Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-716/2020 23.12.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Yusifov Cahangir Afər oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məmmədov Rövşən Rafiq oğlunun katibliyi, qarşılıqlı iddia üzrə iddiaçı X1 nümayəndəsi Nümayəndə iştirakı ilə, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı QSC-nin ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı X2 qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və əşyaların qaytarılması” tələbi barədə ilkin iddia tələbi, qarşılıqlı iddia üzrə iddiaçı, ilkin iddia üzrə cavabdeh X1 qarşılıqlı iddia üzrə cavabdeh, ilkin iddia üzrə İddiaçı QSC-yə qarşı pul tələbi barədə qarşılıqlı iddia tələbi üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-77/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən İddiaçı QSC verilmiş apelyasiya şikayəti üzrə işin apellyasiya baxışından çıxarılması məsələsinə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 2-2(113)-77/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı QSC-nin ilkin iddia qismən təmin edilərək ünvan 1 (indiki H.B.Əliyev 80C) ünvanında yerləşən cəmi 72 m2 olan qeyri-yaşayış sahəsinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, ilkin iddianın 12 ədəd kürsü, 8 ədəd stol, 8 ədəd ofis kreslosu və 8 ədəd kitab rəfinin qaytarılması hissəsində rədd edilməsi, X1 qarşılıqlı iddiası qismən təmin edilərək hazır şirniyyat məhsulları olan 4 ədəd tortun dəyəri olan 220 manat pulun "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətindən tutularaq X2 ödənilməsi, qarşılıqlı iddianın ünvan 1 (indiki H.B.Əliyev 80C) ünvanında tikilmiş 38,5 m2 qeyri-yaşayış sahəsinin icarəyə götürülmüş 72 m2 sahədən naturada ayrılması, "İddiaçı" Qapalı Səhmdar Cəmiyyətinə X1 həmin sahədən istifadə edilməsinə qadağan qoyulması, bu mümkün olmadıqda isə 38,5 m2 qeyri-yaşayış sahəsinin bazar dəyəri olan 50000 manat, əldən çıxmış fayda kimi 6000 manat, müxtəlif növ ərzaq məhsullarının ümumi dəyəri olan 3624 manat, hazır şirniyyat məhsullarının dəyəri olan 1580 manat və icarəyə verilmiş 72 m2 olan qeyri-yaşayış sahəsinin əsaslı təmirinə çəkilmiş 22000 manat pulun QSC-dən tutularaq X2 ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apelyasiya şikayəti vermiş və cavabdehin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması mümkün hesab edilərək məhkəmənin icraatına qəbul edilmişdir. Bakı Kommersiya Məhkəməsi xx.xx.2020-ci il tarixdə daxil olmuş məktubla Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək qarşılıqlı iddia üzrə iddiaçı X3 tərəfindən qətnamədən apelyasiya şikayəti daxil olması ilə əlaqədar işin baxılması üçün işin həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlərə əsasən hazırki iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 364 və 402-ci maddələrinin tələblərini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kommersiya mübahisəsi üzrə 2-2(103)-716/2020 saylı iş apelyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-716/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-716/2020
23.12.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver