Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-66/2025 24.02.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu, Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (bundan sonra - iddiaçı) Cavabdehnə (bundan sonra - cavabdeh) qarşı “1206 manat borcun silinməsi” tələbinə dair mülki iş üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1927/2024 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxılaraq qətnamə qəbul edildi. İşin halları İddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixdə AMX-2797/23 nömrəli təbii qazın alğı-satqına dair müqavilə bağlanmış və Cavabdeh müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin etməyi, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi yoxlamanın sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Cavabdeh İB-nin Tərtər RQİİ-nin əməkdaşları tərəfindən iddiaçıya məxsus qeyriyayış sahəsində xx.xx.2024-cü il tarixdə yoxlama keçirilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli “Təbii X3 pozulması haqqında” akt tərtib edilmişdir. Aktla müəyyən edilmişdir ki, qaz xətti üzərində quraşdırılan qaz sayğacının maksimal ölcmə həddi 10 m3 təşkil etdiyi halda aşkar edilən cihazların saatlıq maksimal qaz sərfi 16,7 m3 təşkil edir. xx.xx.2024-cü il tarixdə “Dəymiş ziyanın ödənilməsi tələbinə dair” tələbnamə tərtib edilmişdir. Tələbnamə ilə iddiaçının istoifadəsində olan qeyri-yaşayış sahəsinə “X5”nın tələblərinə zidd olaraq qaz xəttinə abonentə məxsus qaz cihazları qaz sayğacının saatlıq qaz sərfini aşaraq istifadə olunduğunun aşkar olunduğu, müəssisədə quraşdırılan qaz işlədicilərindən qəbul edilməklə maksimal saatlıq qaz sərfi 10 m3 təşkil etdiyindən itirilmiş qazın bərpası üçün (16,7 m3) hesabat aparıldığı və ziyanın 4824 m3 (4824 m3 x 0,25 manat = 1206 manat) hesablandığı göstərilmşdir. Bundan sonra 2024-cü ilin iyun ayına görə 1206 manat məbləğində borc iddiaçının abonenet hesabına işlənmişdir. Cavabdeh İB Tərtər RQİİ-nin iddiaçının inzibati qaydada tənbeh edilməsi bağlı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filiana müraciəti sonuncunun xx.xx.2024-cü il tarixli məktubu ilə cavablandırılaraq müraciətçiyə qanunvericiliyin tələbləri izah edlmiş və iddiaçı inzibati qaydada məsuliyyətə cəlb edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsasladırmışdır ki, Cavabdeh İB ilə bağlanmış müqaviləyə əsasən mülkiyyətində olan Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən qeyri-yaşayış sahəsində istifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq qaz pulunu ödəməlidir. X6 Qaz İstismarı İdarəsinin əməkdaşları qeyriyaşayış sahəsinə gələrək yoxlama keçirmişlər xx.xx.2024-cü il tarixli akt tərtib etmişlər ki, nəzərdə tutulan qaz sərfiyyatından əlavə istifadə edilmişdir və bununla bağlı 1206 manat cərimə olunmuşdur. X6 Qaz İstismarı İdarəsinin mülki hüquq pozuntusu nəticəsində qeyriyaşayış sahəsi fəaliyyətini dayandırmaq məcburiyyətində qala bilər. Bu hal sahibkar kimi fəaliyyətinə mənfi təsir edir. İstifadə edilmiş qaz sərfiyyatına uyğun olaraq qaz pulunu hər ay vaxtı-vaxtında ödəmişdir. Heç bir hüquqi əsas olmadan ona 1206 manat cərimə hesablablanmışdır. Cavabdeh iddia tələbinə etirazla məhkəməyə müraciət etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Cavabdeh İB ilə bağladığı qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən İddiaçı Bərdə rayonu Ü.Hacıbəyov küçəsindəki qeyri-yaşayış (obyektinə) sahəsinə baxış keçirilməsi ilə bağlı “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarları maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 2.3-cü bəndinə əsasən dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə barədə çıxarış təqdim etməklə yoxlamalar aparılmışdır. Yoxlamalar zamanı qaz sayğacının istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilsə də, istehlakçı işlətdiyi qazın alqı-satqı müqaviləsində göstərilən həcmindən artıq olduğu aşkar olunmuşdur. Yəni iddiaçının müəsissəsinə quraşdırılmış qaz sayğacı G-6 m3 maksimal qaz sərf 10 m3 olduğu halda müəssənin istifadəsində olan cihazları qaz sərfi 16.7 m3 olduğu müəyyən olnmuşdur. Müəssisə müəyyən olunmuş standartlarından 6.7 m3 artıq qaz sərfi ilə qazdan istifadə etmişdir. 6.7 m3 x 12 (saat) x 60 (gün) = 4824 m3 Tarif şurasının qərarına uyğun olaraq 4824 m3 x 0.25 manat = 1206 manat məbləğ hesablanmışdır. İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanması və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-nə 1206 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq yeməkxana işlədir. 08 may 2024-cü il tarixdə qaz idarəsinin nümayəndələri akt tərtib etmişlər. Həmin akt əsasında 1206 manat cərimə yazılmışdır ki, cərimə ilə razı deyillər. Hər hansı əlavə xətdən, əlavə istifadədən söz gedə bilməz. Nə istifadə olunubsa həmin qazın dəyəri ödənilmişdir. O cümlədən qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə baş verən qaz axımından istehlakçı cavabdeh deyildir. Müqavilədən əlavə hər hansı avadanlıq quraşdırlmamışdır. Yeməkxana şəhərin kənarında yerləşir, orada qazan yeməkləri çox bişirilmir, əsas kabab bişirilir. Yay aylarında müştəri çox olsa da qışda müştərisi olmur, yəni həmin avandanlıqların artılmasının mənası yoxdur. Yazılmış borcun silinməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirmişdir ki, iddiaçı 2023cü ilin 8-ci ayından fəaliyyətə başlamışdır, növbəti aylarda az-az ödəniş etmişdir, sonradan yoxlama zamanı sayğacda sərfiyyat aşımı müəyyən edilmişdir. Tərəflərindən qeydiyyatdan keçməklə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi obyektdə tam qanuni şəkildə yoxlama aparılmışdır. Əlavə avadanlıq quraşdırıldığı üçün sərfiyyat aşımı olmuşdur. Müqavilədə 3 olduq və 2 ədəd kombi nəzərdə tutulmuşdur. Qazanaltı 3 gözlü olmalıdır, ancaq 8 gözlü müəyyən edilmiş, o cümlədən PQ4 avadanlığı artıq quraşdırılmışdır. Əlavə avadanlıqlar qurqşdırıldığı üçün sərfiyyat aşımı olmuşdur. İnzibati xəta tərkibi ilə bağlı araşdırma aparılması üçün müraciət edilmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin (bundan sonra – birinci instansiyası məhkəməsi) xx.xx.2024-cü il tarixli e-2-2(115)-1927/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək “İddiaçı (abonent kodu: **********00908) hesablamış 1206 manat məbləğində borcun silinməsi” qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qaz sayğacına baxış keçirilməklə təbii X3 pozulması haqqında akt tərtib edilsə də "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən qanunun tələblərinə əməl edilməmiş, müvafiq akt tərtib edildikdən sonra inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edilməmiş, abonentin qazın talanmasında təqsirli olması barədə həmin orqanın qərarı olmamışdır. Abonentin qazın talanmasında təqsirli olması barədə müvafiq icra hakimiyyəti orqanının qərarı olmadan və onun təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada müəyyən edilmədən borc hesablanmışdır. "Azəriqaz" İB-nin əməkdaşları 01 iyun 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə ilə abonentə borc hesablamış, borcu hesabladıqdan sonra 18 sentyabr 2024cü il tarixdə, yəni iki aydan çox müddətdən sonra müvafiq akt inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına göndərilmiş, lakin abonentin barəsində hər hansı qərar qəbul edilməmişdir. Belə olan halda dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 1206 manat məbləğində borcun silinməsi qanuni və əsaslıdır. Birinci instansiyası məhəməsi öz mövqeyini “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1, 13.8.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 6.5, 6.5-2, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1927/2024 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İddiaçının cavabdeh olduğu qaz sayğacın saxlanmasına və nəzarəti düzgün aparılmaması səbəbindən sayğacın işləməsində xətaya gətirib çıxarmışdır. İstehlakçı təbii qazdan istifadə etmiş lakin sayğac keçən qazı tam qeyd etməmişdir. Həmin qeyd olunan məbləğ, Cavabdeh İB-yə 1206 manat qazdan istifadə edib ödəmədiyi borcudur. İddiaçının hərəkətləri faktiki olaraq qanunsuz qoşulmadır. Belə ki, müqavilədə göstərilən qaz cihazlarından əlavə qaz cihazlarının istifadə edilməsi qanunsuz qoşulma ona görə sayılır ki, sayğaz sərfiyyatı qeydə ala bilmir. 1206 manat sərfiyyat müəyyən edilmişdir. İddiaçının tələbi əsassız olduğundan rədd olunmalıdır. Məhkəmənin gəldiyi qənaətlərdən birincisi, X2 Agentliyinin izahatında bildirdi ki, iddiaçı təqsirli bilinməyib. xx.xx.2024-cü il tarixli KY242109349 nömrəli çıxarış əsasındayoxlamalar aparılıb. Yoxlama yalınız sayğaca müdaxilə və ya sayğacdan kənar xətlə çəkilmə hallarında yoxlama aparıla bilər. Çıxarışı o adla alsalar da başqa yoxlamalar aparılıb.Faktiki olaraq 80 nömrəli qərara əsasən qeyri-yaşayış sahəsində yoxlamalar aparılarkən çıxarışa əsasən yoxlama düzgün aparılmayıb. İnzibati xətanın tərkibi yoxdur. X7 X8 məlumat vermişlər. Qərar formasında deyil, məktubla cavab vermişlər. Qeyd olunan sayğaca müdaxil və ya sayğacdan kənar xəttlə çəkilmə halları bağlı yoxlamalar aparıla bilər düzgün qənatə gəlinməmiş çünki Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin 5-2.-ci bəndinə əsasən, Qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) hallarını müəyyən etdikdə, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla yoxlama keçirilməsi ilə bağlı tədbirlər görməlidirlər. Göründüyü kimi qanunda subyektlərinin qaz sayğaclarının göstəricilərinin oxunması zamanı həmin sayğaca müdaxilə, habelə qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma (bundan sonra – qanunsuz qoşulma) halları kimi qeyd olunub qanundan göstərilən tələbləri çıxarışa qeyd olunmuşdur. Qaz İdarəsinin qanundan kənar hər hansı qeyd aparılması nə dərəcədə düzgündür və digər məsələ qanunsuz qoşulma qanunda qaz paylayıcısının razılığı olmadan qaz paylayıcı şəbəkəyə sayğacdan kənar qoşulma göstərilib və sayğaca və ya qaz şəbəkəsinə paylayıcının razılğı və xəbəri olmadan qoşulma, qanunsuz qoşulma hesab edilir. Hesab edirlər ki, məhkəmənin qəbul etdiyi qətnamənin ləğv olunmalı və yeni qərar qəbul edərək iddiaçının iddiasının təmin olunmamsı barədə qətnamə çıxarılaraq Cavabdeh İB-nin tələbi təmin olunmalıdır. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Apellyasiya şikayəinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı işlətdiyi yeməkxanada layihə smeta sənədlərində və müqavilədə göstərilən cihazlardan əlavə cihazlar işlətdiyindən əlavə sərfiyyat yaranmışdır. Abonentin cihazlarının sərfiyyatı 10 m3 olduğu təqdirdə işlədilən qazın həcmi 16.7 m3 olmuşdur. Bununla bağlı iddiaçıya 1206 manat borc hesablanmışdır. Layihədən kənarlaşma halına dair punkt olmadığından sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı və sayğaca müdaxilə halını qeyd edərək yoxlamalara gedirlər. İddiaçı tərəfindən sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halı və sayğaca müdaxilə halı yoxdur. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh qətnaməni tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam yoxlamışdır. Tətbiq edilən hüquq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunu Maddə 1.1.4. yoxlayıcı - yoxlayıcı orqanın məsuliyyət daşıdığı nəzarət sahəsi üzrə yoxlama aparmaq səlahiyyəti verilmiş vəzifəli şəxsidir. Maddə 2.1. Bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən, araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1. Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1-dək dayandırılır. Maddə 2.1. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş müddətdə yalnız vergi yoxlamaları, maliyyə bazarları sahəsində aparılan yoxlamalar, gömrük auditi, müvafiq icra hakimiyyəti orqanı tərəfindən özəl tibb fəaliyyətinin subyektlərində aparılan yoxlamalar, eləcə də dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı yoxlamalar, yanğın nəzarəti, tikintiyə dövlət nəzarəti, təhlükə potensiallı obyektlərin və dağ-mədən sahələrinin təhlükəsiz istismarına nəzarət və radiasiya təhlükəsizliyinə nəzarət sahəsində yoxlamalar, enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalara, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalar, habelə insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən yoxlamalar aparıla bilər. Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısına dair Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı Bənd 1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində nəzərdə tutulan müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, dövlət mülkiyyətində olmayan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olmayan hüquqi şəxslər barəsində siyahısı aşağıda göstərilən yoxlamalar aparıla bilər: 1.1. dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsinin və sanitar-gigiyenik qaydalara riayət edilməsinin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.2. fitosanitar tələblərə, qaydalara uyğunluğun və baytarlıq tələblərinə, qaydalarına uyğunluğun Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yoxlanılması; 1.3. təbii qaz, su təchizatı, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulma hallarının yoxlanılması; 1.4. sığortaçıların, təkrarsığortaçıların və sığorta vasitəçilərinin fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən yoxlanılması; 1.5. kredit təşkilatlarının, habelə onların törəmə təsərrüfat cəmiyyətlərinin Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yoxlanılması; 1.6. radioaktiv, partlayıcı və digər xüsusi təhlükəli maddələrin və ya avadanlıqların saxlanılması və dövriyyəsi, dağ-mədən işlərinin, hidrotexniki qurğularda, neft və qazçıxarma sənaye obyektlərində və xüsusi təhlükəli digər sahələrdə işlərin görülməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunmasının, aparılan işlərin və istismarda olan obyektlərin tikinti, texniki və yanğın təhlükəsizliyi normalarına uyğunluğunun Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən yoxlanılması aparıla bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5 Maddə 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Maddə 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Maddə 6.5. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Maddə 6.5-2. İstehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanunu Maddə 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024cü il tarixli e-2-2(115)-1927/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İlk öncə məhkəmə qeyd edir ki, mübahisə predmeti olan 1206 manat borc sayğac göstəricisinə əsasən istehlak edilmiş təbii qazın dəyəri olmamaqla akt əsasında iddiaçıya hesablanmış borc məbləğidir ki, bu işin mübahisələndirilməyən halıdır. İddianın hüquqi əsasına qiymət verən məhkəmə ilk növbədə onu qeyd edir ki, Cavabdeh İB tərəfindən iddiaçının istifadəsində olan qeyri-yaşayış sahəsində quraşdırılmış qaz sayğacına keçirilmiş baxış və aparılmış yoxlama qanunvericiliyin tələbinə uyğun olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi Cavabdeh İB-yə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrindən çıxarış (yoxlama kodu KY2********) verilmiş və çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi yoxlamanın sayğacın göstəricisinin oxunması zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi, sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi göstərilmişdir. Məhkəmə qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar 2025-ci il yanvarın 1dək dayandırılmışdır. Yuxarıda qeyd edilən qanun və fərmanının tələblərinə əsasən, xx.xx.2025-ci il tarixədək sahibkarlıq subyektlərində enerji, su, kanalizasiya və qaz təchizatı müəssisələrinin səlahiyyətli nümayəndələri tərəfindən sahibkarlıq subyektlərinin elektrik, su, istilik və qaz sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar paylayıcı şəbəkəyə və ya istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı və Fərmanda qeyd olunan hallarda yoxlama aparıla bilər. Məhkəmə araşdırması zamanı müyyən edilmişdir ki, cavabdeh tərəfindən yoxlamanın əsası kimi təqdim edilmiş çıxarışda plandankənar yoxlamanın təyin edilməsi üçün əsas kimi sayğacın göstəricisinin oxunması zamanı sayğaca müdaxilənin müəyyən edilməsi və paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının müəyyən edilməsi göstərilmişdir ki, iş materiallarında belə halların müəyən edilməsi ilə bağlı sübutlar mövcud olmamaqla yanaşı cavabdehin nümayəndəsi məhkəmə iclasında yoxlama zamanı sayğacdankənar paylayıcı şəbəkəyə qanunsuz qoşulma halının və sayğaca müdaxilə halının müəyyən edilmədiyini bildirdi. Halbuki, cavabdeh sayğac oxunması zamanı müdaxilənin aşkarlanmasına və digər hallara istinad edərək yoxlama keçirmək qərarına gəldiyini sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid reyestrinə müraciət etdiyi zaman əsaslandırmağa çalışmışdır. Cavabdeh ona qanunla verilən səlahiyyətləri aşaraq heç bir qanuni əsas olmadan, həqiqətə uyğun olmayan əsaslarla yoxlamanın keçirilməsi üçün çıxarış almağa nail olsa da, buna baxmayaraq pozuntu olduğu iddia edilən iddiaçının sahibkarlıq fəaliyyətini həyata keçirdiyi yerdə qeyd olunan halları aşkar etməmişdir. Bundan başqa yoxlama nəticəsində müəyyən edilmiş hallar, tərtib edilmiş akt və hesablanmış ziyana münasibətdə məhkəmə onu da qeyd edir ki, akt tərtib edilərkən “X5”nın pozulması faktlarına əsaslanmış, qeyd olunan pozuntu (obyektin qaz xətti üzərində quraşdırılmış qaz sayğacına və sayğacdan sonra quraşdırılan qaz cihazlarına baxış keçirərkən sayğacın maksimal gücündən əlavə sərfiyyat aşma) istehlakçının təqsiri ucbatından baş verdiyi əsası ilə iddiaçıya itirilmiş qaz sərfiyyatı müəyyənləşdirilərək borc hesablanmışdır. Belə ki, dəymiş ziyanın bərpasına dair tələbnamədə dəymiş ziyanın bərpasına əsas kimi qeyd edilmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 6.5-2-ci bəndinə istinad edilərək göstərilmişdir ki, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Cavabdehin istinad etdiyi bəndin tələbindən göründüyü kimi, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalıdır ki, məhkəmə araşdırması zamanı iddiaçının təqsirli hərəkətləri nəticəsində plombun qoparılmasına, baxış şüşəsi sındırılmasına, gövdəsinin zədələnməsinə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarla bağlı məhkəmə sübut təqdim edilməmişdir. Cavabdehin tələbnamədə istinad etdiyi qanunvericilik norması istehlakçının təqsirli hərəkətlərindən bəhs edir ki, həmin bəndin baş tutmuş əsassız yoxlamanın həllinə təsiri yoxdur. Məhkəmə qeyd edir ki, sayğacda pozuntular müəyyən edildiyi halda itirilmiş qazın dəyərinin ödənilməsi qazpaylayıcıya o halda hüquq verir ki, müəyyən olunmuş pozuntuda istehlakçının təqsiri olmuş olsun. Belə ki, “X3” 2.2.5-ci bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini istehlakçıdan tələb etmək paylayıcının hüquqlarına aid edilmişdir. “X3” 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Göründüyü kimi fərdi sahibkar olan iddiaçının istifadəsində olan qeyri-yaşayış binasına xidmət edən qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı olan cavabdeh daşıyır ki, cavabdehin sayğaçın iddiaçı tərəfindən saxlanmasıolması ilə bağlı apellyasiya şikayətinin dəlilləri əsassızdır. Bunlardan başqa “X3 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, dəymiş zərərin bərpasına dair tələbnamədə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edilməsi ilə bağlı hallara istinad olunsa da məhkəmə araşdırması zamanı Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X1 Filialının xx.xx.2024-cü il tarixli cavabdehdin struktur bölməsinə ünvanlanan məktubunda iddiaçının barəsində inzibati tənbeh tədbiri tətbiq edilməmişdir. Qazın talanması halında isə cavabdeh Qaz təchizatı haqqında Azərbaycan Respublikası Qanununun 8-1-ci maddəsinin tələblərinə əməl etməyə borclu olduğu halda bunu etməmiş və həmin maddənin tələblərini yerinə yetirmədən bir başa iddiaçıya borc hesablamışdır ki, bunda da haqlı olmamışdır. Cavabdehin iddia tələbinə etirazın və apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən sayğacdan kənar qoşulma hallarına yol verilmişdir. Məhkəmə cavabdehin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, sayğacdan kənar qoşulma dedikdən sayğaca qədər olan qaz xəttinə qoşulma başa düşülür. Məhkəmə araşdırması zamanı isə sayğaca qədər olan xəttə sayğacdan kənar qoşulma halı ilə bağlı məhkəməyə sübut təqdim edilməmiş, cavabdehin nümayəndəsi yoxlama zamanı belə halların müəyyən edilmədiyini bildirmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiya məhkəməsi apellyasiya baxışının predmeti olan, müzakirə olunan hissədə iş üzrə düzgün nəticəyə gələrək qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-1927/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-66/2025
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-66/2025
24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver