Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-69/2023 28.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası Hakimlər Abdullayev Əlizamin Gülzalı oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə Quliyev Anar Elcan oğlunun katibliyi, Cavabdeh “Arkoz X9” MMC-nin nümayəndələri X2 və X3 iştirakları ilə, İddiaçı cavabdeh “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2020/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh təqsiri üzündən müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən İddiaçı MMC-yə dəymiş 76508 manat maddi ziyanın, əldən çıxmış fayda qismində 5000 manatın və dövlət rüsumu, mediasiya xərci olaraq ödənilən 400 manatın, ümumilikdə 81908 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli e-2-2(115)-2020/2022 nömrəli (hakim: Gülnaz Quliyeva) qətnaməsi ilə İddiaçı Cavabdehnə qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında klinker məhsulunun alqı-satqısına dair 04 iyun 2021-ci il tarixli QSZS 063/0621 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və müqavilənin tərkib hissəsi olaraq 04 iyun 2021-ci il, 02 dekabr 2021-ci il və 15 fevral 2022-ci il tarixli əlavələr imzalanmışdır. Qeyd edilən müqavilə üzrə məhsul alıcıya çatdıqdan sonra ödəniş edilməsi nəzərdə tutulduğu halda cavabdeh tərəfin xahişi ilə mal qəbulundan əvvəl ödənişlər edilmişdir. Belə ki, 15 fevral 2022-ci il tarixli razılaşmaya uyğun olaraq 181105 manat (ƏDV qismində 32598,90 manat) vəsait cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə 89710,35 manat əsas, 16143,31 manat ƏDV, ümumilikdə 105853,66 manat ödəniş üzrə məhsul göndərilmədiyindən və aralarında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehin ümumilikdə 105853,66 manat qaimə borcu olduğundan dəfələrlə müraciət edilsə də, hər hansı tədbir görülməmişdir. Cavabdehin 22 fevral 2022-ci il tarixinə qədər məhsul göndərməsi, ondan sonra müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, hətta malı çatdırmadan külli miqdar vəsait tələb etməsi səbəbindən zavod fəaliyyətini tamamilə dayandırdığından əlavə ziyanlara düşmələrinə səbəb olmuşdur. İddiaçı sement istehsalı ilə məşğul olur və cavabdeh tərəfindən bazar qiymətindən baha hazır sement verilməsi onun gəlir əldə etməyinə maneə olmuşdur. Belə ki, cavabdeh sementi ona 100 manatdan satmış, halbuki onun özü həmin marka sementi istehsal edərək 93 manata satıb. Beləliklə cavabdehin təqsiri üzündən müqavilə bağlanarkən planlaşdırılmış dərəcədə gəlir əldə edilə bilməmişdir. Cavabdehin təqsirli hərəkəti üzrə 25000 manat məbləğində xeyir götürməli olduğu halda bundan məhrum olub. O cümlədən, məhsulun cavabdehdən alınması üçün 10 ədəd maşın yola salınsa da, lakin cavabdeh tərəfindən mal verilmədiyindən maşınlar boş qayıtmış və bununla da hər maşın 200 manatdan olmaqla, 2000 manat ziyana düşmüşdür. Həmçinin 16143,31 manat vergi tutulub ki, bu da onun əlavə ziyana düşməsidir. Cavabdeh QSZ S 063/0621 nömrəli 04 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olaraq 04 iyun 2021-ci il, 02 dekabr 2021-ci il və 15 fevral 2022-ci il tarixli əlavələr üzrə ona vurduğu ziyan ümumilikdə 43143 manat təşkil edir. Bundan başqa cavabdeh müqavilə və ona əlavələrin tələblərini keyfiyyətli mal verməklə bağlı hissədə də pozmuşdur. Belə ki, müqavilədə keyfiyyətli məhsulun verilməsini cavabdeh öhdəlik kimi üzərinə götürsə də, cavabdeh tərəfindən 23 və 24 oktyabr 2021-ci il tarixlərində 6 qaimə üzrə göndərilmiş 266 ton 400 kq klinker məhsulu lazımı keyfiyyətdə olmamışdır. Odur ki, 266 ton 400 kq klinkerin alışı və daşınması üçün 26240 manat, o cümlədən işçi pulu, daşıma, istehsal üçün 7125 manat və boş dayanmaya, məhsul istehsal edə bilməməyə, satmamağa görə əlavə ziyanlar da dəyib. Cavabdeh tərəfindən keyfiyyətsiz mal verilməsi səbəbindən ümumilikdə 33365 manat ziyana düşüb. Qeyd olunanlarla yanaşı boş dayanmaya, ümumilikdə sement satışından əldə edilməli gəlirə mütənasib olaraq cavabdeh onun əlavə gəlir əldə etməyinə, fayda götürməyinə maneə olmuş, götürəcəyi faydalar əldən çıxmış, müqavilə bağlanarkən əldə edəcəyini düşündüyü gəlirlərdən məhrum olmuşdur. Bununla bağlı isə cavabdeh tərəfindən ona azı 5000 manat ziyan vurulmuşdur. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı iddia ərizəsində qeyd olunanlarla yanaşı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh klinkerin keyfiyyətinə dair sertifikatı onlara təqdim etməmişdir. Eləcə də klinkerlərin satılmasına görə ödənişlər qabaqcadan edildiyinə görə cavabdeh tərəfindən verilən baha qiymətə sementi almaq məcburiyyətində olmuşlar. Cavabdeh tərəf bunu inkar etsə də, lakin həqiqətən belə olmuşdur. Həmçinin ödənişləri təsdiq edən çıxarışlar, qiymət cədvəlləri və sair sənədlər mövcuddur. İşə baxan birinci instansiya məhkəməsi bunları nəzərə almayıb. İşə birinci instansiya məhkəməsində işə baxıldıqdan sonra Cavabdeh yenidən təşkil edilərək onun əsasında “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldığından Cavabdeh onun hüquqi varisi olan “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “Arkoz X9” MMC-nin etibarnamə üzrə nümayəndələri X5 və X6 apellyasiya şikayətini qəbul etməyərək məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2. maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə, hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 04 iyun 2021-ci il tarixli QSZ S 063/0621 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ilə Cavabdeh MMC arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan 04 iyun 2021-ci il, 02 dekabr 2021-ci il və 15 fevral 2022-ci il tarixli əlavələr ilə növü və qiyməti müəyyən olunmuş klinker məhsullarını Satıcı Alıcıya satmağı, Alıcı isə həmin malları alıb, dəyərini Satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1 və 7.1-ci bəndlərində Satıcının Alıcıya çatdıracağı Malın keyfiyyətli olmasını təmin etmək öhdəliyi, Alıcının isə Satıcıdan əldə etdiyi Malın keyfiyyətli olmasını tələb etmək hüquq nəzərdə tutulmuşdur; xx.xx.2022-ci il tarixli 695620 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4464 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 803,52 manat olmaqla cəmi 5267,52 manat, xx.xx.2022-ci il tarixli 695769 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4544 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 817,92 manat olmaqla cəmi 5361,92 manat, xx.xx.2022-ci il tarixli 748542 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4458 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 802,44 manat olmaqla cəmi 5260,44 manat, xx.xx.2022-ci il tarixli 733298 nömrəli qaiməyə əsasən ƏDVyə cəlb edilən məbləğ 4690 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 844,20 man olmaqla cəmi 5534,20 manat, xx.xx.2022-ci il tarixli 887140 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4498 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 809,64 manat olmaqla cəmi 5307,64 manat, xx.xx.2022-ci il tarixli 982706 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4616 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 830,88 manat olmaqla cəmi 5446,88 manat, xx.xx.2022-ci il tarixli 179052 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4418 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 795,24 manat olmaqla cəmi 5213,24 manat, xx.xx.2022ci il tarixli 180689 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4478 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 806,04 manat olmaqla 5284,04 manat, xx.xx.2022-ci il tarixli 781010 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4870 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 876,60 manat olmaqla cəmi 5746,60 manat, xx.xx.2022-ci il tarixli 782684 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4930 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 887,40 manat olmaqla cəmi 5817,40 manat, xx.xx.2022-ci il tarixli 228382 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4566 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 821,88 manat olmaqla cəmi 5387,88 manat, xx.xx.2022-ci il tarixli 442680 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 4522 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 813,96 manat olmaqla cəmi 5335,96 manat, xx.xx.2022-ci il tarixli 464040 nömrəli qaiməyə əsasən ƏDVyə cəlb edilən məbləğ 3218 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 579,24 manat olmaqla cəmi 3797,24 manat, xx.xx.2022-ci il tarixli 916196 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3475,20 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 825,54 manat olmaqla cəmi 4100,74 manat, xx.xx.2022-ci il tarixli 913264 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 2892,80 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 520,70 manat olmaqla cəmi 3413,50 manat, xx.xx.2022ci il tarixli 132311 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3470,40 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 624,67 manat olmaqla cəmi 4095,07 manat, xx.xx.2022-ci il tarixli 124913 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3783,60 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 681,05 manat olmaqla cəmi 4464,65 manat, xx.xx.2022-ci il tarixli 059927 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3340,80 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 601,34 manat olmaqla cəmi 3942,14 manat, xx.xx.2022-ci il tarixli 150223 nömrəli qaiməyə əsasən ƏDVyə cəlb edilən məbləğ 3817,80 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 687,20 manat olmaqla cəmi 4505 manat, xx.xx.2022- ci il tarixli 219312 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3312 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 596,16 manat olmaqla cəmi 3908,16 manat, xx.xx.2022-ci il tarixli 439620 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3153,60 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 567,65 manat olmaqla cəmi 3721,25 manat, xx.xx.2022-ci il tarixli 273035 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3807 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 685,26 manat olmaqla cəmi 4492,26 manat, xx.xx.2022ci il tarixli 570620 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3619,80 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 651,56 manat olmaqla cəmi 4271,36 manat, xx.xx.2022-ci il tarixli 681244 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 3209,40 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 577,69 manat olmaqla cəmi 3787,09 manat, xx.xx.2022-ci il tarixli 893255 nömrəli qaiməyə əsasən ƏDV-yə cəlb edilən məbləğ 2849,40 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 512,89 manat olmaqla cəmi 3362,29 manat göstərilmişdir; xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli qaimə sənədlərindən çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 266,4 ton klinker məhsulu göndərilmişdir; Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun xx.xx.2022-ci il tarixli "xxxx" MMC-nin 15 noyabr 2021-ci il tarixli 36/02469 saylı məktubu ilə təqdim edilmiş klinker nümunəsinin sınaq nəticələrinə dair qiymətləndirməsindən görünür ki, klinker qurulduqdan sonra laboratoriya xırdalayıcısında doğranmış, sonra tərkibi 95% klinker və 5% gips daşı olan qarışıq laboratoriya dəyirmanında üyüdülmüşdür. Alınan sement nümunəsi QOCT 30744-2001 standartının tələblərinə uyğun olaraq yoxlanılmaqla müəyyən olunmuşdur ki, sementin normal qatılığı 25%, tutma vaxtı saat-dəqiqə başlanğıc 2-05, son 3-00, 008 saylı ələkdən keçən hissəciklərin miqdarı 96,2%, tökülmə sıxlığı 1015 kq/m3 , 28 gündən sonra möhkəmlik həddi, Mpa əyilmədə 6,9, sıxılmada 51, sementin faktiki möhkəmlik sinifi isə 42,5 H-dır; İş materiallarında olan İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ƏDV depozit hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məxaric 106670,58 göstərilmişdir; İddiaçı MMC tərəfindən təqdim olunmuş sənəddən görünür ki, 114368,28 manatın qarşılığı olaraq 1429,60 ton klinker Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə verilməmişdir. Nəticədə 1881,06 ton sement istehsal olunmamış və İddiaçı MMC-yə hər tona görə 41,97 manat olmaqla ümumilikdə 60005,72 manat zərər dəymişdir; Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442-ci, 445.1, 445.2, 448.1, 448.2, 567-ci və 568-ci maddələrinə istinad edərək, iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşır və hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi iş üzrə müəyyən edilmiş faktlar üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, borc ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568-ci maddəsinə əsasən, satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur. Məhkəmə kollegiyasının iclasında isə müəyyən edilmişdir ki, İddiaçı onunla Cavabdeh arasında klinker məhsulunun alqı-satqısına dair 04 iyun 2021-ci il tarixli QSZS 063/0621 nömrəli alqı-satqı müqaviləsi bağlandığını, müqavilə üzrə məhsul alıcıya çatdıqdan sonra ödəniş edilməsi nəzərdə tutulduğu halda cavabdeh tərəfin xahişi ilə mal qəbulundan əvvəl ödənişlər edildiyini, 15 fevral 2022-ci il tarixli razılaşmaya uyğun olaraq 181105 manat (ƏDV qismində 32598,90 manat) vəsait cavabdehin hesabına köçürüldüyünü, müqavilə üzrə 89710,35 manat əsas, 16143,31 manat ƏDV, ümumilikdə 105853,66 manat ödəniş üzrə məhsul göndərilmədiyindən və aralarında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehin ümumilikdə 105853,66 manat qaimə borcu olduğundan dəfələrlə müraciət edilsə də, hər hansı tədbir görülmədiyini, cavabdehin 22 fevral 2022-ci il tarixinə qədər məhsul göndərməsi, ondan sonra müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, hətta malı çatdırmadan külli miqdar vəsait tələb etməsi səbəbindən zavod fəaliyyətini tamamilə dayandırdığından əlavə ziyanlara düşmələrinə səbəb olduğunu, İddiaçı sement istehsalı ilə məşğul olduğunu və cavabdeh tərəfindən bazar qiymətindən baha hazır sement verilməsinin onun gəlir əldə etməyinə maneə olduğunu, cavabdehin təqsirli hərəkəti üzrə 25000 manat xeyir götürməli olduğu halda bundan məhrum olduğunu, məhsulun cavabdehdən alınması üçün 10 ədəd maşın yola salınsa da, lakin cavabdeh tərəfindən mal verilmədiyindən maşınlar boş qayıtdığını və bununla da hər maşın 200 manatdan olmaqla, 2000 manat ziyana düşdüyünü, 16143,31 manat vergi tutulması nəticəsində əlavə ziyana düşdüyünü, cavabdeh “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyətinin QSZ S 063/0621 nömrəli 04 iyun 2021-ci il tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olaraq 04 iyun 2021-ci il, 02 dekabr 2021-ci il və 15 fevral 2022-ci il tarixli əlavələr üzrə ona vurduğu ziyanın ümumilikdə 43143 manat təşkil etdiyini, cavabdehin müqavilə və ona əlavələrin tələblərini keyfiyyətli mal verməklə bağlı hissədə də pozduğunu 23 və 24 oktyabr 2021-ci il tarixlərində 6 qaimə üzrə göndərilmiş 266 ton 400 kq klinker məhsulu lazımı keyfiyyətdə olmadığını, həmin məhsula görə 26240 manat, o cümlədən işçi pulu, daşıma, istehsal üçün 7125 manat və boş dayanmaya, məhsul istehsal edə bilməməyə, satmamağa görə əlavə ziyanlar dəydiyini, cavabdeh tərəfindən keyfiyyətsiz mal verilməsi səbəbindən ümumilikdə 33365 manat ziyana düşdüyünü, həmçinin boş dayanmaya, ümumilikdə sement satışından əldə edilməli gəlirə mütənasib olaraq cavabdeh onun əlavə gəlir əldə etməyinə, fayda götürməyinə maneə olduğu üçün cavabdeh tərəfindən ona azı 5000 manat ziyan vurduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddia tələbini təmin etməmişdir. Bundan əvvəldə qeyd edildiyi kimi məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, iddia tələbində dəymiş ziyanın ödənilməsi bir neçə halla əlaqələndirilir. Belə ki, iddiaçı tərəflər arasında bağlanmış alqısatqı müqaviləsi üzrə satıcı “Arkoz X9” MMC-nin alıcı İddiaçı MMC-yə satdığı 266,4 ton klinker məhsulunun keyfiyyətsiz olmasını, məhsulun alışı, daşınması, istehsalı üçün çəkilən xərclər, o cümlədən boş dayanmaya, işçi puluna, hazırlanmış məhsulu sata bilməməyə görə ziyana düşməsini qeyd etmişdir. Bununla bağlı 33365 manat ziyanın, həmçinin əldən çıxmış fayda olaraq 5000 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən, satıcının alıcıya çatdıracağı malın (klinkerin) keyfiyyətli olmasını təmin etmək öhdəliyi, alıcının isə satıcıdan əldə etdiyi malın (klinkerin) keyfiyyətli olmasını tələb etmək hüquq nəzərdə tutulsa da, müqavilə üzrə razılaşdırılmış klinker məhsulunun keyfiyyət dərəcəsinə dair müqavilədə və ona əlavələrdə hər hansı bir müddəa yer almamışdır. İddiaçı təqdim olunmuş klinker məhsulunun keyfiyyətsiz olması ilə bağlı qarşı tərəfə pretenziya irəli sürdüyünü qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İş materiallarında olan klinker məhsulunun Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun təqdim edilmiş klinker nümunəsinin sınaq nəticələrinə dair qiymətləndirilməsindən görünür ki, sementin faktiki möhkəmlik sinifi 42,5 H-dır. İddiaçının qeyd edilən qiymətləndirməyə istinad edərək klinker məhsulundan hazırlanan sementin faktiki möhkəmlik dərəcəsinin 42,5 H deyil, 52,5 H olması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibət bildirən məhkəmə kollegiyası qeyd edir ki, tərəflərin arasında olan razılaşmada məhz faktiki möhkəmlik dərəcəsi 52,5 H sementin hazırlanması üçün istifadəyə yararlı olan klinkerin verilməsi ilə bağlı hər hansı bir müddəa yer almamış, eləcə də həmin keyfiyyətdə klinkerin cavabdeh tərəfindən təqdim olunmalı olmasına dair iddaçı hər hansı bir sübut təqdim etməmişdir, halbuki cavabdeh həm iddiaçıya, həm də digər alıcılara keyfiyyəti eyni olan klinker məhsulunun verilməsini bildirmişdir. Beləliklə alınmış klinker məhsulunun razılaşmada göstəriləndən aşağı keyfiyyətdə olması iş materialları ilə təsdiq olunmur. Həmçinin satıcının malın keyfiyyət sertifikatını alıcıya verməməsi, keyfiyyət sertifikatının satıcıdan tələb edilməsinə baxmayaraq təqdim edilməməsinə dair iddiaçı hər hansı sübut təqdim etməmişdir. Bundan əlavə boş dayanmalara görə iddiaçının ziyana düşməsi, habelə bununla bağlı əldə edəcəyi gəlirdən məhrum olması ilə bağlı da iddia tələbini təsdiq edən sübut məhkəməyə təqdim edilməmişdir. İddia tələbinin ikinci dəlili ondan ibarətdir ki, alıcı mal alınmazdan əvvəl aralarında olan etibara görə ödənişi əvvəlcədən etmiş, ödədiyi məbləğin hamısına müqavilə üzrə razılaşdıqları klinker məhsulu verilməmiş, sonra qalan məbləğin hesabına klinker məhsulunun əvəzinə sement verilmiş, həmin sement isə onlara baha qiymətə verildiyindən ziyana düşmüş və əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəf iddia ərizəsində 181105 manat (ƏDV qismində 32598,90 manat) vəsaitin cavabdehin hesabına köçürdüyünü qeyd etsə də, hansı məbləğdə vəsait köçürməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin qalan vəsait hesabına klinker məhsulu əvəzinə sementin verilməsi həm iddiaçının nümayəndəsinin, həm də cavabdehin nümayəndəsinin izahatları ilə də təsdiq olunur. Tərəflərin izahatlarından və iş materiallarından görünür ki, satıcı alıcıya 266,4 ton klinker məhsulu vermiş, klinker məhsulundan əlavə sement vermişdir. Alıcı sementin baha olmasını qeyd etsə də qəbul etmişdir. Həmçinin məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi alıcının verdiyi vəsait hesabına onlara klinker məhsulu və sement verildiyini, iddiaçıya bununla bağlı hər hansı bir borcun olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı klinker məhsulunun əvəzinə verilmiş sementin qiyməti ilə razılaşmaya, sementi qəbul etməyə və ödəniş etdiyi təqdirdə isə ödədiyi vəsaitin geri qaytarılmasını tələb edə bilərdi. İşdən isə görünür ki, tərəflər qalan vəsait hesabına klinker məhsulunun əvəzinə sementin verilməsi ilə bağlı razılaşmışlar ki, həmin sement iddiaçı tərəfindən qəbul edilmiş və baha qiymətləndirilmişdir. Ona görə də qalan vəsait hesabına klinker məhsulu əvəzinə sement verilməsi ilə bağlı iddiaçının ziyana düşməsi və gəlir əldə etməkdən məhrum olması ilə bağlı iddia tələbinin dəlilləri əsasssızdır. İddia tələbinin klinker məhsulunun daşınması üçün 10 ədəd maşın yola salınsa da mal verilmədiyindən, cavabdehin təqsiri üzündən maşınlar boş qayıtmış və bununla da hər maşın 200 manatdan olmaqla, 2000 manat ziyana düşməsi ilə bağlı hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həmin dəlilləri ilə bağlı, məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. İddia tələbinin cavabdeh tərəfindən 16143,31 manat ƏDV-nin qaiməsinin vurulmaması ilə bağlı hissəsinə münasibət bildirən məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən təqdim edilmiş İddiaçı MMC-nin xx.xx.2022-ci il tarixli ƏDV depozit hesabından çıxarışdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək məxaric 106670,58 göstərilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək gələn qaimələrdən isə görünür ki, ödənilməli ƏDV 90527,27 göstərilmişdir. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrdən görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək sementin təqdim edilməsi ilə bağlı 25 ədəd elektron qaimə üzrə ƏDV-yə cəlb edilən məbləğ 99403 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 17819,67 manat, yekun məbləğ 116824,47 manat göstərilmişdir. İddiaçı tərəfindən hansı məbləğdə pul vəsaitinin köçürülməsi, habelə klinker məhsulunun verilməsi ilə bağlı isə satıcı tərəfindən təqdim edilmiş elektron qaimələr məhkəməyə təqdim edilmədiyindən cavabdehin hansı məbləğdə pul vəsaiti köçürməsi, həmin məbləğin ƏDV-yə cəlb edilməli olması, satıcı tərəfindən hansı məbləğdə ƏDV-yə dair qaimlər verməli olması və qaimələrin verilməməsi müəyyən edilmir. Göründüyü kimi İddiaçı iddia tələbi üzrə istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericilyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin məhkəmə kollegiyası bir xüsusatı da qeyd etməyi zəruri hesab edir ki, apellyasiya icraatı zamanı klinker nümunəsinin və ondan hazırlanmış faktiki möhkəmlik sinfi 42,5H olan sementin qəbul edilmiş standartlara uyğun olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X4 Agentliyi S.Ə.Dadaşov adına Elmi-Tədqiqat və Layihə-X1 İnstituna müvafiq sorğu verilmiş və həmin İnstitutun 27 aprel 2023-cü il 11/2-453/2023 nömrəli sorğuya cavab məktubu ilə müəyyən edilmişdir ki, qeyd olunmuş klinkerdən alınan sement nümanəsinin faktiki möhkəmlik sinfi 42,5H təşkil edir, sıxılmada möhkəmlik həddinin 51,0 Mpa olması ilə M500 markaya və qəbul olunmuş standarda uyğunluğu təsbit edilir. Göründüyü kimi, cavabdeh “Arkoz X9” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçınə satılmış klinker lazımi standartlara cavab verməklə keyfiyyətli olmuşdur. Məhz işin bu hallarını nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(115)-2020/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-69/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-69/2023
28.04.2023 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver