Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-58/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə1, Cavabdeh nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair kommersiya iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçının mərhum əri X6 ilə cavabdeh arasında 30 oktyabr 2019-cu il tarixli, AMX- 772 6/09 saylı təbii qazın alqı-satqısına dair müqavilə bağlanmış və Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. X6 xx.xx.2022-ci il tarixdə ölmüş, cavabdeh hazırki iddiaçını abonent qismində öz məlumat bazasında qeyd etsə də iddiaçı ilə qazın alqı-satqısına dair müqavilə bağlamamışdır. Qeyri-əhali sayğacının yoxlanması haqqında 29/1640-02242-20 nömrəli xx.xx.2022ci il tarixli akta əsasən, “G-400” markalı ********** nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, mexaniki hissəsinin işlək olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir. xx.xx.2022-ci il tarixli, ******* nömrəli təbii X5 pozulması haqqında akta əsasən, ********** nömrəli sayaca baxış keçirilmiş, sayğacın mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığını aşkar olunmuşdur. xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 15593 m3 , əmsal 2.35 qəbul edilməklə itrilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 15593x2.35=36644m3. xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1201 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 53465 m3 (13366,25 manat) müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1207 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 30199 m3 (7549,75 manat) müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1215 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 10624 m3 (2337,28 manat) müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında 1226 nömrəli akta əsasən, ********** nömrəli qaz sayğacının elektron korrektoru sönmüş, korrektorun işləmədiyi dövrdə istifadə olunan qazın sərfiyyatı korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq 148 m3 (32,67 manat) müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixli, ******* nömrəli təbii X5 pozulması haqqında akta əsasən, korrektorun sönməsi nəticəsində arxivlər pozulmuş, mexaniki hissədən keçən 103007 m3 qaz həcmininin elektron hissədə qeydə alınmadığını aşkar olunmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, 103007 m3 , əmsal 2.21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesabat forması aşağıdakı kimi aparılmışdır: 103007 x 2.21= 227645 m3 227645 m3 -94768 (mex.)-94436 (əms. Fərq) = 38441 m3. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının 16 dekabr 2024-cü il tarixli mütəxəssis rəyinə əsasən, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən və "Azəriqaz” X4 X11 idarəsinin informasiya məlumat bazasında fiziki şəxs İddiaçı adına **********00000 saylı abonent kodu ilə qeydiyyatda olan istixananın qaz təchizatı mənbəyində “Şəmkir” X2 xəttinin üzərində quraşdırılmış G400 markalı ********** nömrəli qaz sayğacı xx.xx.2020-ci il tarixdə yaranmış qüsur səbəbindən istismardan çıxarılmışdır (Forma-2 N 9020359). İstismardan çıxarılmış qaz sayğacı xx.xx.2020-ci il tarixdə “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 120783 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı müəyyən edilərək SS № 29/1640-01458-1 nömrəli xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Tərtib edilmiş aktda batareyanın İstismar müddətinin minimum 36 ay olduğu qeyd olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə Cavabdeh İB-nin Şəmkir RQİİ-nin Şəmkir XS tərəfindən G-400 markalı ********** nömrəli qaz sayğacının batareyasında (SS Ns 29/1640-01458-1 nömrəli 16,10.2020-ci il tarixli aktda qeyd olunmuş istismar müddətinin minumum 36 ay olduğuna baxmayaraq) yaranmış qüsur səbəbindən təkrar istismardan çıxarılmış (Forma-2 NQ 9031165) və xx.xx.2022-ci il tarixdə “Azəriqaz" İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın batareyasının sönməsi nəticəsində korrektorun arxivlərin pozulduğu və mexaniki hissədən keçən 15593 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı barədə SS N 29/1640- 02242-20 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Şəmkir RQİİ-nin Şəmkir Xidmət Sahəsi tərəfindən xx.xx.2022ci il tarixdə “Təbii X5 pozulması haqqında” ******* nömrəli akt tərtib edilmişdir. Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə ******* nömrəli akt əsas götürülməklə mexaniki hissədən keçən 15593 m3 qaz həcmi qəbul edilmiş 2,35 əmsala vurulmaqla 36644 m3 həcmində qaz sərfiyyatının hesabatı aparılaraq istixanın abonent haqqında saldosuna daxil edilmişdir. Eyni zamanda Şəmkir XS tərəfindən sonrakı hesablaşma dövrlərində mexaniki hissədən keçən qaz həcmi qəbul edilmiş 1,9965 əmsala vurulmaqla xx.xx.2023cü il tarixli 1201 nömrəli akta əsasən 53465 m3 , xx.xx.2023-cü il tarixli 1207 nömrəli akta əsasən 30199 m3 , xx.xx.2023-cü il tarixli 1215 nömrəli akta əsasən 10624 m3 və xx.xx.2023-cü il tarixli 1226 nömrəli akta əsasən isə 148 m3 qaz sərfıyyatı istixananın abonent haqqında saldosuna daxil edilmişdir. Göründüyü kimi aparılmış hesabat növü müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərində öz əksini tapmamış və sayğaca müdaxilənin istehlakçı tərəfindən edilməsi qanunvericiliyin tələblərinə uyğun (alət və ya bilavasitə obyekt olmuş predmetlərin fotoşəkilləri və ya videoyazısı, iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən predmetlər maddi sübut olaraq materiallara əlavə edilməmişdir) sübuta yetirilməmişdir. Bütün bunlara baxmayaraq, "Azəriqaz” İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun İşləmədiyi dövr ərzində uçotu aparılmayan qaz həcminin hesablanması məqsədilə tərtib olunmuş xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli aktlarda qeyd olunan qaz sərfiyyatı qanunvericiliyin tələblərinə zidd olaraq sözügedən istixananın abonent saldosuna daxil edilmiş və həmin qaz sərfıyyatlarnın dəyəri istehlakçı tərəfindən tam ödənilmişdir. Qeyd olunanlara əsasən bildirilər ki, Şəmkir rayonu, Bakı-Qazax avtomobil yolunun 378 km-də yerləşən fiziki şəxs İddiaçı məxsus istixananın qaz xətti üzərində quraşdırılmış G-400 markalı ********** nömrəli qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində Cavabdeh İB-nin istehlakçılara satılan qaza nəzarət şöbəsi və Şəmkir XS tərəfindən xx.xx.2022-ci il, 10,03.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə əlavə qaz sərfiyyatının hesablanması barədə tərtib edilmiş aktlar müvafiq sahəni tənzimləyən mövcud qanunvericiliyin tələblərinə uyğun deyildir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii X5 pozulması haqqında 31 oktyabr 2022-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və təbii X5 pozulması haqqında ******* nömrəli akt əsasında hesablanmış 8457.02 məbləğində borcun onun hesabından (abonent kodu - **********00000) silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonunda özünə məxsus torpaq sahəsində 3 hektar istixanası var. Həmin istixanada kənd təsərrüfatı mallarının istehsal edib və həmin malların satışı ilə məşğul olur. İstixananın qızdırılması üçün təbii qazdan istifadə edir. 2022-ci ildə və 2023-cü il tarixlərdə ayrı-ayrı tarixlərdə Cavabdeh İB-nin əməkdaşları heç bir əsas olmadan ona əsassız borc yazmışlar. Həmin borclardan məlumatı olmamışdır. Sonuncu dəfə qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və 2023cü ilinin sonlarında hesabına 8457,02 manat borc daxil edilmişdir. Həmçinin Cavabdeh nümayəndəsi tərəfindən tərtib edilmiş təbii X5 pozulması haqqında xx.xx.2022-cü il tarixli ******* nömrəli akt əsasında 8061,68 manat hesabıma borc yazılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt əsasında 11762,30 manat, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt əsasında 6643.78 manat, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt əsasında 2337.28 manat və xx.xx.2023-cü il tarixli 1226 nömrəli akt əsasında 32.56 manat hesabına əsasız borc daxil edilmişdir. 2023-cü ilin sonunda əsassız yazılmış 8457.02 manat borca görə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsəllərinin X1 Filialına müraciət edilmişdir. Agentlik tərəfindən araşdırılma aparılmış və Cavabdeh İB-nin hesabına yazdığı borcun əsassız olması göstərilmiş və borcun silinməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. 2022-cü ilin oktyabr ayında və 2023-cü ilin ilk yarısında yazılmış borclar barədə məlumatı agentlikdə araşdırılma aparılarkən olmuşdur. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Hər ay istifadə etdiyi qazın pulunu vaxtı vaxtında ödəmişdir. Təbii X5 pozulması haqqında xx.xx.2022-cü il tarixli ******* nömrəli akt, xx.xx.2023-cü il tarixli 1201 nömrəli akt, xx.xx.2023-cü il tarixli 1207 nömrəli akt, xx.xx.2023-cü il tarixli 1215 nömrəli akt və xx.xx.2023-cü il tarixli 1226 nömrəli aktda qeyd olunanlarla bağlı onun heç bir aidiyyəti yoxdur. Aktda qeyd olunan nöqsanlar mövcud olsaydı bu barədə ay ərzində iki dəfə sərf olun təbii qaza görə bildiriş verən nəzarətçinin və sayğaca nəzarət edən digər şəxslərin məlumatı olardı. Hesab edir ki, onun heç bir qanunazid hərəkəti olmamışdır. Cavabdeh idarənin güman və yaxud ehtimal edilən hadisə və hərəkətlər məsuliyyətin yaranması ilə nəticələnməməlidir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsi ilə (hakim R.Qələndərzadə) iddia təmin edilmiş, İddiaçı (abonent kodu: **********00000) 31 oktyabr 2022-ci il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8061,68 manat, xx.xx.2023-cü il tarixli, 1201 nömrəli akt əsasında hesablanmış 11762,30 manat, xx.xx.2023-cü il tarixli, 1207 nömrəli akt əsasında hesablanmış 6643,78 manat, xx.xx.2023-cü il tarixli, 1215 nömrəli akt əsasında hesablanmış 2337,28 manat, xx.xx.2023-cü il tarixli, 1226 nömrəli akt əsasında hesablanmış 32,56 manat və 30 noyabr 2023-cü il tarixli, ******* nömrəli akt əsasında hesablanmış 8457,02 manat məbləğində borc cavabdeh “X8 tərəfindən silinməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, fiziki şəxs olan İddiaçı qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısının daşıdığı və sayğacın elektron hissəsinin işləməməsi bilavasitə istehlakçının təqsiri sübuta yetirilmədiyi halda, qaz paylayıcısı tərəfindən istehlakçıya uçota alınmayan qaz həcminin hesablanması qanuni sayıla bilməz. Məhkəmə qeyd etmişdir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, tərəflər arasında bağlanılmış 30 oktyabr 2019-cu il tarixli, AMX-772 6/09 saylı qazın alğısatqısı müqaviləsinin 2.2.5-ci bəndinə əsasən, istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. Lakin cavabdeh sayğacın elektron hissəsinin işləməməsinin iddiaçının təqsiri ucbatından yaranması barədə məhkəməyə sübut təqdim etməmişdir. Birinci instansiyası məhəməsi öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1, 11, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 5, 6.5, , Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaz sayğacları qaz paylayıcısı tərəfindən Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə) qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. İstehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə qazın verilməsi dayandırıla bilər. İş materiallarından göründüyü kimi İddiaçı abonent qeydiyyatı üzrə istixanada istehlak olunmuş təbii qaz sərfiyyatı ayrı-ayrı vaxtlarda qanunvericiliyin tələblərinə uyğun olaraq sayğac göstəricilərinə əsasən yəni, mexaniki və elektron göstəricilərə görə aparılmışdır. Hazırkı iddia məbləği isə mübahisələndirilən dövr ərzində abonentin ünvanında istismarda olan elektron qaz sayğacının tam işləməməsinə görə hesablanmış və abonent koduna daxil edilmiş qaz sərfi hesabatıdır. Baxmayaraq ki, qanunvericilikdə bu halda qaz təminatının dayandırıla bilməsi xüsusilə qeyd olunmuşdur, lakin müqavilə tərəfi olaraq abonentin bilavasitə razılığı ilə elektron hissəsi işləməyən sayğacın mexaniki hissədə qeydə aldığı qaz sərfiyyatının korreksiyasının fiziki aparılması qərara alınmışdır. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə-yəni konkret olaraq 2022-ci ilin oktyabr ayı üçün 8061,68 , 2023-cü ilin mart ayı üçün 11762,30, aprel ayı üçün 6643,78, may ayı üçün 2337,28, iyun ayı üçün 32,56 , noyabr ayı üçün isə 8457,02, manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Qeyd edilir ki, həmin məbləğlər sərfiyyat olaraq sayğacın mexaniki göstərici hissəsində qeydə alınsa da təzyiqlər fərqinə görə korreksiya olunmamış və elektron tabloda əks olunmamışdır. Hazırkı aparılmış hesabat isə sayğacın müddət ərzində faktiki qeydə aldığı mexaniki göstəricinin əvvəlki müvafiq dövrdə olmuş təzyiqlər fərqinə uyğunlaşdırılması nəticəsində istehlak olunmuş qaz sərfidir ki, onun da dəyəri 37294,62 manatdır. Qeyd edilir ki, edilmiş xəbərdarlıqların və müvafiq izahat işlərinin nəticəsi həm də abonent tərəfindən etirafedici hərəkətlilik olaraq mübahisənin məhkəmədən kənar həlli prinsipinə əməl edilməklə ödəniş təmin olunduğundan hüquq müstəvisində mübahisələndirilməmişdir. iddiaçı tərəf olaraq qaz hesabatının sadəcə qanunsuz aparılması bildirilsə də bununla bağlı heç bir sənədləşmə təqdim etməmişdir. Hətta cavabdeh tərəf olaraq təqdim edilən sənədləşmələrdə İddiaçı eləcə də nümayəndəsinin iştirakı və imzası ilə qeydə alınmış mexaniki sayğac göstəricisi eləcə də onun əsasında aparılmış hesabat məhkəmə icraatı zamanı araşdırılmış lakin heç bir səbəb olmadan göstərilmədən nəzərə alınmamışdır. Beləliklə, icraat müddətində iddiaçı olaraq sübut təqdim etmək əvəzinə təqdim edilmiş sübutları da əngəlləmiş nəticədə düzgün olmayan qərar qəbul edilmişdir. Həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından göründüyü kimi qeyd olunan borc məbləği istismarda olan qaz sayğacının işləmədiyi dövr üçün istehlak olunan və sayğacın mexaniki hissəsində qeydə alınmış qaz sərfiyyatının əvvəlki müvafiq dövrə uyğun olaraq korreksiya olunması nəticəsində yaranmış və hal-hazırda istehlakçı tərəfindən tam olaraq ödənilmişdir. Abonentin saldosuna diqqət yetirərkən məlum olur ki, mexaniki göstərici hissəsi artan fərqlə dəyişsə də elektron hissəsi isə həmin müddət ərzində stabil olaraq qalmaqdadır. Sayğacda hesablana bilməyən bu fərq isə fiziki korreksiya olunaraq abonent hesabına daxil edilmişdir. Beləliklə, sayğacın yerinə yetirə bilmədiyi funksiya fiziki olaraq icra edilmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, cavabdehin qeyd etdiyi mart, aprel, may və iyun aylarında aktlarla hesablanmış borc məbləği istifadədə olmuş qaz sayğacının elektron korrektorunun sönməsi nəticəsində hesablanmış istifadə olunan qazın sərfiyyatıdır. Abonentin saldosundan göründüyü kimi mart ayından etibarən sayğacın elektron göstəricisinin sərfiyyatı yoxdur. Lakin mexaniki göstəricinin sərfiyyatı davam edir. Hazırkı iş üzrə abonentin sayğacının elektron korrektoru sıradan çıxdığından əməkdaşlarımız tərəfindən mexaniki hissənin göstəricisi müəyyən korreksiyaedici əmsala vurularaq həmin fərq tapılmışdır. Bu zaman temperatur, təzyiq və rütubət nəzərə alınmaqla korreksiyaedici əmsal tətbiq edilir. Korreksiya əmsalı tətbiq edilməklə alınan fərq isə “qalıq və aktlar” sütununa daxil edilmişdir. xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli təbii X5 pozulması haqqında aktlar qanunvericiliyin tələbinə uyğun tərtib olunmuş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və müvafiq məbləğ hesablanmışdır. Hər ay üzrə tərtib olunan aktlara istehlakçının nümayəndəsi etiraz etməmiş və onun tərəfindən imzalanmışdır. Sayğac X9 həyətində mühafizə olunan ərazidə yerləşir. İddiaçı qeyri-əhali abonent qrupuna aid olduğundan qaz sayğacını özü almalıdır. İddiaçının vəkili məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının istixanasına xidmət edən sayğac X9 həyətində yerləşir. İddiaçı və hec kim cavabdehin əməkdaşlarının razılığı və müşayəti olmadan sayğaca baxış keçirə bilməz. İddiaçının sayğaca müdaxilə etmək imkanı mövcud deyildir. Verilmiş bildiriş əsasında qazın dəyəri ödnilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” Bənd 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bənd 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Bənd 5.1. Qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir. Bənd 5.2. Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun: Maddə 11, bənd 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alğı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında iddiaçıya hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. Bekə ki, məhkəmə araşdırmas zamanı müəyyən edildiyi kimi ayrı-ayrı vaxtlarda sayğacın elektron göstəricisinin işləməməsi səbəbindən iddiaçıya borc hesablanmışdır. İddiaçı bu halı qanunsuz, cavabdeh isə bu halı qanuni hesab edir və cavabdehin apellyasiya şikayətinin dəlili məhz bu halla bağlıdır. Bununla bağl qeyd edilməlidir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi cavabdehə o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçıya məxsus istixanaya xidmət edən sayğac cavabdehin nəzarətində olan X9 ərizəsində yerləşir ki, iddiaçının sayğaca müdaxilə etmk imkanı mövcud deyildir. Eyni zamanda fiziki şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik qaz paylayıcısının üzərinə qoyulmuşdur. Cavabdeh sayğacın işlək vəziyyətdə saxlanılması üçün cavabdehlik daşıdığı halda, sayğacın işlək vəziyyətdə saxlanılmasını təmin etməmişdir. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, 2023-cü ilin fevral ayından sonra sayğacın elektron göstəricisi sərfiyyatı qeydə almamışdır. Cavabdeh İBnin nümayəndələri qaz sayğacının elektron korrektorunun söndüyünü aşkar etmiş, lakin elektron göstəricinin işlək vəziyyət gətirilməsi üçün heç bir tədbir görməmişdir. Eyni zamanda Cavabdeh İB-nin nümayəndələri xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qaz sayğacının olmadığı və ya işləmədiyi dövrdə qazın hesablanması barədə aktlar tərtib edərək qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qazın sərfiyyatını korreksiya əmsalına və sayğacın mexaniki göstəricisinin sərfinə müvafiq olaraq borc hesablamışdır. İstinad edilən Qaydalarda istehlak edilmiş qazın dəyərinin yalnız qaz sayğacının göstəriciləri əsasında hesablanması nəzərdə tutulmuş, müvafiq hesabın hər ay istehlakçıya təqdim edilməsi göstərilmişdir. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, istehlakçıya hesablanan qazın sərfi 2023-ci ilin fevral ayı üçün 19820,90 manat sərfin məbləği və 11762,30 manat qalıq və aktlar olmaqla 31583,20 manat, 2023ci ilin mart ayı üçün 6667,10 manat sərfin məbləği və 6643,78 manat qalıq və aktlar olmaqla 13310,88 manat, 2023-ci ilin aprel ayı üçün 2345,42 manat sərfin məbləği və 2337,28 manat qalıq və aktlar olmaqla 4682,70 manat, 2023-ci ilin may ayı üçün 32,78 manat sərfin məbləği və 32,56 manat qalıq və aktlar olmaqla 65,34 manat müəyyən olunmuşdur. Həmçinin xx.xx.2022-ci il tarixli təbii X5 pozulması haqqında akt əsasında 8061,68 manat və xx.xx.2023-cü il tarixli təbii X5 pozulması haqqında akt əsasında isə 8457,02 manat borc hesablanmışdır. Qanunvericiliyin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə yəni, mexaniki və elektron göstəricilərinə əsasən tam hesablamalı olduğu halda, iddiaçıya aid sayğacın elektron hissəsinin işləməməsi əsası ilə itirilmiş qazın bərpası məqsədilə dəymiş ziyan hesablamış və iddiaçının hesabına qanunsuz olaraq borc məbləğləri daxil edilmişdir. Həmçinin məhkəmə xx.xx.2022-ci il tarixli təbii X5 pozulması haqqında akt əsasında hesablanmış 8061,68 manat və xx.xx.2023-cü il tarixli təbii X5 pozulması haqqında akt əsasında isə hesablanmış 8457,02 manat borcla bağlı qeyd edir ki, həmin aktlar üzrə borcun hesablanması sayğacın korrektorunun sönməsi nəticəsində mexaniki hissədən keçən qaz həcminin elektron hissədə qeydə alınmaması ilə bağlı olmuşdur. xx.xx.2022-ci il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə korreksiya əmsalı 2,35, xx.xx.2023-cü il tarixli uçotu aparılmayan təbii qazın həcminin hesablanmasına dair tələbnamədə isə korreksiya əmsalı 2,21 qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. Məhkəmə qeyd edir ki, nə Qaydalarda, nə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmuşdur. Eyni zamanda X5 5.2-ci bəndinə əsasən, Bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Cavabdeh özünün məsuliyyət dairəsinə aid olan məsələlərin məsuliyyətini iddiaçının üzərinə qoymağa calışmışdır. İddiaçının aşkar olunan pozuntularda təqsirini müəyyən edən sübut mövcud deyildir və sayğacın yerləşmə vəziyyətinə görə iddiaçının təqsiri bu halların yaranmasında yoxdur. İddiaçı istehlak edilmiş təbii qazın dəyərini sayğac göstəricisinə əsasən ödəmək vəzifəsi daşıyır ki, sonradan səhv aparılmış hesabatın nəticəsində hesablanmış borc qaniunvericiliyin tələbinə əsasən cavabdehdən tələb edilə bilməz. Cavabdehin apardığı hesabatın növü və metodikasının müvafiq sahəni tənzimləyən qanunvericilik aktlarında nəzərdə tutulmaması və aparılmış hesabatın qanusuzluğu bir daha Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X3 filialının 16 dekabr 2024-cü il tarixli mütəxəssis rəyində əksini tapmışdır. Sonda məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cavabdehlə iddiaçının ölmüş əri arasında 2019-cu ilin oktyabr ayında qazın alğı-satqısına dair müqavilə bağlansa da onun 2022-ci ildə ölümündən sonra hazırki iddiaçı ilə müqavilə bağlanmamış və qazın verilişi davam etdirilmişdir ki, bu halda tərəflər arasında qazın alğı-satqısına dair müqavilə münasibətləri formalaşmamışdır. Bu isə cavabdehin öz vəzifə səlahiyyələrinə və vəzifələrinin icrasına ehtinasız yanaşmasının təzahürüdür. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh tərəfindən kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1423/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(104)-58/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-58/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver