Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-116/2023 12.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Əliyev Rafiq Çingiz oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-64/2023 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-64/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın qismən təmin edilməsi, Cavabdehndən 156000 (bir yüz əlli altı min) manat pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, Cavabdehndən 340 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-64/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-64/2023 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın tam həcmdə təmin edilməsi, yəni cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi nəticəsində vurduğu ziyan kimi 50.000 manat məbləğində pulun da iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, 156000 manat əsas borcun, cavabdehin öhdəliyini vaxtında icra etməməsi nəticəsində ona vurduğu 50000 manat pulun, cəmi 216000 manat məbləğində pulun Cavabdehndən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanında qeydiyyatdan keçərək fərdi sahibkar statusu əldə etməklə (VÖEN**********) Biləsuvar şəhərində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. O, 2017-ci ilin dekabr ayında Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin dəvəti ilə onun xidməti otağında görüşmüş və Mahir Quliyev ona Biləsuvar RİH-nin sifarişi əsasında Cavabdeh MMC-nin Biləsuvar şəhəri ərazisində “Gənclər Evi” və “Bayraq Muzeyi” binalarının inşa edəcəyini, yaxın vaxtlarda həmin obyektlərin açılışının planlaşdırıldığını, tikinti işlərinin qısa müddətdə yekunlaşmasının zəruriliyini bildirmişdir. Bunun üçün onun da köməklik göstərməsini və Cavabdeh MMC-ni tikinti materialları ilə tam və vaxtında təchiz etməsini xahiş etmişdir. Həmin tikinti materiallarının dəyərinin tez bir zamanda və gecikdirilmədən Cavabdeh MMC-nin direktoru Məhərrəm Ömrümov tərəfindən ödəniləcəyini bildirmişdir. 2017-ci ilin son ayları və 2018-ci ilin ilk aylarında həmin obyektlərin tikintisi başlamış və o, ilkin olaraq 10000 manat dəyərində müxtəlif təyinatlı tikinti materiallarını göndərmişdir. Bir neçə gün sonra Cavabdeh MMC-nin rəhbəri Məhərrəm Ömrümovla görüşərək Biləsuvar RİH başçısı Mahir Quliyevlə görüşdüyünü və onun tikintinin vaxtında yekunlaşması üçün Cavabdeh MMC-ni tikinti materialları ilə maneəsiz təchiz etməyi xahiş etdiyini bildirmişdir. Məhərrəm Ömrümovdan da tikinti materiallarının dəyərini Cavabdeh MMC-nin, yoxsa Mahir Quliyevin ödəyəcəyini soruşduqda o, da bunun Mahir Quliyevə aidiyyəti olmadığını, tikinti başa çatan kimi Biləsuvar RİH-nin Cavabdeh MMC-yə pul ayıracağını və Cavabdeh MMC də həmin vəsaitdən onun pulunu tam məbləğdə ödəyəcəyini bildirmişdir. Bu zaman Məhərrəm Ömrümov bir daha tələb olunacaq tikinti materiallarını dərhal göndərməsini, pula görə narahat olmamağı ondan xahiş etmişdir. O, 2018-ci ilin yanvar ayından may ayınadək olan müddətdə həmin tikinti işlərinə görə 191000 manat dəyərində müxtəlif xarakterli və təyinatlı tikinti materiallarını vermişdir. Sonradan həmin tikinti materiallarının az bir hissəsi lazım olmadığından geri qaytarılmışdır. Tikinti materiallarının pulunun ödənilməsini Məhərrəm Ömrümovdan istədikdə o, tikintinin başa çatmadığını, bu səbəbdən Biləsuvar RİH-nin Cavabdeh MMC-yə pulu tam ödəmədiyini, ödəniş edilən kimi pulu verəcəyini bildirmişdir. Bir müddət sonra tikinti yekunlaşmış, lakin ölkə başçısının Biləsuvar rayonuna səfəri təxirə salındığından obyektlərin açılışı baş tutmamışdır. Məhərrəm Ömrümov bunları əsas göstərərək pulun ödənilməsi üçün ondan bir az da gözləməsini xahiş etmişdir. Bir müddətdən sonra pulun ödənilməyəcəyindən narahat olaraq bir neçə dəfə Biləsuvar RİH başçısı Mahir Quliyevlə görüşmüş, sonuncu da hissəhissə məbləğlərdə Məhərrəm Ömrümova ödəniş edildiyini, pulu ondan tələb etməsini məsləhət bilmişdir. 19 sentyabr 2018-ci il tarixdə ölkə başçısı hər iki obyektin açılışını etmiş və obyektlər istifadəyə verilmişdir. Lakin buna baxmayaraq Cavabdeh MMC-nin rəhbəri Məhərrəm Ömrümov müxtəlif bəhanələrlə tikinti materiallarının pulunu verməmişdir. O, 2020-ci ilin əvvəllərində yenidən sabiq icra başçısı Mahir Quliyevlə görüşdükdə o, ödəniləcək pulun Cavabdeh MMC-nin hesabına köçürüldüyünü, Məhərrəm Ömrümovun onun pulunu verəcəyini bildirmişdir. Bundan sonra bir neçə dəfə Məhərrəm Ömrümovla telefon danışığı apardıqdan sonra o, gəlib onunla görüşəcəyini və qarşılıqlı hesablaşma aparacaqlarını demişdir. Bir müddət sonra Məhərrəm Ömrümov, ondan tikinti materiallarını qəbul edən iş icraçısı X13 və Biləsuvar RİH-nin Mənzil İstismar Sahəsinin rəisi işləyən X6 ilə birlikdə onun iş yerinə gələrək qarşılıqlı hesablaşma aparmış və sonda 191000 manat dəyərində tikinti materialı verilməsi, bundan 35000 manat dəyərindəki tikinti materiallarının geri qaytarılması, Cavabdeh MMC-nin ona 156000 manat borcu qalması barədə razılığa gəlmişlər. X15 tikinti işlərinə görə Biləsuvar RİH-dən 800000 manat aldığını, icra hakimiyyətinin ona 200000 manat borclu qaldığını, qalan pulu alan kimi onun pulunu ödəyəcəyini bildirmişdir. O, aralarında belə razılaşmanın olmadığını, pulun çoxdan ona ödənilməli olduğunu deyərək pulu tələb etmişdir. O, daha sonra Mahir Quliyevlə görüşərək Məhərrəm Ömrümovun dediklərini ona çatdıraraq pulunun ödənilməsinə köməklik göstərməsini xahiş etdikdə Mahir Quliyev də tikintiyə görə pulun hamısının Cavabdeh MMC-yə ödənildiyini və pulun verilməsi üçün Məhərrəm Ömrümovla danışacağına söz vermişdir. Lakin bu günə qədər Cavabdeh MMC borclu olduğu 156000 manatı ödəməmişdir. 2020-ci ildən başlayaraq Cavabdeh MMC-nin rəhbəri Məhərrəm Ömrümovun ona ödəməli olduğu vəsaiti mənimsəməsi və başqa cinayət faktları ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmiş, bu müraciətlər əsasında Biləsuvar RPŞ-nin İstintaq bölməsində araşdırma başladılmışdır. Araşdırma zamanı Məhərrəm Ömrümov iddia ərizəsində qeyd edilən faktların bir hissəsini, yəni həqiqətən tikinti işlərini apardığını, tikintinin İddiaçı tərəfindən verilmiş tikinti materialları əsasında aparıldığını, zəruri olmayan tikinti materiallarının 35000 manat dəyərindəkinin geri qaytarıldığını, təchiz edilmiş tikinti materiallarından 156000 manatın borclu qaldığını və başqa faktları etiraf edib. Lakin ona borclu olmadığını bildirərək pulu ödəməkdən imtina etmişdir. Ancaq şikayəti üzrə obyektiv və ədalətli araşdırma aparılmayaraq, Biləsuvar RPŞ-nin İB-si şikayətdə qeyd edilmiş faktlarda cinayət əlamətlərinin olmaması, yəni mülki xarakterli olması səbəbindən mülki qaydada məhkəməyə müraciət edilməli olmağı tövsiyə edərək cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Həmçinin Cavabdeh MMC-nin rəhbərliyinin qanunsuz hərəkətsizliyi ilə ona çatmalı olan vəsaiti özündə saxlamaqla onun kommersiya fəaliyyətinə xeyli ziyan vurmuş, ödəniləcək pulu vaxtında ödəmədiyindən o əldə edə edəcəyi gəlirdən məhrum olmuşdur və bunu da 50000 manat məbləğində maddi zərər kimi qiymətləndirir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-nin işçisi, briqadiri kimi hər iki binanın tikintisində iştirak etmiş, Biləsuvar rayonunun icra başçısı tərəfindən ona kömək də verilmiş, onun kimi 4-5 nəfər başqa briqadir də işləmişdir. Belə ki, Mahir müəllim bir çox adam yığmışdı ki, binalar tez tikilib qutarsın. Binaları tamamilə, yəni axıra qədər Cavabdeh MMC tikmişdir. Binaların özünü də, içini də onlar tikmişdir. Komputer sistemini də onlar təmin etmişlər. Əvvəlcə nə lazim idisə materillar Bakı şəhərindən gəlmiş, materialları Mahir müəllim təşkil etmişdir. Çatışmayan təcili lazım olan materilları isə rayonun özündən göndərtdirmişdir. Adıgözəl müəllim, habelə Məhərrəm müəllimin özü zəng edib sifariş vermiş, materilları göndərilmişdir. Adətən malları İddiaçı göndərmişdir. İddiaçı taxta, armatur, kafel, metlak, aboy, kraska, emulsya, şunur və digər materiallar göndərmişdir. Çöl fasadı, büst, içərinin aksesuarından başqa, təxminən tikintiyə gələn 20 vaqon sementi, tikintinin betonunun materiallarını İddiaçı verməmişdir. Əvvəlcə gətirilən malların qeydiyyatının aparılması Adıgözəl müəllimə tapşırılmışdı. 4-5 ay belə davam edəndən sonra, lazım olanda özü gedib malları götürüb gəlmişdir. İddiaçı sifarişi tək o deyil, digər işçilər də vermişdir. İddiaçı tikintiyə materialın verməsi tapşırığını kimin verdiyini bilməmişdir, yəgin ki icra başçısı tapşırıq vermişdir ki, İddiaçı də malları göndərmişdir. Malların dəyərinin kim tərəfindən ödəniləcəyi ilə bağlı isə məlumatı olmamışdı. Mahir müəllim onlara demişdi ki, “Nə lazım olsa İddiaçı zəng edin, o da göndərsin”. Onlar da zəng etdiyindən İddiaçı malları göndərmişdi. Göndərilən materiallarla bağlı dəftər-kitab İddiaçı olmuş, bir dəfə İddiaçı götürüb 50-60 faizini o də yazmışdı. Özü bu barədə dəftər tutmamışdı. Daha sonra yazmamışdır, çünki İddiaçı Mahir müəllim tapşırıq vermişdi, İddiaçı nə göndərməsi, dəftərə nə yazması onları o qədər də əlaqədar etməmişdi. Malları o da, digər işçilər də təhvil almış, fermanın ölçüsünü isə İddiaçı özü və işçisi gəlib ölçüb getmişdi. Onda olan dəftərdə fəhlələrin adları, əmək haqları olmuş, İddiaçı dəftərinə və ya hər hansı sənədə qol çəkməmişdir. Materillar hər hansı sənəd əsasında təhvil verilməmişdir. Heç bir mədaxilməxaric aparılmamışdır. Tikintidə 300 nəfərə yaxın işçi işləmiş, nə material gəlsə, dərhal istifadə olunmuşdur. O bina rayon üçün tikilmiş, Mahir müəllimin tapşırığı ilə həmin tikintilərə hər kəs köməklik göstərmişdi. Binaların tikintisində başqa şirkət işləməmiş, ancaq işçisi kimi çox adam işləmişdi. Əmək haqqlarını isə Məhərrəm Ömrümov vermişdi. İddiaçı göndərdiyi materillardan tikintidə işləyən hər kəs istifadə etmişdir. Binanın smetası olmamış, binalar tez bir zamanda təhvil veriləcəyindən tələsik, smetasız, sənədsiz tikinti aparılmışdı. Onlardan qabaq binaların fundamenti tikilmiş, hasar çəkilmiş, İddiaçı hasarın dəmirlərini onlardan qabaq göndərmişdi. Onlardan əvvəl iş görülsə də, işlər düzgün gürülmədiyindən yenidən fundament qazdırılmışdır. Əvvəlcə mallar gələndə bir kağızda nə qədər mal gəldiyi yazılmış, Adıgözəl müəllim həmin kağızları yığmışdı. Çünki İddiaçı mağazasından başqa yerlərə də material getmişdi. Onların hesabatını Adıgözəl müəllim aparmış, Adıgözəl müəllim 3-4 ay işlədikdən sonra yorulduğunu bildirmiş, ondan sonra onlar şifaris vermiş, lazım olanda özü İddiaçı mağazasına getmiş, nə lazim olsa sifariş vermişdir. İddiaçılə Məhərrəm müəllimin arasında malların alınması və pulunun verilməsi barədə hər hansı razılaşma olması barədə məlumatı olmamışdır. X17 İsayevə material göndər deməmiş, Mahir müəllim Adıgözələ tapşırmış, ona görə də materialları onlar ikisi, yəni o və Adıgözəl sifariş vermişlər. Tikintiyə gələn malların sayı və qiyməti barədə hesablaşma o məqsədlə aparılmışdır ki, Mahir müəllim İddiaçı verdiyi malların pulunun nə qədər təşkil etdiyini soruşmuşdur. O da İddiaçı gələn malların qiymətinin nə qədər olmasını hesablamağı demişdir. Verilən malların qiymətini hasablamışlar, malların qiyməti 153000 manat çıxmışdır. İddiaçı də hesablamış, 156000 manat olduğunu bildirmişdir. İddiaçı hesabı ilə 156000 manat ona pul verilməli idi. O, İddiaçı Mahir müəllimdən pulunu alması üçün demişdir ki, İddiaçı bu qədər pul verilməlidir. Həmin pulu İddiaçı Mahir müəllim verməli idi. Ancaq o dəqiq bilmir ki, nə qədər mal gəlibdir. Onların arasında olmayan məsələlər idi bunlar. Çünki mal başqa tikintilərə də göndərilirdi. Məsəl üçün elə olurdu 2 top şunur gəlib çıxmırdı, İddiaçı soruşduqda başqa yerə göndərildiyini bildirmişdir. Mahir müəllimin otağında danışıq gedərkən orada olmuş, X16 müəllimdən İddiaçı pulunu kimin verəcəyini soruşmuş, Mahir müəllim də İddiaçı pulunu özü verəcəyini bildirmişdir. Mahir müəllim həmçinin onlara demişdir ki, əgər onların pulunu tam versə, onda İddiaçı pulunu onlar verəcəklər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, sürücü işləyir, nəqliyyat vasitəsi ilə Azər müəllimin mağazasının qabağında dayanır. Azər müəllimin tapşırığı əsasında idarə etdiyi nəqliyyat vasitəsi ilə tikinti materialları, məsəl üçün taxta, armatur, tavana vurulan materillardan və s. materillar aparıb “Gənclər evi”nə və “Bayraq muzeyi”nə boşaltmışdır. Materialların qiymətini, miqdarını bilməmişdir. Ona nə malları təhvil alanda, nə də təhvil verəndə təhvil-təslim aktı verilməmişdir. Sadəcə malları aparıb vermişdir. Apardığı materiallarla bağlı əlində qaimə olmuş, həmin qaimələri Azər müəllim yazmış, bir nüsxə olmuş, malı sayıb təhvil alana təqdim etmişdir, ona geri qaytarmaq üçün başqa sənəd verilməmişdir. Malları təhvil verdiyi şəxsləri isə tanımır. Ona maraqlı olan hər dəfə mal aparanda aldığı 12 manat olmuş, ona görə binanın kim tərəfindən tikilməsi, pulunun kim tərəfindən verilməsi ilə maraqlanmamışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2018-2019-cu illərdə onun iştirakı ilə tikinti malları mağazadan çıxarılıb tikinti gedən binalara göndərilmişdir. Malları o sayıb təhvil vermiş, mağazanın qabağındakı sürücülər aparmışdır. Malların binaların tikintisində istifadə edilməsi üçün göndərilməsi sifarişi Azər müəllimə verilmiş, Azər müəllim də ona tapşırıq vermişdir. Elə də olmuşdur ki, malları Elşan müəllim mağazaya gəlib Azər müəllimə sifariş vermişdir. Armatur, taxta, kraska, elektrik avadanlıqları və digər materillar göndərilmişdir. Gündə 2 dəfə, 3 dəfə material göndərilmişdir. Malların təhvil verilməsi ilə bağlı hər iki tərəfin dəftərləri olmuş, hər dəfə dəftərlərdə qeydiyyat aparılmışdır. Onların dəftərlərində Elşan müəllimin imzası olmamışdır. Malların qaiməsi 1 ədəd tərtib olunmuş, sürücüyə verilmiş, sürücü isə Elşan müəllimə vermişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, iş materiallarından göründüyü kimi, hazırki iş üzrə tərəflər arasında hər-hansı bir formada bağlanmış müqavilə mövcud deyildir. İşin hallarından görünür ki, iş üzrə iddiaçı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyev arasında şifahi razılaşma olmuşdur ki, həmin razılaşma ilə də, üçüncü tərəf kimi Cavabdeh MMC adından onun direktoru Məhərrəm Ömrümov hansısa bir öhdəlik götürməmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə iddiaçı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyev arasında şifahi formada bağlanmış müqavilənin şərtlərini təfsir edərkən, səhv təfsir etmiş, həmin razılaşma ilə Cavabdeh MMC tərəfindən hər hansı bir öhdəlik götürülmədiyi halda, müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsi öhdəliyini, müqavilə tərəfinə deyil, həmin müqavilə üzrə hər hansı bir məsuliyyət daşımayan tərəfin üzərinə qoymuşdur. İşə baxan məhkəmə işə tərəflərin bərabərliyi və faktlar əsasında deyil, iddiaçının subyektiv fikirləri əsasında baxmışdır. İddiaçı iddia tələbinin əsasını təşkil edən halları təsdiqləyən sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iddianı təmin edərək cavabdehin üzərinə öhdəlik qoyan zaman cavabdehin iddiaçı qarşısında öhdəlik daşıyacağı barədə hansı öhdəliyi daşıyacağına vəd verdiyini sübut etməmiş, bu halın olub-olmamasını hərtərəfli və tam araşdırmamışdır. Bununla da, məhkəmə nəticəyə gələrkən qanunsuzluğa yol vermişdir. Məhkəmə iddiaçı ilə iş üzrə cavabdeh arasında hansısa bir razılaşmanın olmadığını, iş üzrə iddiaçı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyev arasında razılaşmanın olduğunu müəyyən etmiş, lakin işin bu halının sübut olunması üçün prosessual hərəkətləri etməmişdir. Cavabdeh MMC Biləsuvar rayon İcra Hakimiyyətinə qarşı 18 dekabr 2017-ci il tarixli, KM.BM20/12/17/01 nömrəli müqavilə üzrə öhdəliyin yerinə yetirilməsi tələbinə dair Şirvan Kommersiya Məhkəməsində iddia qaldıraraq “450000,00 (dörd yüz əlli min) manat əsas borcun, bir il üçün 22.500 (iyirmi iki min beş yüz) manat olmaqla iki il üçün 45.000 (qırx beş min) manat faiz borcunun, 310 manat hüquqi xidmət üçün ödənilmiş vəsaitin və 15 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin Biləsuvar rayon İcra Hakimiyyətindən tutularaq Cavabdeh MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2- 2(121)-343/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-54/2022 saylı 17 may 2022-ci il il tarixli qətnaməsi ilə Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-343/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli qərarı ilə Şirvan Apellyasiya Məhkəməsinin 2-2(106)-54/2022 saylı iş üzrə 17 may 2022-ci il il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir. Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-343/2021 saylı iş üzrə xx.xx.2021-ciil tarixli qanuni qüvvəsini almış qətnaməsində göstərilir ki, yuxarıda adı çəkilən qeyri-yaşayış obyektləri Biləsuvar rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına inşa edilmişdir. Qeyd edilən qətnamə məhkəməyə təqdim edilsə də, məhkəmə sübutu götürməkdən imtina etmiş, işin hərtərəfli və obyektiv araşdırılması, qanuni və əsaslı məhkəmə qərarının qəbul edilməsinə şərait yaratmamışdır. İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli və iddia tələbinin tam həcmdə təmin edilməsi üçün yeni qətnamə çıxarılmalıdır. Belə ki, cavabdeh qanunsuz hərəkətsizliyi ilə iddiaçıya çatmalı olan vəsaiti özündə saxlamaqla iddiaçıya maddi zərər vurub. Cavabdeh iddiaçıya çatmalı olan vəsaiti özündə saxlamaqla vurduğu ziyan həmin dövr üçün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi inflyasiya və faiz dərəcələri nəzərə alınmaqla ödənilməlidir. İddiaçının biznes fəaliyyəti ilə məşğul olduğunu, cavabdehin ödəməli olduğu vəsaiti biznes üzrə dövriyyədə istifadə etməyini və həmin məbləğin vaxtında ödəniləcəyi halda həmin vəsait hesabına əlavə gəlir əldə ediləcəyini nəzərə alsaq, malın dəyərinin vaxtında ödənilməməsi səbəbindən əldə ediləcək real gəlirdən o, məhrum olmuşdur. Onun haqlı tələbini məhkəmə təmin edərək cavabdeh tərəfindən 156.000 manat ödənilməsini təmin ertmişdir. Bir halda ki, pul vəsaitinin uzun müddət cavabdehdə qalmasını məhkəmə qətnaməsi ilə təsdiq etmişdir, həmin vəsaitin onda qalmasına görə də ona əldən çıxmış faydaya görə də təzminat ödənməlidir. Məhkəmə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyənləşdirdiyi qaydada bank uçot dərəcəsini və infilyasiya üzrə hesablama cədvəlini nəzərə almaqla, pulunun cavabdehdə qaldığı müddəti nəzərə alaraq əldən çıxmış faydaya görə tələbini təmin etməli idi. O, iddia tələbini təkzib edilməz sübutlarla sübut etmişdir. Məhkəmə bu sübutlara əsasən iddianın təmin edilməsi qərarına gəlmişdir. Lakin 1-ci instansiya məhkəməsi təqdim edilmiş bütün sübutlara məcmu halında, obyektiv qiymət versə idi iddianın ikinci hissəsinin də təmin edilməsi qənaətinə gələrdi. Birinci instansiya məhkəməsinin qətnaməsində iddia tələbinin ikinci hissəsi əsaslandırılmayıb. Bu zaman məhkəmə iddiaçının və onun vəkilinin məhkəmə iclaslarında bildirdiyi əsaslı arqumentləri və iş üçün başqa əhəmiyyətli halları nəzərə almayıb. Apellyasiya şikayətləri üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş iclasına gəlməmiş, cavabdehin vəkili məhkəməyə ərizə göndərərək digər məhkəmə iclaslarında iştirak etdiyinə görə məhkəmə iclasına gələ bilmədiyini, ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş, cavabdehin özü və iddiaçının vəkili isə hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclası hər iki tərəfin razılığı ilə xx.xx.2023-cü il tarixə təxirə salındığına görə Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayəti müdafiə edərək, cavabdehin apellyasiya şikayətinə etiraz edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-64/2023 saylı qətnaməsinin dəyişdirilməsi, iddianın tam həcmdə təmin edilməsi, yəni cavabdeh tərəfindən öhdəliyin vaxtında icra edilməməsi nəticəsində vurduğu 50.000 manat məbləğində pulun da iddiaçıya ödənilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh direktoru X4 və cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 verdikləri apellyasiya şikayətini müdafiə edib, iddiaçının apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın rədd edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbaycan Respublikasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 18 dekabr 2017-ci il tarixli KM.BM20/12/17/01 nömrəli mallar (işlər və xidmətlər) üzrə satınalınma müqaviləsindən görünür ki, sifarişçi Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı X14 ilə icraçı Cavabdeh MMC-nin direktoru X4 arasında Biləsuvar rayonunda “Gənclər Evinin” və “Bayraq Muzeyinin” inşaat işlərinin yerinə yetirilməsi ilə bağlı müqavilə bağlanmış, icraçı inşaat işlərinin yerinə yetirilməsini öz üzərinə götürmüş, yerinə yetiriləcək işlərin ümumilikdə dəyərinin satın alınması üçün icraçının təqdim etdiyi 1 350 500,0 qiymət təklifini qəbul etmişdir. İcraçı müavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan tender şərtlərində nəzərdə tutulmuş “Gənclər Evinin” və “Bayraq Muzeyinin” inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərinin təhvil verilməsini öhdəsinə götürmüşdür. İş materiallarında olan Biləsuvar RPŞ-nin İB-nin 22 avqust 2020-ci il tarixli “Cinayət işi başlanılmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı şikayəti əsasında toplanmış material üzrə cinayət hadisəsi olmadığına görə cinayət işi başlanması rədd edilmiş, şikayətçiyə izah edilmişdir ki, Biləsuvar şəhərində inşa edilmiş “Bayraq Muzeyi” və “Gənclər Evi” obyektlərinin tikintisi üçün nisyə verdiyi tikinti materiallarının pulunu tələb etməsi ilə bağlı X3 və digərilərinə qarşı pul tələbi mülki xarakterlidir və bununla bağlı mülki qaydada rayon məhkəməsinə müraciət edə bilər. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş bir ədəd audio disk tədqiq edilmiş, audio yazının səslənməsi zamanı müəyyən edilmişdir ki, İddiaçı, X4 və X13 arasında müxtəlif növdə inşaat materiallarının sayı və qiyməti barədə müzakirələr gedir. X2 Azər Mirəzim oğlunun açotunun düz olmasını, ona olan borcun 156000 manat olmasını qeyd edir. X1 İddiaçı pulunu Mahir Quliyevdən almasını tövsiyə edir, Mahir Quliyevin özü bilər, özü verməsini bildirir. Məhkəmə iclasında təqdim olunmuş Cavabdeh MMC-nin direktoru X4 tərəfindən tərtib edilmiş “Bayraq muzeyi” və “Gənclər evi”nin tikintisinə çəkilmiş və ödənilməli olan pul məbləği ilə bağlı vərəqdəki qeyddən də görünür ki, Cavabdeh MMC-nin direktoru X4 hesablaşma apararaq Azərə (iddiaçıya) çatası pul məbləğinin 156 000 manat olduğunu göstərmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, iddiaçı vergi orqanında qeydiyyatdan keçərək fərdi sahibkar statusu əldə etməklə (VÖEN**********) Biləsuvar şəhərində tikinti materiallarının satışı ilə məşğul olmuşdur. O, 2017-ci ilin sonunda Biləsuvar rayon İcra hakimiyyətinin hazırda sabiq başçısının 2018-ci ilin əvvəllərində Biləsuvar şəhəri ərazisində Cavabdeh MMC tərəfindən inşa ediləcək “Gənclər Evi” və “Bayraq Muzeyi” binalarında tikinti işlərinin qısa müddətdə yekunlaşmasının təmin edilməsi üçün Cavabdeh MMC-ni nisyə olaraq, yəni inşa ediləcək binaların 2018-ci ilin may ayında açılışı olanadək müəyyən inşaat materialları ilə təmin edilməsi təklifini nəzərə alaraq daxil olmuş sifarişlər əsasında həmin tikinti obyektlərini Cavabdeh MMC tərəfindən vaxt məhdudluğuna görə kənardan gətirə bilmədiyi inşaat materialları 191 000 manat dəyərində inşaat materialları ilə təmin etmişdir. Hər iki obyektdə tikinti işləri 2018-ci ilin may ayında başa çatmışdır. Ona görə də o, nisyə verilmiş malların pulunu tələb etməyə başlamış, Cavabdeh MMC-nin rəhbəri olan Məhərrəm Ömrümov İcra hakimiyyətinin tikintinin pulunu ödəyəcəyini və həmin məbləğdən ona çatası pulu verəcəyini bildirmiş, lakin buna qədər tikintidə istifadə olunmamış və cavabdehin sifarişi ilə kənardan gətirilmiş ümumilikdə 35 000 manat dəyərində inşaat materialları borcun əvəzi kimi ona qaytarılaraq 191 000 manatdan çıxılmış, ödənilməsi üçün cavabdehin ona 156 000 manat borcu qalmışdır. Hər iki obyektin açılışı 2018-ci ilin sentyabr ayında baş tutmuş, bundan sonra cavabdehə sonuncunun bildirdiyinə görə 800 000 manat pul verilmişdir. Cavabdeh "xxxx" MMC-nin rəhbəri Məhərrəm Ömrümov pulunun tam ödənilmədiyini bəhanə edərək ona, yəni ona məxsus inşaat materialları mağazasına borclu qaldığı 156 000 manat pulu hər iki obyektin pulu tam ödənildikdən sonra verəcəyini bildirmiş, hətta özü dəftər vərəqində apardığı hesablamada icra hakimiyyətindən tikinti işlərinə görə alacağı puldan 156 000 manat hissəsinin Azərin pulu olduğunu göstərmiş, Məhəmməd Ömrümov məhkəmə kollegiyasının iclasında da verdiyi izahatında həmin qeydləri özü etdiyini etiraf edərək “Azər - 156 000 manat” qeydini etməkdə məqsədinin iddiaçının İcra hakimiyyəti başçısından almalı olduğu məbləği göstərmək olduğunu bildirmişdir ki, onun bu kimi izahatı inandırıcı deyildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə mübahisələndirilən birinci məsələ İddiaçı tərəfindən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşa edilməsi üçün tikinti materiallarının verilməsi ilə bağlıdır. Qeyd edilən halla bağlı Cavabdeh MMC-nin direktoru X2 Azər Mirəzim oğlundan hər hansı tikinti materialı almadığını, gördüyü işlərə sərf olunmuş materilları özü təmin etdiyini ilkin izahatında göstərsə də, inşa edilən “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisi üçün İddiaçı tərəfindən müxtəlif adda tikinti materiallarının göndərilməsi iddiaçının izahatı ilə yanaşı Məhərrəm Ömrümovun izahatı, habelə şahid ifadələri, xüsusilə də tikinti işlərini aparan Cavabdeh MMC-nin işçisi olmuş şahid X8 ifadəsi ilə təsdiq olunur. Digər tərəfdən isə Məhərrəm Ömrümov həmin materialları özü təmin etdiyini izahatında göstərsə də bunu təsdiq edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa mübahisləndirilən ikinci məsələ İddiaçı tərəfindən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşa edilməsi üçün verilən tikinti materiallarının qiyməti ilə bağlıdır. Belə ki, iddiaçı 191000 manat dəyərində müxtəlif adda tikinti materialları verdiyini bildirmiş, istifadə olunmayan materiallar ona göndərildikdən və ümumi məbləğdən çıxıldıqdan sonra cəmi 156000 manat dəyərində tikinti materiallarının göndərildiyini iddia etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə şahid qismində dindirilmiş X13 ifadəsində İddiaçı tərəfindən göndərilən materialların pulunu hesabladıqlarını, həmin məbləğin 153000 manat təşkil etdiyini, lakin İddiaçı həmin məbləğlə razı olmayaraq göndərdiyi materialların qiymətinin 156000 manat olmasını bildirdiyini qeyd etmişdir. Həmçinin məhkəmə iclasında tədqiq edilən audio yazı ilə müəyyən edilir ki, göndərilən materialların sayı və qiyməti ilə bağlı müzakirələr aparılmış və tərəflər yekun olaraq materialların qiymətinin 156000 manat olması ilə bağlı razılaşırlar. Həmçinin mübahisləndirilən üçüncü məsələ ondan ibarətdir ki, iddiaçı göndərdiyi materialların pulunun veriləcəyi ilə bağlı Cavabdeh MMC-nin direktoru X4 ilə razılaşdığını, sonuncu isə İddiaçılə bununla bağlı hər hansı müqavilə bağlamadığını, aralarında heç bir razılaşma olmadığını, İddiaçı tikintiyə materialları verməsini Biləsuvar rayonun keçmiş icra başçısı Mahir Quliyevin təkidi ilə verdiyini və həmin materialların pulunu da Mahir Quliyev özü ödəyəcəyinə dair razılaşdığını və İddiaçı pulunu ancaq Mahir Quliyevdən tələb etməli olmasını izahatında bildirmişdir. Qeyd edilən halla bağlı məhkəmə bildirir ki, sözügedən “Gənclər evi” və “Bayraq muzeyi”nin inşaat işlərinin, kommunikasiya xətlərinin çəkilməsi, avadanlığın quraşdırılması işlərini müqavilə əsasında öz üzərinə götürmüş icraçı həmin tikintiyə sərf edilmiş inşaat materiallarının dəyərini satıcısına ödəməlidir. Materialların kimin göstərişi və ya xahişi ilə verilməsi isə qeyd edilən nəticəni dəyişdirmir. Eyni zamanda qeyd olunmalıdır ki, mülki qanunvericilikdə tərəflər arasında hüquq və vəzifələrin yaranması üçün yalnız müqavilənin olması təsbit edilməmişdir. Mövcud hüquq münasibətləri nisyə alqı-satqı üzrə yaranmışdır və bu zaman müqavilənin yazılı qaydada bağlanmasına dair imperativ norma yoxdur. Nə qədər ki, iddiaçı tərəfindən nisyə olaraq tikinti materialları cavabdehin özünə təhvil verilmişdir, bu zaman həmin pulun dəyərinin ödənilməsinin başqa şəxs tərəfindən həyata keçirilməli olması sübuta yetirilməlidir. Cavabdeh isə bu sübutetmə öhdəliyi vəzifəsini yerinə yetirə bilməmişdir. Onun bu barədə dəlilləri özünün subyektiv mülahizələrinə söykənmişdir ki, bu da məhkəmə tərəfindən özünümüdafiə kimi qiymətləndirilir. Ona görə də məhkəmə hesab edir ki, 156000 manat pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilməlidir. İddia tələbində iddiaçı verilən materialların pulu ona vaxtında qaytarılmadığı üçün ona 50000 manat maddi ziyan dəydiyini qeyd etsə də, qeyd edilən tələbini ümümiyyətlə əsaslandırmamış, əldən çıxamış faydanın nədən ibarət olmasını və miqdarının hansı qaydada müəyyən etməsini izah edə bilməmişdir. Ona görə də iddia həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlarla İddiaçı tərəfindən Biləsuvar şəhərində inşa edilmiş “Gənclər evi” və “Bayraq muzeyi”nin tikintisi üçün 191 000 manat dəyərində müxtəlif adda inşaat materiallarının nisyə olaraq Cavabdeh MMC-yə verilməsi, göstərilən məbləğdən 35 000 manat pul əvəzinə müxtəlif adda inşaat materialları iddiaçıya qaytarıldıqdan sonra Cavabdeh MMC-nin iddiaçıya 156 000 manat borclu qaldığı digər sübutlarla yanaşı Cavabdeh MMC-nin direktoru X4 tərəfindən həmin binaların tikintisi ilə bağlı çəkilmiş xərclə bağlı apardığı hesablaşmadakı “Azər - 156 000” qeydi ilə də öz təsdiqini tapdığından birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. İddia tələbinin maddi ziyana dair hissəsi ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələri). Sadalanan maddi hüquq normalarının tələblərinə görə, vurulmuş maddi ziyana görə məsuliyyətin yaranması üçün ilk növbədə ziyan və onun hüquqa zidd hərəkətlər nəticəsində vurulması, eləcə də hüquqa zidd hərəkətlə nəticə arasında səbəbli əlaqə mövcud olmalıdır. Həm də şəxsin məsuliyyət daşıması üçün onun hüquqazidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur. Yuxarıda qeyd edilən normaların məzmunundan görünür ki, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır və yalnız bu əsasla da ondan vurulmuş maddi zərərin əvəzi tutula bilər. Göründüyü kimi iddiaçı ona 50000 manat maddi ziyanın dəyməsini qeyd etsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməməkdə haqlı olmuşdur. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməlidir. Cavabdehin apellyasiya şikayətinə gəldikdə kollegiya aşağıdakıları qeyd edir: Birincisi, cavabdeh qeyd edir ki, tərəflər arasında hər-hansı bir formada bağlanmış müqavilə mövcud deyildir. iş üzrə iddiaçı ilə Biləsuvar Rayon İcra Hakimiyyətinin sabiq Başçısı Mahir Quliyev arasında şifahi razılaşma olmuşdur ki, həmin razılaşma ilə də, üçüncü tərəf kimi Cavabdeh MMC adından onun direktoru Məhərrəm Ömrümov hansısa bir öhdəlik götürməmişdir. Cavabdehin nümayəndəsinin məhkəmə instansiyalarında verdiyi izahatlardan, verdiyi apellyasiya şikayətindən, həmçinin cavabdehin özünün istinad etdiyi Şirvan Kommersiya Məhkəməsinin e-2-2(121)-343/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinin məzmunundan da göründüyü kimi Cavabdeh MMC adından onun direktoru X9 şəhərindəki “Bayraq muzeyi” və “Gənclər evin”nin Cavabdeh MMC tərəfindən inşa edildiyini, razılaşdırılmış məbləğdən ona 900 000 manat pul ödənilsə də, 450 000 manatın ödənilmədiyini göstərmiş, tərəfindən tikintiyə çəkilmiş xərclərlə bağlı hesablaşma – qeydində Məhərrəm Ömrümov həmin məbləğdən 156 000 manatın Azərə (iş üzrə iddiaçıya) çatacaq məbləğ olduğunu göstərmişdir, yəni İddiaçı nisyə olaraq vermiş olduğu inşaat materiallarının dəyərini də alacağı məbləğin tərkibi hesab etmişdir. İkincisi, cavabdeh iddiaçı ilə onun arasında hər hansı razılaşmanın olmadığını vurğulayır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Çünki iddiaçıya məxsus inşaat materialları mağazasından nisyə olaraq alınmış malların dəyərinin cavabdeh tərəfindən ödəniləcəyi ilə bağlı iddiaçı ilə cavabdeh arasında razılaşma olmasaydı cavabdeh X7 verdiyi iddia ərizəsi ilə həmin məbləği də tikintiyə tərəfindən çəkilmiş xərc kimi tələb etməzdi və həmin məbləği hesablaşma qeydinə göstərməzdi. Bundan başqa hazırkı iş üzrə iddiaçı ilə danışıqda iştirak edib, iddiaçıya ödənilməli olan məbləğin 156 000 manat təşkil etməsi ilə bağlı razılığa gəlməzdi. Odur ki, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərini birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas saymır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də hər iki apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-64/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şamil Rzaquliyev Hakimlər Loğman Süleymanov İslam Həsənov
Məhkəmə qərarları › İş №2-2(104)-116/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-116/2023
12.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver