Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-114/2024 10.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü Gəncə Apellyasiya Məhkəməsinin binasında yoxlayaraq Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-i tərəfindən tərtib olunmuş aktın ləğv olunması və onun əsasında yazılmış 2700 manat 80 qəpik məbləğində cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Tovuz rayonu Alakol kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Cavabdeh idarənin əməkdaşları mərhum atasının istifadəsində olan uzun müddətdir ki, işləməyən yeməkxanaya gələrək qaz sayğacına baxış keçirtmişdir. Baxış zamanı həmin yeməkxanada olan qaz sayğacının işləmədiyini biliblər, lakin daha sonra məlum olub ki, 2700 manat 80 qəpik məbləğində ona cərimə yazılmışdır. Həmin vaxtı həmin yeməkxanın qaz pulu borcu olmamışdır. Cərimə yazılan zaman ona heç bir akt təqdim olunmamışdır. Onda yalnız bildiriş, xəbərdarlıq mövcuddur. Qaz idarəsinin əməkdaşı onun yaşadığı evə gələrək yeməkxanada olan qaz sayğacına 2700 manat 80 qəpik məbləğində qaz pulu borcu olduğunu deyib. O, həmin ödəniş ilə tamamilə razı deyil. Bununla bağlı Cavabdeh ASC-nin Tovuz idarəsinə müraciət etmişdir. Onlardan cərimənin yazılmasına səbəb olmuş tərtib olunmuş aktı tələb etmişdir ki, hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etsin. Onun heç bir zaman qaz pulu borcu olmamışdır. Hazırda ona qanunsuz və əsassız olaraq 2700 manat 80 qəpik məbləğində qaz pulu yazılmışdır. Cərimə yazılmış olan yeməkxana işləmir, bundan əvvəl işlədiyi zamanlarda isə o hər ay qaz pulunu vaxtı-vaxtında ödəmişdir. Bu barədə müvafiq sübutları vardır. Yazılmış həmin saxta və əsassız ödənişi ödəməyə maddi imkanı yoxdur. Qaz sayğacına hec bir müdaxilə etməmişdir. Qaz pulu borcunun olmamasına dair sübutları var. Bu qədər qaz pulu ödənişinin gəlməsi ağıla batan deyil, çünki o, hər ay qaz pulunun ödənişini ödəmiş və ora işləməyən yeməkxana olmuşdur. Odur ki, akt əsasında yazılmış cərim silinməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin 05 fevral 2024-cü il tarixli e-2-2(115)-53/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin həmin apellyasiya şikayəti verilərkən Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələbinə riayət olunmamış, yəni apellyasiya şikayəti həmin Məcəllə ilə müəyyən edilmiş formada verilməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1 və 361.1.2-ci maddələrinə əsasən apellyasiya şikayətində digər məlumatlarla yanaşı şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti də göstərilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 363.1 və 363.1.1-1-ci maddələrinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan qrafalarında İddiaçı aid məlumatları göstərmədiyinə görə məhkəmə kollegiyası hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilməlidir. İş materiallarından görünür ki Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-2(104)-114/2024 saylı qərardadı ilə şikayət səhvən mümkün hesab edilərək, icraata qəbul edilmişdir. Sonradan müəyyən edilmişdir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi üçün əsas olmamışdır. Belə ki, apellyasiya şikayətindən və iş materiallarından göründüyü kimi vəkil Əliyev X1 İlqar İlyas oğlunun etibarnamə üzrə nümayəndəsidir və mövcud qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası MPM-in 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Həmin Məcəllənin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin etibarnamənin anlayışından bəhs edən 362.1-ci maddəsində göstərilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. İstinad olunan prosessual və maddi hüquq normalarının məzmunundan da aşkar şəkildə görünür ki, hər bir şəxs üşüncü şəxs qarşısında təmsil olunması üçün başqa şəxsə vəkalət verə bilər. O cümlədən məhkəmədə nümayəndə vasitəsi ilə təmsil oluna və ya da nümayəndə vasitəsi ilə iddia, məhkəmə aktlarından isə şikayət verə bilər. Lakin bu halda təmsil edən (nümayəndə) iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməli, ona iddia ərizəsini (şikayəti) imzalamaq səlahiyyəti verildiyi halda həmin sənədi imzalaya bilər. Mülki işlər üzrə ümayəndə hər bir halda iddianı (şikayəti) öz adından yox, təmsil etdiyi şəxsin adından verməlidir. Hazırkı halda isə vəkil (nümayəndə) Vəkil mülki prosessual qanunvericiliyin istinad olunan normasının tələbini pozaraq apellyasiya şikayətini İddiaçı adından verməli olduğu halda, öz adından vermişdir ki, bu da MPM-in 361.1-ci maddəsinin apellyasiya şikayətinin məzmununa dair tələblərinin pozulmasıdır. Odur ki, Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2024cü il tarixli 2-2(104)-114/2024 saylı qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətini bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytarmaq səlahiyyəti vardır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 69.2, 366- 368, 402 və 384.0.6-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının apellyasiya şikayətinin mümkünlüyünə dair xx.xx.2024-cü il tarixli 2-2(104)-114/2024 saylı qərardadı ləğv edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-53/2024 saylı qətnaməsindən iddiaçının nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün sayılsın və apellyasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün iş Gəncə Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-114/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-114/2024
10.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver