Məhkəmə qərarları › İş №2-2(102)-502/2023

Ali Məhkəmə Qərar — İş №2-2(102)-502/2023

16.11.2023 · Sair işlər - Digər - Müqavilələrdən əmələ gələn öhdəliklər ü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-2(102)-502/2023 16.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası İddiaçı cavabdeh X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRAR Açar sözlər: dəymiş ziyanın ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının hakimi Abiyeva Kəmalə Nəbi qızının məruzəsi ilə, hakimlər Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “dəymiş ziyanın ödənilməsinə” dair kommersiya işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli 2-2(104)-69/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş kassasiya şikayətinə yazılı icraat qaydasında baxılmışdır. İşin halları

1. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 2021-ci il 4 iyun tarixli QSZ S 063/0621 nömrəli alqı-satqı müqaviləsinin 2-ci bəndinə əsasən müqavilənin ayrılmaz tərkib hissəsi olan 2021-ci il 4 iyun, 2021-ci il 2 dekabr və 2022-ci il 15 fevral tarixli əlavələr ilə növü və qiyməti müəyyən olunmuş klinker məhsullarını satıcı alıcıya satmağı, alıcı isə həmin malları alıb, dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 6.1 və 7.1-ci bəndlərində satıcının alıcıya çatdıracağı malın keyfiyyətli olmasını təmin etmək öhdəliyi, alıcının isə satıcıdan əldə etdiyi malın keyfiyyətli olmasını tələb etmək hüquq nəzərdə tutulmuşdur. 2. 2021-ci il 23 oktyabr və 2021-ci il 24 oktyabr tarixli qaimə sənədlərindən çıxarışa əsasən, Cavab deh MMC tərəfindən İddiaçı MMC-yə ümumilikdə 266,4 ton klinker məhsulu göndərilib.

3. Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun 2022-ci il 14 fevral tarixli "xxxx" MMC-nin 2021-ci il 15 noyabr tarixli 36/02469 saylı məktubu ilə təqdim edilmiş klinker nümunəsinin sınaq nəticələrinə dair qiymətləndirməsinə əsasən, klinker qurulduqdan sonra laboratoriya xırdalayıcısında doğranmış, sonra tərkibi 95% klinker və 5% gips daşı olan qarışıq laboratoriya dəyirmanında üyüdülmüşdür. Alınan sement nümunəsi QOCT 30744-2001 standartının tələblərinə uyğun olaraq yoxlanılmaqla müəyyən olunmuşdur ki, sementin normal qatılığı 25%, tutma vaxtı saat-dəqiqə başlanğıc 2-05, son 3-00, 008 saylı ələkdən keçən hissəciklərin miqdarı 96,2%, t ökülmə sıxlığı 1015 kq/m3, 28 gündən sonra möhkəmlik həddi, Mpa əyilmədə 6,9, sıxılmada 51, sementin faktiki möhkəmlik sinifi isə 42,5 H-dır.

4. İddiaçı MMC-nin 2022-ci il 26 sentyabr tarixli ƏDV depozit hesabından çıxarışa əsasən, 2021-ci il 30 iyun tarixindən 2022-ci il 16 fevral tarixinədək məxaric 106.670,58 göstərilmiş, 2021-ci il 5 iyun tarixindən 2022-ci il 22 fevral tarixinədək gələn qaimələrə isə əsasən ödənilməli ƏDV 90.527,27 göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı (bundan sonra-“iddiaçı”) Cavabdehnə (bundan sonra- “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehin təqsiri üzündən müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsi səbəbindən cavabdehə dəymiş 76.508 manat ma ddi ziyanın, əldən çıxmış fayda qismində 5.000 manatın və dövlət rüsumu, mediasiya xərci olaraq ödənilən 400 manatın, ümumilikdə 81.908 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında klinker məhsulunun alqısatqısına dair 2021-ci il 4 iyun tarixli QSZ S 063/0621 nömrəli alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin tərkib hissəsi olaraq 2021-ci il 4 iyun 2021-ci il 2 dekabr və 2022-ci il 15 fevral tarixli əlavələr imzalanmışdır. Qeyd edilən müqavilə üzrə məhsul alıcıya çatdıqdan sonra ödəniş edilməsi nəzərdə tutulduğu halda cavabdeh tərəfin xahişi əsasında onlara inam, etimad göstərərək mal qəbulundan öncə ödənişlər edilmişdir. Belə ki, 2022-ci il 15 fevral tarixli razılaşmaya u yğun olaraq tərəflərindən 181.105 manat (ƏDV qismində 32.598,90 manat) vəsait cavabdehin hesabına köçürülmüşdür. Müqavilə üzrə 89.710,35 manat əsas, 16.143,31 manat ƏDV, ümumilikdə 105.853,66 manat ödəniş üzrə məhsul göndərilmədiyindən və aralarında bağlanmış müqaviləyə uyğun olaraq cavabdehin ümumilikdə 105.853,66 manat məbləğində qaimə borcu olduğundan dəfələrlə müraciət edilsə də heç bir tədbir görülməmişdir. Cavabdehin 2022-ci il 22 fevral tarixinə qədər məhsul göndərməsi, ondan sonra müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməməsi, hətta malı çatdırmadan külli miqdar vəsait tələb etməsi səbəbindən zavod fəaliyyətini tamamilə dayandırdığından, əlavə ziyanlara düşmələrinə səbəb olmuşdur. Nəzərə alınmalıdır ki, o sement istehsalı ilə məşğul olur və cavabdeh tərəfindən bazar qiymətinə, baha hazır sement verilməsi onun gəlir əldə etməyinə mane olmuşdur. Belə ki, cavabdeh sementi ona 100 manatdan satmış, halbuki onun özü həmin marka sementi istehsal edərək 93 manata satıb. Göründüyü kimi cavabdeh onu hərtərəfli ziyana salmışdır. Beləliklə cavabdehin təqsiri üzündən müqavilə bağlanarkən planlaşdırılmış dərəcədə gəlir əldə edilə bilməmişdir. Cavabdehin təqsirli hərəkəti üzrə 25.000 manat məbləğində xeyir götürməli olduğu halda bundan məhrum olmuşdur. O cümlədən, məhsulun cavabdehdən alınması üçün 10 ədəd maşın yola salınsa da mal vermədiklərindən, onların təqsiri üzündən maşınlar boş qayıtmış və bununla da hər maşın 200 manatdan olmaqla, 2.000 manat ziyana düşmüşdür. Həmçinin 16.143,31 manat vergi tutulub ki, bu da onun əlavə ziyana düşməsi deməkdir. Beləliklə, ca vabdehin QSZ S 063/0621 nömrəli 2021-ci il 4 iyun tarixli alqı-satqı müqaviləsi və həmin müqavilənin tərkib hissəsi olaraq 2021-ci il 4 iyun, 2021-ci il 2 dekabr və 2022-ci il 15 fevral tarixli əlavələr üzrə ona vurduğu ziyan ümumilikdə 43.143 manat təşkil etmişdir. Bundan başqa cavabdeh müqavilə və ona əlavələrin tələblərini keyfiyyətli mal verməklə bağlı hissədə də pozmuşdur. Belə ki, müqavilədə keyfiyyətli məhsulun verilməsini cavabdeh öhdəlik kimi üzərinə götürsə də, cavabdeh tərəfindən 2021ci il 23 və 24 oktyabr tarixlərində 6 qaimə üzrə göndərilmiş 266 ton 400 kq klinker məhsulu lazımı keyfiyyətdə olmamışdır. Odur ki, 266 ton 400 kq klinkerin alışı və daşınması üçün 26.240 manat, o cümlədən işçi pulu, daşıma, istehsal üçün 7.125 manat və boş dayanmaya, məhsul istehsal edə bilməməyə, satmamağa görə əlavə ziyanlar da dəymişdir. Göründüyü kimi cavabdeh tərəfindən keyfiyyətsiz mal verilməsi səbəbindən ümumilikdə 33.365 manat ziyan vurulmuşdur. Qeyd olunanlarla yanaşı boş dayanmaya, ümumlikdə sement satışından əldə edilməli gəlirə mütənasib olaraq cavabdeh onun əlavə gəlir əldə etməyinə, fayda götürməyinə maneə olmuş, götürəcəyi faydalar əldən çıxmış, müqavilə bağlanarkən əldə edəcəyini düşündüyü gəlirlərdən məhrum olmuşdur. Bu hissədə isə cavabdeh tərəfindən ona azı 5.000 manat ziyan vurulmuşdur.

7. Bakı Kommersiya Məhkəməsinin 2022-ci il 21 iyul tarixli e-2-2(113)-3399/2022 saylı qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim E.Əliyev).

8. Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(115)-2020/2022 sa ylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim G.Quliyeva).

9. Birinci instansiya məhkəməsi iddia tələbində dəymiş ziyanın ödənilməsi bir neçə halla əlaqələndirilir. Birincisi iddiaçı tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə cavabdehin iddiaçıya satdığı 266,4 ton klinker məhsulunun keyfiyyətsiz olmasını, məhsulun alışı, daşınması, istehsalı üçün çəkilən xərclər, o cümlədən boş dayanmaya, işçi puluna, hazırlanmış məhsulu sata bilməməyə görə ziyana düşməsini qeyd etmişdir. Bununla bağlı 33.365 manat ziyanın, həmçinin əldən çıxmış fayda olaraq 5.000 manatın cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir.

10. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya çatdıracağı malın (klinkerin) keyfiyyətli olm asını təmin etmək öhdəliyi, iddiaçının isə cavabdehdən əldə etdiyi malın (klinkerin) keyfiyyətli olmasını tələb etmək hüquq nəzərdə tutulsa da, müqavilə üzrə razılaşdırılmış klinker məhsulunun keyfiyyət dərəcəsinə dair müqavilədə və ona əlavələrdə hər hansı bir müddəa yer almamışdır. İddiaçı təqdim olunmuş klinker məhsulunun keyfiyyətsiz olması ilə bağlı qarşı tərəfə pretenziya irəli sürdüyünü qeyd edir, lakin bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir.

11. İşin materiallarında olan klinker məhsulunun Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunun təqdim edilmiş klinker nümunəsinin sınaq nəticələrinə dair qiymətləndirməsinə əsasən, sementin faktiki möhkəmlik sinifi 42,5 H-dır. İddiaçının qeyd edilən qiy mətləndirməyə istinad edərək klinker məhsulundan hazırlanan sementin faktiki möhkəmlik dərəcəsinin 42,5 H deyil, 52,5 H olması ilə bağlı dəlillərinə münasibət bildirən məhkəmə qeyd etmişdir ki, tərəflərin arasında razılaşmada məhz faktiki möhkəmlik dərəcəsi 52,5 H sementin hazırlanması üçün istifadəyə yararlı olan klinkerin verilməsi ilə bağlı hər hansı bir müddəa yer almamış, həmçinin məhz həmin keyfiyyətdə klinkerin cavabdeh tərəfindən təqdim olunmalı olmasına dair iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Cavabdeh isə həm iddiaçıya, həm də digər alıcılara keyfiyyəti eyni olan klinker məhsulunun verilməsini bildirmişdir. Beləliklə alınmış klinker məhsulunun razılaşmada göstəriləndən aşağı keyfiyyətdə olması işin materialları ilə təsdiq olunmamışdır. Həmçinin cavabdehin malın keyfiyy ət sertifikatını iddiaçıya verməməsi, keyfiyyət sertifikatının cavabdehdən tələb edilməsinə baxmayaraq təqdim edilməsinə dair iddiaçı hər hansı bir sübut təqdim etməmişdir. Bundan başqa boş dayanmalara görə iddiaçının ziyana düşməsi, habelə bununla bağlı əldə edəcəyi gəlirdən məhrum olması ilə bağlı da iddia tələbini təsdiq edən sübut təqdim edilməmişdir.

12. İddiaçının ziyan tələbində həminin ona istinad olunmuşdur ki, iddiaçı mal alınmazdan əvvəl aralarında olan etibara görə ödənişi əvvəlcədən etmiş, ödədiyi məbləğin hamısına müqavilə üzrə razılaşdıqları klinker məhsulu verilməmiş, sonra qalan məbləğin hesabına klinker məhsulunun əvəzinə sement verilmiş, həmin sement isə onlara baha qiymətə verildiyindən ziyana düşmüş və əldə edəcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, özü sement istehsal edən bir müəssisə kimi aldığı sementdən daha ucuz sement istehsal edərək satır. Qeyd edilən hallarla bağlı isə cavabdehdən 25.000 manatın alınıb iddiaçıya verilməsini xahiş etmişdir.

13. Məhkəmə qeyd edilən hallarla bağlı bildirmişdir ki, iddiaçı tərəf iddia ərizəsində 181.105 manat (ƏDV qismində 32.598,90 manat) vəsait cavabdehin hesabına köçürdüyünü qeyd edir, lakin hansı məbləğdə vəsait köçürməsi ilə məhkəməyə sübut təqdim etməmişdir. Həmçinin qalan vəsait hesabına klinker məhsulu əvəzinə sementin verilməsi həm iddiaçının nümayəndəsinin, həm də cavabdehin nümayəndəsinin izahatları ilə də təsdiq olunur. Tərəflərin izahatlarına və işin materiallarına əsasən, cavabdeh iddiaçıya 266,4 ton klinker məhsulu vermiş, klinker məhsulundan əlavə sement vermişdir. İddiaçı sementin baha olmasını qey d etsə də qəbul etmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddiaçının verdiyi vəsait hesabına onlara klinker məhsulu və sement verildiyini, iddiaçıya bununla bağlı hər hansı bir borcun olmadığını bildirmişdir.

14. Məhkəmə hesab etmişdir ki, iddiaçı klinker məhsulunun əvəzinə verilmiş sementin qiyməti ilə razılaşmaya, sementi qəbul etməyə və ödəniş etdiyi təqdirdə isə ödədiyi vəsaitin geri qaytarılmasını tələb edə bilərdi. Lakin məhkəmə iclasında verilmiş izahatlardan müəyyən olunmuşdur ki, tərəflər qalan vəsait hesabına klinker məhsulunun əvəzinə sementin verilməsi ilə bağlı razılaşmışlar ki, həmin sement iddiaçı tərəfindən qəbul edilmişdir. Ona görə də, məhkəmə qalan vəsait hesabına klinker məhsulu əvəzinə sement verilməsi ilə bağlı iddiaçının ziyana düşməsi və gəlir əldə etməkdən məhrum o lması ilə bağlı iddia tələbinin dəlillərini əsassız hesab etmişdir.

15. İddia tələbinin klinker məhsulunun daşınması üçün 10 ədəd maşın yola salınsa da mal vermədiyindən, cavabdehin təqsiri üzündən maşınlar boş qayıtmış və bununla da hər maşın 200 manatdan olmaqla, 2.000 manat ziyana düşməsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, iddia tələbinin həmin dəlilləri ilə bağlı, yəni nəqliyyat vasitələrinin cavabdehin malı təhvil verdiyi yerə getməsi, mal almadan geri qayıtması və nə qədər vəsait sərf etməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir.

16. İddia tələbinin cavabdeh tərəfindən 16.143,31 manat ƏDV-nin qaiməsinin vurulmaması ilə bağlı hissəsinə münasibət bildirən məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddiaçının 2022-ci il 26 sentyabr tarixli ƏDV depozit hesabının çıxarışına əsasən, 2021-ci il 30 iyun tarixindən 2022-ci il 16 fevral tarixinədək məxaric 106.670,58 manat göstərilmiş, 2021-ci il 5 iyun tarixindən 2022-ci il 22 fevral tarixinədək gələn qaimələrə əsasən, ödənilməli ƏDV 90.527,27 manat göstərilmişdir.

17. Bundan başqa iddiaçı tərəfindən təqdim edilmiş elektron qaimələrdən müəyyən olunmuşdur ki, 2022-ci il 10 mart tarixindən 2022-ci il 7 may tarixinədək sementin təqdim edilməsi ilə bağlı 25 ədəd elektron qaimə üzrə ƏDV-yə cəlb edilən məbləğ 99.403 manat, vergi tutulan əməliyyatlardan ödənilməli ƏDV 17.819,67 manat, yekun məbləğ 116.824,47 manat göstərilmişdir.

18. İddiaçı tərəfindən hansı məbləğdə pul vəsaitinin köçürülməsi, habelə klinker məhsulunun verilməsi ilə bağlı isə cavabdeh tərəfindən təqdim edilmiş elektron qaimələr məhkəməyə təqdim edilmədiyindən cavabdehin hansı məbləğdə pul vəsaiti köçürməsi, həmin məbləğin ƏDV-yə cəlb edilməli olması, cavabdeh tərəfindən hansı məbləğdə ƏDVyə dair qaimlər verməli olması və qaimələrin verilməməsi müəyyən edilməmişdir.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab etmişdir ki, iddiaçı iddia tələbinin dəlillərini təsdiq edə biləcək sübutları məhkəməyə təqdim etməmədiyinə görə, iddianın əsaslı olmasını sübuta yetirə bilməmişdir.

20. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 386.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 568-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – “MPM”) 14.2, 77.1, maddələrinə istinad etməklə əsaslandırmışdır.

21. İddiaçı tərəfindən həmin qətnamədən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilərək, iddia tələbinin təmin ed ilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli 2-2(104)-69/2023 saylı qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin 2022-ci il 11 noyabr tarixli e-2-2(115)2020/2022 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən-məruzəçi hakim Ə.Abdullayev, hakimlər Ş.Rzaquliyev və A.İsgəndərova).

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsində qeyd etdiyi əsaslandırmaya istinadla, həmin məhkəmənin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbi üzrə istinad etdiyi halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki mülki prosessual qanunvericilyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, apellyasiya icraatı zamanı klinker nümunəsinin və ondan hazırlanmış faktiki möhkəmlik sinfi 42,5H olan sementin qəbul edilmiş standartlara uyğun olub-olmaması məsələsinə aydınlıq gətirilməsi üçün Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi S.Ə.Dadaşov adına ElmiTədqiqat və Layihə-X1 İnstituna müvafiq sorğu verilmiş və həmin İnstitutun 2023-cü il 27 aprel 11/2-453/2023 nömrəli sorğuya cavab məktubu ilə müəyyən olunmuşdur ki, sözügedən klinkerdən alınan sement nümunəsinin faktiki möhkəmlik sinfi 42,5H təşkil edir, sıxılmada möhkəmlik həddinin 51,0 Mpa olmas ı ilə M500 markaya və qəbul olunmuş standarda uyğunluğu təsbit edilir. Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçıya satılmış klinker lazımi standartlara cavab verməklə keyfiyyətli olmuşdur.

25. Apellyasiya məhkəməsi gəldiyi nəticəni MM-in 385.1, 386.1, 399.1, 442, 445.1, 445.2, 448.1, 448.2, 567, 568-ci; MPM-in 106.1, 372.2, 372.6, 372.7-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.

26. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətində qətnamənin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri c) Kassasiya şikayətinin dəlilləri

27. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin; MM-in 5.3, 6, 16.1, 21, 324.1, 324.3, 324.4, 38 5.1, 386.1, 389.1, 389.2, 425, 442, 443, 1096.2 və 1097.1- ci maddələrinin, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci; İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddələrinin tələbləri pozulmuşdur- iddia ərizəsində, məhkəmə prosesində də qeyd edildiyi kimi məhsul keyfiyyətsiz çıxan kimi cavabdeh tərəfə məlumat verilmiş, onlar da öz yoxlanışlarından keçirərək yalandan hər şey qaydasındadır dedikləridən rəsmi qaydada Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutuna müraciət edilmiş və rəy verilmişdir ki, keyfiyyət 42,5 H-dir, amma həmin qrafanın altına İnstitut tərəfindən 52,5 H olması barədə qeyd yazılmışdır. Çünki, klinker əlavə qatqıların qatılm ası lazımdır ki, yüksək keyfiyyətli sement əldə edilsin, bunun üçün də klinkerin keyfiyyəti 52,5 H olmalıdır. Dəfələrlə iddiaçının tələb etdiyinə baxmayaraq cavabdeh klinkerin keyfiyyətinə dair sertifikatı iddiaçıya təqdim etməmişdir, bu barədə məhkəməyə də rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə həmin hissədə də müraciəti görməzdən gələrək bildirmişdir ki, guya bununla bağlı da rəsmi sənəd olmamışdır. Hətta birinci instansiya məhkəməsində sonuncu proses zamanı məhkəmə cavabdehin onlara sərf edəcək hansısa naməlum sənədi gətirmək üçün prosesi təxirə salmaq niyyətinə düşən zaman iddiaçının nümayəndəsi vəsatətlə çıxış edərək xahiş etmişdir ki, sertifikatlar cavabdeh tərəfdə olduğundan, iddiaçıya təqdim etmədiklərindən onlardan rəsmi sənədlərin verilməsini və eləcə də FHN Tikinti də Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutununa müraciət edilərək verdikləri rəyə açıqlama gətirilməsini iddiaçı xahiş etsə də məhkəmə əsassız şəkildə zərurət olmadığını bildirmişdir. Halbuki işin qanuni araşdırılması üçün qeyd edilən detallara dair sənədlərin tələb edilməsi, rəylərin alınması zəruri idi.

28. İddiaçı iddia ərizəsində, apellyasiya şikayətində məhkəmə prosesində də qeyd etmişdir ki, müqavilə klinker məhsulunun alqı-satqısına dair bağlanılmışdır. Lakin cavabdeh tərəfinin bir xahiş edərək pulu əvvəlcədən aldıqdan sonra qeyd edilən məbləğdə məhsul göndərmədiyindən pretenziya ilə müraciət edilmiş, bundan sonra şifahi danışıqlar üzrə bildirmişdir ki, vəziyyəti ağırdır, iddiaçının ziyanını artıqlaması ilə ödəməklə klinker əvəzində sement verəcə yini bildirmişdir. İddiaçı da alıcılar qarşısında pis vəziyyətdə qalmamaq, həm də cavabdehin əldən çıxacaq faydanı da tam əhatə edəcək həddə sement verəcəyini dediyindən iddiaçı cavabdehin vədlərinə inanıb razılaşmışdır. Lakin cavabdeh tərəf müqavilə üzrə ödənilən vəsait həcmində baha qiymətə sement verərək, borclu olduqları klinkerin pulu bağlandıqdan sonra verdiklərin vədlərinə əməl etməmiş, hazır sement alarkən iddiaçının düşdüyü ziyan həddində sement verməmişdir. Cavabdehin nümayəndəsinin özlərinə sərf edən şəkildə guya iddiaçıya elə söz vermədiklərini deməsi özlərini müdafiədən başqa nəsə deyildir. Çünki, cavabdeh tərəf ilk gündən müqavilə üzrə tələbləri məhz ödənişləri məhsulu göndərməmişdən qabaq tələb etməsi ilə pozduğu halda, indi özlərinə sərf etməyəndə şifahi danışıqları, iradə ifadəsini, özlərinin xahişlərini danması mülki qanunvericiliyin vicdanlılıq prinsipini kobud şəkildə pozmuşdur.

29. Apellyasiya instansiya məhkəməsi işin düzgün araşdırılması üçün iddiaçının verdiyi əsaslı vəsatətləri əsassız şəkildə təmin etməyərək cavabdehdən keyfiyyət sertifikatını tələb etməmiş, o cümlədən məhsulun keyfiyyətsiz olmasına dair FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutuna sorğu verilməsinə və rəyin verilməsinə dair sənədlərin əldə edilməsi ilə bağlı vəsatəti tam təmin etməmiş, məhkəmə natamam cavaba istinad edərək məhsulun keyfiyyətsiz olmamasına dair qənaətə gəlsə də nəzərə alınmalı idi ki, həmin cavab natamam olmuş, məhsulun keyfiyyətli və ya keyfiyyətsiz olmasına dair hər hansı konkret fikir qeyd edilməmişdir. Apellyasiy a məhkəməsi natamam cavab üzrə səhv fikrə gələrək bu hissədə də pozuntuya yol vermişdir. Odur ki, cavabdehdən keyfiyyət sertifikatının tələb edilməsi, FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin S.Ə.Dadaşov adına ETLKİM İnstitutunda aparılmış araşdırılma üzrə bütün iş materiallarının tələb edilərək məhkəmədə tədqiq edilməsi, qanunauyğun yekun nəticəyə gəlinməsi üçün işin yenidən araşdırılması zəruri olduğundan iş apellyasiya məhkəməsinə qaytarılmalıdır. O cümlədən, iddiaçı tərəfindən iddia verilən zaman elektron sistemə əlavə edilmiş 2022-ci il 4 mart tarixli və 2022-ci il 14 mart tarixli pretenziyaları yox sayması, ƏDV və ödənişlər ilə bağlı sübut edici sənədlər təqdim edilsə də, qətnamədə onların təqdim edilməməsinə dair fikirləri sübutların araşdırılmadığını ehtiva etdiyi ndən, bu da çəkişmə, sübutların araşdırılması prinsipinin tələblərinə adekvat olmadığından işin apellyasiya instansiya məhkəməsinə qaytarılması zəruridir.

30. MPM-in 14.2, 77.1, 88, 217.3 və 417-ci maddələrinin tələbləri pozulmuşdur - iddiaçı tərəfindən iş üzrə, iddianın təmini üçün, işin qanuni araşdırılması üçün rəsmi sənədlər təqdim edilsə də, məhkəmə prosesləri zamanı bu barədə məlumatlar qeyd edilsə də məhkəmə qətnamədə qeyd etmişdir ki, rəsmi sənəd, sübut təqdim etməmişdir. İş üzrə kifayət qədər çıxarışların, ödəniş cədvəllərinin, sənədlərin təqdim edilməsinə baxmayaraq bu hallar nəzərə alınmamışdır. d) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

32. Hazırkı icraat çərçivəsində apellyasiya məhkəməsi nin qətnaməsinin qanuniliyi və əsaslılığı MPM-in 403 və 416-cı maddələrinə uyğun olaraq tam yoxlanılacaqdır.

33. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: 567, 568-ci; MPM-in 106.1, 372.2, 372.6, 372.7 “Maddə

385. Öhdəlik an layışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır....” “Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır....” “Maddə

399. Müqavilənin qüvvəsi 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur....” “Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. “Maddə

445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi....” “Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz....” “Maddə

567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” “Maddə

568. Satıcının əşyanı vermək vəzifəsi 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. 568.2. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıc ıya verməklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

35. Azərbaycan Respublikası Mülki Prosessual müddəalarında aşağıdakılar nəzərdə tutulur: Məcəlləsinin müvafiq “Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri... 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir....” “Maddə

76. Sübutlar 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 7 6.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. “Maddə

77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir....” “Maddə

88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.”...” Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəl illərinə qiymət verərkən nəzərə alır ki, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-in 416.1-ci maddəsi) 37. “Kassasiya məhkəməsi sübut və faktlara yenidən qiymət vermədən işin hallarını müəyyən olunmuş kimi qəbul edərək, apellyasiya məhkəməsinin qərarının mahiyyəti üzrə düzgün olub-olmamasını yoxlamır, onu yalnız məhkəmə tərəfindən qanunun tələblərinə riayət olunub-olunmaması maraqlandırır, çünki həmin məhkəmənin fəaliyyətinin fundamental prinsipinə görə, “kassasiya məhkəməsi işi deyil, qərarı mühakimə edir”. Məhkəmə aktı o zaman qanuni hesab olunur ki, mübahisəyə prosessual qanunla müəyyən olunmu ş qaydalara uyğun olaraq baxılmış və qərar qəbul olunmuş, mübahisələndirilən münasibətlər isə onlara dair maddi hüquq normaları ilə müəyyən edilmiş qaydalarla tənzimlənmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 28 fevral tarixli Qərarı).

38. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, mülki qanunvericiliyin tələblərinə görə zərər vurulması öhdəliyin əməl gəlmə əsaslarından biridir. Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması (MM-nin 21.2, 1096, 1097-ci maddələri).

39. MPM-nin 14.2 və 77.1-ci maddələrinin tələbləri baxımından, cavabdeh tərəfin təqsirli hərəkət nəticəsində ziyanın vurulduğunu sübut etmək vəzifəsi ziyanın vurulduğunu iddia edən tərəfin üzərinə düşür.

40. Həmçinin qeyd edilməlidir ki, MPM-nin sübutetmə yükü ilə bağlı müddəalarında aşağıdakılar müəyyən edilmişdir: məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz (MPM-in 14.2, 77.1, 80, 81-ci maddələri).

41. Baxılan işin müəyyən edilmiş hallarına görə, iddiaçı cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulduğunu iddia etsə də, tələbini əsaslandıran mötəbər sübutları işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim etməmişdir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinin tələblərinə uyğun olmuş, işdəki sübutlar mülki prosessual qanunvericiliyin mümkünlük, aidlik və mötəbərlik tələbləri nəzərə alınmaqla qiymətləndirilmişdir.

42. Kassasiya şikayətinin işin faktiki hallarının araşdırılmaması barədə dəlillərinə münasibətdə qeyd edilməlidir ki, MPM-nin 385-ci maddəs inin tələbinə görə belə dəlillər apellyasiya qaydasında məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Bundan fərqli olaraq, hazırkı icraat çərçivəsində məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlı dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir. Məhkəmə kollegiyası iddiaçının dəlillərinə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi mahiyyəti üzrə baxaraq verdiyi hüquqi qiymətləndirmə və maddi hüquq normalarının tətbiqi ilə bağlı gəldiyi nəticə ilə ilə razılaşır.

43. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamənin ləğvinə əsas olan prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas olmadığından iş üzrə qəbul edilmiş qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti isə təmin edilməməlidir.

44. MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin olunmasın. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2023-cü il 28 aprel tarixli 2-2(104)-69/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: K.N.Abiyeva Hakimlər: E.R.Vəliyeva E.Y.Şamayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar