Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-38/2024 26.01.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası-hakimlərHüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borun silinməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e- 2-2(115)-1291/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən əsassız hesablanmış 1608 manat borcun silinməsini və vəkilə hüquqi yardım üçün ödədiyi 1000 manat xidmət haqqının cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh orqanın əməkdaşları tərəfindən 016458 saylı akt tərtib edilərək ona 1608 manat cərimə hesablanmışdır. Aktda göstərilir ki, “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1 və i2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lanmapasının yanması və “22” işarəsinin yanıb sönməsi ilə xarakterizə olunur. İlk öncə aktda göstərilən halların xüsusi bilik sahəsi ilə qüsur olması müəyyən edildikdən sonra, həmin qüsurun baş verməsində təqsiri müəyyən olunmalıdır. Gəncə Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-2(115)-1291/2023 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddia təmin edilərək, 19 iyun 2023-cü il tarixli NDQ 016458 nömrəli akta əsasən 22 iyun 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 1608 (bir min altı yüz səkkiz) manat məbləğində borcun **********6 nömrəli abonent hesabından silinməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1000 (bir min) manat hüquqi yardımla bağlı xidmət haqqının tutularaq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya şikayətinin dəlilləri. Gəncə Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-2(115)-1291/2023 saylı qətnaməsindən narazı qalan cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apelyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, 2-2(115)- 1291/2023 saylı qətnaməsini ləğv etməklə iddia tələbinin tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə toplanılmış sənədlərdən görünür ki, 19 iyun 2023-cü il tarixdə Qərb RETSİ-yə ezam olunmuş "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən Tovuz rayonu ərazisində, o cümlədən Tovuz rayonu, Qovlar qəsəbəsi ərazisində yaşayan və fəaliyyət göstərən istər “əhali”, istərsə də “qeyri əhali” istehlalçı qruplarına daxil olan abonentlərin X1 qaydalarının tələblərinə əməl edilib-edilməməsini araşdırmaq məqsədilə abonentlərin yaşayış evləri üçün, istərsə də “qeyri əhali” istehlakçı qrupuna daxil olan abonentlərin mülkiyyətində olan obyektlər üçün quraşdırılmış sayğac uçot dəstlərinə baxış keçirilmişdir. Həmin gün əməkdaşları tərəfindən İddiaçı məxsus obyekt üçün quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl iddiaçının obyektdə olan Səməd adlı nümayəndəsi ilə söhbət aparılmış, əməkdaşları özlərini ona təqdim etmiş, (həmin vaxt orada Satışa Nəzarət İdarəsinin əməkdaşlarından başqa Tovuz EŞnin satış üzrə rəisi, sektor müdiri,iki nəfər laboratoriya işçiləri olmuşlar) özü ilə mobil telefon vasitəsi ilə əlaqə saxlanılmış, İddiaçı hazırda Bakı şəhərində olmasını, obyektə quraşdırılmış sayğac uçot dəstinə baxış keçirmək istədiklərini bildirmişlər. İddiaçı obyektə quraşdırılmış sayğac uçot dəstinə əməkdaşlar tərəfindən baxış keçirilməsi barədə məlumatlandırıldıqdan sonra onun nümayəndəsi ilə sayğac uçot dəstinə baxış keçirilmişdir. İddiaçıya məxsus obyektə quraşdırılmış sayğac uçot dəstinə baxış keçirilən zaman “B” fazada quraşdırılmış İ1 və İ2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxaclarına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lampasının yanması və “22” işarəsinin yanıb sönməsi ilə xarakterizə olunur” qüsuru faktı aşkar edilmişdir. Baxış zamanı aşkar edilmiş enerji pozuntuları onun nümayəndəsinin yanında aşkarlanmış, aşkar edilmiş qüsur ona göstərilmiş, nədən ibarət olması izah edilmişdir. Əməkdaşları tərəfindən sayğac uçot dəstinə baxış keçirilən zaman aşkar edilmiş enerji pozuntularının mobil telefon vasitəsi ilə video çəkilişi aparılmışdır. İş üçün əhəmiyyətli zəruri sənədlərlə birlikdə pozuntunu özündə əks etdirən həmin CD disk işə baxan birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin məhkəmə işin nəticəsinə dair çıxarmış olduğu mübahisəli qətnaməsində buna heç bir münasibət bildirməmişdir. Halbuki, bu iş üçün mühüm əhəmiyyət kəsb edir. Aşkar olunmuş enerji pozuntuları ilə bağlı əməkdaşları tərəfindən “X1 Qaydaları”nın (“EEİQ”) tələbinə uyğun olaraq 19 iyun 2023-cü il tarixli, AKT NDQ № 016458 nömrəli akt tərtib edilmişdir.Tərtib olunmuş sözügedən həmin akta əsasən "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən Aktlar üzrə Komissiya tərəfindən iddiaçıya dəyəri 1608.80 (bir min altı yüz səkkiz manat səksən qəpik) manat təşkil edən 109 gün üçün 16088 kvts miqdarında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesabat aparılmışdır. Qeyd etmək lazımdır ki, iş materiallarına əlavə edilmiş əməkdaşları tərəfindən “EEİQ”-nın tələbinə uyğun tərtib edilmiş xx.xx.2023-cü il tarixli, AKT NDQ № 016458 saylı aktın surətindən görünür ki,”abonentə telefon vasitəsi ilə sayğac sxemində yaranmış qüsur barədə məlumat verildi” qeydiyyatı aparılmışdır. Bundan başqa həmin aktın tələb qrafasında “sayğacın sxemi bərpa edilsin” tələbi qoyulmuşdur. Belə ki, iş materiallarına əlavə edilmiş istehlakçının aylıq enerji sərfinin miqdarı,dəyəri və ödənişinin özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, abonent barəsində sözügedən akt tərtib ediləndən sonra 2023-cü ilin iyul ayında 200 manat, oktyabr ayında isə 150 manat məbləğində ödəniş etmişdir. Bu ilin oktyabr ayında işin məhkəmə baxışı zamanı tərəflərindən məhkəməyə təqdim edilmiş istehlakçının aylıq enerji sərfinin miqdarı, dəyəri və ödənişinin özündə əks etdirən Abunə haqqında dövriyə cədvəlindən görünür ki, həmin vaxt abonentin 1.307.90 (bir min üç yüz yeddi manat 90 qəpik) manat məbləğində borcu qalmışdır. Onlar işin məhkəmə baxışı zamanı abonent tərəfindən aktı və ona əsasən hesablanmış məbləği qəbul etdiyini, bu məqsədlə ödəniş etməsini və qeyd olununların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişlər. Buna baxmayaraq birinci instansiya məhkəməsi onlara məlum olmayan səbəbdən qeyd olunanları nəzərə almamışdır. İş materiallarına əlavə edilmiş Məişət istehlakçılarında sayğacların dəyişdirilməsi, yoxlanılması və quraşdırılması haqqında xx.xx.2023-ci il tarixli, 347301 nömrəli protokolun surətindən görünür ki, iddiaçıya məxsus obyekt üçün 2018-ci ildə quraşdırılmış zavod nömrəsi 02815921, tipi VİKO, göstəricisi 2948, dövlət möhürü 958690 olan sayğac sökülüb çıxarılmış, onun əvəzinə isə tipi PAUD-AM 206, zavod nömrəsi P**********, göstəricisi “0”, dövlət möhürü 2193791, alt qapaq möhürü ******* olan yeni sayğac quraşdırılmışdır. İşə baxan birinci instansiya məhkəməsinin birtərəfli və mübahisəli qətnaməsində iddiaçının vəkilə hüquqi yardım üçün ödədiyi 1000 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də iddianı təmin etmişdir. Lakin məhkəmə bu qənaətə gələrkən nəyə əsaslandığı bilinmir, vəkil iddiaçının adından yalnız iddia ərizəsi tərtib edib bir neçə dəfə məhkəmədə iştirak etməsi üçün 1000 manat ödəməsi ağlabatan deyil. İddiaçı bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. İşə baxan birinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-yə qarşı 19 iyun 2023-cü il tarixli, Akt NDQ № 016458 nömrəli akt əsasında 22 iyun 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış1608 manat məbləğində borc **********6 nömrəli abonent kodundan silinməsi və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1000 manat vəkilə hüquqi yardımla bağlı xidmət haqqı tutularaq İddiaçı verilməsi” qənaətinə gələrkən nəyə əsaslandığı bilinmir, iddiaçı bu barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş, hakim isə yalnız iddiaçının heç bir hüquqi əsası olmayan şəxsi mülahizəsinə əsaslanaraq bu barədə qərar qəbul etmişdir. İşdə olan sübutlar: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Seriya RX ******* saylı çıxarışından görünür ki, ünvan 1 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə İddiaçı məxsusdur. Enerji təchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi arasında elektrik enerjisinin alqı-satqısına dair müqavilədən görünür ki, xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin Enerji Satış Departamenti ilə İddiaçı arasında müqavilə bağlanmışdır. 19 iyun 2023-cü il tarixli NDQ 016458 nömrəli aktdan görünür ki, İddiaçı məxsus tamet, taxta sexi olan istehsalat sahəsində sayğaca baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1, i2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lampasının yanması və “22” işarəsinin yanıb, sönməsi ilə xarakterizə olunur. Saygac və cərəyan transformatorlarının yerləşdiyi xüsusi qutunun qapısına vurulmuş möhür-2173911, 2173912, sayğac sxemində olan aktiv güc Pfak =18,5 kvt, Psay = 6,2 kvt, P% = - 66% xəta ilə işləyir. Qoyulmuş güc transformatoruna görə S = 160 kva təsir edir. Tələb: Sayğacın sxemi bərpa edilsin. Abonentin nümayəndəsi iştirak etmədi. Qeyd: Abonentə telefon vasitəsilə sayğac sxemində yaranmış qüsur barəsində məlumat verildi. "xxxx" ASC-nin akt komissiyasının sədri tərəfindən 19 iyun 2023-cü il tarixli NDQ 016458 nömrəli akta əsasən 22 iyun 2023-cü il tarixdə verilmiş icra vərəqəsində göstərilmişdir ki, baxış zamanı məlum oldu ki, “B” fazada quraşdırılmış cərəyan transformatorunun ikinci tərəfi i1, i2 cərəyan naqilləri sayğacın “B” faza cərəyan sıxacına çarpaz qoşulmuşdur. Həmin qüsur sayğacda “B” fazada güc əmsalının qiymətinin mənfi olması, müdaxilə lampasının yanması və “i1” işarəsinin yanıb, sönməsi ilə xarakterizə olunur. (18,5 kvt – 6,2 kvt) x 12 saat x 109 gün = 16088 kvts Tarif (0,10 man) – 16088 kvts x 0,10 = 1608,80 manat olması qərara alınmış, sxemin bərpa edilməsi qeyd edilmişdir. Fotoşəkillərdən görünür ki, abonentin sayğacı qapalı qutuda yerləşdirilmişdir. Audio və video çəkiliş diskindən görünür ki, İddiaçı məxsus sayğaca baxış keçirən şəxs sayğacın üzərində olan düymələri basaraq və üzərində olan məlumatları qeyd edərək cərəyan naqillərinin çarpaz qoşulmasını qeyd edir. 27430 nömrəli qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə əlaqədar 1000 manat vəkil bürosunun hesabına pul ödənilmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verib apellyasiya şikayətin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: “X1 Qaydaları” 7.6. Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdınlması, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçı, o cümlədən məişət abonenti araşdırmada iştirak etməkdən və ya aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçınmın, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 7.18. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin sahibkarlıq subyektlərinin fəaliyyət göstərdiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla həyata keçirilir. 7.19. Enerji təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma (enerji təchizatı müəssisəsinin razılığı olmadan paylayıcı şəbəkəyə qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. 3.2. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” 1.1. Bu Əsasnamə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa (bundan sonra - Qanun) və “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. 1.4. Qanun əsasında sahibkarlıq sahəsində hər hansı yoxlama aparmaq səlahiyyətinə malik dövlət orqanları, publik hüquqi şəxslər, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlər göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqan) sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə yoxlama obyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırma, müayinə, monitorinq, müşahidə, təftiş, nəzarət, xronometraj, reyd, baxış və digər bu cür tədbirlərin) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5. Sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. 1.7. Reyestrin informasiya resursu vahid məkanda saxlanılmaqla öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi (bundan sonra – Ədliyyə Nazirliyi) tərəfindən aparılır. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu:
12. Mülkiyyət və təşkilati-hüquqi formalarından asılı olmayaraq öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun surətdə həyata keçirən sahibkarın hüquqlarının və qanuni mənafelərinin müdafiəsini dövlət təmin edir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə kollegiyası cavabdehin nümayndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardımla bağlı xidmət haqqının tutulması hissəsində dəyişdirilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 300 (üç yüz) manat hüquqi yardımla bağlı xidmət haqqı tutulmalı, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmaldır. Məhkəmə kollegiyası hesablanmış məbləğin silinməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi digər əsaslarla yanaşı mübahisəyə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunun və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin müvafiq normalarının tələblərini tətbiq edərək iddianı təmin etmişdir ki, bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, işin hallarından göründüyü kimi 19 iyun 2023-cü il tarixdə Qərb RETSİ-yə ezam olunmuş "xxxx" ASC-nin Satışa Nəzarət İdarəsinin əməkdaşları tərəfindən İddiaçı məxsus sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerə gəlməklə müvafiq yoxlama həyata keçirsələr də yuxarıda istinad olunan qanunvericiliyin tələbinə əməl etməmişlər. Halbuki cavabdehin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu obyektə baxış keçirilməsi sahikarlıq sahəsində aparılan yoxlamalara aid olduğundan “X1 Qaydaları”nın və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında" Əsasnamənin müddəalarına riayət edilməklə, yoxlamanının müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınması təmin cavabdeh tərəfindən eedilməli idi. Lakin, cavabdeh tərəfindən qanunvericiliyin tələbinə əməl edilməyərək yoxlama müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmadan aparılmışdır ki, bunula da adıçəkilən Qanunun və Əsasnamənin tələbinə əsasən aparılmış yoxlama hüquqi nəticə yaratmamaqla, iddiaçıya məsuliyyət tədbiqi qismində hesablanmış əlavə ödəniş məbləği də qanunsuz və əsassız olmuşdur. Buna görə də birinci isntansiya məhkəməsinin 19 iyun 2023-cü il tarixli NDQ 016458 nömrəli akta əsasən 22 iyun 2023-cü il tarixli icra vərəqi əsasında İddiaçı hesablanmış 1608 (bir min altı yüz səkkiz) manat məbləğində borcun **********6 nömrəli abonent hesabından silinməsini qət etməsi qanuni və əsaslı olmaqla, həmin hissədə şikayətin dəlilləri isə əsassız olmuşdur. Lakin, məhkəmə kollegiyası hüquqi yardıma görə ödənilmiş pulun cavabdehdən tam tutulması ilə bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək qeyd edir ki, iddiaçının iddia tələbinin qiyməti 1608 manat təşkil etmişdir ki, 1608 manatlıq iddia tələbinə görə hüquqi yardımla bağlı 1000 manat xidmət haqqının iddiaçıdan tutulması ədalətli və ağlabatan hesab oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardımla bağlı xidmət haqqının tutulması hissəsində dəyişdirilməli, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 300 (üç yüz) manat hüquqi yardımla bağlı xidmət haqqı tutularaq, İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Gəncə Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1291/2023 saylı qətnaməsindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli, e-2-2(115)- 1291/2023 saylı qətnaməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 1000 (bir min) manat hüquqi yardımla bağlı xidmət haqqının tutularaq İddiaçı verilməsi hissəsində dəyişdirilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 300 (üç yüz) manat hüquqi yardımla bağlı xidmət haqqı tutularaq, İddiaçı verilsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.