Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-94/2020 26.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, X4 və Əhmədov İlham Bayram oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 cavabdehin nümayəndəsi X2 iştirakı ilə iddiaçı “xxxx” ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-987/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsindən (hakim Fərid Mədətli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC-nin Cavabdeh ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 6950,96 manat məbləğində əsassız debitor borcun silinməsi, Cavabdeh ASC-dən artıq tutulmuş 630 manat məbləğində vəsaitin iddiaçı “xxxx” ASC-yə geri qaytarılması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmdar Cəmiyyəti haqqında Azərbaycan Respublikasının Prezidentinin xx xxxxxx 2015-ci il tarixli,1045 saylı Sərəncamına əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “xxxx” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. 2015-ci ilin aprel ayından isə “xxxx” Açıq Səhmdar Cəmiyyəti (“xxxx”ASC) faktiki olaraq fəaliyyətə başlamışdır. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (CavabdehSC) ilə iddiaçı arasında Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə xx xxxxxx 2017-ci il tarixli, 640879 saylı müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış sözügedən müqavilənin 2.1-ci maddəsinin tələbinə əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Asərsu” Açıq Səhmdar Cəmiyyətinin “Sudan İstifadə və tullantı sularının axıdılma xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə” Qərarına uyğun olaraq istehlakçı tərəfindən istifadə etdiyi 1m3 xammal suya görə hesablaşma ƏDV ilə - manat, digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1m3 su üçün ƏDV ilə 1.00 manat və istehlakçıdan qəbul edilmiş 1m3 tullantı suyuna görə hesablaşma ƏDV ilə 1.00 manat müqabilində müəyyən edilmişdir. Tərəflər arasında sözügedən müqavilə bağlandıqdan sonra hər iki tərəf arasında öhdəlik hüququ yaranmışdır. Müqavilənin 6.1-ci maddəsinin tələbinə görə müqavilə xx xxxxxx 2017-ci il tarixdən qüvvəyə minir, 6.2-ci maddəsinə əsasən isə xx xxxxxx 2017-ci il tarixə qədər qüvvədə olması göstərilmişdir. Müqavilənin 6.3-cü maddəsinin tələbinə görə Müqavilənin qüvvədə olma müddətinin başa çatmasına 1 ay qalmış tərəflərdən biri müqavilənin ləğv edilməsi barədə yazılı təşəbbüs göstərmədikdə, bu Müqavilənin müddəti növbəti 3 il üçün uzadılmış hesab olunması nəzərdə tutulmuşdur. Qeyd olunan Müqavilənin şərtlərinə əsasən Cavabdeh ASC-nin xidmət dairəsində fəaliyyət göstərən, Mingəçevir şəhərində yerləşən Mingəçevir şəhər X14 “xxxx” Açıq Səhmdar Cəmiyyətinin struktur vahidi olan, Mingəçevir şəhəri, H.Əliyev prospektində yerləşən “Mərkəzi Aran” X6 və Satışı İdarəsinə su və kanalizasiya xidməti göstərməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş Cavabdeh ASC-nin Mingəçevir şəhər X14 xx xxxxxx 2019-cu il tarixli, 640879 nömrəli üzləşmə aktı təqdim edərək bildirmişlər ki, guya “sudan istifadəyə və kanalizasiya xidmətinə görə tərəflər arasında qarşılıqlı hesablaşmalar araşdırılaraq müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixə cəmi 6950,96 manat məbləğində borc vardır”. Cavabdehin birtərəfli qaydada tərtib etdiyi üzləşmə aktından görünür ki, 2019-cu ilin İ ayının su və çirkab sularının satışı cəmi 150 ( bir yüz əlli) manat məbləğ təşkil etmiş, həmin dövrdə qeyd olunanlara əsasən cəmi 250 (iki yüz əlli) manat ödəniş edilmiş və son nəticədə guya iddiaçı tərəfindən cavabdehə 6900,96 manat məbləğində borc qalmışdır. Yalnız cavabdeh tərəfindən imzalanmış və möhürlənmiş həmin üzləşmə aktı iddiaçının da həmin sənədi aidiyyatı üzrə imza etməklə qeyd olunan debitor borcun ödənməsi öhdəliyini iddiaçının üzərinə qoymaq üçün onlara təqdim edilmişdir. Həmin 6950.96 manat debitor borcun nə vaxt, haradan, necə yaranması barədə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis etdiyi və Mingəçevir şəhərində yerləşən “Mərkəzi Aran” X6 və Satışı İdarəsi tərəfindən Mingəçevir şəhər X12 rəhbərliyinə xx xxxxxx 2019cu il tarixli, MA-280 saylı, eləcə də Cavabdeh ASC-nin sədri cənab Q.Hüseynova xx xxxx 2019-cu il tarixli, MA-449 saylı məktublarla müraciətlər edilmişdir. Buna baxmayaraq cavabdeh tərəfindən debitor borcun nə vaxt, haradan, necə yaranması barədə iddiaçıya heç bir zəruri sənəd (qaimə, elektron qaimə, yaxud elektron vergi-hesab faktura) təqdim edilməmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh ASC tərəfindən “xxxx” ASC-nə təqdim olunmuş 2018-ci ilin noyabr ayı üçün təqdim etdiyi hesab-fakturanın surətindən görünür ki, içməli və çirkab su üçün iddiaçı tərəfindən cəmi 150 (bir yüz əlli) manat (ƏDV ilə birlikdə) ödəniş edilməlidir. Həmin sənəd əsasında iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixli, 3331 nömrəli ödəniş tapşırığı ilə qeyd olunan məbləğ cavabdehin hesablaşma hesabına ödənilmişdir. Bundan əlavə iş materiallarına əlavə edilmiş, 2019-cu ilin yanvar ayı üçün cavabdeh tərəfindən təqdim olunmuş hesab fakturanın surətindən görünür ki, göstərilən ay üçün içməli və çirkab su üçün cəmi 250 (iki yüz əlli) manat (ƏDV ilə birlikdə) ödəniş edilməlidir. Həmin sənədə əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 3720 nömrəli ödəniş tapşırığı ilə 250 (iki yüz əlli) manat məbləğ iddiaçı tərəfindən Cavabdeh ASC-nin hesablaşma hesabına ödənilmişdir. İddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş, 2019-cu ilin fevral ayı üçün cavabdeh tərəfindən təqdim edilmiş hesabfakturanın surətindən görünür ki, həmin ay üçün içməli və çirkab su üçün cəmi 250 (iki yüz əlli) manat (ƏDV ilə birlikdə) ödəniş edilməlidir. Göstərilən hesab-faktura sənədinə əsasən xx.xx.2019-cu il tarixli, 4080 nömrəli ödəniş tapşırığı ilə 250 (iki yüz əlli) manat məbləğ Cavabdeh ASC-nin hesabına ödənilmişdir. İş materiallarına əlavə edilmiş, 640879 saylı müqaviləyə əsasən 2019-cu ilin mart ayı üçün içməli və çirkab sular üçün 250 (iki yüz əlli) manat (ƏDV ilə birlikdə) ödəniş edilməli olmasına dair cavabdeh tərəfindən iddiaçıya hesab-faktura təqdim edilmişdir. Həmin hesab-fakturaya əsasən iddiaçı tərəfindən xx.xx.2019-cu il tarixli, 4436 nömrəli ödəniş tapşırığı ilə cavabdehin hesabına 250 (iki yüz əlli) manat məbləğində vəsait ödənilmişdir. Qeyd edirlər ki, göstərilən vəsaitlər cavabdehin hesabına ödənildikdən sonra cəmi 270 (iki yüz yetmiş) manat məbləği cavabdeh tərəfindən təqdim edilmiş 640879 nömrəli Abonent plastik kartına yüklənmiş, qalan 630,00 (altı yüz otuz) manat məbləğ isə karta yüklənilməmişdir. Bunun səbəbini cavabdehin struktur vahidi olan X13 İdarəsi şifahi qaydada iddiaçıya bildirmişdir ki, guya cavabdehə iddiaçının 6950.86 manat məbləğində debitor borcu vardır. Yuxarıda qeyd olunan dövr ərzində ödənilən cəmi 900 manat məbləğdən qanunsuz və əsassız olaraq tutulmuş 630,00 (altı yüz otuz) manat məbləğ isə həmin debitor borca görə tutulmuşdur. Lakin həmin debitor borcun nə vaxt, necə yaranması barədə cavabdeh iddiaçıya əsaslandırıcı heç bir rəsmi sənəd təqdim etməmişdir. Yalnız şıfahi qaydada həmin borcun “xxxx” ASC dövründən yarandığını bildirməklə kifayətlənmişlər. “xxxx” ASC “xxxx” ASC-nin hüquqi varisi deyildir. “xxxx” ASC ilə cavabdeh arasında içməli və çirkab su ilə bağlı müqavilə 2017-ci ilin fevral ayında bağlanılmasına baxmayaraq “xxxx”ASC-nin struktur vahidi olan, hüquqi şəxs statusuna malik olmayan “Mərkəzi Aran” X6 və Satışı İdarəsinin yeni inzibati idarə binasına heç bir kommunikasiya xətləri çəkilmədiyi üçün faktiki olaraq 2018-ci ilin noyabr ayından fəaliyyətə başlamışdır. Göründüyü kimi “xxxx” ASC-nin Cavabdeh ASC-yə heç bir debitor borcu olmadığı halda cavabdeh “xxxx” ASC-nin debitor borcunu heç bir qanuni əsas olmadan “xxxx” ASC-dən tələb edərək hazıradək ödənilmiş 900 manat məbləğin 630 manat məbləğini əsassız olaraq debitor borca çıxmışdır. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-987/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-987/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2015-ci il tarixli müvafiq sərəncamı ilə xxxx MMC-nin adı dəyişdirilməmişdən öncə ünvan 1 ünvanında yerləşən dövrdə abonent kodu 640879 olmaqla fəaliyyət göstərmiş və müvafiq koda sudan istifadəyə görə heç bir ödəniş edilməmişdir. Yuxarıda qeyd edilən tarixdə Mingəçevir Aran RET MMC-nin adı dəyişdirilərək “xxxx” ASC-nin Mingəçevir şöbəsi xx xxxxxx 2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək sudan istifadəyə görə heç bir ödəniş həyata keçirməmişdir. xx.xx.2017-ci tarixdə müəssisəyə smart tipli su sayğacı quraşdırılmışdır. Cavabdeh hesab edir ki, qətnamə qanuni və əsaslı olmamış, yəni tərəflər arasındakı həqiqi münasibətlərə, faktlara əsaslanmamış, eyni zamanda, maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iştirak etmiş, cavabdehin nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclası xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında iştirak etmiş, iddiaçının nümayəndəsi isə həmin gün keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmdan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. xx.xx.2020-ci il tarixdə keçirilən iclasda iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayəti ilə razı olmadığını bildirərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-987/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı «xxxx» ASC ilə Cavabdeh ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair hüquqi şəxslərlə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanan 640879 saylı xx xxxxxx 2017ci il tarixli müqaviləyə əsasən digər məqsədlər üçün istifadəyə görə hesablaşma 1 m3 su üçün ƏDV ilə 1 manat, istehlakçıdan qəbul edilmiş 1 m3 tullantı suya görə hesablamanın ƏDV ilə 1 manat müqabilində müəyyən edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin təsis etdiyi və Mingəçevir şəhərində yerləşən “Mərkəzi Aran” X6 və Satışı İdarəsi tərəfindən Mingəçevir şəhər X12 rəhbərliyinə və həmçinin Cavabdeh ASC-nə ünvanlanan xx xxxxxx 2019-cu il tarixli, xx xxxx 2019-cu il tarixli məktublardan görünür ki, 6950,96 manat debitor borcun yaranması və vaxtı barədə açıqlamanın təqdim edilməsi təklif edilmişdir. Cavabdeh ASC tərəfindən iddiaçı “xxxx” ASC-yə ünvanlanan xx xxxx 2019-cu il tarixli, 04/04/4-01/3-1-3697 saylı məktubda qeyd olunmuşdur ki, “xxxx” ASC əvvəllər “xxxx” MMC adı altında fəaliyyət göstərmiş və içməli su və çirkab su xidmətindən istifadə edilməsinə baxmayaraq 6247,96 manat borcu üzrə tam ödəniş edilməmişdir. Cavabdeh ASC tərəfindən Mərkəzi Aran X6 və Satışı İdarəsinə ünvanlanan xx xxxx 2019-cu il tarixli, 02/02-3/3/9553 saylı məktubda qeyd olunmuşdur ki, “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş Sudan istifadə Qaydalarının 8,4-cü bəndinə əsasən su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi gündən sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Mərkəzi Aran X6 və Satışı İdarəsi ilə bağlanmış “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair" müqaviləyə əsasən "Cavabdeh" ASC tələbata uyğun lazımı miqdarda, tərkib və keyfiyyətinə görə 2874-82 saylı Standartların tələblərinə uyğun, içməli və istehsalat məqsədli suyun buraxılmasını, tullantı sularının kanalizasiya sisteminə qəbulunu, təmizlənməsini və axıdılmasını təmin etmişdir. Bunun müqabilində istehlakçı istifadə etdiyi suyun və kanalizasiya xidmətlərinin dəyərini vaxtında və tam şəkildə ödəməyi öhdəsinə götürmüş, lakin xidmətlərin dəyəri tam ödənilməmişdir. Göstərilən xidmətlərin dəyərinin tam ödənilməməsi "Cavabdeh” ASC-nin maliyyə vəziyyətinə öz təsirini mənfi şəkildə göstərməklə, büdcəyə olan vergi borclarının, elektrik enerjisi haqqının, sosial müdafiə fonduna ayırmaların, o cümlədən suyun istehsalına, nəqlinə çəkilən və digər xərclərin ödənilməsində problemlər yaradır. İçməli su və tullantı sularının axıdılması xidmətlərinə görə 6423,96 manat məbləğində yaranmış borcların tam həcmdə ödənilməsinin təmin olunması üçün müvafiq tədbirlər görməyinizi xahiş edirik. Əks təqdirdə su təchizatınız birtərəfli qaydada dayandırılacaqdır. «xxxx» ASC-yə təqdim edilmiş 640879 nömrəli noyabr 2018-ci il tarixli hesab fakturanın surətindən görünür ki, 2018-ci ilin noyabr ayında su və çirkab sudan istifadə edilməsinə görə 150,00 manat, yanvar 2019-cu il tarixli hesab-fakturanın surətindən görünür ki, su və çirkab sudan istifadə edilməsinə görə 250,00 manat, fevral 2019-cu il tarixli hesab-fakturanın surətindən görünür ki, su və çirkab sudan istifadə edilməsinə görə 250,00 manat, mart 2019-cu il tarixli hesab-fakturanın surətindən görünür ki, su və çirkab sudan istifadə edilməsinə görə 250,00 manat borc müəyyən edilmişdir. xx.xx.2018-ci il tarixli, 331 nömrəli ödəniş tapşırığı üzrə 127,00 manat, xx.xx.2018ci il tarixli bildiriş üzrə 22,88 manat, xx.xx.2019-cu il tarixli, 3720 nömrəli ödəniş tapşırığı üzrə 211,86 manat, xx.xx.2019-cu il tarixli bildiriş üzrə 38,14 manat, xx.xx.2019-cu il tarixli, 4080 nömrəli ödəniş tapşırığı üzrə 211,86 manat, xx.xx.2019-cu il tarixli bildiriş üzrə 38,14 manat, xx.xx.2019-cu il tarixli, 4436 nömrəli ödəniş tapşırığı üzrə 211,86 manat, xx.xx.2019-cu il tarixli bildiriş üzrə 38,14 manat məbləğ CavabdehSC-nin hesabına ödənilmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Sərəncamı ilə “xxxx” ASC-nin adı dəyişdirilərək “xxxx” ASC adlandırılmış və Azərbaycan Respublikası ərazisində “xxxx” ASC tərəfindən həyata keçirilən elektrik enerjisi ilə istehlakçıların təmin olunması fəaliyyətinin “xxxx” ASC-yə ötürülməsi, o cümlədən istehlakçıların elektrik enerjisi ilə təchizatı üçün zəruri olan və “xxxx” ASC-nin balansındakı əmlak və avadanlıqların “xxxx” ASC-nin balansına verilməsi qərara alınmışdır. Sərəncamdan göründüyü kimi “xxxx” ASC ilə “xxxx” ASC arasında hər hansı tabelik münasibətləri və ya hüquq varisliyi yoxdur. “xxxx” ASC “xxxx” ASC-nin yeni adıdır. İş materiallarına əlavə edilmiş sübutlardan görünür ki, iddiaçının xx xxxxxx 2017-ci il tarixli, 640879 saylı müqavilədən irəli gələn öhdəliklər üzrə ödənilməmiş borcu qalmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, “xxxx” ASC-nin Cavabdeh ASC-yə heç bir debitor borcu olmadığı halda cavabdeh “xxxx” ASC-nin debitor borcunu heç bir qanuni əsas olmadan “xxxx” ASC-dən tələb edərək hal-hazıradək ödənilmiş 900 manat məbləğin 630,00 (altı yüz otuz) manat məbləğini əsassız olaraq debitor borca çıxmışdır. Cavabdeh tərəfindən isə bunun əksini təsdiq edən əsaslı sübutlar məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı iddia ərizəsi üzrə silinməsi tələb edilən 6950,96 (altı min doqquz yüz əlli manat, 96 qəpik) manat məbləğində debitor borcunun əsasını təşkil edən sübutlar cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdehin borcla bağlı təqdim etdiyi Mingəçəvir şəhər Sukanal İdarəsi ilə “xxxx” ASC arasında tərtib edilən 640879 saylı xx xxxxxx 2019-cu il tarixli “Üzləşmə Aktı” adlı sənəd “xxxx” ASC tərəfindən təsdiq edilmədiyindən məhkəmə tərəfindən sübut kimi qiymətləndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-987/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh ASC-nin apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin e-2-2 (81)-987/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-94/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-94/2020
26.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver