Məhkəmə qərarları › İş №2-2(103)-611/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-611/2020

19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-611/2020 19.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, X1, iddiaçının iştirakı ilə, İddiaçı Nümayəndə (VÖEN:**********) Cavabdehnə qarşı «borcun silinməsi tələbin dair» kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 1022/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı Nümayəndə Cavabdehnə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin avqust, sentyabr və oktyabr ayları üçün cavabdeh tərəfindən hesablanmış 7500 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı, ona məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində yerləşən penoplast sexində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur Həmin obyektə təbii qazın verilməsinə dair cavabdehlə aralarında müqavilə bağlanmış, sayğac quraşdırılaraq ona abonent kodu verilmişdir. Obyekt avqust ayında sexə qaz sayğacı quraşdırılmış və sentyabr ayında sex qaz ilə təchiz edilməyə başlamış, bir ay sonra isə ona 7.785 manat məbləğində qazdan istifadəyə görə qəbz gəlmişdir. O, sayğacın düzgün işləməməsi barədə xx.xx.2019-cu il tarixdə X3 istismar idarəsinə müraciət etmiş xx.xx.2019-cu il tarixdə Birliyin mühəndisləri tərəfindən ona məxsus G65 markalı zavod nömrəsi 77057138 olan rotor tipli sayğacı dövlət yoxlaması üçün götürülərək yerinə müvəqəti sayğac quraşdırılmışdır. Laboratoriyada həmin sayğaca texniki baxış keçirilmiş və tərtib olunmuş “Qeyri-əhali qaz sayğacının yoxlanması haqqında” SS nömrəli 29/1640- 02332 xx xxxxxx 2019-cu il akta əsasən «ayğacın daxili çirklidir. Göstəricilər arasında fərq mövcuddur. xx.xx.2019, xx.xx.2019-cu il tarixləri əhatə edən saatlıq arxivə əsasən maksimal mütləq təzyiq P=3,79 bar, korreksiya olunmuş maksimal qaz həcmi 239 m3 korreksiya olunmamış qaz həcmi 75 m3 qeydə alınmışdır. Təzyiq borusu yoxlanıldı, sızma yoxdur. Temperatur və təzyiq çeviriciləri normaldır. Elektron göstərici V mexaniki göstəricidən 8697 m3 çoxdur. İmpuls ötürücüsü yoxlanıldı, yoxlama zamanı 100 impuls verildi və 100 impuls alındı. İmpuls ötürücüsü işləyir. Yoxlamanın nəticəsi - minimal sərfiyyatda sayğac hesabat aparmır. Batareya tələb olunur. Akta əsasən sayğacın mexaniki hissəsi 003738 m3 , elektron hissəsi ********* m3 (1,10 fərq) qaz sərfiyyatı göstərir. Beləliklə, sayğacın eletron göstəricisi mexaniki göstəricidən 8697 m3 çoxdur. İddiaçı xx.xx.2019 cu il tarixdə cavabdehə ərizə ilə müraciət edərək yaranmış problemlə əlaqədar hesablanmış borcun silinməsini xahiş etmiş, cavab olaraq ona araşdırma aparıldığı bildirilmişdir. Sexə qoyulmuş əvəzləyici qaz sayğac qoyulduqdan sonra aylıq qaz sərfiyyatı 600-700 manat təşkil etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1022/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş və Cavabdeh İstehsalat Birliyi tərəfindən 2019cu ilin sentyabr, oktyabr ayları üçün iddiaçı Nümayəndə hesablanmış 4348,64 manat məbləğində borcun silinməsi, iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 15 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməsi iddia verilərkən ödənilmiş dövlət rüsumunun qalan hissəsinin iddiaçıya aid edilməsi, qalan hissədə iddianın rədd edilməsi qət olunmuşdur. Həmin qətnamə ilə razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək qətnamənin iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddianın tam rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, borc sayğac göstəricisinə əsasən hesablanmışdır. Sayğac 2019-cu ildə dövlət yoxlapmasından keçirildikdən sonra quraşdırılmışdır. Sayğacda qüsur aşkar edildikdən sonra laborağoriyada yoxlanılması üçün göndərilmiş, lakin məhkəmə qətnamədə sentyaboktoyabr aylarında sayğac göstəriciləri qəbul edilməmiş, növbəti ilin müvafiq ayları üzrə göstəriciləri nəzərə alınmışdır. Bunun isə tətbiqi qazdan stabil istifadə olunmadığı üçün əsassızdır. X4»nın 4.2, 4.9 və 5.2-ci bəndlərindən görünür ki,qaz sayğacına görə məsuliyyət iddiaçının üzərindədir. Məhkəmə tərəfindən mötəbər hallara qiymət verməməsi və qanunvericiliyin qeyd olunan tələblərini tətbiq etməməsi maddi hüquq normalarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndəsi) məhkəməyə gəlməmiş, MPM-in 135.8, 376.2-ci maddələrinin tələblərini nəzərə alan kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsini qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixdə “Qazın alqı-satqısı barədə” müqavilə imzalanmış və iddiaçıya məxsus Bakı şəhəri Binəqədi rayonu Binəqədi şossesində yerləşən penoplast sexində G-65 markalı zavod nömrəsi 77057138 olan rotor tipli sayğacı quraşdırılmışdır. İşin mübahisələndirən hallarından görünür ki, iddiaçının müraciətinə əsasən cavabdeh Birliyin mühəndisləri tərəfindən xx.xx.2019-cu il tarixdə ona məxsus obyektə quraşdırılmış G-65 markalı qaz sayğacına baxış keçirilmiş və akt tərtib olunmaqla çıxarılaraq yerində müvəqəti sayğac quraşdırılmış, sıxarılan sayğac isə müəayinə olunması üçün götürülmüşdür. Laboratoriyada həmin sayğaca texniki baxış keçirilmiş və nəticələrinə dair xx xxxxxx 2019-cu il tarixli akt (№ 9015889) tərtib olunmuşdur. Həmin aktda, sayğacın mexaniki hissəsinin 003738 m3, elektron hissəsinin ********* m3 (1,10 fərq) olmaqla, beləliklə də eletron göstəricisisinin mexaniki göstəricidən 8697 m3 çox olduğu təsbit olunmuşdur.İşə əlavə olunmuş abonentin saldosundan göründüyü kimi, həmin akt əsasında iddiaçıya əlavə sərfiyyat hesablanaraq ödənilməsi tələb olunmuşdur. Mübahisəli obyektin abonent saldosun görünür ki, 2019-cu ilin apvqust ayında quraşdırılan mübahisəli sayğac üzrə sərfiyyat həmin ilin avqust ayında 1303,80 manat, sentyabr ayında 4656,20 manat, oktyabr ayında 2519 manat təşkil etmişdir. Həmin sayğacı sıxarılıb yerinə müvəqqəti sayğac quraşdırıldıqdan sonra isə sərfiyyat azalmış, noyabr ayında 523,20 manat, 2020-ci ilin yanvar ayında üçün 807 manat təşkil etmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhz cavabdehin özü tərəfindən quraşdırılan sayğacın hesablama mexanizmləri qüsurlu işləməsi, artıq qaz sərfiyyatına gətirib çıxarmışdır. Odur ki, bu halda iddiaçının hüquqazid hərəkətlərinin mövcudluğundan, tamlığı pozulmayan, plombları üstündə olan sayğacda aşkar olunan nasazlıığın iddiaçının təqsirinə yozula bilməz. Ən azından ona görə ki, “X4”nın 4.9-cu bəndinə əsasən istehlakçının zədələnmiş qaz sayğacını təmir etmək, həmin qaz sayğacını təmir etmək mümkün olmadıqda dəyişdirmək və quraşdırmaq, habelə dövlət yoxlanılmasından keçirmək qaz təchizatçısının üzərinə düşən bir vəifəsidir. Bu mənada, cavabdehin aşkar etdiyi hal, iddiaçının hüquqa zidd hərəkətinə yozulması və onun mülki hüquq pozuntusu törətməsi kimi qiymətləndirilməsi istisna edilir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə isə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qanunvericiliyin qeyd olunan tələblərindən də göründüyü kimi, şəxsin hüquqa zidd hərəkət və hərəktsizliyi sübuta yetirilməyincə onun üzərinə mücərrəd bir ziyanın əvəzinin ödənilməsi öhdəliyi qoyula bilməz. Beləliklə də, konkret halda, mübahisəli obyektdə quraşdırılan qaz sayğacındakı qüsurların iddiaçının təqsiri üzündən əmələ gəlməsi, yəni onun sayğacın hesablama mexanizmlərinə müdaxiləsi, bununla da «Qazdan istifadə «Qaydaları»nı pozması öz təsdiqini tapmır. Onun hüquqazidd hərəkəti sübuta yetirilmədiyi halda isə cavabdeh tərəfindən aşkar olunmuş qüsura görə ona əlavə sərfiyyat hesablanması tamamilə əsassızdır. Birinci instansiya məhekəməsinin qətnaməsindən görünür ki, iddianı qismən təmin edərkən, məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin ilk dəfə 2019-cu ilin avqust ayının 9-da qazla təchiz edildiyini, yəni, mübahisəli aylardan əvvəlki aylarda qaz sərfiyyatının olmadığını nəzərə alaraq hesab etmişdir ki, qaz sayğacının işləmədiyi dövr üçün (2019-cu ilin sentyabr-oktyabr ayları) iddiaçının qaz sərfiyyatına görə borcu 2020-ci ilin yanvar – 2020-ci ilin iyul aylarında orta aylıq qaz sərfiyyatına əsasən 2826,56 (1413,28x2ay) müəyyən edilməli, həmin aylar üçün artıq hesablanmış 4348,64 manat məbləğində borc isə silinməlidir. Məhkəmə kollegiyası, birinci instansiya iməhkəməsinin gəldiyi həmin nəticəni yuxarıda qeyd olunan hallar baxımından, işin hallarına və tərəflərin qarşılıqlı vəziyyətinə uyğun və maddi hüquq normalarına ədalətli olan bir nəticə kimi qiymətləndirir. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin iddiaçı tərəfindən «X4»ının pozulduğunu və məhkəmə tərəfindən qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyini və iddianın təmin edilən hissəsində gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1022/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsinin tərəfindən mübahisələndirilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 404-1-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsində baxılan iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1022/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar