Məhkəmə qərarları › İş №2-2(103)-901/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-901/2021

21.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-901/2021 21.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Şərqi Əlabbas qızı Həsənovanın katibliyi ilə, İddiaçı Tovuz Kənd X1, Emalı və Satışı Kooperativinin Cavabdeh ASC-yə qarşı istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2-2(113)-969/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2-2(113)-969/2021 saylı qətnaməsi ilə iddiaçı Tovuz Kənd X1, Emalı, və Satışı Kooperativinin məişət (təsərrüfat) içməli və istehsalat məqsədli su ilə təmin edilməsinin Cavabdeh ASC-nin üzərinə qoyulması, dəymiş maddi zərərə görə 15600 manat məbləğində pul vəsaitinin cavabdehin hesabından iddiaçının xeyrinə tutulması və iddiaçıya qanunsuz hesablanmış 34749 manat borcun silinməsi tələbinə dair iddia tələbi qismən təmin edilmişdir. Cavabdeh ASC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. İşə apellyasiya qaydasında baxılarkən Bakı Kommersiya Məhkəməsinin 13.08.2021ci il tarixli məktubu daxil olmuşdur. Həmin məktubda hazırki iş üzrə Bakı Kommersiya Məhkəməsinin 15.04.2021-ci il tarixli e-2-2(113)-969/2021 saylı qətnaməsindən iddiaçı Tovuz Kənd X1, Emalı və Satışı Kooperativi tərəfindən də apellyasiya şikayətinin verildiyi bildirilmiş və həmin apellyasiya şikayətinin qəbul edilməsi məsələsinin müzakirə edilməsi üçün işin həmin Məhkəməyə göndərilməsi xahiş edilmişdir. Kollegiya hesab edir ki, iş apellyasiya baxışından çıxarılaraq Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 362, 363 və 364-cü maddələrinin mənasına görə, apellyasiya şikayəti işə baxmış birinci instansiya məhkəməsinə təqdim edilir və birinci instansiya məhkəməsi apellyasiya şikayətinin qəbul və ya qaytarılması məsələsini müzakirə edir. MPM-nin tələblərinə cavab verən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İddiaçı Tovuz Kənd X1, Emalı və Satışı Kooperativinin Cavabdeh ASC-yə qarşı istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi tələbinə dair iş apellyasiya baxışından çıxarılsın. İş materialları Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar