Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-681/2023 09.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, X2 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı firmasının Cavabdeh ASC-yə qarşı “borca silinmənin qanunsuz hesab edilməsi və yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2-2(113)-823/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı firması Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödədiyi məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsinin qanunsuz hesab edilməsi və silinmiş məbləğlərin geri qaytarılması, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasınn adına yeni abonenet kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək xahiş etmişdir ki, İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödədiyi məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsinin qanunsuz hesab edilməsi və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2-2(113)-823/2023 nömrəli qətnaməsi ilə İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödənilən məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsinin qanunsuz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi, Cavabdeh açıq səhmdar cəmiyyətindən ödənilmiş 200 (iki yüz manat) manat mediasiya xərcinin İddiaçı firmasının xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh ASC apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-823/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsinə, iddia tələbinin rədd edilməsinə və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçıdan cavabdehin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq iddiaçının nümayəndəsinin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Bakı Apellyasiya Məhkəməsinin kommersiya kollegiyasının 2-2(103)-681/2023 saylı, 09 oktyabr tarixli qərardadı ilə Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2- 2(113)-823/2023 nömrəli qətnaməsi qismən – “İddiaçı firması tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə- Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə abonent kodu 101604 üzrə sudan istifadəyə görə ödənilən məbləğin "xxxx" MMC-nin (VÖEN **********) borcuna görə silinməsinin qanunsuz hesab edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi üzrə icraata xitam verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2- 2(113)-823/2023 nömrəli qətnaməsi qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmalıdır. İşin mübahisəsiz halı bundan ibarətdir ki, sudan istifadəyə görə borc hesablanmış qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir və onunla cavabdeh arasında sudan istifadə ilə bağlı müqavilə yoxdur. Borc məbləği əvvəlki mülkiyyətçi ilə bağlanmış müqavilə əsasında və ona hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 8.4-cü bəndinə əsasən, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) yeni müqavilənin bağlanılması üçün STKM-ə 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə STKM arasında müqavilə bağlanılmalıdır. Göründüyü kimi, Qaydalar obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə sudan istifadəyə görə olan borcu ödəmək vəzifəsini əvvəlki mülkiyyətçinin üzərinə qoymuşdur. Lakin, hazırki iş üzrə əvvəlki mülkiyyətçi sudan istifadəyə görə olan borcu ödəməmiş, iddiaçı isə borcu olan obyekti satın almış, həmçinin, yeni müqavilənin bağlanılması üçün su təchizatı və kanalizasiya müəssisəsinə 10 (on) iş günü müddətində yazılı müraciət etməmişdir. Mülki Prosessual Məcəllənin 259.0.1-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Qeyd olunanları nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 387.2.8-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2-2(113)-823/2023 nömrəli qətnaməsi qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259.0.1, 387.2.8 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, e-2-2(113)-823/2023 nömrəli qətnaməsi qismən – “Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, M.Ə.Rəsulzadə qəsəbəsi, Dəmir yolunun Keşlə-Biləcəri mənzilinin 2650 km PK 3,4 rayonunda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı firmasının adına yeni abonent kodunun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” hissəsində ləğv edilsin. Həmin hissədə iddia tələbi baxılmamış saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-2(103)-681/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-681/2023
09.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver