Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-61/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1716/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1716/2024 saylı qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, Cavabdeh istifadə olunmuş təbii qaza görə yaranmış 66762 (altmış altı min yeddi yüz altmış iki) manat 60 (altmış) qəpik borc məbləği və 292 (iki yüz doxsan iki) manat dövlət rüsumunun tutularaq İddiaçı Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** hesabına köçürülməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 66.762,60 manat borcun və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azəriqaz” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış GA-676 saylı təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən Şəmkir rayonu ərazisində yerləşən istixana X8 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. xx.xx.2022-ci il tarixə qədər istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 66762,60 manat borc yaranmışdır. Borc tərəflər arasında tərtib olunmuş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktı ilə də təsdiq olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamış, işin hallarına obyektiv hüquqi qiymət verilməmiş, iş üzrə istinad edilən əvvəlki mübahisəli məhkəmə qərarlarına istinad edilsə də, iddia edilən borcun hansı illərdə yaranması aydınlaşdırılmamış, abonentə borc barədə aylıq bildirişin göndərilib-göndərilməməsi barədə hallar araşdırılmamışdır. Belə ki, məhkəmənin hazırkı iş üzrə qətnamədə qeyd etdiyi xx.xx.2021-ci il tarixli 2(115)-11/2021 saylı qətnamə ilə İddiaçı İstehsalat Biriliyi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 93.261,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, qətnamə ilə həmin iddia tələbi qismən təmin eidlmiş, 27.713,36 manat borc və 30 manat tutularaq İddiaçı İB-nin hesdabına ödənilməsi qət edilmişdir. Göründüyü kimi 2021-ci ildə İddiaçı İB-in iddia tələbi üzrə abonent olaraq onun borcu 93.261,60 manat təşkil etdiyi iddia edilmişdir. Hazırkı iddia olunan məbləğ isə 2019-2020-ci ilədək olan borc olması qeyd edilir. Hesab edir ki, məhkəmə tərəfindən iddiaçının qaldırdığı iddia tələbi ilə artıq baxılaraq qətnamə çıxarılmış borca dair təkrar iddia qaldırılmışdır. Belə ki, 2021-ci ildə çıxarılmış məhkəmə qətnaməsi ilə yaranmış borcun 93.261,60 manat olması qeyd edilib. Bundan başqa məhkəmə onun iştirakı olmadan ona qarşı qaldırılmış iddia tələbinə baxılmasında qiyabi qətnamə çıxarılması barədə iclasa gəlmiş tərəfin razılığını öyrənməli və belə bir razılıq verilərsə bu haqda iddaçının ərizəsinə əsasən qiyabi qətnamə çıxara bilərdi. Məhkəmə faktiki olaraq hər iki tərəfin məhkəmə iclasına gəlmədiyi halda birmənalı olaraq qiyabi qətnamə çıxarmağa borclu idi. Qiyabi qətnamədən şikayətin verilməsi qaydalarına əsasən də onun hüquqları müdafiə etmək üçün imkanlar yaradılmış olardı. Məhkəmənin qətnamədə göstərdiklərindən bəlli olur ki, İddiaçı İB tərəfindən onunla təbii qazın alqı-satqısına dair 2012-ci ilin müqaviləsinə istinad edir. Bu müqavilədən sonra 2018-ci ildə iddiaçı ilə yeni müqavilə bağlanmış, 2012-ci ildə bağlanmış müqavilə hüquqi qüvvəsini itirmişdi. 2012-ci ildə bağlanmış müqavilə 2018-ci ildə qüvvədən düşüdüyü halda və məhkəmədə borc tələbinə dair iddaya baxılmasında 2012-ci ildə bağlanmış müqaviləyə istinad edirsə bununla da iddiaçının 3 ildən artıq müddət ötmüş borcun ödənilməsini tələb etməsi başa düşülür. Məhkəmə qətnamədə təbii qazdan istifadəyə görə borcun yaranmasını qeyd etsə də, borcun hansı illərdən yaranması barədə qətnamədə əsaslandırma etməmişdir. Məhkəmə işə baxdığı müddətdə o, X1 üçün məhkəmə iclasında iştirak edə bilməməklə iddia tələbinə dair fikir və etirazını, o cümlədən iddia müddətinin tətbiq edilməsi haqda ərizə ilə məhkəməyə müraciət edə bilməmişdir. O, Azərbaycan Respublikasından kənarda olmağına baxmayaraq məhkəmə tərəfindən qiyabi qətnamə çıxarılmalı olduğu halda məhkəmə bunu etməmişdir. Nəticədə tərəflərin çəkişmə prinsipi pozulmuşdur. Ona görə hesab edir ki, onun iddia müddətinin tətbiqi haqda apellyasiya şikayətinə əlavə edilmiş ərizəsinə baxılmalı və ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd etdiyi hüquqi mövqeyinə görə birinci instansiya məhkəməsinin təqsiri nəticəsində cavabdeh bu məhkəmədə gedən icraat barədə məlumatlı olmamışdırsa və buna görə birinci instansiya məhkəməsinin qətnaməsi çıxarılanadək iddia müddətinin tətbiqi ilə bağlı ona qarşı verilmiş iddianın rədd edilməsi barədə xahişi əks etdirən ərizəni təqdim edə bilməmişdirsə, həmin ərizə onun apellyasiya şikayətinə əlavə edilə bilər. Bu halda, apellyasiya instansiyası məhkəməsi ərizədə göstərilən məsələyə baxmalı və müvafiq qərar qəbul etməlidir. Qazpaylayıcı tərəfindən aylıq sərfiyyata dair sayğac göstəriciləri abonentə təqdim edilməmiş, 66762,60 manat borcun ödənilməsinə dair xəbərnamənin olmasına dair heç bir məlumata qətnamədə istinad edilməmiş, iddiaçı tərəfindən qaydaların 5.2-ci bəndinin tələblərinin pozulmasına məhkəmə tərəfindən heç bir hüquqi qiymət verilməmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməmiş şəxsn iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş edərək göstərdi ki, hesablanan borc da cavabdehin abonenti olduğu qaz sayğacının göstəricilərinə əsasən hesablanmış borcdur. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, şikayətlə eyni məzmunlu izahat verdi və əlavə olaraq göstərdi ki, cavabdehə əsassız olaraq yuxarıda göstərilən məbləğdə borc hesablanmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti İddiaçı İB ilə Cavabdeh arasında bağlanmış 24 dekabr 2018-ci il tarixli GA676 saylı “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqaviləsindən (qətnamədə müqavilənin tarixi texniki səhv olaraq “24 dekabr 2012-ci il tarixli GA676 saylı kimi göstərilmişdir) görünür ki, paylayıcı İddiaçı bu müqavilə ilə müəyyən olunmuş şərtlərə uyğun olaraq istehlakçı Cavabdeh qızını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim olunan hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarındakı Cavabdeh adına olan abonent saldosundan görünür ki, 01/2022ci il tarixə abonentin borcu 94480,76 manat qeyd edilmiş, 09/2023-cü il tarixə eyni borc, 94480,76 manat borc qalmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(104)-40/2020 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə Gəncə İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh İddiaçı əməkdaşlarə tərəfindən onun adına yazılmış 86.879,40 manat əsassız hesablanmış borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmiş, Gəncə İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli e-2-2(083)-500/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək İddiaçı tərəfindən Cavabdeh hesablanmış 75.070,20 manat məbləğində borcun silinməsi, iddianın qalan hissəsə təmin edilməməsi qət edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək iddiaçı Cavabdeh hesablanmış 75.075,40 bmanat debitor borcundan 47.356,44 manat məbləğində sərfiyyat haqqının cavabdeh İddiaçı tərəfindən silinməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(115)-11/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış 93.261,60 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin qətnamə ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh təbii qazdan istifadə nəticəsində yaranmış, 27.713,36 manat borc və 30 manat dövlət rüsumu tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)- 238/2023-cü il tarixli qərarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-411/2022 saylı qətnaməsi ilə Cavabdeh tərəfindən istifadəsində olan istilikxanada qaz istehlakına görə hesablanmış 141.837,20 manat borcun silinməsinə dair iddiası rədd edilmişdir. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2022-ci il 28 oktyabr tarixli 2-2(104)-169/2022 saylı qətnaməsi ilə Gəncə Kommersiya Мəhkəməsinin 2022-ci il 17 mart tarixli, e-2-2(115)-411/2022 saylı qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılaraq son nəticədə iddia təmin edilməmişdir. İddiaçı Cavabdeh tərəfindən həmin qətnamədən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-2(102)-238/2023-cü il tarixli qərarı ilə təmin edilməmişdir. İş materiallarında olan pretenziya məktubunun surətindən görünür ki, borcluya yaranmış borc ilə bağlı məlumat verilmiş, məsuliyyəti barədə xəbərdarlıq edilmişdir İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X6 ilə İddiaçı İB arasında xx.xx.2012-ci il tarixdə qazın alqı-satqısı müqaviləsi bağlanılmış, cavabdehə məxsus qeyri-yaşayış sahəsi təbii qazla təchiz olunmuşdur. X3 aid abonentin saldosundan görünür ki, 11/2019-cu il tarixə abonentin 93266,60 manat borcu qeyd edilmiş, abonent tərəfindən 18192 manat ödəniş edilmiş və həmin ödəniş borc məbləğindən silinmişdir. 06/2020-ci il tarixə, yəni sərfiyyatın dayandığı tarixə abonentə 141837,20 manat borc qeyd edilmiş, həmin borcdan 09/2021-ci il tarixdə qanuni qüvvəyə minmiş qətnaməyə əsasən 47356,44 manat məbləğ silinmiş, abonentin borc məbləği 94480,76 manat göstərilmişdir. Həmin məbləğ həmin tarixdən 09/2024-cü il tarixədək keçən müddət ərzində qeyd edilmiş, əlavə sərfiyyat və ya ödəmə qeyd edilməmişdir. İddiaçı 94480,76 manat sərf məbləğindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə silinmiş 27713,36 manat çıxılmaqla yerdə qalan 66762,60 manatın ödənilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı qeyd edilən borc məbləğini tələb etməkdə haqlıdır və cavabdehdən istifadə olunmuş təbii qaza görə yaranmış 66762,60 manat borc məbləği tutularaq iddiaçının hesabına köçürülməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, işin müəyyən edilmiş hallarından məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli GA-676 saylı təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən abonentə məxsus Şəmkir rayonu ərazisində yerləşən istixana X8 İstismarı İdarəsi tərəfindən təbii qazla təchiz olunur. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2020-ci il tarixli 2-2(104)-40/2020 saylı qətnaməsi ilə iddiaçı Cavabdeh hesablanmış debitor borcundan 47.356,44 manat məbləğində sərfiyyat haqqının cavabdeh İddiaçı tərəfindən silinməsi qət edilmiş və cavabdehin işdə olan abonent saldosundan göründüyü kimi həmin məbləğ 2021-ci ilin sentyabr ayında onun debitor borcundan silinmişdir. Bundan cavabdehin 94 480,76 manat məbləğində ödənilməmiş borcu qalmışdır ki, həmin məbləğdən də Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli e-2- 2(115)-11/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək 27.713,36 manat borcunİddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Beləliklə də cavabdehin qeyd edilən ünvandakı istixanada təbii qazdan istifadəyə görə Şəmkir RQİİ-nə 66.762,60 manat borcu ödənilməmiş qalmışdır. Borc abonent saldosu ilə təsdiq olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İşin müəyyən olunmuş hallarına görə tərəflər arasında öhdəlik hüquq münasibətlərinin yaranmasına əsas olmuş təbii qazın alqı-satqısı barədə müqaviləyə əsasən satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. Hazırkı mübahisə üzrə iddiaçı təşkilat təbii qazı cavabdehin mülkiyyətinə vermiş, cavabdeh isə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda cavabdehin öhdəliyi pul məbləği ilə məhdudlaşır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsində göstərilmişdir ki, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricisinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh yuxarıda sadalanan qanunvericilik aktları ilə üzərinə götürdüyü öhdəliklərə əməl etməyərək istifadə etdiyi təbii qaza görə borcunu tam ödəməmiş, öhdəliklərinə əməl etməmiş, yuxarıda təsvir olunan Qaydaların tələblərini pozaraq istifadə edilmiş təbii qazın dəyəri olan 66.762,60 manat debitor borcu ödəməmişdir. Apellyasiya şikayətinin dəlillərində göstərmişdir ki, birinci instansiya məhkəməsi işə onun iştirakı olmadan baxaraq çəkişmə prinsipini pozmuşdur. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən cavabdehə poçt vasitəsilə məhkəmə bildirişi göndərilmiş, o, şəxsən məhkəmə iclasının yeri və vaxtı barədə bildirişi alsa da, məhkəmə iclasında iştirak etməmişdir (i.v.68). Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasы MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İş materiallaırndan göründüyü kimi, cavabdeh hazırlıq iclası barədə məlumatlı olmasına baxmayaraq hazırlıq dövründə iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermədiyindən məhkəmə kollegiyası ərizəni müzakirə etməyinə lüzum görmür. Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iş üzrə maddi və prosessual hüquq normalarının pozulmasına yol verməmiş, işin hallarını hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmış və nəticə etibarı ilə qanuni və tam əsaslı qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372, 382, 384.0.1, 392, 393 və 402-407-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Nümayəndə2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-1716/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-61/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-61/2025
02.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver