Məhkəmə qərarları › İş №2-2(103)-644/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-644/2024

11.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-644/2024 11.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “təbii qazdan istifadəyə görə yaranmış borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-146/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı (bundan sonra İddiaçı İB) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 114 102,46 manat borcun və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 404,10 manat pulun tutularaq İddiaçı İB-nin "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, S.W.İ.F.T. bik İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN: AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-146/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 114 102 (yüz on dörd min yüz iki) manat 46 (qırx altı) qəpik məbləğində pul tutularaq İddiaçı bank hesabına (ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, S.W.İ.F.T. bik İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN:AZ72İBAZ********************) ödənilməsi qət edilmişdir.

3. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-146/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə tamamilə əsassızdır. Belə ki, X2 Elçinin verdiyi etibarnaməyə əsasən sözügedən istixananı xx.xx.2020-ci il tarixli, 07/20 nömrəli müqavilə ilə X8 icarəyə vermişdir. Bundan sonra Zahid Cəfərovun istifadəsi zamanı həmin istixananın abonentin saldosuna diqqət yetirsək görmək olur ki, 2020-ci ilin dekabr ayının əvvəlinə borc 21389 manat, 2021-ci ilin yanvar ayının əvvəlinə borc 48320,20 manat, fevral ayının əvvəlinə 75002,20 manat, mart ayının əvvəlinə 88166,20 manat, mart ayının əvvəlinə 122038 manat, aprel ayının əvvəlinə 125940 manat təşkil etmişdir. Bundan sonra mövsümilə bağlı Zahid Cəfərov qazın istifadəsini 125940 manat borcu olaraq dayandırır və saldodan göründüyü kimi ancaq 2021-ci ilin oktyabrında qazdan istifadə etməyi bərpa edir. Yeddi ay ərzində, İddiaçı İB tərəfindən 125940 manat borcun tələbinə dair heç bir hərəkət edilmir (məhkəməyə verilmir, bildiriş göndərilmir və s.). Cavbdeh Cavabdeh ilə İddiaçıİBarasında olan xx.xx.2017-ci il tarixli AKX-1/026 saylı müqavilənin 2.1.8-ci bəndinə əsasən istehlakçıya hər ay hesab təqdim etmək paylayıcının bir başa vəzifəsidir. Həmin müqavilənin 2.1.13-cü bəndinə əsasən, paylayıcı qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Bütün bunlara baxmayaraq iddiaçı 2020-ci ilin dekabr ayından 2021-ci ilin aprel ayındək cavabdehə hesab təqdim etməyib, borcun hər ay külli miqdarda artmasına rəğmən, qazın verilməsinin dayandırılacağına dair cavabdehə bildiriş təqdimetməyib. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixində debitor borcun ödənilməsi haqqında razılaşma protokolu bağlayıb. Maraqlısıda odur ki, razılaşma protokolunda tərəfin biri kimi İddiaçı İB çıxış edir, digər tərəf kimi CavabdehYaşar oğlu göstərilib. Lakin, Cavabdeh yəni hazırkı iş üzrə cavabdehin bu razılaşmadan xəbəri yoxdur və razılaşmada olan imza ona aidd deyil. Bundan başqa iddiaçı ilə cavabdeh arasında üzləşdirmə aktı da mövcüddür. Həmin aktda Cavabdeh tərəf kimi göstərilsədə, onun bu barədə xəbəri yoxdur və aktdakı imza ona məxsus deyil. Qeyd edilənləri birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi X5 bildirmişdir. Lakin məhkəmə bu məsələyə diqqət yetirməmişdir. Eyni zamanda Cəfərov Zahid xx.xx.2022- ci il tarixində İddiaçı İB-nə məktub göndərərək mübahisələndirilən borcun müəyyən şərtlərlə ödəyəcəyini bildirmişdir. Əlavə olaraq onu da bildirmək istərdik ki, iş materiallarında olan və qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, е-2-2(11З)-2876/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı CavabdehYaşar oğlu cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazdan istifadəyə görə yaranmış 114102,46 manat məbləğində pulun və ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh ilə X12 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsinin X1 və istifadəsində olduğu dövr üzrə sonuncunun təbii qazdan istifadəyə görə 114 102,46 manat borcunun yarandığı müəyyən olunmuş, iddianın təmin olunması qət olunmuşdur. Beləliklə, müəyyən olunur ki, qazın istifadəsinə görə yaranmış və iddiaçı tələb etdiyi 114 102, 46 manat məbləğində borc Cəfərov Zahidin sahibkarlıq fəaliyyəti nəticəsində yaranmışdır. Bu borcun, abunə müqaviləsi Cavabdeh adına olsa da, ona heç bir aidiyyəti yoxdur. İddiaçı İB bilirdi ki, həmin istixananı Zahid Cəfərov istifadə edir, hər ay külli miqdarda borcun yaranmasına baxmayaraq qazın verilməsini dayandırmamışdır (bunu etsəydi borc bu qədər ola bilməzdi). Bundan başqa. 125940 manat borcun olmasına baxmayaraq Mirzəzadə Yalçının adından istifadə edərək (onun bu barədə xəbəri olmayıb) razılaşma protokolu tərtib edilmişdir və bu imkan vermişdir ki, qazın verilməsi dayandırılmasın və Zahid Cəfərov həmin qazdan öz iş fəaliyyətində istifadə etsin. Sual çıxır, istifadə etmədiyi qaza görə nə əsasla Cavabdeh ödəniş etməlidir. Qazdan istifadə edən şəxs məlumdur və şübhə doğurmur. Bundan başqa İddiaçı İB-nin öz vəzifələrini icra etməməsi və hüquqlarından istifadə etməməsi nəticəsində, həmçinin cavabdehin xəbəri olmadan onun adından tərtib edilmiş razılaşma protokolu və üzləşdirmə aktı bu borcun yaranmasının səbəbidir. İddiaçı tərəfindən qazın verilməsi dayandırılmamışdır və bu böyük borcun yaranmasına səbəb olmuşdur. Cavabdehə hesab təqdim edilməyib. Cavabdehə yazılı bildiriş göndərilməyib. Məhkəmə sübutlara obyektiv və hərtərəfli qiymət verməyib. Belə ki,Məhkəmə nəzərə almalıydı ki, cavabdeh qazdan istifadə etməyib, ona hesablar və bildirişlər verilməyib. Nəzərə alınmalıydır ki, iddiaçı həmin istixananın istifadə etdiyini digər şəxs olduğu barədə məlumatlıydı. Razılaşma protokolunun və üzləşdirmə aktının Cavabdeh tərəfindən imzalanmadığını və o sənədlər barədə məlumatı olmadığını məhkəmə araşdırmalıydı.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

4. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

5. Məhkəmə iclasında cavabdehin nümayəndələri apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişlər.

6. İddiaçı tərəf məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndində qeyd edilir ki, bu Qaydaların 5.4cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

8. Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.

9. Mülki Prosessual Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür.

10. Həmin Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

11. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

12. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

13. İddia ərizəsinə əlavə olunan "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh arasında bağlanmış qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqaviləyə əsasən paylayıcı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 2.3.2 və 2.3.8-ci bəndlərinə əsasən istehlakçı “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməli və Qaydalarda nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir; 3.4cü bəndinə əsasən hesab istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsilə tam ödənilməlidir.

14. Müqavilənin 7.2 və 7.3-cü bəndlərinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığına əsasən 1 il müəyyən edilir. İstehlakçı bu müqavilənin ləğv edilməsi barədə müqavilə müddətinin bitməsinə bir ay qalmış təşəbbüs göstərmədikdə, müqavilənin müddəti bu müqavilə üzrə müəyyən edilmiş müddətə uzadılmış hesab olunur. Bu halda yeni müqavilənin bağlanması tələb olunmur.

15. Cavabdeh abonent saldosundan görünür ki, 2020-ci ilin oktyabr ayının əvvəlinə borc qalığı 30 000 manat olmuş, həmin ay 30 000 manat ödəniş edilmişdir. Həmçinin 2020-ci ilin oktyabr ayına 1454,40 manat, noyabr ayına 19934,60, dekabr ayına 26931,20 manat, 2021-ci ilin yanvar ayına 26682 manat, fevral ayına 23164 manat, mart ayına 33871,80 manat, aprel ayına 3902,20 manat, oktyabr ayına 3692,60 manat, noyabr ayına 26636,28 manat, dekabr ayına 49805,14 manat, 2022-ci ilin yanvar ayına 23021,24 manat olmaqla 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayını, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayını əhatə edən dövr üzrə cəmi sərfiyyatın məbləği 239095,46 manat təşkil edir. Qeyd olunan sərfiyyat məbləğindən 124 993 manat ödəniş edilmiş, 114 102,46 manat borc qalmışdır.

16. İş materiallarında olan və qanuni qüvvəyə minmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli е-2-2(11З)-2876/2023 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh X8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qazdan istifadəyə görə yaranmış 114102,46 manat məbləğində pulun və ödənilmiş 410 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmiş, məhkəmə tərəfindən Cavabdeh ilə X10 arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsi əsasında qeyri-yaşayış sahəsinin X1 və istifadəsində olduğu dövr üzrə sonuncunun təbii qazdan istifadəyə görə 114 102,46 manat borcunun yarandığı müəyyən olunmuş, iddianın təmin olunması qət olunmuşdur.

17. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, "Azəriqaz" İB ilə istehlakçı Cavabdeh arasında qazın alqı-satqısı barədə müqavilə bağlanmış, iddiaçı həmin müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq cavabdehi keyfiyyətli qazla təmin etməyi, cavabdeh isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq ödəməyi öhdəsinə götürmüş, müqaviləyə əsasən iddiaçı üzərinə düşən öhdəlikləri tam icra edərək cavabdehi qazla təmin etsə də, sayğacının göstəricilərinə uyğun olaraq 2020-ci ilin oktyabr ayına 1454,40 manat, noyabr ayına 19934,60, dekabr ayına 26931,20 manat, 2021-ci ilin yanvar ayına 26682 manat, fevral ayına 23164 manat, mart ayına 33871,80 manat, aprel ayına 3902,20 manat, oktyabr ayına 3692,60 manat, noyabr ayına 26636,28 manat, dekabr ayına 49805,14 manat, 2022-ci ilin yanvar ayına 23021,24 manat olmaqla 2020-ci ilin oktyabr ayından 2021-ci ilin aprel ayını, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin yanvar ayını əhatə edən dövr üzrə hesablanmış cəmi sərfiyyatın məbləğini təşkil edən 239 095,46 manat məbləğindən 124 993 manat ödəniş edilmiş, 114 102,46 manat borc Cavabdeh tərəfindən ödənilməmiş qalmışdır. İddiaçı qazın alqı-satqısı barədə xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqaviləyə əsasən cavabdehdən 114 102,46 manat məbləğində pulun tutulmasını xahiş etmişdir.

18. Cavabdeh iddiaya etiraz etmiş və bildirmişdir ki, qeyd olunan borc məbləği qeyriyaşayış sahəsinin X1 və istifadəsində olduğu dövr üzrə sonuncunun təbii qazdan istifadəsinə görə yaranmışdır, ona görə də məsuliyyəti həmin şəxs daşıyır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-ci il tarixli, е-2-2(11З)- 2876/2023 saylı qətnaməsi icra olunaraq qət olunan 114 102,46 manat məbləğ X6 alındığı zaman borcu iddiaçıya ödəyəcəkdir.

19. Məhkəmə cavabdehin etirazını əsassız hesab etmiş və etirazının əsasını təşkil edən hallarla bağlı qeyd etmişdir ki, iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlayaraq iddiaçı tərəfindən təchiz edilmiş qazın dəyərini ödəmək öhdəliyini cavabdeh öz üzərinə götürmüşdür. Məhz Mülki Məcəllənin 387.3-cü maddəsinə də təsbit olunmuşdur ki, öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Belə olan halda məhkəmə qeyd etmişdir ki, Cavabdeh ilə X10 arasında bağlanmış icarə müqaviləsi həmin müqavilənin iştirakıçısı olmayan İddiaçı İB-nin xx.xx.2017-ci il tarixli, AKX-1/026 saylı müqavilədən irəli gələn tələb hüququnu məhdudlaşdırılması əsası kimi çıxış edə bilməz.

20. Cavabdeh apellyasiya şikayətində iddiaçı tərəfindən müəyyən pozuntulara yol verdiyini qeyd etsə də, qaz sərfiyyatına görə yaranmış borcu mübahisələndirməmiş, əksinə həmin borcu icarəyə verdiyi şəxsdən məhkəmə qaydasında tələb etmişdir. Lakin paralel olaraq cavabdeh obyekti icarəyə verdiyi şəxsin borca görə məsuliyyət daşımasını bildirir. Bu halda cavabdeh ona qarşı iddia qaldırmamalı idi. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, qaz sərfiyyatına görə yaranmış borc işin mübahisəsiz halıdır və borc cavabdeh tərəfindən ödənilməlidir.

21. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehdən tələb etdiyi pulun əsaslı olmasını təqdim etdiyi sübutlarla təsdiqləndiyindən məhkəmə haqlı olaraq iddianın təmin olunması nəticəsinə gəlmişdir.

22. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

23. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-146/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar