Məhkəmə qərarları › İş №2-2(103)-997/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-997/2024

18.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-997/2024 18.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi açar sözlər: əsassız borcun silinməsi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X6 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Nümayəndə1, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X7 Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçıya məxsus 2004-2010-cu illəri əhatə edən abonent saldosuna əsasən qaz sərfiyyatına görə yekun borc 105824,73 manat qeyd olunmuşdur.

2. Cavabdeh İB-nin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 14-2-2-8/2- 448/2023 saylı müraciətə baxılması haqqında məktubunda Şabran Rayon Mərkəzi Xəstəxanası Publik X2 İstismar İdarəsinə xx.xx.2023-cü il tarixə təbii qazdan istifadəyə görə ümumilikdə 105567,68 manat borcu olduğu və yaranmış borcun 2010cu ilə qədər olan dövrləri əhatə etdiyi qeyd olunmuşdur.

3. Cavabdeh İB-nin Məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli, 14-2-2- 8/2- 753/2024 saylı arayışına əsasən “Şabran rayon mərkəzi xəstəxanası” X7 xx.xx.2024-cü il tarixə 105.567,68 manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış və ödənilməmiş debitor borcdur.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X14i Cavabdehnə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsiilə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış mənbəyi məlum olmayan 105.567,68 manat borcun silinməsini cavabdehin üzərinə vəzifə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Şabran rayon Mərkəzi Xəstəxanası”X14 dövlət adından yaradılan X10b, dövlət sifarişi ilə dövlət büdcəsi hesabına təyinatlı tədbirlərin həyata keçirilməsi üçün məqsədli vəsaitlər dövlət büdcəsindən ödənilir. Ödənişlər Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2019cu il tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət adından yaradılan X14lərə dövlət büdcəsi hesabına məqsədli vəsaitlərin ödənilməsi” qaydası ilə müəyyən edilir. Qaydaya əsasən vəsaitlərin ödənilməsi müvafiq büdcə ilini – yanvarın 1-dən dekabrın 31-dək olan müddəti əhatə edir. Ödənilmiş vəsaitlər X14lər tərəfindən təyinatı üzrə istifadə olunmalıdır. “Şabran rayon Mərkəzi Xəstəxanası” X14 istifadə etdiyi qaz sərfiyyatına görə bu günə kimi vaxtı vaxtında ödənişlərini etsə də, bir müddət sonra Xaçmaz RQİİ əməkdaşları tərəfindən X12 İstismarı İdarəsi əməkdaşları tərəfindən təqdim olunmuş sənədlərə əsasən guya 2010-cu ilə qalıq 105.567,68 mənbəyi məlum olmayan borc olması göstərilmiş və buna qazın verilməsinin dayandırılmış, qazın verilməsinin dayandırılması nəticəsində rayon əhalisinə keyfiyyətli tibbi yardım göstərilməsində və xəstəxananın fəaliyyətində çətinliklər yaranmışdır. Bu da insan həyat və sağlamlığının qorunmasını həyata keçirən xəstəxanın işinin iflic edilməsi deməkdir. Dəfələrlə həmin borcun nəyə əsaslandığı barədə məlumat istənilsə də, açıqlaması verilməmişdir. 2010cu ilə qalıq 105.567,68 manat borc qeyd edilmişdir. Niyə məhz keçən 13 il ərzində həmin borc tələb edilməmişdir.

6. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə vermiş olduğu etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında əhali və qeyri-əhali abonentlərinin təbii qaz ilə təchiz edilməsi sahəsində münasibətləri qanunvericilik yolu ilə tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4-cü bəndində istehlakçıya qazın verilməsinin dayandırılmasının əsaslarından biri də “qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakcıya qaz paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə” göstərilmişdir. Deməli, abonentə istehlak etdiyi təbii qazın hesabı qaz paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində ödənilməsə həmin abonentin təbii qaz təchizatı dayandırılmalıdır. Lakin Cavabdeh İB-nin Şabran xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi ilə həssas qrupa aid olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Beləliklə, abonentin təbii qazdan istifadəyə görə borcu ilbə-il artmışdır. “Şabran rayon mərkəzi xəstəxanası” X14in X1 Sistemi Proqramında 2010-cu ilin sonuna borcu105.567,68 göstərilmişdir. Hal-hazırda, 2023-cü ilin noyabr ayına isə “Şabran rayon mərkəzi xəstəxanası” X14in təbii qaza görə borcu 105.567,68 manat təşkil edir. Lakin, iddiaçının bu borcun Cavabdeh İB tərəfindən tələb edilməsi üçün iddia müddətinin keçməsi fikri səhvdir. “Şabran rayon mərkəzi xəstəxanası” X14i əsas müəssisə ilə bir yerdə ümumilikdə 9 müəssisə olaraq təbii qazdan istifadə edir. Əsas “Mərkəzi xəstəxana”nın 2010-cu ilin sonuna 88834,71 manat olan borcu hazırda, yəni 2023-cü ilin oktyabr ayına 79367,45 manatdır. Deməli debitor borcdan bu uzun illər ərzində iddiaçı tərəfindən 9467,26 manat məbləğ ödənilmişdir. Məsələn, 2023-cü ilin mart ayında Mərkəzi xəstəxana”nın təbii qazdan 1695 m3 və ya 423,75 manat məbləğindəistifadə etmişdir. Lakin həmin ay 558 manat qaza görə ödəniş edilmişdir. Deməli, iddiaçı 2023cü ilin mart ayında mübahisələndirilən debitor borcundan 134,25 manat ödəmişdir ki, bu ödəniş də borcu etiraf edən hərəkətdir. Yəni iddiaçının mübahisləndirdiyi 105.567,68 manat borc təmiz debitor borcdur və iddiaçı həmin mübahisləndirdiyi borcu ödəməkdən illər ərzində boyun qaçırmışdır. Bununla da aydın olur ki, “Şabran rayon mərkəzi xəstəxanası” X7 iddia tələbi Qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi mülahizələrinə və fərziyyələrinə uyğun irəli sürülən fikirləridir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilmiş, Cavabdeh tərəfindən “Şabran Rayon Mərkəzi Xəstəxanası” X11 hesablanmış 105.567,68 manat məbləğində borc məbləğinin silinməsi, mediasiya xərcinin əvəzi olaraq ödənilmiş 396 manat Cavabdehndən tutularaq iddiaçı “Şabran Rayon Mərkəzi Xəstəxanası” X11 ödənilməsi qət edilmişdir.

8. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh qaz paylayıcı qurum tərəfindən iddiaçı X14ə 105.567,68 borc yazılmışdır. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir. Hazırda mübahisələndirilən 105.567,68 manat borcla bağlı məhkəmə qeyd edirki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydasıonu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edənhalların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdeh qeyd edilən borc məbləği ilə bağlı 2004-2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim edir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədəməlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir. Beləliklə, məhkəmə hesab edir ki, 105.567,68 manat borcun əsaslılığı ilə bağlıcavabdeh sübutetmə vəzifəsini yerinə yetirə bilmir və bu səbəbdən – həmin borc əsassızolduğundan silinməlidir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən hesablanan qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir.

9. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 385, 442, 567, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2, 5.5-ci bəndlərini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh İB Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(113)-2591/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mübahisələndirilən borc məbləği abonentin debitor borcu kimi saldoda əksini tapmışdır. Qaydaların 6.1.4-cü bəndinə görə qaz paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyən edilən hesabı istehlakçıya qazpaylayıcı tərəfindən təqdim edildikdən bir ay müddətində tam ödənilmədikdə abonentin təbii qaz təchizatı dayandırılır. Lakin Cavabdeh İB-nin xidmət sahəsinin işçiləri xəstəxanadakı şəxslərin, yəni xəstələrin xüsusi həssas qrupa aid olduğunu, Şabran rayonunun respublikanın şimalında soyuq ərazidə yerləşməklə hava şəraitinin sərt soyuq iqlimə malik olduğunu nəzərə alaraq iddiaçının qaz təminatını dayandırmamışlar. Bununla da abonentin qazdan istifadəyə görə debitor borcu ilbə-il artmışdir. Hesab istehlakçıya Paylayıcı tərəfindən təqdim edildikdən sonra bir ay müddətində istehlakçı tərəfindən bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. İddiaçı istehlak etdiyi təbii qazın dəyərini vaxtında ödəmədiyindən debitor borcu yığılıb qalmışdır. Şabran rayon mərkəzi xəstəxanası Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyinə verilmiş və X14 statusu almışdır. Təbii qazdan istifadəyə görə yaranmış 72 462,71 manat borc Şabran rayon Mərkəzi Xəstəxanasının borcu kimi iddiaçıya keçmişdir. Faktiki olaraq bu borc hazırda iddiaçıya məxsus olan qaz işlədici cihazlarda istehlak edilmişdir. İddiaçının tələbinin əsası kimi istinad etdiyi halın hüquqi tənzimlənməsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2009-cu il tarixli 148 nömrəli Qərarının 2- ci bəndinin 12-ci abzasında xx.xx.2010-ci il tarixə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi üzrə 10,9 milyon manat "xxxx" ASC-yə olan borcu silinmişdir. Əgər Azərbaycan hökuməti lüzum bilsəydi Səhiyyə Nazirliyinin Cavabdeh İBnə olan borcunun da silinməsi üçün Qərar verərdi.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş edir.

13. İddiaçı tərəf məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş edir.

Tətbiq edilən hüquq

14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.1-ci maddəsinin tələbinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinin tələbinə əsasən Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 15.İstehlakçı hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinin tələblərinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun F.Cavadov və V.Aslanovun şikayəti üzrə 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli, A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, G.İsmayılzadənin şikayəti üzrə xx.xx.2016 tarixli qərarlarında qeyd olunur ki, Konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun alilliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 384.0-cı maddəsinin tələblərinə əsasən apellyasiya instansiyası məhkəməsi: qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə cavabdeh tərəfindən bütövlüklə mübahisələndirdiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2591/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, cavabdeh qaz paylayıcı qurum tərəfindən iddiaçı X14ə 105.567,68 manat borc yazılmışdır. İddiaçı qeyd edilən borc məbləğlərinin əsassız hesablandığını, borcun mövcudluğu ilə bağlı hər hansı təsdiqedici sənədlərin olmadığını bildirir və silinməsini tələb edir. Hazırda mübahisələndirilən 105.567,68 manat borcla bağlı məhkəmə qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Cavabdeh qeyd edilən borc məbləği ilə bağlı 2004-2010-cu illər üçün “abonent saldosu” kimi iddia etdiyi sənədləri məhkəməyə təqdim edir. Lakin “abonent saldosu” özü-özlüyündə borcun mövcud olduğunu təsdiq edən mötəbər sənəd hesab oluna bilməz. Belə ki, yalnız müvafiq borcun əsasında duran hesab-fakturalar, aktlar, qaimələr, sayğac barədə məlumatlar və s. təqdim edildikdə borcun əsaslılığı məhkəmə tərəfindən yoxlanıla və əsaslı olub-olmaması barədə qənaət formalaşa bilər. Hazırkı işdə isə iddiaçının abonent saldosundan borcun əsaslılığının yoxlanılması mümkün deyildir. Belə ki, borcun yaranmasına əsas olmuş sənədlər, sübutlar və dəlillər cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmiş, bu barədə cavabdeh tərəfindən əsaslandırılma aparılmamış, cavabdeh öz üzərinə düşən sübutetmə yükünə dair tədbirləri həyata keçirməmiş, borcun əsaslı olmasına dair arqumentlərini və sübutlarını məhkəməyə təqdim etməmişdir.

19. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, abonent saldosunda göstərilən borc barədə sənəd və sübutları, borcun əsaslı olmasına dair mötəbər dəlilləri AR MPM-nin 77-ci maddəsinin tələblərinə əsasən cavabdeh məhkəməyə təqdim etməi idi. Həmin normanın mahiyyətinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülür və borcun əsaslı olmasını iddia edən cavabdeh olduğu üçün bu hissədə sübutetmə yükü onun üzərinə düşür. Digər tərəfdən saldo birtərəfli qaydada cavabdehin özu tərəfindən tərtib edilmiş sənəddir, həmin sənədin tərtib edilməsinə əsas olmuş borcun əsaslılığına dair sübutlar təqdim edilmədiyi və cavabdehin maraqlarına xidmət etdiyi üçün mötəbər sübut hesab edilə bilməz. İş materiallarında olan abonent saldosu hüquqi müəyyənlik prinsipinə cavab vermir. Ona görə də apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz.

20. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2591/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar