Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-120/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndələri X3 və X4 iştirakı ilə, İlkin iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-24/2025 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ASC-nin nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-24/2025 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən istifadə olunmuş təbii qaza görə yaranmış 344124 (üç yüz qırx dörd min yüz iyirmi dörd) manat 07 (yeddi) qəpik borc məbləği tutularaq Cavabdeh Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülməsi, qarşılıqlı iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan ilkin iddia üzrə İddiaçı ASC (qarşılıqlı iddia üzrə cavabdeh) apellyasiya şikayəti verərək, ilk iddianın təmin edilmədiyi hissədə və qarşılıqlı iddianın təmin edildiyi hissədə ləğv edilməsini, ilkin iddianın təmin edilməsinə, qarşılıqlı iddianın isə rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı MMC-yə əsassız hesablanmış 344124,57 manat borcun silinməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Samux rayonu, İstixana kəndində olan kənd təsərrüfatı fəaliyyəti ilə bağlı istehlakçı kimi Cavabdeh İB-lə abonent müqaviləsi bağlanılmışdır. Hazırda cavabdeh tərəfindən istehlakçı İddiaçı ASC-yə aidiyyəti olmayan, əsassız və qanunsuz olaraq 344124,57 manat borc hesablanmışdır. Borcun hesablanması ilə bağlı onlara hər hansı sənədlər təqdim edilməmişdir. Borcun mövcudluğunu cavabdeh, tərəflərindən onlara qarşı iddia tələbi irəli sürülən başqa kommersiya mübahisəsi zamanı təqdim etdiyi qarşılıqlı iddia ərizəsində də bildirmişdir. İstehlakçıya borcun hesablanması qanunsuz və əsassız olduğu üçün hesablanmış borc cavabdeh tərəfindən silinməlidir. İlk iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh İB qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd olunmasına, istifadə edilmiş və məhkəmədə mübahisələndirilən təbii qaza görə yaranmış 344124,57 manat debitor borcun İddiaçı ASC-dən tutularaq Cavabdeh İB-nin müvafiq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh İB-lə ilə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixli müqavilə bağlanmışdır. Müqavilə əsasında İddiaçı ASC-yə məxsus istixanaya “Elster” G-1600TRZ EK-230, “Elster” G1600TRZ EK-230 və “Elster” G-16 RVG EK-220 markalı sayğaclar quraşdırılmış və istixana təbii qazla təchiz edilmişdir. İddiaçı ASC bağlanmış müqavilənin şərtlərini pozaraq istixanada istehlak etdiyi təbii qazın dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2023-cü il tarixinə 344124,57 manat, xx.xx.2024-cü il tarixinə isə sayğac üzrə 756689,18 manat borcu yaranmışdır. Birinci instansiya məhkəməsi yuxarıda göstərilən məhkəmə aktını qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ilk iddianın təmin edilmədiyi hissədə və qarşılıqlı iddianın təmin edildiyi hissədə qanunsuz və əsassız qətnamə qəbul edildiyi tam təsdiq edilir. Belə ki, birinci instansiya məhkəməsi qətnamədə qeyd edir ki, “Göründüyü kimi abonentin təbii qazdan istifadəsinin 01/2020-ci ildən əvvəldən başlaması, dövri olaraq sərfiyyat və ödəniş olması abonentin hər iki saldosundan görünür. Davamlı olaraq sərfiyyat və ödəniş aparıldığı üçün 344124,07 manat borc məbləğinin məhz hansı illəri əhatə etməsi isə iş materialları ilə müəyyən edilmir.” Beləliklə, məhkəmə qarşılıqlı iddia tələbində göstərilmiş məbləğin hansı illəri əhatə etməsini müəyyən edə bilmədiyini etiraf etmişdir. Buna baxmayaraq, heç bir əsas olmadan məhkəmə qətnamədə göstərir ki, İddiaçı ASC xx.xx.2021-ci il tarixdə Cavabdeh İB-nə 1090810,14 manat məbləğində borcunun olmasını qəbul etmiş, borcu etiraf edərək hissəhissə ödənilməsi ilə bağlı Cavabdeh İB-lə razılaşmışdır. Abonentin hər üç saldosona nəzər saldıqda görünür ki, 11/2021-ci il tarixə abonent kodu **********00000 olan saldo üzrə 302942,78 manat, abonent kodu **********00068 olan saldo üzrə 732093,60 manat, abonent kodu **********00001 olan saldo üzrə 431,43 manat borcun olması göstərilir. Hazırda mübahisələndirilən iki saldo üzrə borc məbləğləri xx.xx.2021-ci il tarixdə İddiaçı ASC tərəfindən etiraf edilən borc məbləğlərinə aiddir.” Hesab edirlər ki, məhkəmənin qeyd etdiyi iş materiallarında olan 12 noyabr 2021-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolunda xx.xx.2021-ci il tarixinə 1090810,14 (bir milyon doxsan min səkkiz yüz on manat on dörd qəpik) manat məbləğində borcun olması qeyd edilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, İddiaçı ASC-nin Cavabdeh İB-nə həmin tarixə 940810,14 manat borcun qalması göstərilir. Yuxarıda qeyd edilən sənədlərdə və məhkəmənin saldolar üzrə hesablamalarında göstərilən rəqəmlərin fərqli olması ilə yanaşı, birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflər arasında razılaşma protokolu və üzləşmə aktının olmasına baxmayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e2- 2(113)-923/2022 saylı qətnaməsi ilə İddiaçı ASC-nin iddiası qismən təmin edilmiş 432096,90 manat hesablanmış dəymiş ziyanın abonent tərəfindən silinməsi, ödənilmiş 250.000 manat vəsaitin geri qaytarılması barədə qətnamə qəbul edilmişdir. Həmin qətnamə hazırda qüvvədədir. Eyni zamanda, işə baxan hakim tərəfindən də, borcun silinməsinə dair e-2-2(115)-71/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnamə qəbul edilmiş və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə hesablanmış 475807 (dörd yüz yetmiş beş min səkkiz yüz yeddi) manat 14 (on dörd) qəpik məbləğində borc İddiaçı Açıq Səhmdar Cəmiyyətinin abonent hesabından silinmişdir. Qarşılıqlı iddia ərizəsində göstərilən məbləğin hansı illəri əhatə etməsini müəyyən edə bilməyən birinci instansiya məhkəməsi saldolara münasibətdə fərqli rəqəmlər göstərilmiş, xx.xx.2021-ci il tarixli razılaşma protokoluna və eyni tarixli üzləşmə aktına əsaslansa da, nəzərə almamışdır ki, həmin sənədlərdə göstərilən borc məbləğlərinin sonradan məhkəmə qətnaməsi ilə qanunsuz hesablanması müəyyən edilmiş və silinmişdir. Bu hal isə hazırkı iş üzrə məhkəmənin əsaslandığı xx.xx.2021-ci iltarixli razılaşma protokolunun və eyni tarixli üzləşmə aktınının etibarsız (əhəmiyyəsiz) olduğunu təsdiq edir. Yəni İddiaçı Açıq Səhmdar Cəmiyyətinin sədri tərəfindən imzalansa da, hesablamalar məhkəmə tərəfindən sonradan qanunsuz hesab edildiyindən və silindiyindən, həmin xx.xx.2021-ci il tarixli razılaşma protokolu və akt mötəbər hesab edilə və qəbul edilə bilməz. AR Mülki Məcəlləsinin 337.3-ci maddəsinin tələbinə görə, “əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.” Hesab edirlər ki, birinci instansiya məhkəməsi borc məbləğlərini dəqiq hesablamadan, onların hansı illəri əhatə etdiyini müəyyən etmədən, bununla əlaqədar ekspertiza təyin edilməsi barədə öz qərardadının icrasını təmin etmədən və həmçinin əhəmiyyətsiz olan xx.xx.2021-ci il tarixli razılaşma protokoluna və eyni tarixli üzləşməaktına qanunsuz olaraq istinad etməklə düzgün olmayan qətnamə qəbuletmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2025-ci il il tarixə saat 15:00-a təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən ilk iddia üzrə iddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclaslarında iştirak etmiş olsa da, hazırkı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən, məhkəmə kollegiyası işə gəlməmiş şəxsn iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Cavabdeh nümayəndələri X3 və X5 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş edərək göstərmişdir ki, hesablanan borc da cavabdehin abonenti olduğu qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, həmin şikayətlə eyni məzmunlu izahat vermişdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, ilk iddia qismən təmin edilməli, 227.694,49 manat məbləğində borc ilk iddia üzrə iddiaçının abonent hesabından silinməli, ilk iddia qalan hissədə təmin edilməməli, qətnamə qarşılıqlı iddianın təmin olunmuş hissəsində dəyişdirilməli, cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 116.429,58 manat məbləğində pul tutularaq, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə ödənilməlidir. Belə ki, iş materiallarında olan qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh İB-lə İddiaçı ASC arasında xx.xx.2019-cu il tarixdə AMX-4957/19 saylı müqavilə bağlanmış, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricilərinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Gəncə RQİİ-nin Samux SX üzrə qeyri-əhali sektorunda 510046 KP kodu və **********00068, **********00000 və **********00001 hesab kodları altında qeydiyyatda olan İddiaçı ASC-nin Cavabdeh İB-nə xx.xx.2021-ci il tarixinə ümumi KP üzrə borc 358713,23 manat olmuşdur. “Azrus-Dostluq" ASC-nin **********00068 hesab kodunda qeydiyyatda olmuş G-1600 markalı ********** nömrəli qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən ******* m3 həcmində 732093,40 manat dəyərində itirilmiş qazın həcmi xx.xx.2021-ci il tarixində **********00068 hesab koduna işlənilmişdir. xx.xx.2021-ci il tarixində ümumilikdə 1090810,14 manat borc ilə İddiaçı ASC ilə Cavabdeh İB-nin Gəncə RQİİ arasında razılaşma protokolu təsdiq edilmişdir. Razılaşma protokoluna əsasən İddiaçı ASC tərəfindən 150000 manat ödənilmişdir. İddiaçı ASC-nin **********00000 hesab kodunda qeydiyyatda olmuş G-1600 markalı ********* nömrəli qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən ******* m3 həcmində 227694,50 manat dəyərində itirilmiş qazın həcmi xx.xx.2021-ci il tarixində **********00000 hesab koduna işlənmişdir. İddiaçı ASC-nin **********00068 hesab kodunda qeydiyyatda olmuş G-1600 markalı ********** nömrəli qaz sayğacının dövlət yoxlaması rəyinə əsasən ******* m3 həcmində 248113,14 manat dəyərində itirilmiş qazın həcmi xx.xx.2023-cü il tarixdə **********00068 hesab koduna işlənmişdir. İddiaçı ASCnin **********00068 hesab koduna işlənmiş 732093,40 manat dəyərində itirilmiş qaz məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsinə əsasən 2023-cü ilin avqust ayında 682093,40 manat **********00068 hesab kodundan silinmişdir. İddiaçı ASC-nin **********00068 hesab koduna 248113,14 manat və **********00000 hesab koduna işlənilmiş 227694,50 manat itirilmiş qaz məhkəmə qaydasında mübahisələndirilmiş və məhkəmə qətnaməsinə əsasən 2024-cü ilin noyabr ayında 248113,14 manat **********00068 hesab kodundan, 227694,50 manat isə **********00000 hesab kodundan silinmişdir. xx.xx.2024-cü il tarixinə İddiaçı ASC-nin ümumi KP üzrə borcu 617276,80 manat olmuşdur. Bu borcdan 3259,16 manat **********00001 hesab kodunda, 340864,91 manat **********00000 hesab kodunda, 273152,73 manatı isə **********00068 hesab kodunda olan borcdur. **********00001 və **********00000 hesab kodlarına yaranmış ümumilikdə 344124,07 manat borc xx.xx.2023cü il tarixinə təbii qazın sayğacla hesablanmış dəyərinin natamam ödənilməsi nəticəsində yaranmışdır. **********00068 və **********00000 hesab kodlarına hesablanmış hər 3 (üç) dəymiş ziyan məbləği məhkəmə qətnaməsinə əsasən silinmişdir. İş materiallarında olan İddiaçı ASC-yə məxsus abonent kodu **********00001 olan saldodan görünür ki, abonentə 05/2023-cü il tarixə 3259,16 manat borc hesablanmışdır. Həmin saldo üzrə qaz sərfiyyatı 04/2022-ci il tarixdən dayandırılmışdır. İş materiallarında olan İddiaçı ASC-yə məxsus abonent kodu **********00000 olan saldodan görünür ki, abonentə 05/2023-cü il tarixə 840211,65 manat borc hesablanmış, 23539,10 manat ödəniş edilmiş, 2024-cü il tarixə 816672,55 manat məbləğində borc keçmişdir. Həmin saldo üzrə qaz sərfiyyatı 02/2023-cü il tarixdən dayandırılmışdır. 11/2024-cü il tarixdə 475807,64 manat silinmə aparılmış və borc məbləği 340864,91 manat qalmışdır. İş materiallarında olan 12 noyabr 2021-ci il tarixli debitor borcun ödənilməsi haqqında razılaşma protokolundan görünür ki, İddiaçı ASC Cavabdeh İB-lə razılığa gəlmişlər ki, təbii qazdan istifadəyə görə İddiaçı ASC Cavabdeh İB-nə xx.xx.2021-ci il tarixinə 1090810,14 (bir milyon doxsan min səkkiz yüz on manat on dörd qəpik) manat məbləğində borcunun olmasını qəbul edir. Həmin borcdan hər ay istifadə etdiyi təbii qazın dəyərindən əlavə olaraq xx.xx.2021-ci il tarixdə 150000 manat, qalan 940810,14 manat borcun 50000 manat hissəsini xx.xx.2021-ci il tarixdə, 150810,14 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini xx.xx.2022-ci il tarixədək, 185000 manat hissəsini isə xx.xx.2022-ci il tarixədək Cavabdeh İB-nə ödəməyi öhdəsinə götürmüşdür. İstehlakçıya hesab faktura təqdim edildikdən sonra təbii qazın sərfiyyatı və bu razılaşma protokolunun 1.2-ci yarımbəndinin tələblərinə uyğun olaraq qalıq borcu üzrə ödəniş etmədiyi təqdirdə təbii qazın verilişinin dayandırılacağını qəbul edir və bununla bağlı Cavabdeh İB-nə qarşı heç bir tələb irəli sürməyəcəyini bildirir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qarşılıqlı hesablaşmalar haqqında üzləşmə aktından görünür ki, İddiaçı ASC-nin Cavabdeh İB-nə həmin tarixə 940810,14 manat borcun qalmasını İddiaçı ASC təsdiq etmişdir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki, ilkin iddia üzrə İddiaçı ASC əsassız hesablanmış 344124,57 manat borcun silinməsi ilə bağlı iddia ərizəsi ilə, Cavabdeh İB isə məhkəməyə qarşılıqlı iddia tələbi ilə müraciət edərək xx.xx.2024-cü il tarixə yaranmış 344124,57 manat borcun İddiaçı ASC-dən tutularaq Cavabdeh İB-nə ödənilməsini xahiş etmişdir. Cavabdeh İB 344124,57 manat borcun abonentin **********00001 və **********00000 hesab kodlarına əsasən yarandığını bildirmişdir. Belə ki, qarşılıqlı iddiaçı 344124,57 manat borcun 3259,16 manat hissəsinin **********00001 hesab koduna işlənmiş və ödənilməmiş borc olduğunu, 340864,91 manat hissəsinin **********00000 hesab koduna işlənmiş və ödənilməmiş borc olduğunu qeyd etmiş, iddia tələbində 344124,57 manat borcun ödənilməsini tələb etsə də arayışda abonentin 344124,07 manat borcunun qaldığını qeyd etmişdir. Məhkəmə araşdırması zamanı istifadə edilmiş təbii qaza görə ilk iddia üzrə iddiaçının cavabdehə borcunun olduğu müəyyən edilsə də, lakin həmin məbləğin ümumilikdə 344124,57 manat təşkil etmədiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, abonent kodu **********00001 olan saldoya nəzər salındıqda görünür ki, saldo üzrə abonentin qaz sərfiyyatı 04/2022-ci il tarixdən dayandırılmış, 05/2023-cü il tarixə 3259,16 manat borc hesablanmış və ödənilməmişdir. Abonent kodu **********00000 olan saldoya nəzər salındıqda görünür ki, həmin saldo üzrə abonentin qaz sərfiyyatı 02/2023-cü il tarixdən dayandırılmış, 05/2023-cü il tarixə 840211,65 manat borc hesablanmış, həmin tarixə 23539,10 manat ödəniş edilmişdir. Ödəniş edildiyi tarixdən sonra 816672,55 manat borc qalmış, həmin borc məbləği 2024-cü il tarixə keçmiş, 11/2024-cü il tarixdə 475807,64 manat silinmə aparılmış və borc məbləği 340864,91 manat qalmışdır. Göründüyü kimi təbii qazdan istifadə nəticəsində İddiaçı ASC-nin abonent kodu **********00001 olan saldoya əsasən xx.xx.2024-cü il tarixə 3259,16 manat, abonent kodu **********00000 olan saldoya əsasən xx.xx.2024-cü il tarixə 340864,91 manat, ümumilikdə 344124,07 manat borcunun yaranması təsdiq olunur. Ona görə də ilk iddia tələbinin borcun olmaması ilə bağlı dəlilləri əsassızdır və ilk iddia təmin edilməməlidir. Qarşılıqlı iddia tələbi isə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, qarşılıqlı iddiaçı 344124,57 manat borcun tutulmasını xahiş etsə də xx.xx.2024-cü il tarixə borcun 344124,07 manat olması təqdiq edilir. Ona görə də həmin məbləğ qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən qismən razılaşır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə qarşılıqlı iddia üzrə iddiaçı təşkilat təbii qazı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. İlk iddia üzrə İddiaçı ASC-nin abonent kodu **********00001 olan saldoya əsasən xx.xx.2024-cü il tarixə 3259,16 manat borcu vardır və kollegiya həmin borc məbləği ilə razılaşaraq hesab edir ki, ilk iddia həmin hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsi də qarşılıqlı iddianı həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Kollegiya İddiaçı ASC-nin digər, yəni abonent kodu **********00000 olan saldoya əsasən xx.xx.2024-cü il tarixə 340864,91 manat borcunun olmasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və hər iki iddia tələbini (həm ilk, həm də qarşılıqlı) həmin hissədə qismən əsaslı sayır. Belə ki, İddiaçı ASC-nin digər, yəni abonent kodu **********00000 olan saldosunun “sərfin məbləği” sütununa nəzər saldıqda görünür ki, ilk iddia üzrə iddiaçının 2019-cu ilin iyun ayının əvvəlinə sərfiyyata görə borcu sıfırlanmışdır, yəni həmin tarixə sərfiyyata görə borcunu tam şəkildə ödəmişdir. İlk iddia üzrə iddiaçı həmin abonent kodu üzrə 2019-cu ilin iyun ayının əvvəlindən 2022-ci ilin sentyabr ayınadək ümumilikdə 1 845 934,54 manat miqdarında qaz sərf etmişdir. Yenə İddiaçı ASC-nin abonent kodu **********00000 olan saldosunun “ödəniş” sütununa nəzər saldıqda görünür ki, 2019-cu ilin iyun ayının əvvəlindən 2024-cü il ilin noyabr ayınadək ümumilikdə 1 732 764,12 manat olmuşdur. Belə olan halda ilk iddia üzrə iddiaçının abonent kodu **********00000 olan saldo üzrə ödənilməmiş borcu 113 170,42 (1 845 934,54-1 732 764,12) manat, ümumi borcu isə 116 429,58 (113 170,42+3259,16) manat təşkil edəcəkdir. İlk iddia üzrə iddiaçının həmin iki abonent kodu üzrə borcunun 116429,58 manat təşkil etdiyi nəzərə alındıqda, kollegiya hesab edir ki, ilk iddia üzrə iddiaçıya 227 694,49 (344 124,07-116 429,58) manat miqdarında borc düzgün olmayaraq hesablanmışdır. Yəni qarşılıqlı iddia 116429,58 manat miqdarında əsaslıdır. Beləliklə də iş materialları ilə müəyyən olunur ki, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə lazımi qaydada əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, yuxarıda təsvir olunan Qaydaların tələblərini pozaraq istifadə edilmiş təbii qazın dəyəri olan 116.429,58 (yüz on altı min dörd yüz iyirmi doqquz manat əlli səkkiz qəpik) manat debitor borcu ödəməmişdir. Azərbaycan Respublikası MPM-nin: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 384.0.3. qətnaməni dəyişdirə bilər; Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 390. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia tələbi qismən təmin edilməli, qarşılıqlı iddianın təmin edilmiş hissəsində isə dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-24/2025 saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ASC-nin nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-24/2025 saylı qətnaməsi ilk iddianın təmin edilməməsi hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilsin. İlk iddia qismən təmin edilsin. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən İddiaçı MMC-yə hesablanmış 227.694,49 (iki yüz iyirmi yeddi min altı yüz doxsan dörd manat, qırx doqquz qəpik) manat borc silinsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-24/2025 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində dəyişdirilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən istifadə olunmuş təbii qaza görə yaranmış 116.429,58 (yüz on altı min dörd yüz iyirmi doqquz manat əlli səkkiz qəpik) manat borc məbləği tutularaq, Cavabdeh Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülsün. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-120/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-120/2025
20.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver