Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-74/2021 17.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, X1 cavabdeh “xxxx” ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin qəbul etdiyi e-2-2(113)-254/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 55 ünvanında 6,25 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (X12 Prokatı zavodu) 135878 kvt. miqdarında, ƏDV ilə birlikdə 12229.02 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli ********* saylı hesab ödəniş vərəqinin etibarsız hesab edilməsi və debitor borcun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Xosasən yolu 55 ünvanında 6,25 ha torpaq sahəsində yerləşən əmlak kompleksi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Mülkiyyətində olan əmlak kompleksi dövlət əmlakının özəlləşdirilməsi haqqında proqrama uyğun olaraq tərəfindən özəlləşdirilmişdir. Mülkiyyətində olan əmlak kompleksindən istehsal sahəsi kimi istifadə edilir və tərəfindən bağlanmış icarə müqaviləsi əsasında ayrı-ayrı şəxslərə icarəyə verilmişdir. Cavabdeh orqanla aralarında xx xxxxxxxx 2018-ci il tarixdə 034389 nömrəli müqavilə bağlanmışdır. Müqavilə “xxxx” ASC-nin Enerji satışı Departamenti tərəfindən hazırlanmış və onun təklif etdiyi şərtlər əsasında birtipli müqavilə imzalanmışdır. Müqavilənin 1-ci bəndi ilə müəyyənləşdirilmişdir ki, tərəflər elektrik enerjisinin alqısatqısı və istehlakı ilə əlaqədar qarşılıqlı münasibətlərdə “X3 Qaydaları"nı rəhbər tutacaqlar. Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə hesab ödəniş vərəqi göndərilərək ondan xx.xx.2019-cu il tarixədək 12229.02 manat məbləğində pulun ödənilməsi tələb edilmişdir. Cavabdeh tərəfindən ona 135878 kvts. miqdarında elektrik enerjisindən sərfiyyat hesablanmış və enerjidən istifadəyə görə ƏDV ilə birlikdə 12229.02 manat məbləğində pulun ödənilməsi ondan tələb edilmişdir. xx.xx.2019-cu il tarixli hesab ödəniş vərəqində elektrik enerji sərfiyyatının Rİ 027871 akta əsasən hesablanması qeyd edilmişdir. “xxxx” ASC onun barəsində xx xxxx 2019-cu il tarixli, R 027871 nömrəli akt, “Sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə” xx xxxx 2019-cu il tarixli 179985 nömrəli akt və xx xxxx 2019-cu il tarixli, 154829 nömrəli protokol tərtib etmişdir. Yoxlama zamanı akşar olunan qüsurlar bunlar olmuşdur: sayğac normal buraxılan xəta ilə işləyir, sayğacın xüsusi proqram əlavəsi (detalı) oxunan zaman xx.xx.2019-cu il tarixdən etibarən sayğacın göstəricisinin dəyişməz olaraq qaldığı aşkar olundu. Yoxlamanın nəticələri komissiyanın sədri, komissiya üzvləri tərəfindən imzalanmış, abonentin nümayəndəsi protokola imza etməkdən imtina etmişdir. xx xxxx 2019-cu il tarixli, R 027871 nömrəli aktla “X3 Qaydaları”nın yoxlanılması zamanı elektrik sayğacının ekranının oxunmadığı, xətdə olan yükü sayğac yüksəkdə quraşdırıldığı üçün ölçmək mümkün olmadığı, sayğacın yoxlanılıb rəy verilməsi və yenisi ilə əvəz edilməsi qeyd edilmişdir. “Sayğac sxemlərinin yoxlanması, quraşdırılması və dəyişdirilməsi üzrə” tərtib edilmiş 179985 nömrəli akta əsasən Qaradağ RETSİ tərəfindən xx.xx.2019-cu il tarixli R 027871 saylı akt əsasında sayğac ekranı söndürülərək yeni elektron sayğacla əvəz olunmuş və çıxan sayğac qutuya qoyularaq möhürlənib rəyə göndərilmişdir. Hesab edir ki, həmin aktla enerjidən istifadə qaydalarını pozmasına görə 135878 kvts. miqdarında enerji sərfiyyatına görə ona borc hesablanması qanunsuzdur. Ona məxsus obyektə elektrik enerjisinin verilməsinə dair 2 ədəd sayğac “xxxx” tərəfindən obyektin ərazisindən kənarda quraşdırılmışdır. Elektrik sayğacları cavabdehin nəzarəti altındadır. Kənar şəxslər tərəfindən elektrik sayğaclarına hər hansı bir müdaxilə edilməsi mümkün deyil və belə bir müdaxilə edilməsi faktı da müəyyən edilməmişdir. Həmin sayğaclar əsasında elektrik enerjisinin sərfiyyatı hesablanır və hər bir şəxs ayrı-ayrılıqda istifadə etdiyi enerji xərclərini ödəyir. Cavabdehlə aralarında bağlanmış müqavilənin şərtlərinə həmişə əməl edilmiş və təqdim edilmiş hesab ödəniş vərəqi əsasında ödənilmişdir. İstifadə olunmuş elektrik enerjisinin sərfiyyatına dair cavabdeh “xxxx” ASC tərəfindən hesab ödəniş vərəqi göndərilir və həmin məbləğin 1 ay müddətində, növbəti hesabat dövrünədək ödənilməsi təmin edilir. Qanunsuz hesablanmış borcun silinməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, nəticəsi olmamışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-254/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdeh tərəfindən iddiaçıya hesablanmış 12229.02 manat məbləğində borcun silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxx” ASC tərəfindən apellyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamənin çıxarılması xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və X3 Qaydalarına riayət olunması vəziyyətini yoxlamışdır. Qeyd edilən normalar hazırki iş üzrə mübahisəyə tətbiq edilə bilməzdi. Məhkəmə X3 Qaydalarının 8.16-cı bəndini tətbiq etməli olduğu halda, həmin Qaydaların 8.33-cü bəndini tətbiq etmişdir. Aktda qoyulan tələbə əsasən 179985 saylı xx.xx.2019cu il tarixli aktla sayğac yenisi ilə əvəz olunaraq laborator müayinəyə göndərilmişdir. Müayinənin nəticəsinə dair tərtib edilmiş 154829 saylı xx.xx.2019-cu il tarixli protokola əsasən sayğacın göstəricisinin xx.xx.2019-cu il tarixdən etibarən dəyişməz olaraq qalması barədə rəy vermişdir. Cavabdehin Akt Komissiyasının xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən sözügedən pozuntu nəticəsində itirilmiş elektrik enerjisinin dəyərini bərpa etmək məqsədilə istehlakçı ilə 3 gün müddətinə yenidən hesablaşma aparılmış və əlavə ödəniş hesablanmışdır. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili Vəkil apellyasiya şikayətini qəbul etməyərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etdi. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İşin faktiki hallarına görə, Bakı şəhəri, Qaradağ rayonu, Xosasən yolu 55 ünvanda 6,25 ha torpaq sahəsində yerləşən əmlak kompleksi kimi müəssisə ******* saylı xx.xx.2014-cü il tarixli çıxarışla xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsusdur. Tərəflər arasında xx.xx.2020-ci il tarixdə elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilə bağlanmışdır. xx xxxx 2019-cu il tarixli R seriyalı 027868 saylı akta əsasən cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Yasamal yolunun üstü ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 69207951 nömrəli sayğacın ekranı oxunmur. xx xxxx 2019-cu il tarixli, 182764 nömrəli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027868 saylı akta əsasən sayğaca baxış keçirilmiş, 69207951 nömrəli sayğacın ekran tablosu söndüyündən sayğacın işləmədiyi məlum olmuş və sayğac yenisi ilə əvəz olunmuşdur. Çıxarılmış sayğac möhürlənərək rəyə aparılmışdır. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 150520 saylı protokolun surətindən görünür ki, 69207951 nömrəli sayğac istismara yararsızdır. xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027871 saylı aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan Yasamal yolunun üstü ünvanında yerləşən iddiaçıya məxsus obyektə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, 69207817 nömrəli sayğacın ekranı oxunmur. xx xxxx 2019-cu il tarixli, 179985 nömrəli sayğac sxemlərinin yoxlanışı, quraşdırılması və dəyişdirilməsi üzrə aktdan görünür ki, xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027871 saylı akta əsasən sayğaca baxış keçirilmiş, 69207817 nömrəli sayğacın ekran tablosu söndüyündən sayğacın işləmədiyi məlum olmuş və sayğac yenisi ilə əvəz olunmuşdur. Çıxarılmış sayğac möhürlənərək rəyə aparılmışdır. Sayğacların və cərəyan transformatorlarının yoxlanılması haqqında 154829 saylı protokolun surətindən görünür ki, 69207817 nömrəli sayğacın göstəricisi xx.xx.2019-cu il tarixdən etibarən dəyişməz olaraq qalmışdır. xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, xx xxxx 2019-cu il tarixli, R seriyalı, 027871 saylı akta əsasən 135878 kvts (362341 kvts : 8 gün x 3 gün = 135878 kvts) elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Abunə haqqınının surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıdan 12228,02 manat (135878 kvts) məbləğində borcun xx.xx.2019-cu il tarixədək ödənilməsi tələb edilmişdir. Hazırki iş üzrə X2 mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Xocasən yolu 55 ünvanında 6,25 ha torpaq sahəsində yerləşən əmlak kompleksinə (X12 Prokatı zavodu) cavabdeh “xxxx” ASC tərəfindən hesablanmış 135878 kvt. miqdarında, ƏDV ilə birlikdə 12229.02 manat məbləğində pulun ödənilməsinə dair xx.xx.2019-cu il tarixli ********* saylı hesab ödəniş vərəqinin etibarsız hesab edilməsini və debitor borcun ləğv edilməsini tələb edir. İşə baxan məhkəmə tərəfindən müəyyən olunmuşdu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama keçirilmiş və “Luna” tipli 69207817 nömrəli elektrik sayğacı laboratoriya yoxlamasından keçmiş, yoxlama zamanı sayğacın ekran tablosunun işləmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. “Luna” tipli 69207817 nömrəli elektrik sayğacın ekranının oxunmadığı kimi daxili qüsuru müəyyən edilmiş və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Sayğacın göstəricisinin xx.xx.2019-cu il tarixdən etibarən dəyişməz olaraq qaldığı müəyyən olunmuş və 135878 kvts (362341 kvts : 8 gün x 3 gün = 135878 kvts) elektrik enerjisi sərfiyyatı hesablanmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X9 ifadə verərək bildirmişdi ki, o, iddiaçıya məxsus obyektin mühafizəsini təşkil edir. Dəyişdirilmiş sayğaclar “xxxx” ASC tərəfindən quraşdırılmış xüsusi qutuda və obyektin ərazisindən kənarda yerləşir. Həmin qutunun açarı “xxxx” ASC-nin əməkdaşlarında olur və sayğacın göstəricisi yoxlanılan zaman onun iştirakı ilə sayğaca baxış keçirilir. Aktlar tərtib olunan vaxt baxış keçirilərkən sayğacların ekranının işləmədiyi müəyyən olundu və sayğaclar möhürlənərək rəy verilməsi üçün laboratoriyaya göndərildi. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddianın təmin edilməsi qənaətinə gəlmiş və bu nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda sayğaclarda olan nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd edilməmiş və əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin aktdan müəyyən olunur ki, cavabdeh iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə də əməl etməmişdir. Belə ki, cavabdeh tərəfindən aparılan yoxlamalar yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi ilə bağlı mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X3 Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerji təchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 8.33-cü bəndinə əsasən məişət abonenti tərəfindən X3 zamanı pozuntuya yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini də məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir. Bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Hazırki işdə birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, cavabdeh tərəfindən tərtib edilmiş aktlarda sayğaclarda olan nöqsanların məhz iddiaçının təqsirindən baş verməsi ilə bağlı hər hansı bir qeyd aparılmamışdır. Həmçinin əgər sayğaca müdaxilə olunmuşdursa, bu müdaxilənin məhz iddiaçı tərəfindən edilməsi ilə bağlı sübutları təqdim etmək sübutetmə vəzifəsinə görə cavabdehə aid olduğu halda bu barədə sonuncu hər hansı sübutu hər iki instansiya məhkəməsinə təqdim etməmişdir. Digər tərəfdən, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Hazırki işdən isə müəyyən olunur ki, iddiaçı barəsində aparılan yoxlama cavabdeh tərəfindən yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun həyata keçirilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi “iddiaçı sahibkarlıq subyekti olsa da, cavabdehin apardığı yoxlama heç də onun maliyyə-təsərrüfat və sahibkarlıq fəaliyyətinin araşdırılması ilə bağlı olmamış, cavabdeh iddiaçının fəaliyyət göstərdiyi obyektdə yalnız elektrik enerjisinin uçotu və X3 Qaydalarına riayət olunması vəziyyətini yoxlamışdır” barədə dəlilini əsassız hesab edir və birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, qətnamə faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olduğundan, məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsaslar mövcud olmadığından, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq olunduğundan apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-254/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-2(103)-74/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-74/2021
17.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver