Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-826/2024 22.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı akt əsasında hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X11 Əliyevanın sədrliyi və məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinovdan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, tərəflərin iştirakı olmadan, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-973/2024 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları
1. 28 aprel 2023-cü il tarixli NDQ 015743 nömrəli aktdan məlum olur ki, "xxxx" ASC-nin əməkdaşları A.Cəfərov, C.Quliyevin iştirakı ilə akt tərtib edilmiş, akda qeyd edilmişdir ki, EESQ-ya uyğun olaraq baxış keçirən zaman məlum sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunmuşdur. Belə ki, yuva qapısına vurulmuş ******* nömrəli möhürün simi kəsilərək yenidən kley vasitəsilə birləşdirilmişdir. Aktda "xxxx" ASC-nin nümayəndələri “A.Cəfərov” və “C.Quliyev“ adları qeyd olunmaqla imzalanmış, abonentin nümayəndəsi kimi “Niyazi Həsənov” qeyd edilmiş, lakin imzalanmamış, “imtina etdi” qeyd edilmişdir.
2. xx.xx.2023-cü il tarixli "xxxx" ASC-nin icra vərəqində İddiaçı MMC (abonent kodu **********5) adlı istifadəçi ilə bağlı NDQ № 015743 nömrəli akt əsasında 14014,80 manat ödəniləcək məbləğ hesablanmışdır. İcra vərəqi İsgəndərov Vaqif, Binnətov Vasif, Əhmədov Azər adları qeyd edilməklə imzalanmış, F.Yusifov “təsdiq edən” və R.Məmmədov “razılaşdıran” qeyd edilməklə imzalanmışdır.
3. İddiaçı MMC (abonent kodu **********5) adına abonent haqqında məlumatdan çıxarışdan məlum olur ki, xx.xx.2023-cü il tarixində NDQ 015743 nömrəli akt üzrə “EİQ pozulması” əsası ilə 14014,80 manat borc hesablanmışdır. Abonent saldosunda 14653,45 manat borcun olduğu göstərilmişdir.
4. 06 fevral 2024-cü il tarixdə çap edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan məlum olur ki, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər X6 (mühəndis) və X8 (mühəndis) göstərilmişdir.
5. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanmış məktubda deyilir ki, xx.xx.2023-cü il tarixli ərizəyə əsasən fMMC-nin fəaliyyətnin xx.xx.2023-cü il tarixdən xx.xx.2028-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.
6. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" MMC-yə ünvanlanmış məktubda deyilir ki, xx.xx.2019-cu il tarixli ərizənizə əsasən fəaliyyətinizin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixinədək dayandırılması vergi orqanı tərəfindən təmin edilmişdir.
7. İddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilərək, akt əsasında əsassız hesablanmış borcun silinməsi xahiş olunmuş, əks təqdirdə aidiyəti məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
8. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli NQD seriyalı, 015743 nömrəli akt əsasında İddiaçı MMC-yə əlavə hesablanmış 14014,80 (on dörd min on dörd manat səksən qəpik) manat məbləğində pulun silinməsi və mediasiya üçün xərclənmiş 200 manat, dövlət rüsumu üçün ödənilmiş 132,04 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (VÖEN: **********) xx.xx.2017-ci il tarixdə hüquqi ünvanı, ünvan 3yyətin bu və ya digər fəaliyyəti olmadığından onun fəaliyyəti müvafiq qanunvericilik aktlarına uyğun olaraq dayandırılmışdır. Cəmiyyət fəaliyyət göstərdiyi müddət ərzində istehlak etdiyi elektrik enerjisini özünə məxsus 400 kvt-lıq transformatordan (abonent kodu **********55) təchiz etmişdir. 2023-cü ilin fevral ayında yuxarıda sözügedən transformatorun cərəyan və gərginlik yerləşən yuvasına pişik girmiş və bu səbəbdən də sözügedən transformatorda qısa qapanma yaranmış, qoruyucular atmış və bu səbəbdən də həmin transformatordan elektrik enerjisini təmin edən "xxxx" firmasına elektrik enerjisinin verilişi dayanmışdır. Yuxarıda göstərilən transformatordan elektrik enerjisini təmin edən "xxxx" Firmasının əməkdaşları tərəfindən dərhal bu barədə X7 məlumat verilmişdir. Sözügedən Şəbəkənin əməkdaşları yaranmış problemi aradan qaldırmış və "xxxx" Firmasına elektrik enerjisinin verilişini bərpa etmişdir. X12 tərəfindən “X9 101” MMC-nin adına 02 may 2023-cü il tarixli, 618 nömrəli “Bildiriş Xəbərdalıq” ünvanlanmış, lakin həmin xəbərdarlıq hazırkı vaxtadək İddiaçı MMC-nin ünvanına daxil olmamışdır. Həmin bildiriş-xəbərdarlıqda xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin mütəxəssisləri tərəfindən “X9 101” MMCni elektrik enerjisi ilə təmin edən 400 kvt-lıq (inventar nömrəsi 6104158) transformatorun cərəyan və gərginlik yerləşən qapısına vurulmuş ******* saylı möhürə müdaxilə əlamətinin aşkar olunduğuna və bu barədə NDQ seriyalı 015743 saylı akt tərtib olunduğuna istinad olunaraq göstərilmişdir ki, üç fazalı elektrik sayğacı və möhür laboratoriya şəraitində yoxlanılmış və müdaxilə təsdiq olunmuşdur. Daha sonra həmin məktubda göstərilmişdir ki, yazılmış akta əsasən 14014,80 (on dörd min on dörd manat səksən qəpik) manat məbləğində itirilmiş elektrik enerjisinin dəyəri “X9 101” MMC-yə bərpa olunmuşdur. Həmçinin sözügedən məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq olunmuş “X4 Qaydaları”nın müvafiq bəndinə, eləcə də Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2002-ci il tarixli, 893 saylı sərəncamına istinad olunaraq həmin Qərar və Sərəncam daxilində tələbin yerinə yetirilməsi, əks halda müəssisənin enerji təhcizatının əlavə xəbərdarlıq edilmədən xx.xx.2023-cü il tarixdə saat 10:00-dan etibarən dayandırılacağı qeyd olunmuşdur. “X9 101” MMC-yə ünvanlanmış yuxarıda sözügedən bildiriş-xəbərdarlığa əsaslanan X12 xx.xx.2023-cü il saat 10:00-dan xx.xx.2020-ci il tarixli, 003473 nömrəli abonent müqaviləsi əsasında yuxarıda sözügedən transformatordan elektrik enerjisini istehlak edən "xxxx" Firmasına elektrik enerjisinin verilişini dayandırmışdır. Həmçinin İddiaçı MMC heç bir fəaliyyət göstərmir və bu səbəbdən də cəmiyyət tərəfindən elektrik enerjisi istehlak olunmur. Cəmiyyətə 14014,80 (on dörd min on dörd manat səksən qəpik) manat itirilmiş elektrik enerjisi məbləğində hesablanmış vəsaitin heç bir hüquqi və faktiki əsası yoxdur. Bu səbəbdən də hesab edilir ki, cəmiyyətə itirilmiş elektrik enerjisinin sərfiyyatına görə əlavə hesablanmış 14014,80 manat məbləğində pulun silinməsi təmin olunmalıdır. 3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 03 fevral tarixli qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”na istinad olunmuşdur.
9. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-973/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx.xx.2023-cü il tarixli, NDQ seriyalı, 015743 nömrəli akt əsasında hesablanmış 14014,80 manat məbləğində borc İddiaçı abonent hesabından silinmiş, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 200 manat mediasiya xərci İddiaçı xeyrinə tutulmuşdur.
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları iddiaçı ilə bağlı 015743 saylı akt tərtib etmişlər. Həmin aktdan məlum olur ki, EESQ-ya uyğun olaraq baxış keçirən zaman məlum sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunmuşdur. Belə ki, yuva qapısına vurulmuş ******* nömrəli möhürün simi kəsilərək yenidən kley vasitəsilə birləşdirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış təqdim edilmişdir. Çıxarışdan görünür ki, İddiaçı MMC-nin (VÖEN: **********) xx.xx.2023-cü il tarixində müqavilə şərtinə əməl olunması yoxlanılacaqdır. Yoxlayıcı şəxslər qismində X6 (mühəndis) və X8 (mühəndis) göstərilmiş, kod olaraq KY231917482 qeyd olunmuş, plandankənar (növbədənkənar) yoxlamanın təyin edilməsi üçün əsas sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsinin olduğu göstərilmişdir. Yoxlamanın predmeti və hüquqi əsaslarının müqavilə şərtlərinə əməl edilməsi, yoxlamanın müddətinin (başlama, sona çatma tarixi) xx.xx.2023 - xx.xx.2023-cü il tarix olduğu qeyd olunmuşdur. Sənəd xx.xx.2023-cü il tarixdə elektron imzalanmışdır. İşin hallarından göründüyü kimi, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış xx.xx.2023-cü il tarixdə imzalanmış, həmin tarixdə də yoxlamanın nəticəsi olan NDQ 015743 nömrəli akt tərtib olunmuşdur. Tarixlər eyni olduğuna reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl ya sonra baş verməsini müəyyən etmək mümkün olmamış, bununla bağlı cavabdeh tərəfindən müvafiq sübutlar təqdim olunmamışdır. Yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən yoxlamalar qanunçuluq, ədalətlilik, obyektivlik, aşkarlıq və hesabatlılıq, sahibkarın təqsirsizlik prezumpsiyası, yoxlamaların vahid məlumat reyestrində dövlət qeydiyyatı və s. prinsiplər əsasında aparılır. Yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək və sahibkara (onun səlahiyyətli nümayəndəsinə) bu sənədlərlə tanış olmaq imkanı yaratmaq, yoxlama aktına sahibkarın, onun səlahiyyətli nümayəndəsinin və ya onun işçilərinin təqdim etdikləri hər hansı sənədi və ya onların nüsxələrini, yazılı izahatları əlavə etmək, yoxlama aktını tərtib etmək və bir nüsxəsini sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etmək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir. Eyni zamanda qeyd olunmalıdır ki, abonent haqqında məlumatdan çıxarışa nəzər saldıqda görünür ki, 2023-cü ilin aprel ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 3550,40 manat məbləğində elektrik enerjisi sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 14014,80 manat borc hesablanmışdır. Halbuki abonent haqqında məlumatdan görünür ki, aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2710,80 manat, 2021-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 2107,80 manat, 2022-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 3915,20 manat, 2023-cü ilin aprel ayı ayı üzrə sərfiyyatı 3550,40 manat və s. olmuşdur, yəni oxşar aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2023-cü ilin aprel ayında sərf etdiyi 3550,40 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır. Eyni zamanda abonent haqqında məlumatdan da görünür ki, digər aylar üzrə sərfiyyat da aşağı olmuş, heç vaxt 5000 manata belə çatmamışdır. Məhkəmənin qənaətinə əsasən belə olduğu təqdirdə, iddiaçıya akt əsasında 14014,80 manat məbləğin hesablanması əsaslı sayıla bilməz
11. Cavabdeh "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən X13 Təchizatı və Satışı İdarəsinin Enerji Satış Şöbəsinin məlumat bazasında qeydiyyatda olan Bərdə rayon, Tərtər çayının hövzəsində sahibkarlıqla məşğul olan fiziki şəxs X2 məxsus obyektin (abunə kodu-**********5; "xxxx" MMC) uçot dəstinə baxış keçirilən zaman ******* nömrəli möhürə müdaxilə olunduğu aşkar edilmişdir. Yoxlama aparılması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmaqla Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış alınmışdır. Pozuntu faktı barədə Azərbaycan RespublikasıNazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın tələbinə uyğun olaraq xx.xx.2023-cü il tarixli, NDQ 015743 nömrəli akt tərtib edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, obyektdə elektrik sayğacının sxeminə müdaxilə edilməklə 140148 kVt.s elektrik enerjisinin talan olunması nəticəsində "xxxx" ASC-yə 14 014,80 manat dəyərində maddi ziyan vurulmuşdur. Bu səbəbdən də Cəmiyyət tərəfindən Bərdə rayon prokurorluğuna şikayət olunmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı apellyasiya şikayətinə yazılı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC tərəfindən Bakı Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(113)-171/2024 saylı iş üzrə həmin məhkəməyə ünvanlanmış etirazda Bərdə rayon Tərtər çayının hövzəsində sahibkarlıqla məşğul olan fiziki şəxs X3 məxsus obyektin (abunə odu **********5) uçot dəstinə baxış keçirilən zaman 400 KVa-lıq transformatorun ******* nömrəli möhürünə müdaxilə olunması aşkar edildiyinə, obyektdə elektrik sayğacının sxeminə müdaxilə edilməklə 140148 KVt.S elektrik enerjisinin talan olunmasına, nəticədə "xxxx" ASCyə 14.014,80 manat vurulduğuna, bununla bağlı “Bərdə X9 101” MMC barəsində xx.xx.2023cü il tarixli, NDQ015743 nömrəli aktın tərtib edildiyinə istinad olunmaqla müvafiq şikayətlə Bərdə rayon Prokurorluğuna müraciət edildiyi göstərilmişdir. (etirazın surəti əlavə olunur) Bərdə rayonu prokurorluğu tərəfindən aparılmış araşdırma nəticəsində “Bərdə X9 101” MMC barəsində xx.xx.2023-cü il tarixli, NDQ015743 nömrəli aktın tərtib edilməsinə əsas olan 400 KVa-lıq transformatordan “Bərdə X9 101” MMC tərəfindən heç bir vaxt istifadə edilmədiyi, həmin transformator vasitəsilə yalnız "xxxx" Firmasının təchiz edildiyi müəyyən edilmişdir. Yuxarıda sadalanan xüsusatlardan görünür ki, “Bərdə X9 101” MMC barəsində əsassız və qanunsuz olaraq xx.xx.2023-cü il tarixli, NDQ015743 nömrəli akt tərtib edilmiş və sözügedən akta istinadən heç bir əsas olmadan “Bərdə X9 101” MMC tərəfindən bu transformatorun möhürünə müdaxilə olunduğunun aşkar edildiyi, 140148 KVt.s elektrik enerjisinin talan olunduğu, nəticədə "xxxx" ASC-yə 14.014,80 (on dörd min on dörd manat, səksən qəpik) manat vurulduğu qənaətinə gəlinmişdir. Bir daha qeyd edirlər ki, “Bərdə X9 101” MMC heç bir sahibkarlıq fəaliyyəti keçirmir, barəsində akt tərtib edildiyi fərdi sahibkar X5 transformatordan hər hansı elektrik enerjisini istehlak etmir. İddia tələblərində istinad edilən işin faktiki hallarına, eləcə də hazırda qanuni qüvvəsini almış Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 171/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə və həmin qətnamənin qəbul olunmasına əsas olmuş kommersiya işinin materiallarında olan sənədlərə, həmçinin hazırkı etiraz mülahizəsində ifadə edilən hüquqi mövqelərinə əsaslanaraq hesab edirlər ki, "xxxx" ASC-nin “Bərdə X9 101” MMC barəsində tərtib etdiyi xx.xx.2023-cü il tarixli, NDQ015743 nömrəli aktı əsassızdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə ə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinin tələblərinə uyğun olaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə3 apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini xahiş etdi. Məhkəmənin suallarına cavab olaraq nümayəndə müəyyən edilmişdir ki, akt sayğaca müdaxilə ilə bağlı deyil, cərəyan transformatoruna müdaxilə ilə bağlı tərtib edilmiş, həmin müdaxiləni isə sayğac göstəricilərini oxuyan nəzarətçi aşkar edə bilmir, həmin müdaxilə üçün xüsusi mühəndis qrupu yoxlama aparmalıdır.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
15. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun: -2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. -2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. - 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. -20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. -31.2.3-cü maddəsinə əsasən yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir. -31.5 və 31.6-cı maddəsinə əsasən yoxlama aktı yoxlamanın başa çatdığı gündən gec olmayaraq yoxlamada iştirak edən bütün yoxlayıcılar tərəfindən imzalanır və imzalandıqdan sonra sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə imzalanmaq üçün təqdim edilir.
16. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin: -1.4-cü bəndinə əsasən qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmalar, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. -1.5-ci bəndinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. -4.3-1-ci bəndinə əsaəsn bu Əsasnamənin 4.2-ci bəndinə uyğun olaraq təqdim edilmiş illik yoxlama planında nəzərdə tutulmamış yoxlamaların qeydiyyata alınması üçün hər bir yoxlama barədə bu Əsasnamənin 3.4.2-3.4.13-cü və 3.4.15-ci yarımbəndlərində göstərilmiş məlumatlar yoxlamadan ən azı 1 iş günü əvvəl (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti əsaslandırıldıqda isə dərhal) yoxlayıcı orqanın rəhbəri və ya onun vəzifəsini icra edən şəxs tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, informasiya sistemi vasitəsilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə təqdim edilir. -4.4-cü bəndinə görə yoxlama müraciət edilən gündən 1 iş günü müddətində (Qanunun 16.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda yoxlamanın təxirə salınmadan keçirilməsi zərurəti yoxlayıcı orqan tərəfindən əsaslandırıldıqda, yoxlama enerji, su, istilik, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə aşkar edilmiş qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı təyin edildikdə isə dərhal) qeydiyyata alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 148 nömrəli qərarı ilə təsdiq edilmiş “X4 Qaydaları”nın: -7.18-ci maddəsinə görə enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. -7.19-ci maddəsinə görə enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər.
17. MPM-in: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
19. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
20. Məhkəmə qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia həmin qətnamə yalnız cavabdeh tərəfindən apellyasiya qaydasında mübahisələndirilmişdir. Odur ki, kollegiya Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, eləcə də cavabdehin apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq belə qənaətə gəlir ki, qətnamənin əsaslılığı iddiasının təmin edildiyi hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
22. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 28 aprel 2023-cü il tarixdə cavabdeh "xxxx" ASC əməkdaşları tərəfindən İddiaçı MMC-də (abonent kodu **********5) yoxlama keçirilmiş və yoxlamanın nəticəsi olaraq NDQ 015743 nömrəli akt tərtib edilərək aktda sayğacı qidalandıran cərəyan və gərginlik transformatorları yerləşən yuva qapısına vurulmuş ******* nömrəli möhürə müdaxilə olunduğu qeyd edilmişdir. Akt əsasında İddiaçı MMC-yə 14014,80 manat məbləğində borc hesablanmışdır. Hazırda həmin borcun əsaslılığı İddiaçı MMC tərəfindən mübahisələndirilir.
1. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi borc məbləği cavabdeh "xxxx" ASC tərəfindən sahibkarlıq subyektində aparılmış yoxlamanın nəticəsi olaraq hesablanmışdır.
23. Həmin yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınsa da, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus obyektdə yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla aparılmışdır.
24. Belə ki, əvvəla sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə keçirilmiş yoxlama elə həmin tarixdə yoxlamaların reyestrində qeydiyyata alınmışdır. Tarixlər eyni olduğuna reyestrdə qeydə almanın yoxlamanın keçirilməsindən əvvəl ya sonra baş verməsini müəyyən etmək mümkün olmamış, bununla bağlı cavabdeh tərəfindən müvafiq sübutlar təqdim olunmamışdır.
25. Bundan əlavə reyestrdə qeydə alınmış yoxlamanın keçirilməsi üçün əsas qismində sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Halbuki X4 qaydalarının pozulması haqqında akt sayğac göstəricilərinin oxunması zamanı aşkar edilən sayğaca müdaxilə halı ilə bağlı deyil, cərəyan transformatoruna müdaxilə ilə bağlı tərtib edilmişdir. Cavabdehin nümayəndəsinin apellyasiya baxışı zamanı verdiyi izahatdan da aydın olur ki, göstərilən müdaxilə sayğac göstəricilərinin oxunması zamanı aşkar edilmir, belə ki, müdaxilənin aşkar edilməsi üçün xüsusi mühədis qrupu cəlb edilir.
26. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərindən də göründüyü kimi müraciət edildiyi gündən 1 iş günü müddətində qeydiyyata alınan digər yoxlamalardan fərqli olaraq sayğac göstəricilərinin oxunması zamanı müəyyən edilən qanunsuz qoşulma və ya sayğaclara müdaxilə ilə bağlı yoxlamalar dərhal qeydiyyata alınır. Odur ki, hazırkı halda yoxlayıcı təşkilat yoxlamanı qeydiyyata alarkən yoxlamanın əsasını səhv seçməklə (sayğacın göstəricilərin oxunması zamanı aşkar edilmiş sayğaclara müdaxilə ilə bağlı yoxlamaları seçməklə) yoxlamanın dərhal qeydiyyata alınmasına nail olmuşdur. Yoxlamanın həyata keçirildiyi gün qeydiyyata alındığını nəzərə alsaq həmin hal da qeydiyyatın yoxlamanın keçirilməsindən öncə aparılmasını şübhə altına alır.
27. Bununla yanaşı yuxarıda göstərilən qanunvericilik normalarının məzmunundan da göründüyü ki, yoxlama başlamazdan əvvəl xidməti vəsiqəsini (şəxsiyyət vəsiqəsi ilə birlikdə), yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməli, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat vermək yoxlayıcının vəzifələrinə daxildir. Eyni zamanda yoxlamaların vahid məlumat reyestrindən verilən kod yoxlama aktında göstərilir.
28. Hazırkı halda yoxlama aktında yoxlamanın reyestrdə qeydiyyata alınması barədə çıxarışın sahibkara və ya nümayəndəsiə təqdim edilməsi barədə qeyd yazılmamış, eləcə də yoxlamaların vahid məlumat reyestrindən verilən kod da göstərilməmişdir.
29. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozmaqla keçirildiyindən həmin yoxlama heç bir hüquqi nəticə yaratmır. Odur ki, cavabdeh həmin yoxlamanın nəticəsi olaraq iddiaçıya borc hesablamaqla haqlı olmamışdır.
30. Bununla yanaşı birinci instansiya məhkəməsi düzgün olaraq vurğulamışdır ki, abonent haqqında məlumata əsasən 2023-cü ilin aprel ayı üçün iddiaçının sayğac göstəricilərinə əsasən 3550,40 manat məbləğində elektrik enerji sərfiyyatı olmuş və həmin ay üçün ona əlavə olaraq akt əsasında 14014,80 manat borc hesablanmışdır. Halbuki aylar üzrə müqayisə etdikdə 2020-ci ilin aprel ayı üzrə sərfiyyat 2710,80 manat, 2021-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 2107,80 manat, 2022-ci ilin eyni, yəni aprel ayı üzrə sərfiyyatı 3915,20 manat olmuş, yəni oxşar aylar üzrə iddiaçının sayğac göstəricilərinə əsasən 2023-cü ilin aprel ayında sərf etdiyi 3550,40 manat məbləğ arasında nəzərəçarpacaq dərəcədə fərqlər olmamışdır. Eyni zamanda abonent haqqında məlumatdan da görünür ki, digər aylar üzrə sərfiyyat da aşağı olmuş, heç vaxt 5000 manata belə çatmamışdır.
31. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsi, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı Dəmir-Beton Konstruksiya-101” MMC-yə 28 aprel 2023-cü il tarixli NDQ 015743 nömrəli akt əsasında hesablanmış 14014,80 manat məbləğində borc silinməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
32. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-973/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov