Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-595/2021 06.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Azər Soltan və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi ilə, İddiaçı Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı artıq yazılmış qaz sərfiyyatının silinməsi və pulun qaytarılmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-1098/2021 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-yə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, İddiaçı MMC-yə 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayınadək qaz sərfiyyatının hesablanmasını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.4-cü bəndinin tələblərinə əsasən aparılması vəzifəsini, artıq yazılmış qaz sərfiyyatın silinməsini və ƏDV ilə birlikdə artıq ödənilmiş 20856,52 manat məbləğin İddiaçı MMC-yə qaytarılması vəzifəsinin ARDNŞ Cavabdeh İB-yə həvalə edilməsi və İddiaçı MMC tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh ARDNŞ Cavabdeh İB-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-1098/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər (9 ay üçün) artıq hesablanmış 11832,20 manat, həmçinin dövlət rüsumu kimi ödənilmiş 17,02 manat cəmi 11849,22 manat məbləğində pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən hər iki tərəf apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətində qətnamənin qismən iddianın rədd edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçının apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında yaranan öhdəliklər də eyni ilə AMX-7415/19 saylı 05 noyabr 2019-cu il tarixli, daha sonra isə AMX-3952/20 saylı 06.08.2020-ci il tarixli müqavilələrdən irəli gəlir. Müqavilə öhdəliklərinə uyğun olaraq tərəflər münasibətlərin tənzimlənməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nı rəhbər tutmuşlar. 2019-cu ilin noyabr ayından başlayaraq iddiaçının qaz sayğacı qeyri işlək vəziyyətə düşmüşdür. Bu fakt cavabdehə məlum olsa da Cavabdeh müqavilənin 2.1.12-ci bəndinin tələblərinə zidd olaraq iddiaçının qaz sayğacını uzun müddət təmir etməmişdir. Məhkəmədə cavabdeh bu öhdəliyinin yerinə yetirməməsini əsaslandırmaq üçün iddiaçının öz hesabına qaz sayğacını istənilən sertifikatlaşdırılmış müəssisədə təmir imkanı olduğunu bildirmişdir. Sayğacın Qaydaların 4.9-cu bəndinə uyğun, yəni öz hesabına təmir olunması iddiaçıya bəllidir. Söhbət cavabdehin müqavilədən irəli gələn iddiaçının hesabına sayğacı təmir etmək vəzifəsindən gedir. Yuxarıda qeyd edilən faktlar, habelə sayğacın yalnız 6 aydan sonra, 27.04.2020-ci il tarixdə çıxarılması, növbəti 2 aydan sonra 14.07.2020-ci il tarixli Qusur Aktını tərtib edib təqdim etməsi barədə iddia ərizəsində ətraflı qeyd edilmişdir. Sayğacın işləmədiyi dövrdə qaz sərfiyyatının hansı qaydada hesablanması barədə sorğularına cavabdeh müqavilədəki Qaydalara istinad etmişdir. Beləliklə, qaz sərfiyyatının Qaydaların tələblərindən fərqli üsulla hesablanması müqavilə öhdəliklərinə ziddir. Cavabdehin istinad etdiyi qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı iddiaçı tərəfindən təsdiq edilməyib. Cavabdeh məhkəmədə mübahisələndirilən dövr üzrə qaz sərfiyyatı barədə məlumat təqdim edə bilmədiyini qeyd etmişdir. Bundan başqa hesablamaların mövcud qaz cihazlarının saatlıq sərfinə uyğun apardığını bildirsə də, həmin üsulla hesablanmanın aparılmasının hüquqi əsasları barədə məlumat təqdim edə bilməmişdir. Cavabdeh apelyasiya şikayətində qətnamənin qismən-iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın həmin hissədə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-yə məxsus qeyri-yaşayış sahəsi qaz xətinin üzərində quraşdırılmış Elster G- 65 markalı, 75096388 nömrəli qaz sayğacı işləmədiyi üçün 2019-cu ilin noyabr ayında çıxarılsa da qazın verilməsi dayandırılmamış, 2020-ci ilin iyul ayınadək təbii qazdan istifadə edilmiş və istifadə edilən təbii qazın dəyəri qaz işlədicilərin saatlıq qaz sərfinə uyğun hesablanmışdır. Faktiki təbii qazdan istifadə edildiyi halda hesablanmış borcun tam olaraq silinməsinin tələb edilməsi və hər hansı hissəsinin silinməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə ziddir. Məhkəmə istehlakçı tərəfindən təbii qazdan ödənişsiz istifadə edilməsinə və bunun nəticəsində dövlət müəssisəsinin ziyana uğramasına şərait yaratmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 2.12-ci bəndinə əsasən İstehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyır. Həmin qaydanın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi mövcud qanunvericiliklə qaz sayğacına görə məsuliyyət bütövlüklə hüquqi şəxsin üzərinə qoyulmuş, iş materiallarından da aydın göründüyü kimi təbii qazdan fasiləsiz istifadə edilmiş, lakin buna baxmayaraq məhkəmə yuxarıda qeyd edilən normalara zidd şəkildə qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdeh təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər(rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Nizamnamənin 2.4-cü bəndində “yanacaq-enerji resurslarının istehsalı (hasilatı), ötürülməsi (nəqli), paylanması və istehlakı sahəsində texnoloji itki, sərf normalarının, eləcə də sahə üzrə tətbiqi məcburi xarakter daşıyan digər daxili normativ sənədlərin hazırlanması, təsdiq və tətbiq edilməsi” SOCAR-ın qanuna zidd olmadan müstəqil qərar qəbul etmək səlahiyyəti kimi təsbit olunmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 21.10.2010-cu il tarixli 345 nömrəli “Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Fərmanının 4-cü bəndi ilə dövlət başçısı tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarına tapşırmışdır ki, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi ilə Şirkətin səlahiyyətlərinə aid edilmiş məsələlərə münasibətdə müvafiq normativ-hüquqi aktlar tətbiq edilərkən Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 22 aprel tarixli, 258 nömrəli Fərmanı ilə müəyyən edilmiş müddəalar əsas götürülsün”. Göründüyü kimi, SOCAR-ın sahə üzrə məcburi davranış qaydalarını əks etdirən, qeyri-müəyyən subyektlər dairəsi və dəfələrlə tətbiq olunmaq üçün nəzərdə tutulan rəsmi sənədin qəbul edilməsi səlahiyyəti “Normativ hüquqi aktlar haqqında” Konstitusiya qanunun 2.9-cu maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən normativ hüquqi aktla (258 nömrəli Fərman) müəyyən edilmişdir. Məlum olduğu kimi, bazar iqtisadiyyatı şəraitində göstərilən xidmətlərdən qeyriqanuni istifadə nəticəsində dəymiş ziyanın ödənilməsi üzrə müvafiq qərarın qəbul edilməsi üçün müəyyənedici meyar-faydalanan və zərərçəkən tərəflərin olmasıdır ki, bu da aşkar surətdə bəllidir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin: “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” 29 iyun 2000-ci il tarixli 356 saylı Fərmanın 9-cu bəndində qeyd olunur ki, Cavabdehnə təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirilməsi, enerjidaşıyıcıların istifadəsi zamanı israfçılıq və oğurluq hallarının qarşısının qətiyyətlə alınması tapşırılmışdır; “Əhalinin təbii qazdan istifadə üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə” 29 dekabr 2009-cu il tarixli 207 saylı Fərmanın 3-cü bəndində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlərin görülməsi tapşırılmışdır. Məhkəmələr tərəfindən qeyd olunan mötəbər hallara qiymət verməməsi və qeyd etdiyimiz qanunun tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir İşə apelyasiya qaydasında baxılması 23.06.2021-ci il tarixə təyin edilmiş, 06.08.2021-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmasinın vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə (elektron kabinetlərinə məhkəmə bildirişləri yerləşdirilməklə) baxmayaraq nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin apelyasiya şikayətlərinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-1098/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin mübahisəsiz hallarından görünür ki, təbii qazdan müqavilə əsasında istifadə edən İddiaçı (abonent kodu **********40000, əvvəlki adı “X1 Services” MMC) qaz sayğacı (G-65 markalı, 75096388 saylı) yararsız vəziyyətə düşdüyü üçün 2019-cu ilin noyabr ayında çıxarılmış, 01.11.2019-29.07.2020-ci il tarixlərində, yəni qaz sayğacının olmadığı 9 aylıq dövr üçün cavabdeh tərəfindən iddiaçıya ümumilikdə 113821 m3 (113821*0.2=22764,2 manat) sərfiyyat hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən qaz sayğacının olmadığı dövr üçün sərfiyyat Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinin tələbinə uyğun hesablanmamış, qaz işlədici cihazların saatlıq sərfiyyatına uyğun hesablanmışdır. Cavabdeh apelyasiya şikayətində iddiaçının təqsiri olmadan yararsız vəziyyətə düşmüş qaz sayğacının olmadığı dövr üzrə qaz sərfiyyatının qeyd edilən qaydada hesablanmasının qanuni əsasını göstərə bilmədiyindən məhkəmə cavabdehin apelyasiya şikayətini əsassız hesab edir. Məhkəmə hesab edir ki, 2019-cu ilin noyabr ayından 2020-ci ilin iyul ayına qədər qaz sayğacının olmadığı 9 aylıq dövr üçün iddiaçının qaz sərfiyyatı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə əsasən orta aylıq sərfiyyat əsasında hesablanmalı olsa da, İddiaçı istehlak etdiyi qazın dəyəri ilin müxtəlif aylarında havanın temperaturundan və digər səbəblərdən asılı olaraq fərqli olduğundan hesablamanın yalnız 2019-cu ilin oktyabr ayının göstəricisi əsas götürülməklə həyata keçirilməsi düzgün deyil. Birinci instansiya məhkəməsi qaz sayğacının olmadığı müddət ərzində istifadə edilmiş qazın dəyəri üzrə hesablamanı bir il əvvəlki anoloji dövrə uyğun aparmış və belə nəticəyə gəlmişdir ki, sayğac göstəricilərinə əsasən iddiaçının 2018-ci ilin noyabr ayından 2019-cu ilin iyul ayına olan ümumi sərfiyyatı 54660 m3, qazın hər 1 m3-nin qiyməti isə 0,20 manat olduğundan İddiaçı MMC-nin həmin dövrdə 10932 manat məbləğində qazdan istifadə etdiyi nəzərə alınmaqla mübahisəli dövr üçün qazdan istifadəyə görə ödənilməli məbləğ 10932 manat müəyyən edilməli, iddiaçının 11832,20 manat (22764,2-10932) məbləğində artıq hesablanmış borca görə ödədiyi məbləğ cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır və iddianın tam təmin edilməli olduğuna dair iddiaçının apelyasiya şikayətini əsassız hesab edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)- 1098/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçının və cavabdehin apelyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 16 mart 2021-ci il tarixli, e-2-2 (113)-1098/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-595/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-595/2021
06.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver