağlı bütün məsuliyyəti öz üzərinə götürür.
20. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası iddiaçıya məxsusdur.
21. İşdə olan iddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası mənzil qanunvericiliyinin tələblərinə uyğun olaraq "xxxx" MMMC təsis edilmişdir. Göstərilənləri nəzərə alaraq həmin binanın su ilə təchiz edilməsi məqsədi ilə "xxxx" MMMC ilə yeni müqavilənin bağlanmasına etiraz etmir.
22. İşdə olan iddiaçıya məxsus abonent haqqında məlumatdan görünür ki, iddiaçının su və çirkab sularından istifadəyə görə ümumi borcu 13100 manat təşkil edir.
23. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda Bakı şəhəri, Yasamal rayonu İsmayılbəy Qutqaşınlı 99C ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası 31 mart 2023-cü il tarixdən təhvil-təslim aktı əsasında YASAMAL 64 mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti tərəfindən idarə edilir. Bu səbəbdən iddiaçı ilə olan 072633 saylı müqaviləyə xitam verilməsini xahis edir.
24. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı cavabdeh tərəfindən ona su təchizatı və kanalizasiya xidmətlərinə görə hesablanmış borcu mübahisələndirir. Cavabdeh mübahisələndirilən borcun hesablanmış sərfiyyat borcu olduğunu bildirir.
25. Məhkəmə tərəfindən cavabdehə borcla bağlı iddiaçıya təqdim edilmiş hesab-fakturaların, borcun hesablanmasını özündə əks etdirən sənədlərin, həmin borcun əhatə etdiyi dövr və borcun hansı qaydada hesablanması barədə məlumatların təqdim edilməsi dəfələrlə cavabdehə təklif edilsə də, cavabdeh həmin borcla bağlı Məhkəməyə yalnız abonent haqqında məlumat təqdim edə bilmişdir. Bundan əlavə, cavabdeh həmin borcun sərfiyyat borcu olduğunu, hər ay iddiaçıya borcla bağlı hesab-faktura təqdim edildiyini bildirsə də, bunu təsdiq edən sübutları Məhkəməyə təqdim edə bilməmişdir. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmiş, bundan əlavə, borcun hansı illər, yaxud aylar üzrə olduğunu göstərə bilməmişdir.
26. Göstərilənlərə əsasən, məhkəmə hesab etmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, iddia tələbi borcun silinməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Bununla yanaşı, abonent haqqında məlumatdan, habelə cavabdehin nümayəndəsinin izahatından məlum olmuşdur ki, iddiaçıdan hazırda tələb edilən qalıq borc 13100 manat təşkil edir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçıya hesablanmış 13100 manat borc silinməlidir.
27. Apellyasiya şikayətinin şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan və cavabdehin iddiaçıya göndərdiyi elektron qaimələrdə (səhifə 77-80) abonent saldosunda hesablanmış borc məbləği göstərilməmişdir. Yəni cavabdeh iddiaçıdan sudan istifadəyə görə yaranmış borcu tələb etməmişdir. Halbuki “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
28. Kollegiya hesab edir ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinin tələbinə cavabdeh tərəfindən əməl edilmədiyinə görə məhkəmə haqlı olaraq əsassız hesablanmış borcu silmişdir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır.
30. Cavabdeh iş üzrə iddiaçının borcu olduğu üçün müqavilə ləğv edilə bilməz, yalnız yaranmış borc məbləği tam şəkildə ödənildikdən sonra müvafiq sənədlər əsasında əvvəlki istehlakçı ilə müqavilə ləğv edilib yeni istehlakçı ilə müqavilə bağlana bilər.
31. Göründüyü kimi cavabdeh müqavilənin ləğvini ona görə qanunsuz saymışdır ki, iddiaçı tərəfindən borc ödənilməmişdir. Lakin məhkəmə kollegiyası hesablanmış borcun əsassız olması qənaətinə gəldiyi üçün şikayətin bu dəlilini də əsaslı və qanuni hesab etmir, məhkəmənin gəldiyi nəticəni qanuni sayır.
32. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1013/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.