Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-233/2023 15.11.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-916/2023 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-916/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh tərəfindən hesablanmış 1458 (bir min dörd yüz əlli səkkiz) manat borcun İddiaçı abonent hesabından silinməsi, Cavabdehndən 34,58 (otuz dörd manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun isə tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh nümayəndəsi X3 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz və əsassız olaraq hesablanmış 1458 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Göygöl şəhəri, Azay Kazımov küçəsində özünə məxsus iaşə obyekti var. Cavabdeh İB təbii qazdan istifadə etdikləri üçün qaz sayğacı quraşdırıb. 04 noyabr 2022-ci il tarixdə Cavabdeh İB-nin əməkdaşları obyektə gələrək akt tərtib etmişlər ki, istifadə olunan təbii qaza görə qaz sərfiyyatı aşımı aşkar edilmişdir və həmin akt əsasında da qanunsuz və əsassız olaraq 1458 manat məbləğində cərimə yazmışlar. Qeyd olunan cərimənin hansı əsasla yazılması tələb olunsa da cavabdeh orqan heç bir rəsmi məlumat vermir, yalnız sərfiyyat aşımının olmasını bildirir. Halbuki ki, cavabdeh orqan tərəfindən quraşdırılmış sayğaca heç bir müdaxilə olunmayıb, sayğac üzrə istehlak olunan təbii qazın da dəyəri hər ay vaxtında ödənilib. xx.xx.2022-ci il tarixli aktda qeyd olunur ki, 5.4 kub sərfiyyat aşımı aşkar edilib. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, Qaz sayğacı sənaye tipli olduğundan istehlakçının - İddiaçı vəsaiti hesabına təmir və ya yenisi ilə əvəz edilməli olduğu halda, yenisi ilə əvəzlənməsi üçün səy göstərməmişdir. Lakin bütün bunlara baxmayaraq istehlakçı bu barədə müqavilə tərəfi - Paylayıcı orqana heç bir məlumat verməmiş qazdan bu cür qanunsuz istifadə etmişdir. Belə ki, layihə-smeta sənədlərində, abonentlə bağlanılmış AMX-8994/19 saylı, xx.xx.2019-cü il tarixli Qaz Paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı Müqaviləsinin 4.4-cü bəndində kombi 1 ədəd, pq 3 qaz plitəsi 1 ədəd, pq 6 qaz plitəsi 1 ədəd göstərilmişdir. Lakin iddiaçı yuxarıda qeyd olunan 80 saylı X1, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilənin şərtlərini pozmuşdur. Tərəflər arasında bağlanılmış müqavilə və texniki istismar sənədlərində nəzərdə tutulmuş cihazların maksimal sərsiyyatına uyğun qaz sayğacı quraşdırılmış, lakin sonradan avadanlıqlar dəyişdirilərək böyük həcmli avadanlıq quraşdırılmış, bununla bağlı təchizatçı orqana heç bir məlumat verilməmişdir. Təchizatçı orqana məlumat vermədən istehlakçıya qurğuların sayını artırmaq, azaltmaq və ya yerinin özbaşına dəyişmək qadağan olunmasına baxmayaraq İddiaçı buna məhəl qoymamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci ildə tərtib olunmuş ******* saylı aktda abonentin iştirakı ilə birgə ünvana müqavilə şərtlərinə əməl edilməsinin yoxlanılması məqsədilə baxış keçirilmiş və layihə-smeta sənədlərində göstərilmiş-qeyd edilmiş cihazların sayında dəyişiklik etməklə əlavə cihazlardan istifadə olunmuşdur. Baxmayaraq ki, layihə-smeta sənədlərində, tərəflər arasında bağlanılmış müqavilədə 3 ədəd qaz işlədici qurğuların sərfiyyatına uyğun qaz sayğacı quraşdırılmasına baxmayaraq, iddiaçı həmin qurğulardan əlavə cihaz quraşdırmış, bu barədə təchizatçı orqana məlumat verməmiş, qaz sayğacını əvəzlənərək sərfiyyata uyğun qaz sayğacı quraşdırılması üçün müraciət etməmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən İddiaçı nümayəndə vasitəsilə təmsil olunsa da özü və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kolegiyasının əvvəli iclasında iştirak edən Cavabdeh nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinə etiraz edərək həmin şikayətin təmin edilmədən qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və işdə iştirak etmiş şəxsin izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb edərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “Təbii X1 pozulması haqqında” ******* nömrəli aktdan görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsinə baxış keçirilmiş, baxış zamanı 5,4 kub sərfiyyat aşımı aşkar edilmişdir. Qaz işlədiciləri 1 ədəd PQ4 (restoran tipli), kombi, yer ocağı və 1 ədəd kürədən ibarətdir. Kürədən istifadə edilmirdi. Tələb hissəsində qeyd edilmişdir ki, itirilmiş qazın həcmi hesablansın və dəyərinin ödənilməsi təmin edilsin. İş materiallarında olan xx.xx.2023-cü il tarixli abonentin saldosundan görünür ki, abonent İddiaçı 2022-ci il noyabr ayına olan qalıq və aktlara görə 1458 manat borcu qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli MŞG/1/MT007/2023-00953 nömrəli ilkin mediasiya sesssiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat mediasiya xərci İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziya məktubundan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Cavabdeh tərəfindən apellyasiya şikayətinə əlavə olunmuş çap tarixi 08 sentyabr 2023-cü il olan KY221870638 nömrəli sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Cavabdeh İB tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektində müqavilə şərtlərinə əməl olunması ilə bağlı xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərdə yoxlamanın keçirilməsi vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının iclasında təqdim edilmiş tərəflər arasında bağlanmış 06 dekabr 2019-cu il tarixli AMX-8994/19 nömrəli qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” müqaviləsindən görünür ki, qaz paylayıcısı olaraq Cavabdeh İB istehlakçısını keyfiyyətli qazla təmin etməyi, istehlakçı fiziki şəxs İddiaçı isə aldığı qazın dəyərini göstəriciyə uyğun ödəməyi öhdəsinə götürmüşdür. İstismar olunan qaz qurğuları 1 ədəd Kombi, 1 ədəd PQ-3 və 1 ədəd PQ-6 -dan ibarət olduğu, lakin müqavilədə lakin müqavilədə həmin cihazların maksimal qaz sərfiyyatı göstərilməmişdir. Birinci instansiya məhkəməsi qətnaməni onunla əsaslandırmışdır ki, sahibkara məxsus obyektdə təbii X2na riayət olunmasının vəziyyəti yoxlanılmış, lakin həmin yoxlama vahid məlumat reyestrində qeydə alınmamış, habelə yoxlamanın aparılması ilə bağlı qərar qəbul edilməmişdir. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan cavabdeh tərəfindən “X1” və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müddəalarına riayət edilməli və yoxlama müvafiq reyestrdə qeydiyyata alınmalı idi. Məhkəmənin qənaətinə görə Cavabdeh əməkdaşları tərəfindən sahibkarlıq obyektinə baxış keçirilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçmədiyindən keçirilmiş yoxlama “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinin tələbi baxımından hüquqi nəticə yarada bilməz. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, 1458 (bir min dörd yüz əlli səkkiz) manat borcun əsaslı və qanuni olması təsdiqini tapmadığından istehlakçının hesabından silinməlidir. Birinci instansiyanın gəldiyi nəticə ilə qismən razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. “Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 5-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2-ci maddəsinin 10-cu bəndinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci və 17-ci bəndlərinə uyğun olaraq, Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və aparılması qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Apellyasiya şikayətinə əlavə edilmiş sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan göründüyü kimi Cavabdeh İB tərəfindən İddiaçı məxsus sahibkarlıq obyektində müqavilə şərtlərinə əməl olunması ilə bağlı xx.xx.2022-ci il – xx.xx.2022-ci il tarixlərdə yoxlamanın keçirilməsi vahid məlumat reyestrində qeydiyyata alınmışdır. Göründüyü kimi məhkəmə iş üzrə hərtərəfli araşdırma aparmadan cavabdehin iddiaçıya məxsus sahibkarlıq obyektində yoxlamanın qanunsuz keçirilməsi qənaətinə gəlmişdir, yəni maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Azərbaycan Respublikası MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; Həmin Məcəllənin 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, aktı tərtib etmiş, yoxlama keçirmiş və bu əsasla borc hesablamış təşkilat onun qanuni və əsaslı olmasını sübut etməyə borcludur. Hesablanmış borc əsaslı olmasını sübut edə bilmədikdə, iddianın haqlı olması halı qəbul edilir. İstehlakçının fəaliyyəti təbii qazın verilişindən asılı olduğundan cavabdeh orqan istehlakçıya münasibətdə daha güclü tərəf sayılır. Ona görə də qaz təchizatı müəssisəsinin əməkdaşı birinci növbədə istehlakçının məsuliyyətə cəlb etməkdə maraqlı olmamasını, qərəzsiz olmasını təmin etməlidir. Onun qərəzsizliyinə şübhə yarada bilən bütün hərəkətlərdən çəkinməlidir. Əks halda onun fəaliyyəti qüsurla həyata keçirilmiş olur. İşin hallarından göründüyü kimi, qaz təchizatı müəssisəsinin əməkdaşları sahibkarın fəaliyyət göstərdiyi binaya daxil olaraq orada qazdan istifadə üçün nəzərdə tutulmuş olan cihazların sayını və ölçülərini müəyyən etmişlər. İş materialları ilə müəyyən olunur ki, iddiaçının istifadə etdiyi qurğular müqavilədə göstərilən saydadır və cavabdeh tərəfindən quraşdırılmış sayğaca müdaxilə olunmamış, işlək vəziyyətdədir. Lakin cavabdeh təşkilat xx.xx.2022-ci il tarixli “Təbii X1 pozulması haqqında” ******* nömrəli aktda 5,4 kub sərfiyyat aşımının aşkar edilməsini qeyd etmişdir. Həmin akta nəzər yetirdikdə obyekdə işlək vəziyyətdə, yəni qaz xəttinə qoşulu olan 3 qaz cihazı aşkar edilmişdir ki, onlardan təkcə kombinin qaz sərfiyyatı 10,4 m3, yəni sayğacın 10 m3 təşkil edən gücündən 0,4 m3 artıq təkil etdiyi müəyyən olunur. Halbuki işdəki xx.xx.2019-cu il tarixdə iddiaçı ilə bağlanmış qaz paylayıcı ilə sənaye-qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı müqaviləsinin surətindən görünür ki, iddiaçının obyektində kombidən əlavə PQ-3 və PQ-6 markalı qaz qurğuları da olmuşdur. Aktda göstərilənlərin düzgün olması qənaətinə gəlmiş olsaq onda belə görünür ki, qaz paylayıcı iddiaçıya məxsus obyektdə ilk gündən qaz qurğularının sərfiyyat gücünə uyğun olmayan sayğacın quraşdırılmasına razılıq vermişdir. Beləliklə də göründüyü kimi cavabdeh iddiaçı ilə bağlanmış qaz alqı-satqısına dair müqavilədə qaz qurğularının sərfiyyat gücünü göstərməli olduğu halda bunu göstərməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin “Qaydalar”ın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2”nın tələblərindən göründüyü kimi qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Kollegiya qeyd edir ki, qanunvericiliyin tələbindən göründüyü kimi qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən hesablamalıdır. Lakin hazırkı halda sayğacın işlək vəziyyətdə olmasına baxmayaraq cavabdeh tərəfindən 5,4 kub sərfiyyat aşımı aşkar edilərək abonentə borc yazılması və bunun iddiaçının təqsiri nəticəsində baş verməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, 5,4 kub sərfiyyat aşımının istehlakçı İddiaçı təqsiri nəticəsində baş verməsi təsdiq edilmədiyi üçün iddianın təmin edilərək iddiaçıya hesablamış 1458 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən apellyasiya şikayətinin dəlilləri ilə qismən razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməklə yeni qətnamə çıxarılmalı, lakin iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Мəhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-916/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən hesablanmış 1458 (bir min dörd yüz əlli səkkiz) manat borc İddiaçı abonent hesabından silinsin. Cavabdehndən 34,58 (otuz dörd manat əlli səkkiz qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-233/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-233/2023
15.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver