Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-223/2024 11.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-73/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-73/2024 saylı qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddianın təmin edilməsi, təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat məbləğində borc və 712,33 manat məbləğində ödənilmiş dövlət rüsumunun Cavabdeh İddiaçı (bank hesabı: ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN: **********, İBAN:AZ72İBAZ********************) xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehin vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-73/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-73/2024 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır İş üzrə cavabdehin vəkili və nümayəndəsi Vəkil xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti və ərizə ilə məhkəməyə müraciət edərək, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-73/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin buraxılması səbəbini üzrlü hesab edərək bərpa olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-73/2024 saylı qərardadı ilə ərizənin təmin edilməsi, Gəncə Kommersiya Məhkəməsinin 19 iyun 2024-cü il tarixli e-2-2(115)-73/2024 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin Cavabdeh münasibətdə bərpa edilməsi qərara alınmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı təbii qazın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat borcun və 712,33 manat ödənilmiş rüsum xərcinin məcburi qaydada tutularaq İddiaçı İB-nin ABB Sabunçu filialı, Kod 805573, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN:AZ72İBAZ******************** bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı müqavilə əsasında Cavabdeh məxsus Bakı şəhəri, Xəzər rayonu, Gürxan bağları ünvanda yerləşən,**********05577 saylı abonent kodu olan qeyri-yaşayış sahəsini təbii qazla təchiz edir. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə qeydə alınaraq rəsmiləşdirilmiş və ödənilməsi üçün cavabdehə bildirişlər göndərilmişdir. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 422330,91 (dörd yüz iyirmi iki min üç yüz otuz manat, doxsan bir qəpik) manat borcu yaranmışdır. Mübahisənin Azərbaycan Respublikasının MPM-nin 4.3-cü maddəsinə müvafiq olaraq məhkəməyədək həll olunması məqsədi ilə mediasiya şurasına və pretenziya qaydasında müraciət olunmasına baxmayaraq müsbət nəticə əldə edilməmişdir. Məktubda cavabdehə borcunu ödəməyəcəyi təqdirdə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Tərəflər arasında bağlanmış qazın alqı-satqı müqaviləsinin 3.4-cü bəndinin tələbi cavabdeh tərəfinizdən pozulmuşdur. Belə ki, müqavilənin 3.4-cü bəndinə əsasən, hesab İstehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra 1 ay müddətində İstehlakçı tərəfindən istehlak olunmuş təbii qazın dəyəri bank və ya poçt şöbələri vasitəsi ilə tam ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “X2”nın 5.2-ci bəndinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnaməni qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə qətnаməsində göstərir ki, iddiаçı ilə cаvаbdеh аrаsındа təbii qаzdаn istifаdəyə dаir Gəncə İnzibаti Məhkəməsində bаrışıq sаzişi bаğlаnmışdır. İlk növbədə qеyd еdilməlidir ki, hаzırki, iddiа tələbi müqаvilə öhdəliklərindən irəli gələn bir tələbdir. Məhkəmənin istinаd еtdiyi sаziş vаcib yаnıltmа аltındа cаvаbdеh tərəfindən imzаlаnmışdır. Bеlə ki, qеyd оlunаn оbyеktin istifаdəsi cаvаbdеh tərəfindən Nizаmi Kərimzаdəyə həvаlə еdilmişdir. Tərəflər аrаsındа əgər bаğlаnmış müqаvilə hüquqi qüvvəsini itirmişsə оndа təbii qаzdаn istifаdənin Sərdаr Bаyrаmоv tərəfindən istifаdə еdilməsi kimi qiymətləndirilməməlidir. Əgər müqаvilə irаdə ifаdəsini əks еtdirmirsə оndа həmin sаyğаcındа Sərdаr Bаyrаmоvun аdınа qеydə аlınmаsı dа əsаssızdır. Sоnrаdаn isə kimin müqаvilə bаğlаmаsı isə sübyеktiv bахımdаn cаvаbdеhin öhdəlik dаirəsinə dахil еdilə bilməz. Vеrilmiş еtibаrnаmə isə 2023-cü il tаriхdə vеrilmişdir. Həttа məhkəmənin istinаd еtdiyi bаrışıq sаzişi üzrə bеlə bоrcun Sаzişə qədər nə qədər оlmаsı və Sаzişdən sоnrа nə qədər təşkil еtməsi аrаşdırılmаlıdır. Əgər tərəflər аrаsındа bаğlаnmış аlqı-sаtqı müqаviləsi tərəflərin irаdə ifаdəsini əks еtdirmirsə həmin qаzın cаvаbdеh tərəfindən istifаdə еdilməsi nеcə sübut оlunur. Çох mаrаqlıdır ki, müqаvilənin əsli iddiаçının sərəncаmındа оlduğu təqdirdə həmin müqаvilənin əslinin vеrilməməsi еlə sахtаkаrlığın həmin аndаn yаrаnmаsını və iddiаçı ilə Nizаmi Kərimzаdə аrаsındа оlаn sахtа hərəkətlər kimi qiymətləndirilməlidir. Bu bахımdаn Nizаmi Kərimzаdənin məhkəmə iclаsındа dindirilməsidə zəruridir. Əgər hər iki müqаvilə vеrilmiş еtibаrnаmə əsаsındа imzаlаnmış оlsаydı həmin müqаvilədə аlıcı qismində cаvаbdеhin аdı dеyil еtibаrnаmə üzrə оnu təmsil еdən şəхs kimdirsə həmin şəхs iştirаkçı kimi iştirаk еdərək müqаviləni imzаlаmаlı idi. Həmçinin müqаviləyə diqqət yеtirilsə görərik ki, müqаvilədə ünvаn yеrində də cаvаbdеhin dеyil, Nizаmi Kərimzаdənin ünvаnı qеyd еdilmişdir. Əgər həqiqətən də müqаviləni Sərdаr Bаyrаmоv imzаlаmış оlsаydı оnun ünvаnı öz ünvаnı kimi qеyd еdilməli idi. Həmçinin qеyd оlunаn sаzişin imzаlаnmаsı isə yuхаrdа qеyd еdildiyi kimi vаcib yаnıltmа təsiri аltındа bаş vеrmiş və cаvаbdеh sаzişi Nizаmi Kərimzаdənin аdındаn imzаlаdığı kimi qəbul еtmişdir. Məhkəmənin qеyd еtdiyi mеdiаsiyа prоsеsi bаrədə isə cаvаbdеhin ümumiyyətlə məlumаtı оlmаmışdır. Məhkəmə tərəfindən də Kərimzаdə Nizаminin işə 3-cü şəхs qismində cəlb еdilməsi zəruri оlduğu hаldа bu bаrədə məhkəmə tərəfindən hеç bir аrаşdırmа аpаrılmаmışdır. Məhkəmə tərəfindən də cаvаbdеhin аdınа sаyğаcın qеydə аlınmаsı ilə bаğlı sоrğu еdilərək ərizənin və sənədlərin kimin tərəfindən imzаlаnmаsı hаlı аrаşdırılmаlıdır. Həmçinin hər 2 müqаviləyə münаsibətdə imzаnın və imzаyа dаir möhürün kimə məхsus оlmаsı həmin möhürün kimin tərəfindən sifаriş еdilməsi hаlı dа аrаşdırılmаlıdır. Əvvəlki məhkəmə prоsеsləri bаrədə məlumаtları оlmаdığındаn iş üzrə tаm sübutlаrın təqdim еdilməsi mümkün оlmаmışdır. Bu günkü gündə əqdin mübаhisələndirilməsi bоrcun ödənilməsindən yаyınmа kimi dеyil, əsl cаvаbdеhin işə cəlb еdilməsi müəyyən еdilməklə tələb həmin şəхsə qаrşı yönəlməlidir. Məhkəmənin gəldiyi nəticə işin fаktiki və həqiqi hаllаrınа uyğun dеyil. Məhkəmənin gəldiyi nəticəisə iddiа tələbindən kənаr оlаrаq qiymətləndirilməlidir. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrar xəbərdar edilmiş iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan qaz paylayıcı ilə sənaye qaz qurğusu istifadəçisi arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı və 21 oktyabr 2020-ci il tarixli AMX-4321/20 saylı qazın alğı-satqısı müqavilələrindən, abonentin saldosundan və debitor borcunun ödənilməsi barədə pretenziya məktubundan görünür ki, Cavabdeh Bakı şəhəri, Xəzər rayonu, Gürxan bağları ünvanında yerləşən qeyri-yaşayış obyektində təbii qazdan istifadə etmiş, sayğac göstəricilərinə əsasən 422330,91 manat borcu yaranmış, həmin borcun ödənilməsi barədə iddiaçı tərəfindən xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh qazdan istifadəyə görə yaranmış debitor borcu ödəməmiş, nəticədə iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır İş materuallarından görünür ki, cavabdehin vəkili və nümayəndəsi 19 aprel 2024-cü il tarixli məhkəmə iclasında öz izahatında xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı qazın alğısatqısı müqaviləsində olan imzanın Cavabdeh məxsus olmadığını və həmin imzanın Kərim-X6 məxsus olduğunu bildirmişdir. Bununla bağlı məhkəməxəttşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı vəsatət vermiş və məhkəmənin 19 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Eyni zamanda iş üzrə icraat dayandırılmışdır. Məhkəmənin xx.xx.2024 və xx.xx.2024-cü il tarixli məktubları ilə İddiaçındən xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı qazın alğı-satqısı müqaviləsinin əslinin məhkəməyə təqdim olunması tələb edilmişdir. Eyni zamanda Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli vəsatəti ilə xx.xx.2017ci il tarixli, 3207-10-17 saylı qazın alğı-satqısı müqaviləsinin əslinin Mərkəzə təqdim edilməsi xahiş edilmişdir. İddiaçı İB xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, tərəflər arasında xx.xx.2020-ci il tarixdə AMX4321/20 saylı yeni müqavilə imzalandığından xx.xx.2017-ci il tarixli 3207-10-17 saylı qazın alğı-satqısı barədə müqavilə 7-ci bəndinə əsasən qüvvədən düşmüşdür. Eyni zamanda məktubda qeyd olunur ki, hər iki müqavilə istehlakçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəmə-xətşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. İş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-671/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iqtisadi mübahisə üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixli barışıq sazişi bağlanılmış və həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişi cavabdehin şəxsən özü tərəfindən imza edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, 2011-ci ildən Bakı şəhəri, Xəzər rayonu Pirallahı qəsəbəsi Gürxan bağlarında yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış sayğac Cavabdeh adınadır. İddiaçı İB-də abonent kimi Cavabdeh qeydiyyata alınmışdır. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin nümayəndəsi öz izahatında sayğac quraşdırılmış qeyriyaşayış sahəsinin Cavabdeh məxsus olduğunu, həmin qeyri-yaşayış sahəsinin halhazırda Kərim-X3 istifadəsində olduğunu və mübahisə predmeti təşkil edən təbii qazın X7 oğlu tərəfindən istehlak edildiyini bildirsə də, həmin qeyri-yaşayış sahəsinin Kərim-X3 istifadəsində olduğu və təbii qazın X7 oğlu tərəfindən istehlak edildiyi ilə bağlı hər hansı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Gəncə İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş 2-2(83)-671/2019 saylı iş materialları öyrənilərkən müəyyən edilmişdir ki, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli məhkəmə iclasında Cavabdeh iştirak etmiş və barışıq sazişinin təsdiq olunmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi cavabdeh X1 İnzibati-İqtisadi Məhkəməsinin icraatında olmuş iş üzrə tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 3207-10-17 saylı qazın alğı-satqısı barədə müqavilədə imzanın ona məxsus olmaması ilə bağlı hər hansı bir etirazını bildirməmiş, əksinə iddia tələbini qəbul edərək borcun müəyyən bir qismini ödəmiş, qalan borcun ödəniulməsi ilə bağlı tərəflər arasında barışıq sazişi bağlanmışdır. Bu saziş Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə təsdiq edilmiş və qərardad qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, cavabdehin vəkili və nümayəndəsinin tərəflər arasında bağlanmış müqavilədəki imzanın cavabdehə məxsus olmaması ilə bağlı irəli sürdüyü dəlillər borcun ödənilməsindən yayınmaq məqsədi daşıyır. İddiaçı İB-də abonent kimi cavabdeh qeydə alınmış və iddiaçı da istehlak olunmuş təbii qazın dəyərini cavabdehdən tələb etməkdə haqlıdır. Ona görə də təbii qazdan istifadəyə görə yaranmış 422330,91 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə tərəfindən cavabdehə izah olunur ki, ona məxsus qeyri-yaşayış sahəsində istifadə edilmiş təbii qazın X7 oğlu tərəfindən istehlak edildiyini iddia edirsə, bununla bağlı ona qarşı dəymiş ziyanın ödənilməsi ilə bağlı tələb irəli sürə bilər. xx.xx.2023-cü il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan göründüyü kimi Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmiş, lakin İddiaçı nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat mediasiya xərcini ödəmişdir. İş materiallarında olan ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılmaq üçün 312,33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni zamanda iddiaçı tərəfindən 400 manat mediasiya xərci və 312,33 manat dövlət rüsumu ödənildiyindən və iddiaçı həmin məbləği tələb etdiyindən ödənilmiş 400 manat mediasiya xərci və 312,33 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı iə Cavabdeh arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 3207-10-17 saylı müqaviləyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Gürxan bağları ünvanda yerləşən, **********05577 saylı abonent kodu olan qeyri-yaşayış sahəsi İddiaçı İB tərəfindən təbii qazla təchiz olunuşdur. Cavabdeh istifadə olunan təbii qazın dəyərinin vaxtında ödəniləcəyi barədə üzərinə öhdəlik götürməsinə baxmayaraq müqavilə öhdəliklərinə əməl etməmiş istifadə olunan təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Nəticədə xx.xx.2022-ci il tarixə 422330,91 (dörd yüz iyirmi iki min üç yüz otuz manat, doxsan bir qəpik) manat borcu yaranmışdır. Borcun ödənilməsinin məhkəməyədək həll olunması məqsədi ilə pretenziya qaydasına riayət edilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş qazın alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı təşkilat təbii qazı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, yuxarıda təsvir olunan Qaydaların tələblərini pozaraq istifadə edilmiş təbii qazın dəyəri olan 422330,91 manat debitor borcu ödəməmişdir. Məhkəmənin iddianın təmin edilməsinə dair qətnaməsi ilə razılaşmayan cavabdeh apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, alqı-satqı müqavilələrinə o imza etməmişdir, məhkəmənin istinаd еtdiyi sаziş (barışıq sazişi) vаcib yаnıltmа аltındа cаvаbdеh tərəfindən imzаlаnmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən araşdırılmış və hər iki müqavilə istehlakçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi tərəfindən imzalanmışdır. Bundan başqa iş materiallarında olan Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 2-2(083)-671/2019 saylı qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iqtisadi mübahisə üzrə tərəflər arasında xx.xx.2019-cu il tarixli barışıq sazişi bağlanılmış və həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilmiş, barışıq sazişi cavabdehin şəxsən özü tərəfindən imza edilmişdir. Göstərilən halın özü iddiaçı ilə bağlanmış təbii qaz alğı-satqısına dair müqavilənin cavabdehin iradə ifadəsi olduğunu təsdiq edir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlillərini əsassız hesab edir. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onun iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində onlara məxsus kabinetə yerləşdirilmişdir. Bundan başqa cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasın baxmayaraq özü məhkəmə iclasında iştirak etməsə də, nümayəndəsi (vəkil) Vəkil məhkəmə iclasında iştirak etmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-73/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-223/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-223/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver