Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-113/2020 15.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin kommersiya kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X10 və X4 ibarət tərkibdə, X15 oğlunun katibliyi ilə, X2, nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 cavabdeh “Azəri Qardaşları” özəl ticarət mərkəzinə qarşı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-15/2020 saylı qərardadından cavabdeh tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ET Dİ: X2 cavabdeh “Azəri Qardaşları” özəl ticarət mərkəzinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququna və obyektin yerləşdiyi 1,81222 ha torpaq sahəsi üzərində istifadə hüququna qəsdə son qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh “Azəri Qardaşları” özəl ticarət mərkəzinin nümayəndəsi Nümayəndə X5 qarşı mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması və əmlakın özgənin qanunsuz sahibliyindən geri tələb edilməsinə dair qarşılıqlı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. (hakim X.Tağıyev) Cavabdeh qərardaddan şikayət ərizəsi verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 15/2020 saylı qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh şikayətində göstərmişdir ki, iddiaçı X6 «Azəri Qardaşları» ÖTM nə qarşı «Mülkiyyət və istifadə hüququna qəsdə son qoyulmasına dair» iddia ərizəsinə qarşı «Azəri Qardaşları» ÖTM tərəfindən «Mülkiyyət hüququnu məhdudlaşdıran maneələrin aradan qaldırılması və əmlakın özgəsinin qanunsuz sahibliyindən geri tələb edilməsinə dair» qarşılıqlı iddia verilmişdir. Lakın məhkəmə prosesi zamanı əsas iddiaçı tərəf qarşılıqlı iddiaya etiraz edərək bildirmişdir ki, əsas iddia kimi qarşılıqlı iddia ərizəsi də verilən zaman məhkəməyə qədər pretenziya qaydalarına riayət edilməli idi. Həm də qarşılıqlı iddia məhkəmə başlanan zaman verilməli olduğu halda həmin iş üzrə proses dəfələrlə keçiriləndən sonra verilmişdir. Buna görə də məhkəmədən xahiş olunmuşdur ki, qarşılıqlı iddia ərizəsi geri qaytarılsın. Lakin cavabdeh bu fikirlə razılaşmayaraq məhkəmədə izah etdi ki, iddiaçı tərəfindən onlara qarşı edilən qanunsuzluqlar məhkəmə prosesləri davam edən zaman məlum olub. Daha doğrusu, «Azəri Qardaşları» ÖTM tərəfindən müəyyən edilmişdir ki, əks tərəf nəinki Ticarət Mərkəzinin normal fəaliyyətinə mane olur, həm də onlara məxsus 400 kv.m sahəni zəbt etmişdir. Buna görə də qarşılıqlı iddia vermək zəruriyyəti yaranmışdır. Qarşılıqlı tələbləri ilk tələbin qarşılıqlı ödənilməsinə yönəlmişdir. Buna görə də hər iki mübahisənin daha tez araşdırılması üçün qarşılıqlı iddianın icraata qəbul edilməsi məqsədə uyğundur. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi Nümayəndə şikayətdə göstərilənlərə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı X2 və nümayəndəsi-vəkili Vəkil şikayətə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, cavabdehin şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarında olan qarşılıqlı iddia ərizəsindən görünür ki, iddianın verilməsinin prosessual qanununvericiliklə müəyyən edilən qaydalarına riayət olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü və 10-1.4cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Yuxarıda sadalanan qanunvericilik normalarının məzmunundan göründüyü kimi kommersiya məhkəməsinə ərizə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə təqdim edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155.3-cü maddəsinə əsasən qarşılıqlı iddianın verilməsi iddia verilməsinin ümumi qaydaları əsasında həyata keçirilir. Həmin Məcəllənin 150.0.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 155.1-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia işin baxılmasına başlanana kimi verilməlidir. Həmin Məcəllənin 155.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın verilməsinin prosessual qanununvericiliklə müəyyən edilən qaydalarına riayət edilməyərək, qarşılıqlı iddia ərizəsi cavabdeh tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə və surəti qarşı tərəfə əvvəlcədən təqdim edilməmiş, işin baxılmasına başlanandan xeyli sonra verilmiş, onun verilməsi üçün əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsinə dair sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqla düzgün nəticəyə gəlmiş, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “Azəri Qardaşları” özəl ticarət mərkəzinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 15/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2-2(105)-113/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-113/2020
15.10.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver