Məhkəmə qərarları › İş №2-2(103)-636/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-636/2023

11.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-636/2023 11.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 cəlb edilməklə) “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Xəyal Əjdər oğlu Sarıyevdən və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-520/2023 saylı qətnaməsindən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İddiaçı ilə cavabdeh arasında su təchizatı və kanalizasiya xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışdır.

2. Cavabdeh tərəfindən iddiaçıya 36671,97 manat məbləğində borc hesablanmışdır.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 Cavabdeh ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” X10 cəlb edilməklə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 36885,97 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddiaçı bildirir ki, xx.xx.2021-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 tərəfindən Cavabdeh ASC-yə məktub ünvanlanmış, məktubda mübahisəli olan 111186,17 manat borcun araşdırılaraq, silinməsi üçün köməklik göstərilməsi xahiş edilmişdir. Cavabdeh ASC tərəfindən göndərilmiş xx.xx.2022-ci il tarixli məktubda göstərilir ki, “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 hesabından 74300,2 manat silinərək müvafiq düzəliş aparılmışdır. Lakin həmin məbləğin hansı qaydada hesablanması göstərilməmiş və qalan 36885,97 manat məbləğ mübahisəli borc olaraq qalmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixdən iddiaçıdan həmin məbləği tələb etsə də, mübahisəli borcla bağlı heç bir ödəniş edilməmişdir. Həmçinin xx.xx.2022-ci il tarixdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X10 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış məktubda yaranmış borcdan 74300,2 manat məbləğin silinərək müvafiq düzəlişin aparıldığı qeyd edilmiş və edilmiş düzəlişlərin hansı sənədlər əsasında aparılması, borcun silinməsi və hesablanması qaydası, habelə həmin borcun yaranma tarixi barədə məlumatların və təsdiqedici sənədlərin mümkün qədər qısa müddət ərzində təqdim edilməsi xahiş edilmiş, lakin cari vaxtadək heç bir məlumat və ya sənəd cavabdeh tərəfindən təqdim edilməmiş və ya göndərilməmişdir. İddiaçı hesablanmış borc ilə razı deyil. Borcun ümidsiz hesab edilməsi meyarlarından biri də hesablanmış borc məbləğinin 2017-ci ilədək olan borc məbləği olmasıdır və cavabdeh həmin borc üzrə öhdəliyin icrası müddətini ötürmüşdür. Ona görə də, sözügedən borcu məhkəmə qaydasında mübahisələndirmək zərurəti yaranmışdır. Öhdəliyin icrası müddətinin keçməsinə görə həmin məbləğ ödənilməməlidir. İddiaçı tərəfindən illər üzrə, yəni 2017-ci il tarixindən etibarən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ödənilmiş və hazırda 36885,97 manat məbləğində qalıq borc 2016-cı ildən əvvəlki illərə aid olan borcdur.

5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Yasamal rayonu Sukanal idarəsinin xidməti ərazisində klinika kimi fəaliyyət göstərən, abonent kodu 070110 olan “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası" X7 su xətti üzərində 22 yanvar 2014-cü il tarixdə “STV-80” markalı su sayğacı quraşdırılmışdır. Respublika Klinik Xəstəxana üzrə su sərfiyyatına görə ödəniş xəstəxananın həyətinə daxil olan su xəttinə quraşdırılmış su sayğacının göstəricisinə əsasən ödənilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin yoxlaması nəticəsində 14 aprel 2014-cü ildə tərtib olunmuş akta əsasən xəstəxana həm özünün istifadə etdiyi suyun dəyərini, həm də su xəttinə qoşulmuş 4 müəssisələrin istifadə etdiyi suyun dəyərini ödəmişdir. Həmin su xəttindən (sayğacdan keçən suya) 4 səhiyyə müəssisəsinə (Ə.Əliyev adına HTİ, Respublika Kliniki Uşaq Xəstəxanası, X11 Stansiyası və X1 (MORQ) su xətti çəkilmiş və onların hər birinə ayrı-ayrılıqda su sayğacı quraşdırılmışdır. Həmin müəssisələr istifadə etdikləri suya görə onlara məxsus sayğacın göstəricisinə uyğun su haqqını ödəmişdir. Belə ki, iddiaçı 44166 manat içməli suya görə, 45083 manat isə çirkab suyun axıdılmasına görə olmaqla, cəmi 89249,50 manat artıq büdcə vəsaitini Cavabdeh ASC-nin hesabına ödəmişdir. Daha sonra iddiaçı tərəfindən 21936,67 manat pul məbləğinin həm xəstəxanaya və digər müəssələrə suyun sərfiyyat satışı olduğu üçün komissiya tərəfindən araşdırılaraq silinməsi istiqamətində köməklik göstərilməsi xahiş edilmişdir. xx.xx.2020-ci il tarixli, 311 saylı əmri ilə yaradılmış istehlakçılardan daxil olmuş ərizə və şikayətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiyanın 31 avqust 2022-ci il tarixli, 160/1 saylı Protokoluna əsasən xx.xx.2012-ci il – xx.xx.2015-ci il tarixədək xəstəxananın su xətti üzərində quraşdırılmış STV-80 markalı, ******* mexaniki tipli sayğacdan keçərək yaxınlıqda yerləşən 070717, 070719 və 070690 abonentlərə verilmiş su sərfiyyatı 070110 abonent kodundan çıxılma olunmamışdır. Qeyd olunanlara əsasən abonentin hesabına müvafiq düzəlişlər edilərək, 74300,02 manat borcun silinməsi məqsədəuyğun hesab edilmişdir. Hal-hazırda “Akademik M.Ə.Mİrqasımov adına Respublika Klinik Xəstəxanası” X7 su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə Cavabdeh ASC-yə bugünədək olan əsaslı borcu 36886,97 manat təşkil edir. Qanunun tələbinə əsasən iddiaçıya göstərilən xidmətlərin dəyəri sayğacın göstəricisinə əsasən hesablanaraq hesab-faktura təqdim edilmiş və həmin hesabfaktura əsasında borc məbləği iddiaçı tərəfindən ödənilməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-520/2023 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 36671,97 manat məbləğində borcun “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 hesabından (abonent kodu: 070110) silinməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Cavabdeh ASC apellyasiya şikayəti verərək, həmin qətnaməninn iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsi, iddia tələbinin rədd edilməsi və ödənilmiş 100.33 manat rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı iş üzrə qətnamə qəbul edərkən Mülki Məcəllənin 551-ci maddəsini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iş üzrə 553.1.1-ci maddəni tətbiq etməli idi. Mülki Məcəllənin tələbindən də göründüyü hisə-hissə ödənişlərin edilməsi öhdəliyin xitamı üçün müddət axımını kəsir, axımım kəsildiyi müddətdən yenidən 5 illik müddət başlayır. Belə ki, cavabdeh 1999-cu ildə 8999,98 manat, 2000-ci ildə 199240,46 manat, 2001-ci ildə 26199,97 manat, 2002-ci ildə 17899,01 manat, 2003-cü ildə 27066,76 manat, 2004-cü ildə 39962,29 manat, 2005-ci ildə 53137,78 manat, 2006-cı ildə 57877,29 manat, 2007-ci ildə 116131,86 manat, 2008-ci ildə 115672,5 manat, 2009-cu ildə 148679.5 manat, 2010-cu ildə 136191,48 manat, 2011-ci ildə 175246,4 manat, 2012-ci ildə 231924,57 manat, 2013-cü ildə 227745,4 manat, 2014-cü ildə 164492,07 manat,2015-ci ildə 114440,96 manat, 2016-cı ildə 86905,05 manat, 2017-ci ildə 245634,32 manat, 2018-ci ildə 147470 manat, 2019-cu ildə 169592,01 manat 2020-ci ildə 152476 manat, 2021-ci ildə 346089,1 manat, 2022-ci ildə 439116,2 manat ödənişlər etmişdir. Qeyd olunan faktlar tərəfindən məhkəməyə təqdim edilmiş abonentin hesabat cədvəlində də öz təsdiqini tapmışdır. Göründüyü kimi cavabdeh tərəf ödəmələr etməklə müddət axımını kəsmişdir. Lakin məhkəmə qətnamə qəbul edərkən bu kimi sübutlara qiymət verməmişdir. Digər tərəfdən Konstitusiya Məhkəməsinin Plenumnun xx.xx.2023-cü il tarixli Qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsliilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilməsi qeyd olunmuşdur. Lakin buna baxmayaraq məhkəmə tərəfindən iş üzrə 551.2.1-ci maddəsi tətbiq edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə etdi.

11. İddiaçının və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 550-ci maddəsinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.

13. Həmin Məcəllənin 551.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir.

14. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə görə kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

15. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsassızdır.

18. Belə ki, iddianın əsasına görə qalıq borc 2016-cı ildən əvvəlki illərə aiddir və öhdəliyin icrası müddətinin keçməsinə görə həmin məbləğ ödənilməməlidir.

19. Belə olan halda iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələri təşkil edir.

20. Həmin maddələrin tələblərinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.

21. Lakin kollegiya hesab edir ki, müddətin keçməsi öhdəliyin xitamına səbəb olmur.

22. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair 15 fevral 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5ci paraqrafı ilə müəyyən edilmiş müddətlər hüquqi təbiəti baxımından iddia müddətləridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci fəslinin 5-ci paraqrafı qanunverici orqan tərəfindən təkmilləşdirilənədək, öhdəliklərdən, o cümlədən vaxtaşırı ödəmələrdən irəli gələn tələblərə münasibətdə həmin Məcəllənin 18-ci fəsli ilə nəzərdə tutulmuş iddia müddətləri tətbiq edilsin.

23. Göründüyü kimi Mülki Məcəllənin 550-ci və 551.2.1-ci maddələrində göstərilən müddətlər öhdəliyin xitamına səbəb olan müddət deyil, iddia müddətidir.

24. Mülki Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

25. Lakin hazırki işdə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X6 qarşı heç bir tələb irəli sürülmədən iddia müddətinin keçməsinə istinad edərək, öhdəliyinə xitam verilməsini xahiş etmişdir.

26. Halbuki, iddia müddətinin ötürülüb-ötürülməməsi məsələsi, yalnız kreditor, yəni hazırki halda Cavabdeh ASC tərəfindən müvafiq olaraq borcun tutulması barədə “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X4rşı iddia qaldırıldığı halda sonuncunun həmin iddiaya etiraz kimi iddia müddətinin tətbiqi barədə ərizə verəcəyi halda məhkəmə tərəfindən müzakirə oluna və həmin məsələyə hüquqi qiymət verilə bilər.

27. Göründüyü kimi qanunvericiliyin tələblərinə uyğun olaraq “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X3 qarşı heç bir tələb olmadığı halda öz təşəbbüsü ilə iddia müddətinin keçməsinə istinad edərək, hazırki iddianı qaldırması əsassızdır.

28. Bu baxımdan kollegiya hesab edir ki, iddia tələbləri özü-özlüyündə əsassız olduğuna görə sübutlar araşdırılmadan rədd edilməlidir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi iddianın qismən təmin edilmiş hissəsində ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir.

29. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(113)-520/2023 saylı qətnaməsi iddia qismən təmin edilməsi və Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 36671,97 manat məbləğində borcun “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X7 hesabından (abonent kodu: 070110) silinməsi hissəsində ləğv edilsin. İddia həmin hissədə təmin edilməsin. Cavabdeh tərəfindən ödənilmiş 100,33 manat dövlət rüsumu iddiaçı “Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası” X5 tutularaq Cavabdeh ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Xəyal Sarıyev

Məmməd Məmməddov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar