Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-100/2020 28.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X4 və X3 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X1, cavabdehin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-55/2020 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçıya məxsus “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə tərtib olunmuş xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli akt əsasında əsassız olaraq hesablanmış 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat cərimə borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olur (VÖEN **********) və “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzi ona məxsusdur. 2016-cı ildən Cavabdeh ilə həmin obyektin qazlaşdırılmasına dair qaz alqısatqısı barədə müqavilə bağlanmışdır. Həmin müqavilə imzalanarkən cavabdeh təşkilatın nümayəndələri tərəfindən obyektə baxış keçirimiş və işlədicilərin sayı, vəziyyəti və s. hallar nəzərə alınmışdır. Həmin obyektə quraşdırılmış sayğac smart kartla yüklənir və bu vaxta kimi ödəmələrdə heç bir problem olmamışdır. Lakin Cavabdeh nümayəndələri “Neptun” ailəvi istirahət mərkəzinə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx xxxxxxxx 2018-ci il tarixli ******* saylı akt tərtib etmişlər. Həmin Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən obyektin ərazisinə baxış keçirilən zaman qaz xəttinin üzərində sayğacdan sonra quraşdırılmış sorucu qurğu (nasos) aşkarlanmış və həmin akt əsasında da iddiaçıya 1166,40 manat cərimə hesablnamışdır. Həmin cərimənin heç bir hüquqi əsası yoxdur və Aktın hansı məqsədlə yazıldığı bəlli deyil. Çünki həmin obyektdə əlavə qaz xətti aşkar edilməyib və obyektdə haqqı ödənilən qazdan səmərəli istifadə edilir. Bu illər ərzində ödənilən məbləğlər də bu faktı təsdiq edir. Ona görə də aktın heç bir hüquqi əsası yoxdur və həmin aktın yazılması iddiaçının sahibkarlıq fəaliyyətinə müdaxilə etməkdən başqa bir şey deyil. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamanin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Qeyd olunan Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlaycı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim edir. Hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh yoxlamaların aparılması üçün nəzərdə tutulan qanunvericiliyin tələblərinə əməl etməmiş və cavabdeh tərəfindən aparılan yoxlama “yoxlamaların vahid məlumat” reyerstrində qeydə alınmamışdır. Cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan, həmin yoxlamanın hüquqi nəticələri də qanunsuz hesab edilməli və cavabdeh tərəfindən iddiaçıya hesablanmış əsassız 1166,40 manat məbləğində cərimə borcu silinməlidir. Cavabdeh iddia tələbinə etirazını onunla əsaslandırmışdır ki, fərdi sahibkar olan İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə Cavabdeh əməkdaşları tərəfindən yerində xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmiş və həmin Aktda nöqsan kimi “qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra sorucu qurğu (nasos) aşkarlandığı“ qeyd olunmuşdur. Həmin Akt əsasında dövlətə vurulan ziyan müəyyən edilmiş və xx xxxxxxxx 2018-ci il tarixli qərarla qaz işlədicilərindən QSPQ(5)-nin maksimal saatlıq qaz sərfi 4,8 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti 30 gün, kürənin (4 girişli) maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 16 saat, hesabat müddəti 30 gün və kombinin maksimal saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 30 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün 5832 m3 x 0,20 manat = 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilərək, vurulmuş zərərin ödənilməsi tələb olunmuşdur. Lakin iddiaçı həmin zərəri ödəməmişdir. Odur ki, iddiaçının iddia tələbi əsassız hesab edilərək, rədd olunmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-55/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Akt əsasında Cavabdeh tərəfindən İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə (abonent kodu: **********00080) hesablanmış 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borcun silinməsi qət edilmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Sumqayıt şəhəri, Sumqayıt-Novxanı şossesinin sol hissəsində dəniz kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzinə əməkdaşlar tərəfindən yerində ******* saylı akt tərtib edilmiş və aktda sayğacda qeyd olunan nöqsan “qaz xəttinin üzərində quraşdırılmış sayğacda sonra qorucu qurğu (nasos)aşkarlanıb”.yazılmışdı. Cavabdeh İB-nin nümayəndələri tərəfindən həmin obyektə baxış keçirilərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib edilmişdir. Dövlətə vurduğu ziyan müəyyən edilmiş və xx.xx.2018-ci il tarixli aktla qaz işlədicilərindən QSPQ(5)-nin maksimal saatlıq qaz sərfi 4,8m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün, kürənin (4 girişli) maksimal saatlıq qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 16 saat və hesabat müddəti 30 gün, kombinin maksimal saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün 5832 m3 x 0,20=1166,40 (bir min yüz altmış altı manat 40 qəp.) manat cərimə hesablanmışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və sədrlik edənin suallarını cavablandıraraq bildirdi ki, həmin obyektdə hər hansı yoxlama keçirilməmişdir və sayğaca baxış üçün reyestrdə qeydiyyata ehtiyac yoxdur. Sonda cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən qaz təchizatı normal qaydada aparılmamış, dəfələrlə qazın kəsilməsi və ya azalması səbəbindən hazırladıqları un məmulatları korlanmış və ya quruyaraq yararsız olmuşdur. Bundan başqa, cavabdeh tərəfindən aparılmış yoxlama qeydiyyatdan keçirilməmiş və bu səbəbdən onun heç bir hüquqi nəticəsi yoxdur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, Cavabdeh İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzi hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı (VÖEN **********) məxsusdur. İş materiallarında olan “Paylayıcı” Cavabdeh ilə bağlanmış xx xxx 2016-cı il tarixli ***- **-** nömrəli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilədən görünür ki, İddiaçı məxsus qeyri-yaşayış sahəsi olan “Sumqayıt-Novxanı” yolunun sol kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzi təbii qazla təchiz edilmiş və həmin ünvana **********00080 nömrəli abonent kodu verilməklə, müvafiq qaydada G-16 RVG EK-220 markalı “smart-kart” tipli sayğac quraşdırılmışdır (Sayğacın quraşdırılma tarixi: xx xxx 2016-cı il). Həmin Müqavilədə istehlakçının iki ədəd PQ-3, bir ədəd kürə və iki ədəd kombi cihazlarından istifadə etdiyi qeyd olunmuşdur. İş materiallarında olan Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* nömrəli Aktdan görünür ki, xx xxxxxxxx 2018-ci ildə saat 14:15-də istehlakçı İddiaçı məxsus “Sumqayıt-Novxanı” yolunun kənarında yerləşən “Neptun” ailəvi istirahət mərkəzində (abonent kodu: **********00080) təbii qazın uçotu və təbii qazdan istifadə qaydalarına riayət olunması yoxlanılan zaman “qaz xəttinin üzərində quraşdırılmış sayğacdan sonra sorucu qurğu (nasos)” aşkar olunmuşdur. (həmin Akt istehlakçı və yaxud onun nümayəndəsi tərəfindən imzalanmayaraq, “imtina etdi” qeydi aparılmışdır). Həmin sorucu qurğunun (nasosun) markası, modeli, gücü və s. əlamətləri barədə Aktda heç bir qeyd aparılmamışdır. İş materiallarında olan Cavabdeh itirilmiş təbii qazın dəyərinin hesablanması Komissiyası tərəfindən tərtib və təsdiq edilmiş “Dəymiş ziyanın bərpasına dair” xx xxxxxxxx 2018-ci il tarixli Hesabatdan görünür ki, xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli aktda göstərilən “Sayğacdan sonra sovurucu qurğu aşkar edildi” qüsuruna görə “Qaz işlədicilərindən QSPQ(5)-nin maksimal saatlıq qaz sərfi 4,8 m3/ saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 30 gün; Kürənin (4 girişli) maksimal saatlıq qaz sərfi 6 m3/ saat, orta günlük iş rejimi 16 saat və hesabat müddəti 30 gün; Kombinin maksimal saatlıq qaz sərfi 3,4 m3/saat, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 30 gün qəbul edilməklə - itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesabatda itirilmiş qazın cəmi miqdarı 5832m3 həcmində müəyyən edilmişdir. İş materiallarında olan, istehlakçı İddiaçı adına tərtib edilmiş abonent kodu **********00080 olan Abonentin Saldosu ilə müəyyən olunur ki, xx xxxxxxxx 2018-ci il tarixli ******* nömrəli Akta əsasən istehlakçı İddiaçı məxsus “Neptun” ailəvi istirahət mərkəzinin hesabına 2018-ci ilin sentyabr ayında birdəfəlik 1166,40 (min yüz altmış altı manat 40 qəpik) manat məbləğində borc hesablanmışdır. X2 məlumatlarla müəyyən olunur ki, 2017- 2018-ci illərdə “istehlakçı” tərəfindən istifadə edilən qazın hesabatı aparılaraq, aylar üzrə müəyyən məbləğlərdə ödənişlər aparılmış və istifadə olunan təbii qazın həcmi (qaz sərfiyyatı) mövsümdən asılı olaraq qış aylarında təxminən “5000-6000 m3” həddində, yay aylarında isə təxminən “3000-4000 m3” həddində olmuşdur. Qeyd olunan sərfiyyatlar aylar üzrə müvafiq qaydada sayğac tərəfindən hesablanmış və müvafiq aylar üzrə qaz sərfiyyatına görə ödənişlər aparılmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və ona əsaslanmışdır ki, sorucu qurğunun quraşdırılması nəticəsində həmin obyektdə sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-16 RVG EK-220 tipli sayğacın istifadə olunan təbii qazın sərfiyyatını düzgün hesablamaması mötəbər subutlar əsasında müəyyən olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, sayğacdan sonra quraşdırılmış sorucu qurğunun sənaye qaz qurğularından istifadə üçün nəzərdə tutulan G-16 RVG EK-220 markalı sayğacın hesabat aparmasına hansı qaydada və ölçüdə təsir etməsi halı müəyyən edilməmiş, aşkar olunmuş sorucu qurğunun gücü və onun sayğacın hesabat aparmasına təsir imkanları müvafiq Aktda və həmin Akt üzrə hesabatın aparılması zamanı müəyyən edilməmişdir. Əksinə, istehlakçı İddiaçı adına tərtib edilmiş Abonentin Saldosunda (abonent kodu **********00080) olan məlumatlarla müəyyən edilir ki, 2017-2018-ci illərdə hər ay üzrə müvafiq məbləğlərdə ödənişlər aparılaraq, təbii qazdan istifadə edilmişdir. Yəni, Abonentin Saldosunda olan məlumatlarla məlum obyektdə quraşdırılmış sayğac tərəfindən təbii qazın sərfiyyatının hesabatının aparılması təsdiq edilsə də, Cavabdeh tərəfindən həmin hesabatın düzgün olmaması və hesabat zamanı qaz itkisinə yol verilməsi halları sübut edilməmişdir. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda qanunverici yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Belə ki, həmin Qanunun 1.1.1-ci maddəsində qeyd edilir ki, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra - yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Qanunun 3.1 və 3.2-ci maddələrində də həmçinin təsbit edilmişdir ki, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır. Bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Qanunun 17.3-cu maddəsinə əsasən yoxlayıcı orqan tərəfindən plan üzrə (növbəti) yoxlamanın başlanmasına ən azı beş iş günü qalmış sahibkara yoxlamanın aparılması haqqında qərarın surəti, həmçinin yoxlama zamanı sahibkarın və yoxlayıcı orqanın hüquq və vəzifələrinin izahı göndərilir. Plandankənar (növbədənkənar) yoxlamanın aparılması haqqında qərar sahibkara yoxlamanın başlandığı an təqdim edilir. Qanunun 20.1-ci maddəsinə əsasən yoxlama başlamazdan əvvəl yoxlayıcı xidməti vəsiqəsini, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı sahibkara və ya onun səlahiyyətli nümayəndəsinə təqdim edir, yoxlamanın hüquqi əsasları, predmeti, müddəti, yoxlama zamanı tərəflərin hüquq və vəzifələri haqqında məlumat verir. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.1- 7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 3.5-ci maddəsinə əsasən, sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki bахış kеçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə»nin 1.1-ci bəndində qeyd edilir ki, bu Əsasnamə «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Həmin Əsasnamənin: - 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. - 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. - 1.6-cı bəndinə əsasən, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. - 5.2-ci bəndinə əsasən, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. - 7.1-ci bəndinə əsasən yoxlayıcı orqanların vəzifəli şəxsləri Reyestrdə qeydiyyatdan keçməyən və ya bu Əsasnamənin tələbləri pozulmaqla yoxlamaların aparılmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Qeyd olunan Əsasnamənin tələbinə görə sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik yoxlayıcı orqanlar sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməli, habelə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama yoxlayıcı orqan tərəfindən yalnız reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilməlidir. Kollegiya qeyd edir ki, mövcud qanunvericiliklə inhisarçı mövqe tutan hüquqi şəxslər -yoxlayıcı orqanlar tərəfindən istənilən araşdırmaların müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların həyata keçirilməsi müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alındıqdan sonra mümkün olduğundan birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Cavabdeh əməkdaşları tərəfindən iddiaçıya məxsus “Neptun” ailəvi istirahət mərkəzində yoxlama keçirilən zamanı sayğaca baxış keçirilmiş, nöqsan aşkar edilmiş, “qaz xəttinin üzərində quraşdırılmış sayğacda sonra qorucu qurğu (nasos) aşkarlanaraq ******* saylı akt tərtib edilmiş və həmin akta əsasən də itirilmiş təbii qazın bərpasına dair tələbnamə ilə iddiaçı tərəfindən itirilmiş qaz sərfiyyatı müəyyən edilərək 1166.40 manat məbləğində cərimə hesablanmış və cavabdeh tərəfindən aparılan yoxlama, yuxarıda sadalanan normalara əməl edilmədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. ARDNŞ Şurasının xx xxxx 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydalarına əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş təbii qazın dəyərinin hesablanması Qaydaları aşağıdakı hallarda tətbiq edilir: 1.Təbii qazın alqı-satqı müqaviləsi olmadan özbaşına qaz xəttinə qoşulma aşkar olunduqda;
2. Layihədə və müqavilədə nəzərdə tutulmuş qaz işlədən cihazlardan əlavə sayğacın nominal sərfiyyatına uyğun gəlməyən, əlavə cihaz və avadanlıqların qoşulması aşkar olunduqda;
3. Sayğacdan əvvəl qaz xəttinə qoşulma aşkar olunduqda;
4. Sayğaca və plomblara hər hansı bir müdaxilə halında və ya sayğac plombsuz, həmçinin sənədi olmayan plombla möhürlənmiş olduqda. Həmin Qaydalara əsasən 3-cü və 4-cü hallarda istehlakçı tərəfindən bu hallara uyğun gələn qazdan istifadə qaydalarının pozuntusuna yol verilməsi aşkar edildikdə, qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqısı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabat müvafiq olaraq, axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olumuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma-hesabına ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, ARDNŞ Şurasının qərarı Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmədiyindən sərfiyyat məbləği əsaslı qiymətləndirilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda Cavabdeh İB) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, Cavabdeh İB tərəfindən fərdi sahibkar İddiaçı məxsus obyektdə qaz sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh İB tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki, Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-55/2020 saylı qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir.
NƏTİCƏ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, e-2-2(119)-55/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Zaur Məmmədov Hakimlər Məhəmmədəli Rzayev Elman Əhmədov