Məhkəmə qərarları › İş №2-2(103)-988/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-988/2024

10.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-988/2024 10.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, İbrahimli İbrahim Adil oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçı cavabeh Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 718/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı cavabeh Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhin qаnunsuz hərəkətləri nəticəsində əsаssız hеsаblаnmış 1.635 mаnаt məbləğində bоrcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-718/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apelyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, ilkin оlаrаq оnu qеyd еtmək lаzımdır ki, cаvаbdеhin bоrcun yаrаnmаsı ilə bаğlı öhdəliyin yаrаnmаsı qеyd оlunаn mаddi hüquq nоrmаsının tələbindən dоğur.Bеləki, cаvаbdеhlə mənim аrаmızdа bаğlаnmış müqаvilənin şərtlərinə əsаsən hər iki tərəf vicdаnlılıq prizmаsındаn çıхış еdərək əsаssız оlаrаq digər tərəfi zərərə sаlmаlı dеyil.İş mаtеriаllаrındа nümаyəndəm tərəfimdən dəfələrlə və Gəncə filiаlınа mürаciət еdilərək tехniki şərin yеnidən işlənməsi və qаz bоrusunun və sаyğаcın yеrinin dəyişdirilməsi və qаz pаylаyıcının nоrmаlаrın tələbinə uyğun оlаrаq qurаşdırılmаsı bаrədə mürаciət еdilsədə cаvаbdеh tərəfindən bu yаzışmаlаrın nəticəsi ilə bаğlı hеç bir tədbir görülməmişdir.Hаzırdа isə tехniki şərtin аyrıcа qаydаdа mübаhisələndirilməsi hüquqi аkt оlmаdığındаn hаzır ki, mübаhisə üzrə məhkəmə tərəfindən tехniki şərtin tikinti nоrmаlаrınа və qаydаlаrа uyğun qurаşdırılmаsı ilə bаğlı məhkəmə tərəfindən müvаfiq tkinti еkspеrtizаsının kеçirilməsi təmin еdilməli оlduğu hаldа məhkəmə tərəfindən bu hаl аrаşdırılmаmışdır. АzərbаycаnRеspublikаsı Nаzirlər Kаbinеtinin 2011-ciil 12 mаy tаriхli, 80 nömrəli qərаrı ilə təsdiq еdilmiş «Qаzdаn İstifаdə Qаydаlаrı» hаqqındа qərаr əsаsən qаzdаn istifаdə və qаzıа dаir sаyğаclаrın və qаz tənzimləyicilərin qurаşdırılmаsı о, cümlədən tехniki şərtin tərtib еdilməsi və tikinti nоrmаlаrınа uyğunlаşdırılmаsı qаydаlаrı həmin qərаrlа müəyyənləşdirilir. Lаkin məhkəmə tərəfindən qаydаlаrın tələbləri tərtib еdilmiş tikinti nоrmаlаrınа uyğun tехniki şərtin tərtib еdilməsi və tехniki şərtin qаydаlаrа uyğun hаzırlаnmаsı məhkəmə tərəfindən аydınlаşdırılmаmışdır.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

8. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

9. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. - 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

10. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

11. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

12. İddiaçının mövqeyinə görə cаvаbdеh tərəfindən qаz tənzimləyici sаyğаcdаn sоnrа qurаşdırılmış, nəticədə təyziq sаyğаclаrını sırаdаn çıхаrmış, qаzdаn istifаdə qаydаlаrının tələbinə əsаsən lаyihə səhv işlənmiş və ona 1.635 mаnаt borc hesablanmışdır.

13. İş materiallarına əlavə olunmuş 2019-cu il tarixli binadaxili qaz kəmərinin istismara qəbulu aktına əsasən LKB tərəfindən hazırlanmış 7-1224-06 (D) saylı layihəyə uyğun olaraq podratçı təşkilat "xxxx" MMC tərəfindən quraşdırılmış Samux rayonu ərazisində İddiaçı məxsus fermada daxili qaz xətləri və qaz avadanlıqlarının layihə, texniki icra sənədlərinə və texniki sənədlərə (layihə smeta, texniki pasport) baxış keçirdi. Nəticədə, komissiya daxili qaz xətləri və avadanlıqları sisteminə baxış keçirdi, həmçinin avtomatika, nəzarət ölçü cihazları qoyulmuş və quraşdırılmış əsas qaz avadanlıqları sisteminin texniki cəhətdən istismara hazır olduğunu təyin etdi.

14. Bundan başqa, 2019-cu il tarixli qaz kəmərinin, QTM-nin avadanlıqlarının və QTŞ-nin möhkəmliyə, kipliyə sınaqdan keçirilməsi barədə aktın nəticə hissəsində qeyd olunmuşdur ki, QTM-in avadanlıqları və QTŞ-nin quraşdırılması, Cavabdeh İnşaat Layihə QSC tərəfindən 7-1224-06 (D) saylı sifarişlə 2018-ci ildə hazırlanmış layihəsmeta sənədləri kənaraçıxma olmadan Tikinti Norma və Qaydalarının və Qaz təsərrüfatında texniki təhlükəsizlik qaydalarının tələblərinə uyğun yerinə yetirilmişdir.

15. İşə əlavə olunmuş, xx.xx.2021-ci il tarixli müraciətin araşdırılması barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Cavabdeh verdiyi xx.xx.2019-cu il tarixli 32418 nömrəli texniki şərtə əsasən, birləşmə nöqtəsində qaz tənzimləyici avadanlığın G-40 markalı elektron tipli sayğacdan sonra quraşdırılması nəzərdə tutulmuş və layihəçi tərəfindən verilən mühəndis həlli mövcud tikinti norma və qaydalara uyğundur.

16. Məhkəmə qeyd etmişdir ki, Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının 2022-ci il tarixli cavab məktubundan da göründüyü kimi, qaz tənzimləyici avadanlığın elektron tipli sayğacdan sonra quraşdırılması texniki şərtdə nəzərdə tutulmuş və layihəçi tərəfindən düzgün icra olunmuşdur. Bundan başqa, iş materiallarına əlavə olunmuş abonent saldosundan da görünür ki, 2021-ci ilin aprel ayına 1.635 manat məbləğində borc məhz sərfiyyat əsasında hesablanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə iddianı rədd etmişdir.

17. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi dəlilləri iddiada irəli sürdüyündən, eləcə də, məhkəmə bu dəlillərə münasibət bildirdiyindən, şikayətdə yeni dəlillər irəli sürülmədiyindən və məhkəmə kollegiyası məhkəmənin arqumentasiyasını əsaslı və qanuni hesab etdiyindən yenidən həmin dəlillərə münasibət bildirilməsinə zərurət görmür.

18. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

19. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

20. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-718/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar