Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-113/2021 22.07.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Rəşadət Əhməd oğlu Ağayevdən ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi üzrə iddianın təmin tədbirinin tətbiq edilməsi haqqında iddiaçının ərizəsinə dair Sumqayıt Kommersiya Məhkəməsinin e- 2-2(119)-798/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadından cavabdehin nümayəndələri V.Abdullayev və B.Seyfullayev tərəfindən verilmiş şikayətlərə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı əsassız olaraq hesablanmış 16286,46 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb yekun məhkəmə qətnaməsi çıxarılanadək, İddiaçı MMC-nə verilən qaz təchizatının bərpa olunması və dayandırılmasının Cavabdehnə qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsi təmin edilmiş, hazırkı işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək iddianın təmin tədbiri kimi İddiaçı MMC-yə (abonent kodu: **********05101) təbii qazın verilməsi bərpa edilmiş və onun dayandırılması Cavabdehnə qadağan edilmişdir. (hakim Z.Məmmədov) Qərardaddan narazı qalan Cavabdeh nümayəndələri V.Abdullayev və B.Seyfullayev qərardaddan ayrı-ayrılıqda şikayət verərək qərardadın ləğv edilməsini, əks halda işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şikayətlər eyni məzmunlu olmuş və onunla əsaslandırılmışlar ki, Cavabdeh İB İddiaçı MMC-ni təbii qazla təmin edir. Abonent üçün 13.12.2019-cu il tarixdə Elster G- 40RVC EK-220 markalı ********** saylı sənaye qaz qurğusundan istifadə edən abonent kimi qaz sayğacı quraşdırılmışdır. Qaz sayğacı 2020-ci ilin 05 noyabr tarixində ******* saylı akta əsasən xətdən açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. “Qazdan istifadə Qaydaları”nın 4.2- ci bəndinə görə “Məişət qaz qurğularının istifadəçisi üçün qaz sayğacı qaz paylayıcının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəçisi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir”. Bu səbəbdən də İddiaçı MMC qaz sayğacını öz vəsaiti hesabına təmir etdirməli və ya yeni qaz sayğacı alıb quraşdırmalıdır. İddiaçı MMC-nin təşəbbüsü ilə qaz paylayıcı ilə abonent arasında tərtib edilmiş protokola əsasən 2020-ci ilin oktyabr ayında İddiaçı MMC-yə 30.10.2020-ci il tarixli 150 saylı “Sayğacsız obyektə təbii qazın pribor hesabı müvəqqəti verilməsi barədə” akta əsasən 11258 m3, yəni 2251,60 manat məbləğində qaz verilmiş, 30.11.2020-ci il tarixli 189 saylı akta əsasən 32432 m3 və ya 6486,40 manat məbləğində, 30.12.2020-ci il tarixli 311 saylı akta əsasən 33513 m3 və ya 6702,60 manat məbləğində 29.01.2021 -ci il tarixli 12 saylı akta əsasən 7568 m3 və ya 1513,60 manat məbləğində təbii qaz verilmişdir. İddiaçı əvvəlki aktları qəbul edərək imzalamış və möhürü ilə təsdiq etmişdir. Lakin sonuncu aktı qəbul etməmiş, bu səbəbdən də ona verilən təbii qaz təchizatı dayandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-798/2021 saylı 29 iyun 2021-ci il tarixli qərardadı ilə şikayətlər təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq icraata qəbul edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayətləri müdafiə edib onların məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və iddianın təmin tədbiri haqqında ərizəni araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, İddiaçı hazırkı iddia ərizəsi ilə Cavabdeh tərəfindən hesablanmış 16286,46 manat məbləğində borcu mübahisələndirmişdir. İddiaçının ərizəsinə əsasən qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyun 2021-ci il tarixli e-2-2(119)-798/2021 saylı qərardadı ilə hazırkı işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək iddianın təmin tədbiri kimi İddiaçı MMC-yə (abonent kodu: **********05101) təbii qazın verilməsi bərpa edilmiş və onun dayandırılması Cavabdehnə qadağan edilmişdir. Kollegiya qeyd edir ki, mübahisələndirilən borc məbləğinə görə hüquqi şəxs olan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya təbii qazın verilməsinin dayandırılması sonuncunun sahibkarlıq fəaliyyətini həyata keçirməsinə maneələr yarada və həmin sahibkara və digər şəxslərə zərər vura bilər. Məhkəmə kollegiyası hesab edir ki, mövcud mübahisə üzrə 16286,46 manat məbləğində hesablanmış borc məhkəmə qaydasında mübahisələndirildiyindən, məhkəmənin mövcud mübahisə üzrə aktı olmadan hesablanmış borc ilə əlaqədar hər hansı əməlin (hərəkət və ya hərəkətsizliyin) həyata keçirilməsi iddiaçının normal fəaliyyət göstərməsinə maneçilik törətdiyindən, o cümlədən məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılıb yekun qərar çıxarılanadək iddiaçı tərəfindən istifadə ediləcək təbii qazın dəyəri ödənilməli olduğuna görə və bunun nəticəsində qarşı tərəfə (cavabdehə) zərər dəymədiyindən, əksinə o, sərf edilmiş qazın dəyərinə görə qazanc əldə etdiyindən şikayətlər təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.2-ci və 158.1.3-cü maddələrinin tələblərinə görə, məhkəmə iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə və başqa şəxslərə qadağan edə bilər. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018-ci il tarixli Qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. İş materiallarından görünür ki, iddiaçı meyvə məhsulları almaqla mövsümi məhsul istehsalı ilə məşğul olur. İddia tələbi ilə iddianı təmin etmə tədbiri arasında birbaşa əlaqə mövcuddur. Buna görə də tətbiq olunmuş təmin tədbiri, yəni təbii qazın verilməsinin bərpa edilməsi irəli sürülmüş tələbə mütənasib olmuşdur. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA A L D İ: Cavabdeh nümayəndələri V.Abdullayev və B.Seyfullayev tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-798/2021 saylı 10 iyun 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-113/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-113/2021
22.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İstehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver