Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-211/2024 30.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1145/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1145/2024 saylı qətnaməsi ilə (sədrlik edən R.Qələndərzadə) iddianın təmin edilməsi, İddiaçı (abonent kodu: **********0010) hesablanmış 10275 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1145/2024 saylı qətnaməsini təmin edilmiş hissədə ləğv edib, yeni qətnamə qəbul edərək Cavabdeh apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə Gəncə Kommeriya Məhkəməsinə müraciət edərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktının etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 46706 m3 artıq qaz həcminin abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, fiziki şəxs kimi vergi uçotuna alınaraq, Bərdə rayonu, Şatırlı kəndi inzibati ərazidə yerləşən, kommersiya məqsədləri ilə yaradılmış istixanada kənd təsərrüfatı məhsullarını yetişdirir. İstixanada quraşdırılmış su qızdırıcı qazanının qaz yanacaqı ilə təchiz edilməsi üçün Cavabdeh ilə xx.xx.2022-ci il tarixli AMX-6363/23 nömrəli müqavilə bağlamışdır. İstixanada xx.xx.2021-ci ildə G-250- RVG EK-220 tipli 27820 nömrəli qaz sayğacı quraşdırılıb və həmin vaxtdan istismar olunur. 2024-cü ilin yanvar ayında sayğaca baxış keçirərkən aşkar etmişdir ki, sayğacın elektron hissəsi işləmir və dərhal X6 zəng vurub yaranmış problem barədə məlumat vermişdir. Tərtər XS-si məlumatı alandan sonra ona bildirmişdir ki, onlar tərəfindən xx.xx.2024-cü il tarixdə X7 İstismarı İdarəsinə yazılı məlumat göndərilib. Tərtər RQİİ-si Tərtər XS-nin müraciətini xx.xx.2024-cü ildə Cavabdeh İB-nə göndərmiş və ona bildirilmişdir ki, yaxın zamanda yararsız sayğacın dəyişdirilməsi üçün müvafiq tədbirlər görüləcək. O, arxayın olaraq yeni elektron qaz sayğacının quraşdırılmasını gözləmiş və hesab etmişdir ki, bundan sonrakı qaz sərfiyatı mexaniki sayğacın göstəricilərinə əsasən təyin olunacaq. Lakin sayğac sökülüb aparılandan və yerinə quraşdırılandan sonra, Tərtər RQİİ-nin əməkdaşları gəlib sayğacın mexanik göstəricilərini ona məlum olmayan əmsala vurub özlərinin tətbiq etdiyi üsul ilə qazın sərfini 107914 m3 həcmində müəyyən edib buna uyğun olaraq ödəniş hissəsini də 25 237.00 məbləğində təyin etmişlər. Bu haqda 29 fevral 2024-cü il tarixli akt tərtib olunmuşdur. Belə bir hesablama ilə razı deyil, hesab edir ki, hesablama düzgün aparılmayıb və qazın sərfi iki dəfəyə yaxın həddə artıq göstərilib. Bunu sadə müqayisə üsulu ilə təyin etmək çətin deyil. Belə ki, sonuncu abonent saldosunun göstəricilərinə əsasən müəyyən olunur ki, 2023-cü ilin fevral ayında istixanada 56570 m3 qaz sərf olunub. Həmin dövrdən bu günədək istixanada quraşdırılmış su qızdırıcı qazanın və istixananın ərazisi eyni həcmdə qalıb. Hətta keçən ilin dekabr ayında havaların daha soyuq keçməsinə baxmayaraq qazın sərfi daha aşağı həcmdə olub, həmçinin bu ilin fevral ayında anomal isti hava şəraiti müşahidə olunub və istiliyə olan ehtiyac qat-qat aşağı olub. Göstərilənlərə əsasən, aparılmış hesablamalarla razı olmadığını nəzərə alaraq, 2024-cü ilin fevral ayında hesablanan qaz sərfinin yenidən hesablanması və 2023-cü ilin eyni dövrünə uyğun olaraq təyin olunması üçün müvafiq tədbirlərin görülməsindən ötrü Cavabdehnə müraciət etmişdir. Cavabdeh tapşırığına əsasən Tərtər RQİİ tərəfindən ona göndərilmiş xx.xx.2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 2024-cü ilin fevral ayının son mexaniki sərfiyyatı 61208 m3 ilə 1,7630742 əmsalın hasili 107914 m3 olmuşdur. Nəticədə 107914 m3 ilə 61208 m3-in fərqi 46706 m3 qaz həcmi hesablanmışdır ki, bu da qazın 1 m3 22 qəpikdən hesablansa 10 275.00 manat təşkil edir. Beləliklə də, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktda göstərilənləri bir daha təsdiq edib onun xahişinə imtina cavabı vermişdir. Daha sonra iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 29 fevral 2024-cü il tarixli aktının etibarsız hesab edilməsi və akta əsasən hesablanmış 46706 m3 artıq qaz həcminin abonent hesabımdan silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini dəqiqləşdirərək, Cavabdeh 29 fevral 2024-cü il tarixli aktına əsasən hesablanmış 46706 m3 artıq qaz həcminə görə 10275 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, İddiaçı Cavabdehnə borcun silinməsinə dair qaldırdığı iddia tələbi əsassız olduğu üçün rədd olunmalıdır. Çünki iddiaçı onunla Cavabdeh arasında “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəsi arasında qazın alqı-satqısı barədə Müqavilə”nin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı müəssisəsinə quraşdırılmış ona məxsus G250 markalı 27820 nömrəli rotor tipli “ELESTER” qaz sayğacına baxış keçirilib və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən İstehlakçının iştiraçı ilə ******* saylı Akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında ilkin baxış zamanı elektron hissəsi korektor sönüb, əvəzləmə sayğacı quraşdırılana qədər istifadə etdiyi təbii qazın hesablanması sayğacın mexaniki göstərici ilə aparılmışdır. İddiaçının mübahisələndirdiyi 2024-cü ilin fevral ayı üzrə hesablaşma aşağıdakı kimi aparılmışdır. 2023-cü ilin fevral ayının əmsalına uyğun aparılmış, 1.76307424 xx.xx.2024- cü ildə mexaniki göstəricisi 440 461 m3 olmuş, xx.xx.2024-cü ilin mexaniki göstəricisi 501 669 m3 olmuş 501 669 m3 – 440 461 m3 =61 208 m3 * 1.76307424 = 107 914 m3 elektron göstəricisi. Nəzərə çatdırılır ki, qeyri-əhali istehlakçıları ilə hesablaşma elektron göstəricisinin sərfiyyatıla aparılır bu səbəbdən elektron göstəricisini müəyyən olunması lazımdır. Buna görə elektron göstəricisi 107 914 m3 mexaniki göstəricis 61 208 m3 = 46 705 m3 2024-cü ilin fevral ay üzrə 46 705 m3 Tarif şurasının qərarına uyğun olaraq 46 705 m3 * 0.22 manat = 10275 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş, lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-nə 10 275 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Hüquqi məsələlər: Tərəflər arasında imzalanmış müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçı (bu halda İddiaçı) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Dəymiş zərər Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının xx.xx.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii X1 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na (Əlavə olunur) əsasən müəyyən edilmişdir. Həmin qaydalara əsasən, istehlakçılar tərəfindən X1 pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqısatqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 il) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödəniməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Həmin qanunun 13.10-cu bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli şəxsinin bu qanunun tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən mane olma qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. ARNK-nin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “X3”nın 4.8-ci bəndinə əsasən Qeyd edilən bəndin tələbinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasinin Qanunun 2.3-cü bəndinə əsasən Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. Odur ki, məhkəmədən İddiaçı Cavabdehnə qarşı 46706 m3 həcminin silinməsi tələbinə dair iddiasının təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktı çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qanunvericiliyə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi qaz sayğacına görə məsuliyyət bütövlükdə hüquqi şəxsin üzərinə qoyulmuşdur. Lakin birinci instansiya məhkəməsi normanı düzgün tədbiq etməmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələri əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Qətnamə sırf ehtimallar əsasında tərtib edilmişdir. İş materiallarından da göründüyü kimi cavabdeh tərəfindən kifayət qədər sübutlar təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. xx.xx.2024-cü il tarixdə Cavabdeh nümayəndələri tərəfindən İddiaçı müəssisəsinə quraşdırılmış ona məxsus G-250 markalı 27820 nömrəli rotor tipli “ELESTER” qaz sayğacına baxış keçirilib və sayğacın elektron göstəricisinin işləmədiyi səbəbindən İstehlakçının iştirakı ilə ******* saylı Akt tərtib edərək yeni əvəzləyici qaz sayğacı ilə əvəzləyərək çıxarılıb növbədən kənar yoxlamaya göndərilmişdir. Metrologiya Departamentinin Sayğaclarının müayinəsi laboratoriyasında ilkin baxış zamanı elektron hissəsi korektor sönüb, əvəzləmə sayğacı quraşdırılana qədər istifadə etdiyi təbii qazın hesablanması sayğacın mexaniki göstərici ilə aparılmışdır. İddiaçının mübahisələndirdiyi 2024-cü ilin fevral ayı üzrə hesablaşma aşağıdakı kimi aparılmışdır. 2023-cü ilin fevral ayının əmsalına uyğun aparılmış, 1.********. xx.xx.2024-cü ildə mexaniki göstəricisi 440.461 m3 olmuş, xx.xx.2024-cü ilin mexaniki göstəricisi 501.669 m3 olmuş 501.669 m3 – 440.461 m3 =61.208 m3 * 1.76307424 = 107.914 m3 elektron göstəricisi. Nəzərə alınmalıdır ki, qeyri-əhali istehlakçıları ilə hesablaşma elektron göstəricisinin sərfiyyatıla aparılır bu səbəbdən elektron göstəricisini müəyyən olunması lazımdır. Buna görə elektron göstəricisi 107.914 m3 - mexaniki göstəricisi 61.208 m3 = 46.705 m3 2024-cü ilin fevral ay üzrə 46.705 m3 Tarif şurasının qərarına uyğun olaraq 46.705 m3 * 0.22 manat = 10275 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində nisbi xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-nə 10275 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərdən iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası gəlməmiş şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 apellyasiya şikayətində göstərilənlərə uyğun izahat verib tərəflərindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddiaçıya məxsus istixanada quraşdırılmış qaz sayğacının elekteron hesablayıcısının 2024-cü ilin yanvar ayının sonundan işləmədiyi müəyyən olunmuş, tərəflər şifahi olaraq sərfiyyat hesablamasının sayğacın mexaniki göstəricisi əsasında aparılması ilə bağlı razılığa gəlmiş, ona görə də hesablama sayğacın mexaniki göstəricisi əsasında aparılmışdır. Hüquqi məsələlər və əsaslandırna: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası iş materiallarını araşdırıb işin halları barədə məruzəçi hakimin məruzəsini, cavabdehin nümayəndəsini dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-in 385.1 və 385.1.4-cü maddələrinə əsasən birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Belə ki, iş materiallarında olan 30 dekabr 2022-ci il tarixli, AMX-6363/22 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarında olan 29 fevral 2024-cü il tarixli aktdan görünür ki, sayğacın elektron hissəsi işləmədiyi üçün 46706 m3 qaz sərfi aktlar bölməsindən abonent hesabına işlənmişdir. İş materiallarında olan Azərbaycan Metrologiya İnstitutu PHŞ "xxxx" MMC-nin Y 0840 nömrəli qaz sayğacların yoxlanılması haqqında protokolundan görünür ki, İddiaçı məxsus qaz sayğacı xx.xx.2024-cü il tarixli ******* nömrəli akta əsasən növbəti dövlət yoxlamasına qəbul edilmiş, yoxlanılmış və sayğacın istismara yararsız olduğu nəticəsinə gəlinmişdir. İş materiallarında olan ******* nömrəli xx.xx.2924-cü il tarixli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, fiziki şəxs İddiaçı məxsus istixanada quraşdırılmış G 250 markalı sayğacın elektron hissəsi söndüyündən yerinə müvəqqəti olaraq G 250 saylı sayğac quraşdırılmışdır. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Bərdə rayonu, Şatırlı kəndi inzibati ərazisində yerləşən istixanası vardır və və istixanada quraşdırılmış su qızdırıcı qazanının qaz yanacaqı ilə təchiz edilməsi üçün Cavabdeh ilə xx.xx.2022-ci il tarixli AMX- 6363/23 nömrəli müqavilə bağlamışdır. İstixanada xx.xx.2021-ci ildə G-250-RVG EK-220 tipli 27820 nömrəli qaz sayğacı quraşdırılıb və istismar olunur. İddiaçı 2024-cü ilin yanvar ayında sayğacın elektron hissəsinin işləmədiyini aşkar etmiş, X7 İstismarı İdarəsinin əməkdaşları tərəfindən 29 fevral 2024-cü il tarixli akt tərtib edilərək qaz sərfiyyatı üzrə hesabat 2023-cü ilin fevral ayının əmsalına uyğun hesablanaraq sayğacın elektron hesablayıcısının işləmədiyi dövr ərzində sərfiyyatın 46 706 m3 təşkil etməsi barədə akt tərtib edilmiş, həmin aktla razılaşmayan iddiaçı hesablanmış 46706 m3 artıq qaz həcminə görə 10275 manat borcun abonent hesabından silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus sahibkarlıq obyektində təbii X3na riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Qanunvericiliyin tələbinə əsasən vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlama aparıldığından cavabdeh tərəfindən aparılmış yoxlama qanunsuzdur və qanunsuz yoxlamanın nəticəsində yazılmış akt əsasında hesablanmış borc da abonentin hesabından silinməlidir. Cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Bundan başqa, məhkəmə qeyd edilən sənədlərdə istehlakçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən onun tərəfindən qaz paylayıcısına ziyan vurulması nəticəsində itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləğini qanuni hesab etmir. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləği daxil edilmişdir. Məhkəmə hesab edir ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 30 dekabr 2022-ci il tarixli, AMX-6363/22 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İddiaçı məxsus qeyriyaşayış sahəsində cavabdehin əməkdaşları tərəfindən aparılmış yoxlama və yoxlama nəticəsində sayğacın elektron hissəsinin işləməməsi səbəbindən hesablanmış borc müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3”nın 2.11-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-ci bəndinə əsasən sahibkarlıq subyektlərinin qaz qurğularının müayinəsi və ona nəzarət “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata kеçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinin 5-2-ci bəndinə əsasən qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü maddəsinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə (elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması istisna olmaqla) bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. İşin hallarına görə İddiaçı 2024-cü ilin yanvar ayının axırlarından istixanasına aid qaz sayğacının elektron hesablayıcısının işləmədiyini müəyyən etdiyi halda həmin istixanada olan qaz işlədici qurğulardan istifadə etməkdə davam etmiş, beləliklə də qaz sərfiyyatına yol vermişdir. Bu işin mübahisələndirilməyən halıdır. İddiaçı təbii qazdan istifadə etdiyi halda hesablanmış borcun silinməsini xahiş edir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi bir halda cavabdeh tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinin pozulmasına, digər halda isə sayğacın elektron göstəricisinin işləməməsində iddiaçının təqsirinin olmamasına istinad etmişdir. Məhkəmənin birinci dəlili ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı özü cavabdeh təşkilata müraciət edərək sayğacın elektron göstəricisinin işləmədiyini bildirmiş, cavabdehin nümayəndələri sayğacın göstəricilərini oxumaqdan (götürməkdən) başqa digər bir hərəkətə yol verməmişdır, odur ki, cavabdehin əməkdaşlarının bu hərəkəti qaz işlədicilərini yoxlanması qimi qiymətləndirilməməlidir. Digər tərəfdən iddiaçıya borc onun hər hansı təqsirli hərəkətinə görə yox, təbii qazdan istifadəyə görə hesablanmışdır və bu hesablama sayğacın fevral ayının sonuna olan mexaniki göstəricisi ilə əvvəlki ayın sonuna olan mexaniki göstəricisinin fərqi nəzərə alınmaqla hesablanmışdır. Belə ki, iddiaçının mübahisələndirdiyi 2024-cü ilin fevral ayı üzrə hesablaşma 2023-cü ilin fevral ayının əmsalına uyğun aparılmış, 1.76307424 xx.xx.2024-cü ildə mexaniki göstəricisi 440 461 m3 olmuş, xx.xx.2024-cü ilin mexaniki göstəricisi 501 669 m3 olmuş 501 669 m3 – 440 461 m3 =61 208 m3 * 1.76307424 = 107 914 m3 elektron göstəricisi. Qeyri-əhali istehlakçıları ilə hesablaşma elektron göstəricisinin sərfiyyatıla aparıldığına görə elektron göstəricisini müəyyən olunması lazımdır. Buna görə elektron göstəricisi 107 914 m3 - mexaniki göstəricis 61 208 m3 = 46 705 m3 2024-cü ilin fevral ay üzrə 46 705 m3. Tarif şurasının qərarına uyğun olaraq 46 705 m3 * 0.22 manat = 10275 manat məbləğ hesablanmışdır. Göründüyü kimi iddiaçıya məxsus qaz sayğacının elektron göstəricisi işləmədiyindən qaz sərfiyyatı düzgün qeydə alınmamış, iddiaçı qaz sayğacının elektron göstəricisinin işləmədiyini bildiyi halda işlək vəziyyətdə saxlanmasına özü cavabdeh olduğu üçün iddiaçının təqsiri nəticəsində cavabdehə ziyan dəymiş və hazırda iddiaçının mübahisələndiriyi akt sayğacın işləməməsi səbəbindən cavabdeh tərəfindən hesablanmış sərfiyyatın miqdarıdır. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki cavabdehin apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2- 2(115)-1145/2024 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.2, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1145/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-211/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-211/2024
30.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver