Məhkəmə qərarları › İş №2-2(104)-164/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-164/2023

24.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-164/2023 24.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli e-2-2(115)-696/2023 saylı qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO., LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Çin Xalq Respublikasının ”OUKE MACHİNERY CO.,LTD” şirkətindən 57500 ABŞ dolları məbləğində pul vəsaitinin və 10000 ABŞ dolları həcmində əldən çıxmış fayda olmaqla, ümumilikdə 67500 ABŞ dolları məbləğində pul vəsaitinin və 410 manat ödənilmş dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, e-2-2(115)-696/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin cavabdeh Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO., LTD” şirkətinə qarşı müqaviləyə xitam verilməsi və pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil Gəncə Kommersiya Məhkəməsinin 27 aprel 2023-cü il tarixli e-2-2(115)- 696/2023 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini və iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi haqqında qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, İddiaçıMMC ilə Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO.,LTD” şirkəti arasında müqavilə elektron qaydada tərtib olunmuşdur. Həmin müqavilə bağlanarkən hər iki tərəfin hüquqi ünvanı və bank rekvizitləri əks olunmuşdur. İddiaçı MMC-nin də hüquqi ünvanı olaraq ünvan 1qı-satqı müqaviləsində mübahisə yaranacağı halda həmin mübahisənin hansı tərəfin yerləşdiyi ölkənin məhkəməsi tərəfindən baxılmalı olduğu da öz əksini tapmamışdır. Belə olan, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələblərinə əsasən hazırki mübahisəyə Azərbaycan Respublikasının Məhkəmələri tərəfindən baxılmalıdır. Bundan başqa, müqavilədə əks olunan X6 ekskavatorun təhvil verilməli olduğu son ünvan olaraq qeyd olunmamışdır. Həmin müqaviləyə əsasən X6 müqavilə üzrə ekskavatorun təhvil verilməsi ilə əlaqədar satıcı tərəfindən daşınma xərclərinin ödənilməli olduğu son Liman olaraq göstərilmişdir. Yəni müqaviləyə əsasən satıcı tərəf olan Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO.,LTD” şirkəti ekskavatorun daşınması xərcini X1 öz öhdəsinə götürür, X2 ekskavatorun digər beynəlxalq daşıma xidməti vasitəsilə son təhvil ünvanına çatdırılmasınadək olan xərci isə İddiaçı MMC öz öhdəsinə götürür. Buna görə də müqavilədə son ünvan kimi X6 əks olunmuşdur. X8 Respublikasında Azərbaycana göndərilmək məqsədilə yüklənən gəmilərin X5 gəlir və oradan da quru yolla Azərbaycan Respublikasına daxil olur. X7 Respublikası ilə Azərbaycan Respublikası arasında ticarət əlaqələri ilə bağlı daşınma X6 vasitəsilə həyata keçirilir. Bundan başqa, X2 sonra yüklərin Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq daşıma şirkətləri vasitəsilə quru yolla həyata keçirilir və Azərbaycan Respublikasına gətirilən mallar ölkə qanunvericiliyi ilə gömrüklənir. xx.xx.2022-ci il tarixli “Qısa idxal bəyannaməsi”ndən göründüyü kimi, həmin ekskavator "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına gətirilmiş və həmin bəyannamədən də göründüyü kimi ekskavatorun təhvil verilməli olduğu təşkilat kimi də İddiaçı MMC qeyd olunmuşdur. Azərbaycan Respublikasının Gömrük Qanunvericiliyinə əsasən “Qısa idxal bəyannaməsi” məhsul ölkəyə idxal olunduqda sərhəddə tərtib olunur və həmin məhsulun rəsmi idxalçısı olan təşkilatın adı qeyd olunur. Həmin “Qısa idxal bəyannaməsi”ndən də göründüyü kimi, ekskavatorun rəsmi idxalçısı İddiaçıMMC-dir. Bundan başqa, iddia ərizəsinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli məktubdan göründüyü kimi, idxal olunmuş ekskavator müqavilə üzrə nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən, İddiaçı MMC tərəfindən qəbul olunmaqdan imtina olunmuş və geri qaytarılmışdır. Geri qaytarılan ekskavator eyni qaydada ilk öncə X5 geri qaytarılmış və ondan sonra da Çin Xalq Respublikasına geri qaytarılması təmin olunmalı idi. Göründüyü kimi Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında malların alınması yalnız tranzit olaraq X6 vasitəsilə həyata keçirilir. X6 tranzit olaraq istifadə olunduğu üçün, müqavilələrdə Azərbaycan Respublikasına göndərilən malların son nöqtəsi kimi həmin Liman göstərilir. Göründüyü kimi, İddiaçı MMC ekskavatoru X4 təhvil almamış, həmin Liman tranzit olaraq istifadə olunmuş, həmin Limandan ekskavator beynəlxalq daşıma şirkəti olan "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına gətirilmişdir. Göründüyü kimi, ekskavatorun geri qaytarılması rəsmi qaydada olaraq dövlət təşkilatı vasitəsilə, yəni Dövlət Gömrük Xidməti vasitəsilə həyata keçirilmişdir. Beləliklə, İddiaçı MMC müqavilə tələblərinə tam riayət etmiş, müqavilədə nəzərdə tutulan məbləği ödəmiş, Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO.,LTD” şirkəti isə İddiaçı MMC-ni aldadaraq, müqavilədə nəzərdə tutulan öhdəliyi icra etməmiş və müqavilədə nəzərdə tutulmuş ekskavatoru sifarişçiyə göndərməmişdir. Həmin ekskavator da İddiaçı MMC tərəfindən geri qaytarılmışdır. Belə olan halda, hüquqları pozulmuş və maddi zərərə məruz qalmış İddiaçı MMC-nin işgüzar adətlərə, qanunvericiliyin tələblərinə və müqavilə üzrə nəzərdə tutulmuş tələblərə riayət etməsinə baxmayaraq, pozulmuş hüquqlarının bərpası ilə bağlı hansı məhkəməyə müraciət etməli idi ki?. Lakin məhkəmə tərəfindən qeyd olunan faktlara diqqət yetirilməmiş və iddia ərizəsi əsassız olaraq geri qaytarılmışdır. Məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarılarkən səbəb kimi göstərilən əsasların heç biri reallıqda mövcud olmamışdır. Qərardaddan görünür ki, iddia ərizəsi geri qaytarılarkən məhkəmə Mülki Prosessual Məcəlləsinin 439, 440 və 443-cü maddələrinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin həmin fəsli xarici işlərin iştirakı ilə əlaqədar icraatda Azərbaycan Respublikası Məhkəmələrinin beynəlxalq səlahiyyətlərini əhatə edir. Yəni həmin fəsildə əks olunan müddəlar Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici hüquqi şəxslərə qarşı tələblərini deyil, xarici hüquqi şəxslərin pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu əhatə edir. Bu baxımdan, hazırki mübahisə üzrə qeyd olunan müddəalara istinad olunmaqla, iddia ərizəsinin geri qaytarılması yolverilməzdir. Göründüyü kimi, Mülki Prosessual Məcəlləsinin 28-ci maddəsi birbaşa olaraq, xarici hüquqi şəxslərin iştirakını nəzərədə tutan münasibətlərə şamil olunur və həmin maddəyə əsasən iddia ərizəsinin iddiaçının olduğu yer üzrə verilməsi öz əksini tapmışdır. Bundan başqa, qanunvericilikdə hazırki iddianın predmetini təşkil edən mübahisənin həlli üçün başqa hal nəzərdə tutulmamışdır. Pandemiya ilə əlaqədar dövlətlərarası sərhədlər bağlı olduğu üçün, tərəflər arasında müqavilə elektron qaydada tərtib olunmuş və alınmalı ekskavatora yerində baxış keçirilməsi mümkün olmamışdır. Hazırda da pandemiya ilə əlaqədar dövlətarası sərhədlərlə məhdudiyyətlər tam aradan qalxmamışdır. Belə olan halda İddiaçı MMC ilə Çin Xalq Respublikasının “OUKE MACHİNERY CO.,LTD” şirkəti arasında yaranmış mübahisənin həlli üçün başqa bir aidiyyət formasının müəyyən edilməsi qeyri-mümkündür. Ona görə də istər qanunvericiliyin aidiyyətlə bağlı birbaşa normaları, istərsə də analogiya tətbiqi üzrə normalara nəzərə alınmaqla, hazırki iddia üzrə məhkəmə mübahisəsi aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmamlıdır. İlk öncə hazrki iddia üzrə iddia ərizəsi isə İddiaçı MMC-nin faktiki fəaliyyət ünvanı üzrə Bakı Kommerisya Məhkəməsinə verilsə də, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2461/2023 xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia ərizəsinin aidiyyəti üzrə Gəncə Kommerisya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul olunmuşdur. Qeyd olunanlardan da göründüyü hazırki iddia üzrə iddia ərizəsinə Gəncə Kommersiya Məhkəməsində baxılmalı idi. Çünki qanunvericiliyin tələblərinə əsasən hazırki iddia ərizəsinin başqa ölkənin ərazisində fəaliyyət göstərən məhkəməyə təqdim olunması mümkün deyildir. Beləliklə, iddia ərizəsi geri qaytarılarkən məhkəmə tərəfindən tətbiq edilməli olmayan norma tətbiq olunmuş və tətbiq olunmalı olan normanın tətbiq olunmaması ilə prosessual pozuntuya yol verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-696/2023 saylı qərardadı ilə həmin məhkəmənin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-696/2023 saylı qərardadından İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət iş materialları ilə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-696/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, e-2-2(115)-696/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Həmin Məcəllənin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Həmin Məcəllənin 440.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Həmin Məcəllənin 443.0 və 443.0.7-ci maddələrinə əsasən Azərbaycan Respublikasının məhkəmələri xarici şəxslərin iştirakı ilə olan işlərə baxmağa haqlıdır ki, iddia icrası tamamilə və ya qismən Azərbaycan Respublikasının ərazisində həyata keçirilməli olan və ya həyata keçirilmiş müqavilədən irəli gəlmiş olsun. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən görünür ki, cavabdeh “OUKE MACHİNERY CO., LTD” şirkətinin ünvanı Çin Xalq Respublikasında yerləşir. Tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin icra edildiyi və ya mübahisənin həll edildiyi yer kimi Azərbaycan Respublikasının ərazisi qeyd edilməmişdir. Həmin Müqavilənin 2-ci bəndində göstərilir ki, yükləmə limanı Şanxay (ÇXR), təyinat limanı Bəndər Abbasdır (İİR). Maşın təyinat limanına çatdıqdan sonra Müqaviləyə alıcının verdiyi bildiriş alındığı an xitam veriləcək. İşin hallarından, həmçinin şikayətin dəlillərindən də göründüyü kimi iddiaçı texnikanı X4 qəbul edərək daşınma şirkəti vasitəsi ilə Azərbaycan Respublikasına gətirmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, iddia ərizəsi geri qaytarılarkən məhkəmə Mülki Prosessual Məcəlləsinin 439, 440 və 443-cü maddələrinə istinad etmişdir. Mülki Prosessual Məcəllənin həmin fəsli xarici işlərin iştirakı ilə əlaqədar icraatda Azərbaycan Respublikası Məhkəmələrinin beynəlxalq səlahiyyətlərini əhatə edir. Yəni həmin fəsildə əks olunan müddəlar Azərbaycan Respublikasının hüquqi şəxslərinin xarici hüquqi şəxslərə qarşı tələblərini deyil, xarici hüquqi şəxslərin pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu əhatə edir. Kollegiya qeyd edir ki, iddia ərizəsi icraata o halda qəbul edilir və onun məhkəmə icraatı mümkün hesab edilir ki, həmin ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə verilsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 440.1-ci maddəsində isə göstərilir ki, Azərbaycan Respublikasının məhkəmələri mülki və kommersiya mübahisələri üzrə beynəlxalq səlahiyyətə bu şərtlə malikdirlər ki, işdə iştirak edən şəxslərdən hər hansı biri xarici şəxs olsun, onun Azərbaycan Respublikasında yaşayış yeri, olduğu yer və adətən gəldiyi yer olsun. Göründüyü kimi qanunvericiliyin istinad olunan norması təkcə xarici hüquqi şəxslərin pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnu yox, həm də Azərbaycan Respublikasının vətəndaşlarının xarici şəxslərə qarşı pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququnun olduğu halları tənzimləyir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının ərizəsini icraata qəbul etmədən geri qaytarmaqda haqlı olmuşdur. Həmin Məcəllənin 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-696/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli, e-2-2(115)-696/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar