Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-667/2020 24.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-23/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı İB tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı İB Cavabdeh MTK-ya qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(113)-23/2020 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı İB həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi tərəflər məhkəmə iclasına gəlmədiyinə görə Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılması nəticəsinə gəlsə də, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, hazırki işdə iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsaslar mövcud deyildir. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi məhkəmənin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə icraata qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə hazırlıq iclası, xx.xx.2018-ci il tarixdə iddiaçının nümayəndəsinin iştirakı ilə ilkin baxış iclası, xx.xx.2018-ci il, xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixdə hər iki tərəfin nümayəndəsinin iştirakı ilə məhkəmə baxışı iclasları keçirilmiş və tərəflərin izahatları alınmış, daha sonra iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəy verilməsi üçün iş materialları Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, rəy verildikdən sonra, iş üzrə iddiaçı tərəfindən verilmiş iddianın təmini tədbiri barədə ərizə təmin edilmiş, daha sonra iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, bu zaman keçirilmiş bütün məhkəmə iclaslarında hər iki tərəfin nümayəndəsi iştirak etmiş, bundan sonra iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi barədə qərardaddan şikayət verilmiş və həmin qərardada yuxarı instansiya məhkəməsində baxılmış, daha sonra iş yenidən birinci instansiya məhkəməsinə qaytarılmış, cavabdehin vəkilinin iştirakı ilə daha bir məhkəmə baxışı iclası keçirilmiş və nəhayət, iddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən 2 il 6 ay sonra tərəflərin nümayəndələri məhkəmə iclasında iştirak etmədiyi üçün xx xxxxxxxx 2020-ci il tarixli qərardadla iş baxılmamış saxlanılmışdır. Göründüyü kimi iddia ərizəsinin məhkəmənin icraatına qəbul edildiyi 2 il 6 ay ərzində iş üzrə tərəflərin nümayəndələrinin iştirakı ilə kifayət qədər məhkəmə baxışı iclasları keçirilmiş, tərəflərin nümayəndələrinin ətraflı izahatları alınmış, iş üzrə kifayət qədər araşdırılma aparılmış, 2 dəfə ekspertiza təyin edilmiş, müvafiq rəylər alınmış və lazımi digər prosessual hərəkətlər həyata keçirilmişdir. Belə olan halda isə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 259.0.6-cı maddəsinin tətbiq edilməsi həmin maddənin mənası və məqsədinə uyğun olmamışdır. Göstərilən halları nəzərə alaraq kollegiya hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İB tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-23/2020 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-667/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-667/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver