Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-803/2024 06.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" X12 Cavabdehnə qarşı kommersiya işi Açar söz: borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X11 və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə3, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, iddiaçı "xxxx" X12 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 2819/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 İdarə Heyətinin iclasının xx.xx.2020ci il tarixli 07 №-li Protokolundan Çıxarışdan görünür ki, “X6 Mərkəzi" X16 fəaliyyətinin təmin edilməsi məqsədi ilə “X20lər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2.8ci maddəsini, “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.6-cı bəndini, “Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyi” X16 Nizamnaməsinin 4.5 23-cü yarımbəndini rəhbər tutaraq 'Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 X17 almışdır:
1. “X6 Mərkəzi" X20 "Siyəzən rayon Mərkəzi Poliklinikası" X16 ona qoşulması yolu ilə yenidən təşkil edilsin.
2. Yenidən təşkil olunan “X6 Mərkəzi" X20 hüquqi varislik qaydasında ona qoşulan “Siyəzən rayon Mərkəzi Poliklinikası" pubiik hüquqi şəxsin bütün hüquq və öhdəliklərini (o cümlədən əmək münasibətləri ilə bağlı hüquq və öhdəlikləri) öz üzərinə götürsün.
3. “X6 Mərkəzi" pubiik hüquqi şəxsin Nizamnaməsi təsdiq edilsin.
2. Xaçmaz RQİİ və X6 Mərkəzi PHŞ arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktına əsasən X6 Mərkəzi PHŞ xx.xx.2022ci il tarixə qalıq 72462,71 manat borcunun olmasını göstərmiş, lakin iddia müddəti bitdiyi və köhnə illərin borcu olduğu üçün borcla razılaşmadığını göstərib aktı imzalamaqdan imtina etmişdir.
3. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 Müşahidə Şurasının “14” aprel 2023-cü il tarixli “02-Q/2023”№-li Qərarı ilə təsdiq edilmiş "xxxx" X16 Nizamnaməsinin 1.1ci bəndinə əsasən “X6 Mərkəzi” X16 adı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 (bundan sonra - TƏBİB) Müşahidə Şurasının 14 aprel 2023- cü il tarixli 14-Q nömrəli Qərarına əsasən dəyişdirilərək "xxxx" X20 (bundan sonra - Müəssisə) olaraq müəyyən edilir. Müəssisə “X6 Mərkəzi” X16 hüquqi varisidir.
4. Abonent saldolarından görünür ki, "xxxx" X16 ünvan 1 ünvanı üzrə 61.972,83 manat, Siyəzən MQKS, Siyəzən, ünvan 2 üzrə 9004,26 manat, Uşaq Xəstəxanasının isə Siyəzən MQKS, Siyəzən, ünvan 3 ünvanı üzrə 340,42 manat borcu var.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı "xxxx" X18 (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçıya əsassız hesablanmış 72.462,71 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" X20 dövlət adından yaradılan X14b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X20lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X20lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. "xxxx" X20 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtlı-vaxtında ödənişlərini etsədə, Xaçmaz RQİİ Siyəzən Xidmət Sahəsi əməkdaşları tərəfindən tərtib olunmuş və təqdim olunmuş “qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı”-na əsasən bizim guya 01 yanvar 2022-ci ilin əvvəlinə borc qalığı 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) AZN mənbəyi məlum olmayan borc olması göstərilmiş və borcun ödənilməyəcəyi təqdirdə qazın verilməsinin dayandırılması bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyirəm ki, qalıq 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) borc mənbəyi məlum olmayan borcdur. Belə ki, qazdan aylıq istifadəyə görə sərfiyyata uyğun olaraq cavabdeh tərəfindən təqdim edilən qaiməyə əsasən ödənilir. 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) məbləğində borcun hansı dövrdən başlandığı və nəyə əsasən hesablandığı məlum deyil. Yəni bu məbləğdə borcun yaranması əsası bizə məlum deyildir. Hesab edirk ki, tələb olunan borc mövcud deyildir. X5 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qazsayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim elməlidir (göndərməlidir).“Smart- kart” tipli qazsayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasərı qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
7. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında əhali və qeyriəhali abonentlərinin təbii qaz ilə təchiz edilməsi sahəsində münasibətləri qanunvericilik yolu ilə tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydları”nın 6.1.4.-cü bəndində istehlakçıya qazın verilməsinin dayandırılmasının əsaslarından biri də “qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakcıya qaz paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” göstərilmişdir. Deməli, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin Cavabdeh İB-nin Siyəzən xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbəil artmışdır. "xxxx" X16 3 müəssisə ilə birlikdə X1 Sistemi Proqramında 2022-ci ilin sonuna borcu 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) göstərilmişdir. Həmin sistemdən çıxarılmış saldolardan da həmin borcun mövcudluğu görsənir. Buna görə də iddiaçının iddia ərizəsində həmin borcun mənbəyi məlum olmayan kimi göstərməsi absurddur, belə ki, iddiaçının mübahisləndirdiyi 72.462,71 (yetmiş iki min dörd yüz altmış iki manat 71 qəpik) manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisləndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır. Bununla da aydın olur ki, "xxxx" X12 iddia tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2819/2024 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia təmin edilərək, iddiaçı "xxxx" X15 əsassız olaraq hesablanmış 72462,71 (yetmiş iki min dörd yüz altmış iki manat yetmiş bir qəpik) manat məbləğində borcun silinməsi öhdəliyinin Cavabdehnə həvalə edilməsi, Cavabdehndən 400 (dörd yüz) manat mediasiyaya dair xərcinin tutularaq iddiaçı "xxxx" X15 ödənilməsi qət edilmişdir.
10. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli üzləşmə aktına əsasən cavabdeh iddiaçının xx.xx.2022-ci il tarixə qalıq 72462,71 manat borcunun olmasını göstərmiş, iddiaçı qeyd edilən borcla razılaşmadığını göstərib aktı imzalamaqdan imtina etmişdir.
11. Məhkəmə qeyd etmişdir ki, cavabdeh iddiaçının silinməsini xahiş etdiyi borcun əsaslı olmasına dair məhkəməyə ümumiyyətlə hər hansı sənəd, göstərilən borcun mövcudluğu ilə bağlı məhkəməyə əsaslı və şübhədənkənar sübut təqdim edə bilmədiyindən, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətlərinin dəlilləri
12. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2819/2024 saylı qətnaməsini ləğv edib, iddiaçı "xxxx" X16 iddia tələbinin təmin olunması hissəsində ləğv edib, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən borc məbləği abonentin debitor borcu kimi saldoda əksini tapmışdır. Qaydaların 6.1.4-cü bəndinə görə qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyən edilən hesabı istehlakçıya qaz paylayıcı tərəfindən təqdim edildikdən bir ay müddətində tam ödənilmədikdə abonentin təbii qaz təchizatı dayandırılır. Lakin Cavabdeh İB-nin xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi həssas qrupa aid olduğunu, Siyəzən rayonunun dağlıq ərazidə yerləşməklə hava şəraitinin sərt soyuq iqlimə malik olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Bununla da abonentin qazdan istifadəyə görə debitor borcu ilbəil artmışdir. Paylayıcı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya iki dəfə məlumat təqdim etməlidir. Hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İddiaçı istehlak etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyindən debitor borcu yığılıb qalmışdır. Siyəzən Rayon Mərkəzi Xəstəxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilmiş və X20 statusu almışdır. Təbii qazdan istifadəyə görə yaranmış 72462,71 manat borc Siyəzən Rayon Mərkəzi Xəstəxanasının borcu kimi iddiaçıya keçmişdir. Faktiki olaraq bu borc hazırda iddiaçıya məxsus olan qaz işlədici cihazlarda istehlak edilmişdir. Həmin maddəyə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Belə ki, 1-ci instansiya məhkəməsinə tərəfimizdən təqdim edilmiş abonent saldoları məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halın hüquqi tənzimlənməsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009cu il tarixli 148 nömrəli Qərarının 2-ci bəndinin 12-ci abzasında xx.xx.2010-ci il tarixə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 10,9 milyon manat "xxxx" ASC-yə olan borcu silinmişdir. Əgər Azərbaycan hökuməti lüzum bilsəydi Səhiyyə Nazirliyinin Cavabdeh İB-nə olan borcunun da silinməsi üçün Qərar verərdi.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçının nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
15. Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
55.1-ci maddəsinə əsasən hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. 55.5-ci maddəsinə əsasən hüquqi şəxs başqa hüquqi şəxsin ona qoşulması şəklində yenidən təşkil edilərkən qoşulan hüquqi şəxsin fəaliyyətinə xitam verilməsi haqqında qeydin hüquqi şəxslərin dövlət reyestrinə daxil edildiyi andan birinci hüquqi şəxs yenidən təşkil edilmiş sayılır. 56.2-ci maddəsinə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.2-ci maddəsinə əsasən təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış hüquqi şəxslərin dövlət qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 57.3-cü maddəsinə əsasən nizamnamələrlə birlikdə təhvil aktının və bölünmə balansının təqdim edilməməsi, habelə onlarda yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üzrə hüquq varisliyi haqqında müddəaların olmaması yeni yaranmış hüquqi şəxsləri dövlət qeydiyyatına almaqdan imtina edilməsinə səbəb olur. 58.2-ci maddəsinə əsasən yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.
17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın:
5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli Qərarı
Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68).
20. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli Qərarı
Məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
22. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2819/2024 nömrəli qətnaməsi ləğv edilməlidir.
23. Belə ki, iş materiallarından görünür ki, iddiaçı hazırda ona əsassız olaraq hesablanmış 72462,71 manat borcun silinməsini xahiş etmiş, cavabdeh isə iddiaya qarşı etiraz edərək, borcun əsaslı olduğunu, 2022-ci ilin sonuna iddiaçının ümumilikdə 72462,71 manat sərfiyyat borcunun olduğunu bildirmişdir.
24. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh həmin borcların 2010- 2012-ci illərə aid olduğu, Siyəzən Rayon Mərkəzi Xəstəxanasının və X7 borcları olduğunu, həmin borcların silinməsi üçün hər hansı əsas olmadığını bildirmişdir.
25. Məhkəmə apellyasiya şikayətinə münasibətdə hesab edir ki, cavabdehin şikayətdə qeyd etdiyi dəlillər əsaslıdır.
26. Belə ki, iş materiallarında olan abonent saldolarından görünür ki, "xxxx" X16 ünvan 1 ünvanı üzrə 61.972,83 manat, Siyəzən MQKS, Siyəzən, ünvan 2 üzrə 9004,26 manat, Uşaq Xəstəxanasının isə Siyəzən MQKS, Siyəzən, ünvan 3 ünvanı üzrə 340,42 manat borcu var.
27. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 İdarə Heyətinin iclasının xx.xx.2020-ci il tarixli 07 №-li Protokolundan Çıxarışına əsasən “X6 Mərkəzi" X20 "Siyəzən rayon Mərkəzi Poliklinikası" X16 ona qoşulması yolu ilə yenidən təşkil edilmiş və “X6 Mərkəzi" X20 hüquqi varislik qaydasında ona qoşulan “Siyəzən rayon Mərkəzi Poliklinikası" pubiik hüquqi şəxsin bütün hüquq və öhdəliklərini (o cümlədən əmək münasibətləri ilə bağlı hüquq və öhdəlikləri) öz üzərinə götürmüşdür.
28. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 Müşahidə Şurasının “14” aprel 2023-cü il tarixli “02-Q/2023”№-li Qərarı ilə təsdiq edilmiş "xxxx" X16 Nizamnaməsindən göründüyü kimi “X6 Mərkəzi” X16 adı “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X20 (bundan sonra - TƏBİB) Müşahidə Şurasının 14 aprel 2023- cü il tarixli 14-Q nömrəli Qərarına əsasən dəyişdirilərək "xxxx" X20 (bundan sonra - Müəssisə) olaraq müəyyən edilmiş və müəssisənin “X6 Mərkəzi” X16 hüquqi varisi olduğu qeyd edilmişdir.
29. Göründüyü kimi "xxxx" X20 “X6 Mərkəzi” X16 hüquqi varisi olaraq ona məxsus bütün hüquq və öhdəlikləri öz üzərinə götürməklə, Cavabdeh İB-nə olan 72462,71 manat borcu da qəbul etmiş sayılır.
30. Həmçinin Xaçmaz RQİİ və X6 Mərkəzi PHŞ arasında tərtib edilmiş xx.xx.2022-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktında da X6 Mərkəzi PHŞ xx.xx.2022-ci il tarixə qalıq 72462,71 manat borcunun olmasını göstərmiş, lakin iddia müddəti bitdiyi və köhnə illərin borcu olduğu üçün borcla razılaşmadığını göstərib aktı imzalamaqdan imtina etmişdir.
31. Məhkəmə kollegiyası qeyd olunanlarla bağlı qeyd edir ki, mülki qanunvericiliyə əsasən hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. Yenidən təşkil edilən hüquqi şəxsin kreditorunun ixtiyarı var ki, yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərə xitam verilməsini və ya onların vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etsin.
32. Qanunvericiliyin yuxarıda qeyd olunan mənasından da göründüyü kimi hüquqi şəxsin kreditorunun yenidən təşkil edilən hüquqi şəxsin borclu olduğu öhdəliklərin vaxtından əvvəl icra olunmasını tələb etmək ixtiyarı vardır. Buna görə də hazırki iş üzrə hüquqi şəxsin kreditoru olaraq Cavabdeh İB-nin borclusu "xxxx" X10 borcun ödənilməsini tələb etmək hüququna malik olduğu üçün iddiaçı cavabdehdən borcun silinməsini tələb etməkdə haqlı deyil. Çünki həm qanunvericilik normalarından, həm də iş materiallarından görünür ki, borcun silinməsi üçün heç bir əsas mövcud deyil.
33. Bundan əlavə, üzləşmə aktında da X6 Mərkəzi PHŞ həqiqətən də 72462,71 manat borcun olduğunu etiraf etmiş, lakin ödəməmə səbəbi kimi iddia müddətinin keçdiyini və borcun köhnə illərə məxsus olduğunu bildirmişdir.
34. Məhkəmə kollegiyası iddia müddətinin keçməsi və borcun köhnə illərə məxsus olmasına münasibətdə qeyd edir ki, qanunvericiliyə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Hazırki iş üzrə iddia müddətinin keçməsini bildirən tərəf iddiaçı tərəfdir və onun iddia müddətinin keçməsi əsasına görə borcun silinməsini tələb etmək hüququ yoxdur. Qeyd olunan hal yalnız Cavabdeh İB-nin "xxxx" X15 qarşı borcun ödənilməsi barədə tələb irəli sürdüyü zaman mümkün ola bilərdi ki, hazırda da belə bir bir hal mövcud deyil.
35. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2819/2024 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia rədd edilməlidir.
36. İddia rəd edildiyi üçün məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə iddiaçı "xxxx" X18 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 153,70 manat məbləğində pul vəsaiti isə iddiaçı "xxxx" X10 tutularaq Cavabdeh xeyrinə ödənilməlidir.
37. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2819/2024 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia rədd edilsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı "xxxx" X18 tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 153,70 (bir yüz əlli üç manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" X10 tutularaq Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.