Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-277/2025 14.01.2026 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-997/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-997/2025 saylı qətnaməsi ilə (hakim R.Qələnərzadə) İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini, Cavabdehdən 467,81manat dəyərində olan sayğaca sərf etdiyi vəsaitin və iş üzrə ödənilmiş 46 manat dövlət rüsumunun, ümumilikdə 513 manat 81 qəpik məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 467,81 manat maddi zərərin və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 497,81 manat məbləğində pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, H.Əliyev prospekti-151 ünvanında yerləşən və yaxın qohumu X4 məxsus gözəllik salonuna İddiaçı vəsaiti hesabına qanunsuz olaraq Cavabdeh İB Gəncə Regional Qİİ-si tərəfindən məcburi aldırılmış qaz sayğacı ilə bağlı zərərin ödənilməsi tələbinə dair X3 iddia tələbi Gəncə Şəhər Məhkəməsinin qətnaməsi ilə təmin edilməyib. İmtina onunla əsaslandırılıb ki, “iddia tələbinin predmetini təşkil edən 467,81 manat pul cavabdeh Azəriqaz İB Gəncə Regional Qİİ-nin hesabına İddiaçı tərəfindən ödənilmişdir. İddiaçı X3 həmin məbləği cavabdehdən tələb etməyə subyektiv hüquqi olmamışdır”. Yəni hüquqi cəhətdən iddia onun tərəfindən verilməlidir. Gəncə şəhəri, H.Əliyev prospekti 151 ünvanında yerləşən gözəllik salonuna onun vəsaiti hesabına alınmış qaz sayğacı xx.xx.2017-ci il tarixində Azəriqaz İB-nin nümayəndələri tərəfindən quraşdırılmışdır (akt № 2972280). Cavabdeh İB-nin nümayəndələri xx.xx.2020-ci ildə sayğaca texniki baxış keçirmiş və sayğacın normal işlədiyi təsdiqləmişlər (akt № 3975839). xx.xx.2023-cü il tarixində Cavabdeh İB-nin nümayəndələri yenidən obyektlərinə gələrək sayğaca baxış keçirmiş, sayğacın normal işlədiyini, ancaq istismar müddətinin bitdiyini (akt № 5107110) (Cavabdeh İB-nin iddiasına görə sayğacın istismar müddəti beş ildir), bu səbəbdən yeni sayğacının alınmasını bildirərək qazın verilməsini dayandırmışlar. Qazın verilməsinin qanunsuz dayandırılması səbəbindən obyektləri bir gün iflic vəziyyətinə düşmüş və onlar məcburi olaraq 467,81 manat dəyərində yeni sayğac almışlar. Cavabdeh İB-nin nümayəndələri həmin sayğacı obyektlərinə quraşdırmış və onunla xx.xx.2023-cü il tarixli AMX 3267/23 nömrəli müqavilə bağlanmışdır. Qaz sayğacının “istismar müddəti” tərəflərindən sosial şəbəkələrdə araşdırılması onu göstərmişdir ki, həmin müddət 5 il yox, 22 il qəbul edilib və bununla bağlı Cavabdeh İB-nin rəhbərliyinə müvafiq şikayət bildirmişlər. Cavabdeh İB-nin rəhbərliyi cavab olaraq onların haqlı olduğunu bildirmiş və tərəflərindən yeni alınmış sayğacı başqa abonentə satacaqlarını bildirmişdir. Onlar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə şikayətlərindən sonra Cavabdeh İB öz cinayətkar hərəkətlərini örtbasdır etmək üçün sonradan, 4 ay gec, onların iştirakı olmadan guya sayğacın dövri yoxlamasını həyata keçiriblər və noyabr ayında köhnə tarixlə xx.xx.2023-cü il, MSK-14-2- 2/3-5-7290-04 saylı akt tərtib ediblər və absurd nöqsanlar göstərərək, obyektlərindən sökülmüş sayğacın qüsurlu olmasını göstəriblər. Cavabdeh İB burada da ciddi qanun pozuntusuna yol vermişdir. “X7”nın tələblərinə əsasən, istismarda olan sənaye qaz cihazları 3 ildə bir dəfə, məişət qaz sayğacları isə 5 ildə bir dəfə dövri yoxlamadan keçməlidir. Bu müddətə uyğun olaraq sayğaclar, Cavabdeh İB-nin nümayəndələri tərəfindən quraşdırıldıqları ünvanlardan sökülərək, Birliyin Metrologiya Departamentinə təqdim edilir. Qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırılır. Lakin Cavabdeh İB bu halda da yuxarıda göstərilən mövcud qayda və standartlarının tələblərinə əməl etməyərək, qaz verilişinin fasiləsizliyini təmin etmək məqsədilə sökülmüş qaz sayğacının əvəzinə başqa sayğac quraşdırmamış, qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün onlar departamentə dəvət edilməmişdir. Cavabdeh İB-nin Metrologiya Departamenti 4 aydan sonra köhnə tarixlə absurd nöqsanlar göstərərək, sayğacın yararsız olması haqqında akt tərtib etmişdir. Maraqlıdır ki, obyektlərindən sökülmüş və MSK-14-2-2/3-5-7290-04 saylı aktda göstərilmiş “yararsız sayğac” akt tərtib edilmədən əvvəl başqa abonentə satılmışdır. İTRON G-6 sayğacın istismar müddəti ilə bağlı onların Cavabdeh İB-nə (Bakı şəhəri) sorğuları 06 yanvar 2025-ci ildə Cavabdeh İB Gəncə Regional Qİİ-nin rəisi tərəfindən cavablandırılıb və həmin müddətin 9 il olduğu rəsmən təsdiqlənib. Beləliklə cavabdeh Qaydaları kobudcasına pozaraq dələduzluq yolu ilə ona yeni sayğac aldıraraq, 467,81 manat dəyərində maddi zərər vurulmuşdur. Gəncə Şəhər Məhkəməsinin 03 aprel 2025-ci il tarixli 2(125)-1487/2025 nömrəli qərardadı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikası Gəncə Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamənin əsaslandırma hissəsində məhkəmə predmetinə aid olmayan ümumi söz birləşmələri, o cümlədən Qaz İstismar İdarəsinin istehlakçı ilə bağladığı müqavilə, bu müqavilə əsasında istehlakçını keyfiyyətli qazla təmin edilməsi, qazın dəyərinin paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödənildiyi, istismardan çıxarılmış və yeni alınmış sayğacın markası, zavod nömrəsi və heç bir məna kəsb etməyən digər sözlər yazılmışdır. Digər tərəfdən qətnamənin əsaslandırma hissəsində Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Gəncə Filialının rəyi əsas gətirilir. Həmin rəydə də eyni ilə mənasız və əsas məsələdən yayındırmağa yönəlmiş fikirlər öz əksini tapmışdır. Belə ki, həmin rəydə onların abonent kodu, obyektin mülkiyyətcisi, istismardan çıxarılmış və yeni alınmış sayğacın markası, zavod nömrəsi sadalanır və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2021-ci il tarixli,80 nömrəli qararı ilə təsdiq edilmiş “X7”nın 4.2-4.4 bəndləri şərh edilir. Məlumat üçün bildirilir ki, bütün iclaslarda iştirak etməyinə baxmayaraq Gəncə Regional Qİİ-nin nümayəndələri məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Məhkəmə iclasının birinə dəvət edilən Energetika Nazirliyi Enerji X1 Gəncə Filialının nümayəndəsi iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tanış olmamışdan əvvəl Qanunun “Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi” bəndinin 2.3 yarım bəndinin, yəni “qaz xəttinin üzərindən açılmış sayğacının yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda istehlakçının iştirakı təmin edilir” şərtinin Qİİ-si tərəfindən pozulduğunu etiraf etmışdir. Məhkəmənin bu qurumun rəyinin əsas kimi göstərilməsinə gəldikdə isə aydındır ki, eyni nazirliyə tabe olan bir qurum digərinin əleyhinə heç vaxt obyektiv rəy verməyəcək. Qətnamənin 17-ci abzasında “Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00019) 07 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1458 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir.” göstərilmişdir. Hakimin Şəmkir sakininə aid abonent kodunun və akt əsasında hesablanmış borcun ona aid olması kimi göstərməsi faktını şərh etməkdə çətinlik çəkir. Belə olan halda “şərhə ehtiyac yoxdur” deyirlər. Hakimin qərəzli mövqeyi, işlə səthi tanış olaraq səhv qərar verməsi danılmazdır. Hakim iddia tələbinin predmeti olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş X7 haqqında Azərbaycan Respublikasının Qanununun 3.1.5-ci yarımbəndinin və 6.2. bəndinin kobudcasına pozulmasına, Cavabdeh İB və fiziki şəxs İddiaçı ilə xx.xx.2023-cü ildə bağlanmış Qaz paylayıcı və sənaye qaz qurğusu istifadəcisi arasında qazın alqi-satqısı Müqaviləsinin 5.3. bəndinin pozulmasına; “Qaydaların” 4.9. bəndinin pozulmasına; Qanunun “Dövlət yoxlamasına gətirilən sayğacların qeydiyyatı və sənədləşdirilməsi” bəndinin 2.3 yarım bəndinin pozulmasına; “Qaydaların” 1.3. bəndinin pozulmasına; İTRON G-6 sayğacın istismar müddəti ilə bağlı 06 yanvar 2025-ci ildə Cavabdeh İB Gəncə Regional Qİİ-nin rəisi tərəfindən cavablandırılan və həmin müddətin 9 il olduğunu rəsmən imza və möhürlə təsdiqləyən dövlət sənədinin mövcudluğuna məhəl qoymamışdır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, məhkəmə ilkin iddia tələbi ilə əlaqədar maddi hüquq normalarını düzgün tətbiq etməyib və maddi ziyanın ödənilməsi öhdəliyinə dair qanunvericilik nəzərə almayıb. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahat: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsin əsasən işə gəlməmiş şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kolegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək həmin şikayətin dəlillərinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollеgiyası işin halları barədə məruzəçi hakimin məruzəsini və işdə iştirak etmiş iddiaçının izahatını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkldə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməyərək, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan 12 iyul 2023-cü il tarixli, AMX-3267\23 saylı tərəflər arasında bağlanmış qazın alqı-satqısı müqaviləsindən görünür ki, Cavabdeh bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. İş materiallarına əlavə olunmuş ******* nömrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında aktdan görünür ki, İddiaçı adına rəsmiləşdirilən (mülkiyyətçi X6) qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G- 6 markalı, 1605AZ**********03 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixində Gəncə RQİİ-nin əməkdaşları tərəfindən qaz sayğacı əvəzlənərək **********985 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji X1 Gəncə Filialının xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(115)-997/2025 nömrəli iş üzrə toplanmış sənədlər təhlil olunan zaman məlum olmuşdur ki, Cavabdeh (bundan sonra-İB-yi) X10 istismarı idarəsində (bundan sonra Gəncə RQİİ) **********01510 abonent kodu ilə qeydiyyatda olan İddiaçı adına rəsmiləşdirilən (mülkiyyətçi X6) qeyri-yaşayış sahəsinin qaz xətti üzərində quraşdırılmış G-6 markalı, 1605AZ**********03 zavod nömrəli qaz sayğacı xx.xx.2023-cü il tarixində Gəncə RQİİ-nin əməkdaşları tərəfindən qaz sayğacı əvəzlənərək **********985 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7nın 4.3-cü bəndinin tələblərinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. Həmin Qaydaların 4.4-cü bədinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Eyni zamanda Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Məlumat üçün bildirir ki, sözü gedən qeyri-yaşayış sahəsi kommersiya fəaliyyəti ilə məşğuldur və orada quraşdırılan və istismar olunan qaz qurğularından qeyri-məişət ehtiyacları üçün istifadə olunur. (Qeyriməişət ehtiyacları- müəssisə, təşkilat, istehsal sexi, fermer təsərrüfatı, ofis, mağaza, restoran və s. üçün tələb olunan resurslar). İş materiallarında olan Cavabdeh X2 Departamentinin Sayğacların Müayinəsi laboratoriyasında keçirilmiş müayinənin nəticəsi olaraq tərtib edilmiş xx.xx.2023-cü il tarixli MSK-14-2-2/3-5-7290-04 saylı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X7nın 4.3-cü bəndinin tələblərinə əsasən Qaz sayğaclarının dövlət yoxlanılmasının keçirilməsi barədə aktdan görünür ki, Cavabdeh İB-nin 14-2-2/3-5-7290 saylı 19 iyul 2023-cü il tarixli məktubuna əsasən 20 iyul 2023-cü il tarixində Gəncə RQİİ-dən Dövlət yoxlamasına gətirilmiş G6 markalı Smart-kart tipli Qeyri-əhali qaz sayğacına 16 avqust 2023-cü il tarixdə Metrologiya Departamenti tərəfindən baxış keçirilmiş və “sayğacın klapanının açıq olması, ekranda bağlı işarəsinin olması, klapanın işləmədiyi, sayğacının yaddaş arxiv proqramının oxunduğu, Alarm 1 rejiminin qeydə alınmadığı, sayğacın yararsız olduğu” müəyyən edilmişdir. İş materiallarında olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci il tarixli reyestr nömrəsi **********70-05101-083005 olan çıxarışın surətindən görünür ki, Gəncə şəhəri Heydər Əliyev prospekti 151 nömrəli binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 204,4 kv.m olan qeyri-yaşayış sahəsi mülkiyyət hüququ ilə X4 məxsusdur. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Gəncə şəhəri, H.Əliyev prospekti-151 ünvanında yerləşən və X4 məxsus qeyri-yaşayış sahəsində xx.xx.2017-ci ildə qaz sayğacı quraşdırılmış, xx.xx.2020-ci il tarixdə həmin sayğaca texniki baxış keçirilmiş, növbəti dəfə xx.xx.2023-cü il tarixdə həmin sayğaca texniki baxış keçirilməsi üçün sayğac sökülərək iddiaçı tərəfindən Metrologiya Departamentinin Sayğacların Müayinəsi laboratoriyasına təqdim olunmuş, baxış zamanı həmin sayğacın istismara yararsız olduğu müəyyən edilmiş, bu səbəbdən də X4 məxsus qeyri-yaşayış sahəsində yeni sayğac quraşdırılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İşin faktiki hallarından və mütəxəssis rəyindən görünür ki, iddiaçı qeyri-yaşayış obyektinə quraşdırdığı qaz sayğacı üçün ödədiyi pul məbləğini cavabdehdən tələb edir. Hansı ki bu sahəni tənzimləyən normalardan göründüyü kimi məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İddiaçının mübahisələndirdiyi sayğacın quraşdırıldığı obyekt qeyri-yaşayış obyekti olduğundan və həmin hal digər istehlakçılar kateqoriyasına aid edildiyindən, həmçinin iddiaçı tərəfindən həmin sayğacın quraşdırılmasının qanunsuz olduğu sübuta yetirilə bilmədiyindən məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Eyni zamanda iddiaçı öz izahatında qeyd etmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023-cü il tarixli akta əsasən sayğacın istismar müddətinin bitdiyi üçün onun yenisi ilə əvəz edilməsinin tələb edilməsi qanunsuz olmuşdur. Hesab edir ki, sayğacın istismar müddəti bitməmiş və sayğac yararlı vəziyyətdə olmuşdur. Bununla belə o, məcburiyyət qarşısında qalaraq yeni sayğac almış və cavabdehə 467,81 manat pul ödəmişdir. Həmin pulun cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Məhkəmə bununla bağlı qeyd edir ki, iş materiallarında olan xx.xx.2017-ci il tarixli, ******* nömrəli akta əsasən qeyriyaşayış sahəsinə sayğac quraşdırılmışdır. xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən sayğaca texniki baxış keçirilmiş və qaz sayğacının texniki qaydalara cavab verdiyi müəyyən edilmişdir. Daha sonra xx.xx.2023-cü il tarixli, ******* nömrəli akta əsasən sayğacın istismar müddətinin bitdiyi üçün çıxarılaraq dövlət yoxlanılmasına göndərilmiş və yeni sayğac quraşdırılmışdır. Cavabdeh İB-nin Meterologiya Departamentinin qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2-2/3-5-7290-04 nömrəli aktına əsasən xx.xx.2023-cü il tarixdə qeyri-əhali qaz sayğacına baxış keçirilmiş və sayğacın yararsız olduğu müəyyən edilmişdir. Göründüyü kimi sayğac yararsız hesab olunduğundan cavabdehin nümayəndələrinin iddiaçıdan sayğacın yenisi ilə əvəz olunmasını tələb etmələri qanuni olmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı Cavabdehnə qarşı maddi zərərin ödənilməsi tələbinə dair iddiası rədd edilməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində göstərilən anlayışlara əsasən, qaz paylayıcısı – alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Həmin Qanunun 5-ci maddəsində göstərilmişdir ki, sənaye qaz qurğuları yoxlanılmalı, sınaqdan keçirilməli və icazə əsasında istismara verilməlidir. Sənaye qaz qurğularının yoxlanılması və sınaqdan keçirilməsi müvafiq icra hakimiyyəti orqanı, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və qaz eksperti (hətta qurğunu tikməyən və onu idarə etməyən podratçı) tərəfindən də həyata keçirilə bilər. Sənaye qaz qurğusunun istismarına icazə qaz təchizatı sahəsində fəaliyyət göstərən şəxsə verilir. “İcazə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada və müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurğunun yoxlanılmasını və sınaqdan keçirilməsini təsdiq edən müvafiq sənədlər və hesabat əsasında verilir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X7 ilə tənzimlənir. X7 müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 6-cı bəndində göstərilmişdir ki, qaz paylayıcısı istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda, təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda, istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə, paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda, istehlakçı qaz paylayıcısının işçilərini müayinə keçirilməsi üçün onun mülkiyyətində və ya istifadəsində olan tikinti obyektinə daxil olmasına maneə törətdikdə və ya müayinənin keçirilməsinə şərait yaratmadıqda, istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən tərtib edilmiş müayinə aktında qeyd olunmuş nöqsan və (və ya) pozuntuların aradan qaldırılması üçün bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərini yerinə yetirmədikdə, məhkəmənin qərarı ilə, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparan orqanın göstərişi əsasında qazın verilməsini dayandırır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “X7”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Qazın alqı-satqı müqaviləsi bu Qaydalara əlavə edilmiş formaya uyğun (2 və ya 3 nömrəli əlavələr) bağlanılmalıdır. Hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs məişət qurğularından istifadə etdiyi halda, onunla 3 nömrəli əlavəyə uyğun müqavilə bağlanılır. Bağlanılmış müqavilədə sənaye qaz qurğularına aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi barədə qeyd olunur. 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir 4.3-cü bəndinə əsasən qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.4-cü bədinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Yuxarıda istinad olunan qanunvericilik aktlarından göründüyü kimi, tərəflər iradələrinə uyğun olaraq müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə sərbəstdirlər və mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər. İş materialları ilə müəyyən olunur ki, Cavabdeh İB-nin Meterologiya Departamentinin qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə MSK-14-2-2/3-5-7290-04 nömrəli aktına əsasən xx.xx.2023-cü il tarixdə iddiaçıya məxsus qeyri-əhali qaz sayğacına baxış keçirilmiş və sayğacın yararsız olduğu müəyyən edilmiş və sayğac yararsız hesab olunduğundan cavabdehin nümayəndələrinin iddiaçıdan sayğacın yenisi ilə əvəz olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sayğacı qeyri-əhali qrupuna aid olduğundan onun dəyişdirilməsi iddiaçının vəsaiti hesabına aparılmış və bu zaman Cavabdeh İB tərəfindən iddiaçıya hər hansı zərərin dəyməsi müəyyən edilməmişdir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etmməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin qaz xəttinin üzərindən açılmış sayğacının yoxlanılmasının bütün mərhələlərində, həmçinin sınaq qurğusunda istehlakçının iştirakı təmin edilməli olduğu halda, qaz ölçü qurğularının yoxlanış prosesi ilə tanış olmaq üçün departamentə dəvət edilməməsi dəlili ilə bağlı kollegiya qeyd edir ki, həmin qaz sayğacı laboratoriyaya iddiaçının özü tərəfindən təqdim olunmuş, yoxlamada iştirak etməsi ilə bağlı iradəsini bildirməmişdir. Odur ki, kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Kollegiya apellyasiya şikayətinin “eyni nazirliyə tabe olan bir qurum digərinin əleyhinə heç vaxt obyektiv rəy verməyəcək” kimi dəlilini də hər bir qurum verdiyi rəyə görə məsuliyyət daşıdığına görə əsassız sayır. Kollegiya iddiaçının onun sayğacının başqa şıxsə satılması dəlilini də məhkəməyə həmin xüsusatı təsdiq edən sübut təqdim edilmədiyinə görə əsassız sayır. Apellyasiya şikayətinin dəlillərində həmçinin göstərilir ki, “Qətnamənin 17-ci abzasında göstərilir ki, “Məhkəmə toplanmış tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00019) 07 yanvar 2025-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1458 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir. Hakimin Şəmkir sakininə aid abonent kodunun və akt əsasında hesablanmış borcun ona aid olması kimi göstərməsi faktını şərh etməkdə çətinlik çəkir” dəlili ilə bağlı qeyd edir ki. qətnamənin məzmunundan göründüyü kimi həmin abzasın hazırkı işə aidiyyəti yoxdur və yol verilmiş texniki səhv olmuşdur, odur ki, həmin abzas qətnamədən xaric edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384.0.1, 392, 393, 402-406-cı maddələrini rəhbər tutub, məhkəmə kollegiyası, Qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(115)-997/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamənin əsaslandırıcı hissəsində (5-ci səhifə 4-cü abzas) qeyd olunmuş “Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı (abonent kodu: **********00019) 07 yanvar 2025ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 1458 manat məbləğində borc Cavabdeh İB tərəfindən silinməlidir”. ifadəsi qətnamədən xaric edilsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz. .
Məhkəmə qərarları › İş №2-2(104)-277/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-277/2025
14.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver